Məhkəmə qərarları › İş №2(007)-978/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-978/2023

17.07.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-978/2023 17.07.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin Qəyyumluq və himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” haqqında ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin Qəyyumluq və himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2001-ci ildə Rusiya Federasiyası, İrkutsk vilayəti, İrkutsk şəhərində anadan olmuş və ünvan 2vanında yaşayan X4 fəaliyyət qabliyyəli olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, onun X3 xx.xx.2001-ci ildə Rusiya Federasiyası, İrkutsk vilayəti, İrkutsk şəhərində anadan olmuş və ünvan 2vanında məcburi köçkün kimi qeydiyyatdadır. Oğlu “Ağır kəmağıllıq, imbesillik dərəcəsində, kobud davranış pozuntusu” xəstəliyindən əziyyət çəkir və ona 1-ci qrup əlillik dərəcəsi verilmişdir. X3 həm fiziki cəhətdən, həm əqli cəhətdən ağır vəziyyətdədir. Əmək qabiliyyəlsizdir və kənar şəxsin köməyinə və qulluğuna daimi ehtiyacı vardır. Oğlu öz-özünü müstəqil idarə etmək iqtidarıda malik deyil, etdiyi hərəkətlərin mənasını dərk etmir. Ona görə də, hesab edir ki, xx.xx.2001-ci ildə Rusiya Federasiyası, İrkutsk vilayəti, İrkutsk şəhərində anadan olmuş və ünvan 2vanında qeydiyyatda olan X3 İ qrup əlil olduğundan və faktiki olaraq fəaliyyət qabilyyəti olmadığından onun fəaliyyət qabilyyəti olmayan hesab edilməsi və üzərində qəyyumluq müəyyənləşdirilməsinə zərurət vardır. Hesab edir ki, məhkəmə X4 fəaliyyət qabliyyəli olmayan hesab etməlidir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edib ərizənin dəlillərinə uyğun izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin Qəyyumluq və himayəçilik Komissiyası ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə baxış iclasının onların nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə həmin ərizəni nəzərə alaraq maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AA seriyalı, ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1977-ci il tarixində ünvan 1 ünvanında qeydiyyatdadır; - AA seriyalı, ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 xx.xx.2001ci il tarixində Rusiya Federasiyası, İrkutsk vilayəti, İrkutsk şəhərində anadan olmuşdur, Füzuli rayonu, Füzuli şəhəri, Ş.Qurbanov küçəsi, ev 6 ünvanında qeydiyyatdadır; - İ-CT seriyalı, 606396 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada tərcümə olunmuş surətindən görünür ki, X8 18 iyul 2001-ci il tarixdə Rusiya Federasiyası, İrkutsk vilayəti, İrkutsk şəhərində doğulmuşdur. X2, anası Ərizəçidır; - Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinədə dair xx.xx.2021-ci il tarixli məlumatın surətindən görünür ki, xx.xx.2001-ci il təvəllüdlü X7 qoyulan diaqnoz: Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, ağır kəmağıllıq, imbesillik dərəcəsində, kobud davranış pozuntusu ilə. O, müddətsiz birinci qup əlildir. Kənar şəxsin qulluğuna ehtiyacı vardır. - 26 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 37 saylı, xx.xx.2023cü il tarixli arayışdan görünür ki, X8 ünvan 2vanında yerləşən mənzildə qeydiyyatsız yaşayır; - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsin Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2023cü il tarixli, 1229 saylı rəyindən görünür ki, yoxlanılan şəxs X5 AĞİR DƏRƏCƏLİ ƏQLİ GERİLİK (İMBESİLLİK DƏRƏCƏSİNDƏ) DAVRANİŞ POZUNTULARİ İLƏ (F.72.1) aşkar olunur. Bunu anamnestik məlumatlar (doğuş zədəsi ilə doğulması, erkən psixofıziki inkişafının həmyaşıdlanndan geri qalması, ağıl zəifliyi ilə əlaqədar təhsi almaması, hərbi xidmətdə olmaması, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının elektron arayışına əsasən “Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu. Ağır kəmağıllıq, imbesillik dərəcəsində, kobud davranış pozuntuları ilə” diaqnozu ilə İ dərəcəli əlil olması), həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər (zahirən narahat və gərgin olması, ünsiyyətə çətinliklə daxil olması, verilən sualları başa düşməməsi, anlaşılmaz sözlərlə cavab verməsi, anamnestik məlumatları açıqlaya bilməməsi, öz vəziyyətinə qarşı tənqidi münasibətinin olmaması və sair) sübut edir. Mülki işi materiallarını və ambulator məhkəmə-psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: xx.xx.2001-ci il təvəllüdlü X5 ağır dərəcəli əqli gerilik (imbesillik dərəcəsində) davranış pozuntulan ilə aşkar olunur. xx.xx.2001-ci il təvəllüdlü X8 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. R.Ş.Atakişiyevi öz psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsas var. X1 onun məhkəmə iclasına çağırılmasına yol vermir. Məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi xx.xx.2001-cü il tarixdə doğulmuş X3 AĞİR KƏMAĞİLLİQ, İMBESİLLİK DƏRƏCƏSİNDƏ, KOBUD DAVRANİŞ POZUNTUSU diaqnozu ilə qeydiyyatındadır. Ondan qeyd olunan psixi xəstəlik nəticəsində özünü idarə etmək və psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək iqtidarında deyil. Onun daimi kənar şəxsin köməyinə ehtiyacı var. Məhkəmə Psixiatrik Ekspertizası tərəfindən X4 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməli olması barədə xx.xx.2023-cü il tarixli, 1229 saylı rəy verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır; 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır; 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Məhkəmədə müəyyən edildi ki, öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmayan X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, onunla birlikdə yaşayan anası Ərizəçi ərizəsi üzrə qaldırılmış və fəaliyyət qabiliyyəti olmayan hesab edilməli olan şəxsin yaşayış yeri üzrə məhkəməyə verilmişdir. Şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduğundan onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edilmiş və ekspertiza tərəfindən X4 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik olmaması barədə müvafiq rəy verilmişdir. Ona görə ərizənin təmin edilməsi üçün kifayət qədər qanuni əsas vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, xx.xx.2001-cü il tarixdə Rusiya Federasiyası, İrkutsk vilayəti, İrkutsk şəhərində doğulmuş, Füzuli rayonu, Füzuli şəhəri, Ş.Qurbanov küçəsi, ev 6 ünvanında qeydiyyat olan və ünvan 2vanında yaşayan X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Bununla bağlı məhkəmə hesab edir ki, hazırkı qətnamə X4 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, məhkəmə hesab edir ki, məhkəmə xərcləri ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2001-cü il tarixdə Rusiya Federasiyası, İrkutsk vilayəti, İrkutsk şəhərində doğulmuş, Füzuli rayonu, Füzuli şəhəri, Ş.Qurbanov küçəsi, ev 6 ünvanında qeydiyyat olan və ünvan 2vanında yaşayan X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Hazırkı qətnamə X4 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Məhkəmə xərcləri ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar