Məhkəmə qərarları › İş №2(007)-982/2020

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-982/2020

25.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-982/2020 25.02.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədova Həqiqət Mülazim qızı, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 19 yanvar 2019-cu il tarixli müqaviləsinə əsasən İMEİ Kodu **********20870 olan Samsung Galaxy A7 markalı telefon üçün 350 (üç yüz əlli) manat ödənilməmiş hissə, 35 (otuz heş) manat cərimə. Cəmi 385 manat. 21 fevral 2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********32133 olan Samsung Galaxy A8 markalı telefon üçün 700 (yeddi yüz) manat ödənilməmiş hissə, 70 (yetmiş) manat cərimə. Cəmi 770 manat. Ümumilikdə 1155 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1185 manat Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə 19.01.2019-cu il və 21.02.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********20870 və **********32133 olan Samsung Galaxy A7 və Samsung Galaxy A8 markalı telefon almış və nəticədə 1155 (min yüz əlli beş) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 19.01.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 712 (yeddi yüz on iki) manat (6 ay x 1/8 manat - 4 manat ilkin ödəniş) İMEİ Kodu **********20870 olan Samsung Galaxy A7 markalı telefon üçün ümumilikdə 385 (üç yüz səksən beş) manat olmaqla ondan. 350 (üç yüz əlli) manat ödənilməmiş hissə, 35 (otuz beş) manat cərimə; 21.02.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 812 (səkkiz yaz on iki) manat (6 ay x 135 manat + 2 manat ilkin ödəniş) İMEİ Kodu **********32133 olan Samsung Galaxy A8 markalı telefon üçün ümumilikdə 770 (yeddi vüz yetmiş) manat olmaqla ondan, 700 (yeddi уüz) manat ödənilməmiş hissə, 70 (yetmiş) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 474 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. İş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, işə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 19 yanvar 2019-cu il tarixli, 00475927 nömrəli müqavilədən və ona əlavə sənədlərdən görünür ki, MMC tərəfindən Cavabdeh ümumi dəyəri 712 manat olan Samsung Galaxy A7 markalı mobil telefon satılmışdır. Cavabdeh müqaviləyə əlavə olunmuş ödəniş cədvəlində müəyyən olunmuş müddətdə və qaydada əşyanın dəyərini, o cümlədən müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməyi öhdəsinə götürmüş, əşyanı həmin gün təhvil almışdır. İşə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 21 fevral 2019-cu il tarixli, 00526096 nömrəli müqavilədən və ona əlavə sənədlərdən görünür ki, MMC tərəfindən Cavabdeh ümumi dəyəri 812 manat olan Samsung Galaxy A8 markalı mobil telefon satılmışdır. Cavabdeh müqaviləyə əlavə olunmuş ödəniş cədvəlində müəyyən olunmuş müddətdə və qaydada əşyanın dəyərini, o cümlədən müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəməyi öhdəsinə götürmüş, əşyanı həmin gün təhvil almışdır. İşə əlavə olunmuş 03 yanvar 2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 19 yanvar 2019-cu il tarixli müqavilə üzrə əsas borc üzrə 350 manat, cərimə borcu üzrə 35 manat olmaqla, ümumilikdə 385 manat borcu vardır. Cavabdeh 21 fevral 2019-cu il tarixli müqavilə üzrə əsas borc üzrə 700 manat, cərimə borcu üzrə 70 manat olmaqla, ümumilikdə 770 manat borcu vardır. Hər iki müqavilə üzrə ümumilikdə 1155 manat borcu vardır. İşə əlavə olunmuş 07 yanvar 2020-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsi üçün "xxxx" MMC tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh 19 yanvar 2019-cu il tarixli və 21 fevral 2019-cu il tarixli müqavilələr əsasında "xxxx" MMC-dən əşya (mal) almış, lakin müqavilə üzrə ödənişləri tam həyata keçirməmiş, öhdəlikləri vaxtında icra etməmiş, edilmiş xəbərdarlığa baxmayaraq borcunu ödəməmişdir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. 19 yanvar 2019-cu il tarixli, 00475927 nömrəli müqavilə üzrə 350 manat əsas borc, 35 manat cərimə borcu olmaqla, ümumilikdə 385 manat borc, 21 fevral 2019-cu il tarixli, 00526096 nömrəli müqavilə üzrə 700 manat əsas borc, 70 manat cərimə borcu olmaqla, ümumilikdə 770 manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar