Məhkəmə qərarları › İş №2(007)-981/2020

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-981/2020

25.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-981/2020 25.02.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Ağacanov Ramin Tofiq oğlunun katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 03 yanvar 2019-cu il tarixli müqavilə üzrə Acer markalı kompüter üçün 3120 (üç min yüz iyirmi) manat ödənilməmiş hissə, 858 (səkkiz yüz əlli səkkiz) manat dəbbə, 20 yanvar 2019-cu il tarixli müqavilə üzrə İMEİ Kodu **********08906 olan iPhone 7 markalı telefon üçün 1548 (min beş yüz qırx səkkiz) manat ödənilməmiş hissə, 425 (dördyüz iyirmi beş) manat dəbbə, 10 fevral 2019-cu il tarixli müqavilə üzrə İMEİ Kodu **********14698 olan Samsung Galaxy A6 markalı telefon üçün 492 (dörd yüz doxsan iki) manat ödənilməmiş hissə, 122 (yüz iyirmi iki) manat dəbbə, ümumilikdə 6565 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 6595 manat Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə 03.01.2019-cu il, 20.01.2019-cu il və 10.02.2019-cu il tarixli müqaviləsinə əsasən, Acer markalı kompüter, İMEİ Kodları **********08906 və **********14698 olan iPhone 7 və Samsung Galaxy A6 markalı telefon almış və nəticədə 6565 (altı min beş yüz altmış beş) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 03.01.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 3120 (üç min yüz iyirmi) manat (12 ay x 260 manat + 0 manat ilkin ödəniş) Acer markalı kompüter üçün ümumilikdə 3978 (üç min doqquz yüz yetmiş səkkiz) manat olmaqla ondan, 3120 (üç min yüz iyirmi) manat ödənilməmiş hissə, 858 manat dəbbə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 20.01.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1548 manat İMEİ Kodu **********08906 olan iPhone 7 markalı telefon üçün ümumilikdə, 1973 (min doqquz yüz yetmiş üç) manat olmaqla ondan 1548 (min beş yüz qırx səkkiz) manat ödənilməmiş hissə, 425 manat dəbbə. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 10.02.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 612 (altı yüz on iki) manat İMEİ Kodu+**********14698 olan Samsung Galaxy A6 markalı telefon üçün ümumilikdə 614 (altı yüz on dörd) manat olmaqla ondan 492 manat ödənilməmiş hissə, 122 manat dəbbə; Cavabdehin cəmi ödədiyi məbləğ 120 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Məhkəmə iclasında iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 03 yanvar 2019-cu il tarixli 00454335 nömrəli müqavilədən, ona əlavələrdən görünür ki, Cavabdeh "xxxx" MMC-dən aylıq ödəniş 260 manat olmaqla, 12 ay müddətinə, 3120 manat dəyərində olan Acer markalı kompüter almışdır. Cavabdeh həmin müddət ərzində müqavilənin şərtlərinə uyğun olaraq ödənişlərin vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür; - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 10 fevral 2019-cu il tarixli 00508131 nömrəli müqavilədən, ona əlavələrdən görünür ki, Cavabdeh "xxxx" MMC-dən aylıq ödəniş 51 manat olmaqla, 12 ay müddətinə, 612 manat dəyərində olan Samsung Galaxy A6 markalı telefon almışdır. Cavabdeh həmin müddət ərzində müqavilənin şərtlərinə uyğun olaraq ödənişlərin vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür; - "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 20 yanvar 2019-cu il tarixli 00478002 nömrəli müqavilədən, ona əlavələrdən görünür ki, Cavabdeh "xxxx" MMC-dən aylıq ödəniş 129 manat olmaqla, 12 ay müddətinə, 1548 manat dəyərində olan iPhone 7 markalı telefon almışdır. Cavabdeh həmin müddət ərzində müqavilənin şərtlərinə uyğun olaraq ödənişlərin vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür; - 07 yanvar 2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün "xxxx" MMC tərəfindən 30,0 manat dövlət rüsumu ödənilmişdir; - "xxxx" MMC-nin 03 yanvar 2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 03 yanvar 2019-cu il tarixli müqavilə üzrə əsas borc üzrə 3120 manat, dəbbə borcu 858 manat olmaqla ümumilikdə 3978 manat, 20 yanvar 2019-cu il tarixli müqavilə üzrə əsas borc üzrə 1548 manat, dəbbə borcu 425 manat olmaqla ümumilikdə 1973 manat, 10 fevral 2019-cu il tarixli müqavilə üzrə əsas borc üzrə 492 manat, dəbbə borcu 122 manat olmaqla ümumilikdə 614 manat borcu vardır. Məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 03 yanvar 2019-cu il tarixli müqaviləyə əsasən, cavabdeh "xxxx" MMC-dən aylıq ödəniş 260 manat olmaqla, 12 ay müddətinə, 3120 manat dəyərində olan Acer markalı kompüter, 10 fevral 2019-cu il tarixli müqaviləyə əsasən, cavabdeh "xxxx" MMC-dən aylıq ödəniş 51 manat olmaqla, 12 ay müddətinə, 612 manat dəyərində olan Samsung Galaxy A6 markalı telefon, 20 yanvar 2019-cu il tarixli müqaviləyə əsasən, cavabdeh "xxxx" MMC-dən aylıq ödəniş 129 manat olmaqla, 12 ay müddətinə, 1548 manat dəyərində olan iPhone 7 markalı telefon almışdır. Lakin, cavabdeh müqavilələr ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş və iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh 03 yanvar 2019-cu il tarixli, 20 yanvar 2019-cu il tarixli və 10 fevral 2019-cu il tarixli alqı-satqı müqavilələri əsasında iddiaçı "xxxx" MMC-dən müvafiq əşyalar almış, lakin, o, müqavilələr üzrə ödənişləri tam həyata keçirməmişdir. Göründüyü kimi, Cavabdeh alqı-satqı müqavilələri üzrə götürdüyü öhdəlikləri vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də alıcı-cavabdeh müqavilə üzrə satıcıiddiaçı qarşısında öhdəlik götürdüyündən və alıcı-cavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış borc məbləğini və digər xərcləri ödəməlidir. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, iddiaçının tələb etdiyi cərimə (dəbbə pulu) əsas borca münasibətdə tənasübsüz surətdə yüksəkdir və həmin məbləğ azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Əliyev Rəşad Rasim oğlundan 03.01.2019-cu il tarixli, 20.01.2019-cu il tarixli və 10.02.2019-cu il tarixli müqavilələr üzrə 5160 manat ödənilməmiş hissə, 165 manat məbləğində dəbbə pulu olmaqla, ümumilikdə 5325,00 manat məbləğində vəsait və dövlət rüsumuna görə ödənilmiş 30 manat ABC- TELECOM" MMC-nin xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 03.01.2019-cu il tarixli, 20.01.2019-cu il tarixli və 10.02.2019-cu il tarixli müqavilələr üzrə 5160 manat ödənilməmiş hissə, 165 manat məbləğində dəbbə pulu olmaqla, ümumilikdə 5325,00 manat məbləğində vəsait və dövlət rüsumuna görə ödənilmiş 30 manat ABC-TELECOM" MMC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar