Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-980/2024 19.04.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Lamiyə Natiq qızının katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh ”zaq̇ ırəzA“ İstehsalat Bı̇ rlı̇ yinə qarşı “aktın ləğv edilməsi və cərimənin silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh ”zaq̇ ırəzA“ İstehsalat Bı̇ rlı̇ yinə qarşı “aktın ləğv edilməsi və cərimənin silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, 38 saylı evin 91 saylı mənzili onun şəxsi mülkiyyətindədir. Həmin mənzilə dair bütün kommunal xidmətləri, o cümlədən təbii qazdan istifadə barədə müqavilə onun adınadır. Cavabdeh tərəfindən mənzilə təbii qazdan istifadə olunması üçün müqavilə bağlanmış, istifadə olunan qaz sorfıyyatını hesablamaq üçün qaz sayğacı quraşdırılmış və həmin sayğacın üzərinə plomb qoyulmuşdur, istifadə etdiyi təbii qazın pulunu həmişə vaxtı-vaxtında ödəmişdir. Onun xəbəri olmadan cavabdeh tərəfindən Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, ev 38, mənzil 91 yerləşən mənzilə dair «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» 14 iyul 2023-cü il tarixdə ******* saylı Akt tərtib edilmişdir. Nəticədə isə ona 777 manat borcu yaranmışdır. Cavabdeh təşkilatı tərəfindən tərtib edilmiş həmin akta, habelə həmin akta əsasən hesablanmış borca qəti etirazını bildirir. Onun tərəfindən qaz sayğacına müdaxilə olunmamış habelə təbii qazdan qeyriqanuni istifadə edilməmişdir. Təbii qazın verilməsi və əsassız hesablanmış borcun silinməsi barədə cavabdehə etdiyi müraciətləri nəticəsiz qalmış, şifahi qaydada ona bildirmişlər ki, borcun silinməsi barədə məhkəməyə müraciət etməlidir. Ona görə də məcbur olub məhkəməyə müraciət edir. Göstərilənlərə əsasən, Cavabdeh2 tərəfindən Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, 38 saylı evin 91 saylı mənzilinə dair «Təbii qazdan istifadə qaydalarının pozulması haqqında» tərtib olunmuş xx.xx.2023-cü il tarixli, ******* saylı aktın ləğv edilməsi və həmin akta əsasən hesablanmış 777 manat borcum silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X2 iddianı müdafiə edib, ərizənin dəlillərinə uyğun izahat verərək, əlavə olaraq göstərdi ki, onlar sayğaca heç bir müdaxilə etməmişlər. Sayğac evin daxilində deyil, həyətdə yerləşir. Onların xəbəri olmadan akt tərtib olunmuşdur. Buna görə də iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh2 nümayəndəsi X3 xx.xx.2024-cü il tarixdə “Elektron Məhkəmə” sistemi vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, İddiaçı Cavabdeh2nə qarşı borcun silinməsi tələbini qəbul etmir. İddiaçının istifadəsində olan qaz sayğacına əməkdaşlar tərəfindən baxış keçirilərkən sayğaca müdaxilə faktı aşkar olunmuşdur. Bu barədə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* saylı akt tərtib olunmuş və itirilmiş qazın dəyərinin hesablanması üçün dəymiş ziyanın hesablanmasına dair tələbnamə tərtib edilərək 777,60 manat dəyərində faktiki istehlak olunmuş, lakin dəyəri ödənilməmiş qaz sərfi müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə baxış iclasının bizim iştirakımız olmadan keçirilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. Cavabdeh2 nümayəndəsi məhkəmə baxış iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak etmiş şəxsin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Cavabdeh2 nümayəndələri tərəfindən tərtib olunmuş qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 14 iyul 2023-cü il tarixli ******* saylı aktın surətindən görünür ki, İddiaçı məxsus ünvan 1 ünvanında “itron” tipli, G-4 markalı, 1202AQ**********4 nömrəli sayğac çıxarılmış, çıxarılmanın səbəbi kimi növbəti dövlət yoxlamasına göndərilməsi kimi qeyd edilmiş və “mex” tipli, G-4 markalı, **********2 nömrəli sayğac əvəzetmə məqsədi ilə quraşdırılmışdır. - Cavabdeh2 nümayəndələri tərəfindən tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 15 dekabr 2023-cü il tarixli ******* saylı aktın surətindən görünür ki, xx.xx.2023-cü il tarixli 14-2-2/3-5-7469/0001 nömrəli MSK-ya əsasən 1202AQ0**********4 nömrəli sayğaca baxış keçirilməsi, sayğacın çıxış plastmas borusu deşilməsi, xətaların normadan artıq olması, dəymiş ziyanın hesablanmalı və ödənilməli olması qeyd edilmişdir. - İddiaçı müraciətinə baxılması barədə məktubdan görünür ki, xx.xx.2023-cü il tarixdə iddiaçının müraciətinə baxılmış və ona məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. -Smart Sayğaclı abonentin cədvəlindən görünür ki, abonent kodu **********00910 olan ünvan 1 saylı mənzilin 2023-cü ilin sonuna olan sərfiyyatı cəmi 10969, ödəniş cəmi 1130.24 manat olmuşdur. -Dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, abonent kodu **********00910 üzrə xx.xx.2023-cü il tarixli ******* nömrəli akta əsasən dəymiş ziyanın həcmi hesablanmış, G-4 markalı qaz sayğacının maksimal qaz sərfi 6 m3/saat orta günlük iş rejimi 12 saat və hesabat müdd\əti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış (6x12x90=6480 m3) və hesablanmış məbləğin (cəmi 6480 m3) ödənilməsi qeyd edilmişdir. - Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh2 qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsi barədə xx.xx.2023-cü il tarixli, MSK-14-2-2/3-5-7469/Q001 nömrəli aktın surətindən görünür ki, 1202AQ**********4 nömrəli sayğaca baxış keçirilmiş, sayğacın klapanının işlək olmaması, sayğacın çıxış plastmas borusunun deşilməsi, xətaların normadan artıq olması, sayğacın normal sərfiyyatda 100% nisbi xətayla işləməsi, hesablama mexanizminin minimal sərfiyyatda keçən qazın həcmini qeyd etməməsi, sayğacın istismara yararsız olması müəyyən edilmişdir. - Abonentin saldosundan görünür ki, ünvan 1 ünvanına İddiaçı adlı abonentə xx.xx.2023-cü il tarixdə ZENNER G4T Mexaniki markalı, **********2 nömrəli sayğac quraşdırılmışdır, abonent kodu **********00910-dur. Abonentə 777.60 manat borc hesablanmışdır. - xx.xx.2023-cü il tarixli aktın surətindən və fotoşəkildən görünür ki, ünvan 1 ünvanına İddiaçı adlı abonentə məxsus “itron” tipli, G-4 markalı, 1202AQ**********4 nömrəli sayğac xx.xx.2023-cü il tarixdə xətdən çıxarılmış, növbəti dövlət yoxlamasına göndərilmişdir. Bununla bağlı akt tərtib olunaraq İddiaçı tanış olması üçün mənzilin qapısına qoyulmuşdur. - 01 ədəd CD diskdə olan 01 ədəd video və 02 ədəd fotoşəkildən görünür ki, İddiaçı məxsus ünvan 1 ünvanında sayğac 91 saylı mənzildən kənarda yerləşir. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh2 nümayəndələri tərəfindən tərtib olunmuş 15 dekabr 2023-cü il tarixli akta əsasən İddiaçı məxsus ünvan 1 ünvanına quraşdırılmış 1202AQ**********4 nömrəli sayğaca baxış keçirilmiş, sayğacın klapanının işlək olmaması, sayğacın çıxış plastmas borusunun deşilməsi, xətaların normadan artıq olması, sayğacın normal sərfiyyatda 100% nisbi xətayla işləməsi, hesablama mexanizminin minimal sərfiyyatda keçən qazın həcmini qeyd etməməsi, sayğacın istismara yararsız olması müəyyən edilmişdir. Abonent kodu **********00910 üzrə xx.xx.2023-cü il tarixli ******* nömrəli akta əsasən dəymiş ziyanın həcmi hesablanmış, G-4 markalı qaz sayğacının maksimal qaz sərfi 6 m3/saat orta günlük iş rejimi 12 saat və hesabat müdd\əti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış (6x12x90=6480 m3) və hesablanmış məbləğin (cəmi 6480 m3) ödənilməsi qeyd edilmişdir. İddiaçıya itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyan 777.60 manat hesablanmışdır. İddiaçı həmin aktın ləğv edilməsi və 777 manat cərimənin silinməsi tələbi ilə bağlı məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın: 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. 4.2-ci maddəsinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar; 4.9-cu maddəsinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir; 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır; 560.3 və 560.3.5.2-ci maddələrinə əsasən istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçının müdaxilə etdiyi qeyd edilən sayğac mənzildən bayırda quraşdırılmışdır, bu səbəbdən iddiaçının sayğacı kənar müdaxilələrdən qoruması qeyri-mümkündür, müdaxilənin və ya sayğacın yararsız hala düşməsinin məhz iddiaçı və ya onun ailə üzvləri tərəfindən edilməsi işin hər hansı halı ilə sübuta yetirilməmişdir, burada sübutetmə yükü üzərinə düşməsinə baxmayaraq, aktı tərtib etmiş cavabdeh orqan bununla bağlı hər hansı sübutunu təqdim etməmişdir. Abonent tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, abonentin təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, dəymiş ziyana görə abonentdən pul tələb edilməsi yolverilməzdir, istinad edilən Qaydaların 4.2-ci maddəsinin tələbinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına həyata keçirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Məhkəmə iclasında təqdim və tədqiq olunmuş sübutlarla İddiaçı (abonentin) hər hansı hüquq pozuntusuna yol verdiyi hal müəyyən edilməmişdir, dövlət orqanı olan cavabdeh aktın əsaslı olmasını təsdiq edən sübutlarını təqdim etməmişdir. Məhkəmə hesab edir ki, təbii qaz zədələnmiş qaz sayğacı vasitəsi ilə sərf edildiyi üçün abonentə hesablanmış pul məbləğinin tutulmasına qanuni əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməli, Cavabdeh2 tərəfindən tərtib olunmuş 15 dekabr 2023-cü il tarixli, ******* nömrəli akt ləğv edilməli, həmin akt əsasında hesablanmış 777 (yeddi yüz yetmiş yeddi) manat məbləğində cərimə borcu silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçıların, 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları və bələdiyyələrin dövlət rüsumu ödəməkdən azad olunduqlarını nəzərə alaraq, məhkəmə hesab edir ki, məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh2 tərəfindən tərtib olunmuş 15 dekabr 2023-cü il tarixli, ******* nömrəli akt ləğv edilsin, həmin akt əsasında hesablanmış 777 (yeddi yüz yetmiş yeddi) manat məbləğində cərimə borcu silinsin. Məhkəmə xərcləri dövlət büdcəsinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №2(007)-980/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-980/2024
19.04.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver