Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-98/2025 20.06.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Məhkəmə iclasının katibi Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehlər Cavabdeh3 və "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri 51 saylı Notariat ofisi cəlb edilməklə cavabdehlər Cavabdeh3, "xxxx" MMC-yə, Cavabdeh2 və Cavabdeh4 qarşı “əqdlərin və çıxarışların etibarsız hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh3, "xxxx" MMC-yə və Cavabdeh2 qarşı “əqdlərin və çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 ilə "İnşaat Konstruksiyaları” MMC arasında bağlanmış və Bakı şəhəri, Yasamal rayonu, İsfəndiyar Zülalov 19 ünvanında yerləşən ümumi sahəsi 440.07 kv.m təşkil edən qeyri yaşayış sahəsinin alğı-satqısını ehtiva edən xx.xx.2017-ci il tarixli müqavilənin 347 kv.m hissəsində və Cavabdeh3 adına alınmış çıxarış əsasında Cavabdeh3 ilə Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixli notarial qaydada təsdiqlənmiş müqavilənin 347 kv.m hissədə etibarsız hesab edilməsi, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən Cavabdeh2 adına qeydə alınmış xx.xx.2022-ci il tarixli, ********** saylı çıxarışın, ona cizgiplana uyğun olaraq verilməsi nəzərdə tutulan 347 kv.m hissədə etibarsız hesab edilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilmiş, iş üzrə hazırlıq iclası təyin edilmişdir. Məhkəmə araşdırması zamanı Bakı şəhəri 51 saylı Notariat ofisi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi və Cavabdeh4 cavabdeh kimi işə cəlb edilmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 xx.xx.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 ilə "xxxx" MMC arasında bağlanmış və Bakı şəhəri, Yasamal rayonu, İsfəndiyar Zülalov 19 ünvanında yerləşən ümumi sahəsi 440.07 kv.m təşkil edən qeyri yaşayış sahəsinin alğısatqısını ehtiva edən xx.xx.2017-ci il tarixli müqavilənin, həmin müqavilə əsasında Cavabdeh3 adına xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış çıxarışın, həmin çıxarış əsasında Cavabdeh3 ilə Cavabdeh2 arasında xx.xx.2022ci il tarixli müqavilənin, iddiaçıya çizgi-plana uyğun olaraq verilməsi nəzərdə tutulan və iddiaçı mənsub olan 347.0 kv.m hissədə etibarsız hesab edilməsi, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən Cavabdeh2 verilən mülkiyyət çıxarışının, iddiaçıya çizgi-plana uyğun olaraq verilməsi nəzərdə tutulan 347.0 kv.m hissədə etibarsız hesab edilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 xx.xx.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, İsfəndiyar Zülalov 19 ünvanında yerləşən ümumi sahəsi 440,07 kv.m təşkil edən qeyri yaşayış sahəsinin alğı-satqısını ehtiva edən xx.xx.2023-cü il tarixli Cavabdeh2 ilə X1 arasında bağlanmış alqı-satqı müqaviləsinində etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışında iddia ərizəsində və iddia ərizəsinə əlavədə qeyd edilən tələblərlə bərabər ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 ərizə ilə müraciət edərək, iş üzrə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehlər Cavabdeh3 və "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasına etiraz etmədi. Məhkəmə digər tərəflərin iştirakı olmadan hazırkı ərizənin müzakirə olunmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsi və vəkilinin ərizəsi nəzərə alınaraq, sözügedən iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 170.1, 263-264, 267- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri 51 saylı Notariat ofisi cəlb edilməklə cavabdehlər Cavabdeh3, "xxxx" MMC-yə, Cavabdeh2 və Cavabdeh4 qarşı “əqdlərin və çıxarışların etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-98/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-98/2025
20.06.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver