Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-983/2022 13.06.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi cəlb edilməklə “hüquqi faktın müəyyən edilməsi” haqqında ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi cəlb edilməklə “hüquqi faktın müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, torpağın mülkiyyətə verilməsinə dair JN-164F seriyalı, kod 30602016 saylı şəhadətnamədə torpağın mülkiyyətçisinin o, yəni Ərizəçi olması faktının müəyyən edilməsinə dair qətnamə qət edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx xxxxxx 1961-ci ildə Füzuli rayonunda anadan olmuşdur. Hal-hazırda ailəsi ilə birlikdə ünvan 1 ünvanda yaşayır. Qeyd etmək istəyir ki, ona Xızı rayon Aqrar İslahat Komissiyasının 12 avqust 1998-ci il tarixli, 06 saylı qərarına əsasən 0,09 ha torpaq sahəsi ayrılaraq mülkiyyətimə verilmişdir. Həmin torpaq sahəsini o idarə etmiş və bu vaxta kimi də onun istifadəsində olmuşdur. Hal-hazırda isə həmin torpaq sahəsini öz adına sənədləşdirə bilmir. Əsas səbəb də, torpağın mülkiyyətə verilməsi haqqında şəhadətnamədə onun soyadının və ata adının qeyd olunmamasıdır. Belə ki, şahədətnamə verilərkən Ərizəçi yazılmalı olduğu halda, sadəcə Cəmil kimi qeyd edilmişdir. Odur ki, torpaq sahəsinin tam olaraq kimə məxsus olduğu müəyyənləşdirilə bilinmir. Bu səbəbdən də, o, sənədləşdirmə işlərini aparmaq üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinə ərizə ilə müraciət etmiş, lakin onlar torpaq sahəsinin ona aid olmasını müəyyənləşdirə bilmədikləri üçün imtina edərək aidiyyəti üzrə məhkəməyə müraciət etməyini tövsiyyə etmişlər. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və ərizənin tam təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə olan halda, məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını araşdırıb və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xızı rayon şöbəsi tərəfindən verilmiş JN-164F KOD 30602016 nömrəli, xx.xx.2001-ci il tarixli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Xızı rayon Aqrar İslahatlar Komissiyasının 12 avqust 1998-ci il tarixli 06 saylı qərarı ilə 0,09 hektar torpaq sahəsi “Cəmil” adlı şəxsin mülkiyyətinə verilmişdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2021-ci il tarixli **********86 saylı məktubundan görünür ki, ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xızı rayon şöbəsi tərəfindən verilmiş JN-164F KOD 30602016 nömrəli, xx.xx.2001-ci il tarixli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də mülkiyyətçinin adı “Cəmil” kimi qeyd edilmişdir. Bildirirlər ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinin tələblərinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi məhkəmələrin səlahiyyətlərinə aid edilmişdir. Odur ki, 164F KOD 30602016 nömrəli, xx.xx.2001-ci il tarixli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin təqdim olunmuş şəxsiyyət vəsiqəsi üzrə həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi üçün məhkəmə orqanlarına müraciət edilməsi tövsiyyə olunur. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanjnunun 15-ci maddəsinə əsasən ərizəninin icrasından imtina edilməsi məqsədəmüvafiq hesab edilmişdir. - Xızı rayon İcra Hakimiyyəti Başçısının Altıağac qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliynin xx.xx.2021-ci il tarixli 161 saylı arayışından görünür ki, Xızı rayonunun Altıağac qəsəbəsində 12 avqust 1998-ci il Aqrar islahatlar zamanı 06 saylı qərarla verilmiş KN-164F (KOD********) nömrəli Dövlət Aktında səhvən Cəmil kimi yazılmışdır. - 25 yanvar 1961-ci il tаriхdə vеrilmiş İ-ИЕ № 962699 saylı doğum haqqında şəhаdətnаmənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1961-ci il tаriхdə Füzuli rayonunda doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 25 yanvar 1961-ci il tarixdə 23 № ilə qeyd edilmişdir. X2, anası X1r. Məhkəmə iclasında müəyyən olundu ki, o, Ərizəçi xx xxxxxx 1961-ci il tаriхdə Füzuli rayonunda anadan olmuşdur. Ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xızı rayon şöbəsi tərəfindən verilmiş JN-164F KOD 30602016 nömrəli, xx.xx.2001-ci il tarixli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də mülkiyyətçinin adı “Cəmil” kimi qeyd edilmişdir. DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsində ərizəçinin sənədlərini icraata (ərizənin adına sənədləşdirmə işləri aparmaq üçün) qəbul etməkdən imtina etmişlər və 164F KOD 30602016 nömrəli, xx.xx.2001-ci il tarixli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin təqdim olunmuş şəxsiyyət vəsiqəsi üzrə ərizəçiyə məxsus olması faktının müəyyən edilməsi üçün məhkəmə orqanlarına müraciət edilməsi tövsiyyə edilmişdir. Məsələnin həlli ilə əlaqədar bildirir ki, Xızı rayonunun Altıağac qəsəbəsində 12 avqust 1998-ci il Aqrar islahatlar zamanı 06 saylı qərarla verilmiş KN- 164F (KOD********) nömrəli Dövlət Aktında torpaq sahəsinin mülkiyyətçisinin adı “Cəmil” kimi qeyd edilmişdir. Qeyd edilən sənəddə uyğunsuzluqların olması ərizəçiyə torpaq sahəsinə dair çıxarışın alınmasında maneəçilik törədir. Qeyd edilən halı da təsdiq edən sənədlərin başqa cür alınması da mümkün deyil. Buna görə də ərizəçi yol verilmiş səhvin aradan qaldırılması üçün məhkəməyə müraciət etmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xızı rayon şöbəsi tərəfindən verilmiş JN-164F KOD 30602016 nömrəli, xx.xx.2001-ci il tarixli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də mülkiyyətçi hissəsində “Ərizəçi” sözlərinin əvəzinə səhvən “Cəmil” sözləri yazılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonar MPM): 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır; 307.2-ci maddəsinə əsasən məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: şəxslərin qohumluq münasibətlərinin; şəxsin öhdədə olması faktının; doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; ərarvaddan birinin vəfat etməsi nəticəsində müvafiq icra hakimiyyəti orqanında nikah qeydə alına bilməzsə, qanunla müəyyən edilmiş hallarda faktiki nikah münasibətlərində olma faktının; şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının; mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının; bədbəxt hadisə faktının; müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin; atalığın etiraf olunması faktının; qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır; Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, həqiqətən də, Xızı rayon Aqrar İslahatlar Komissiyasının 12 avqust 1998-ci il tarixli 06 saylı qərarı ilə 0,09 hektar torpaq sahəsi Ərizəçi verilmiş, lakin ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xızı rayon şöbəsi tərəfindən verilmiş JN-164F KOD 30602016 nömrəli, xx.xx.2001-ci il tarixli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də mülkiyyətçinin adı səhvən tam yazılmamışdır. İşin hallarından görünür ki, hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi həmin evin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün mühüm əhəmiyyət kəsb edir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, hüquqi əhəmiyyəti olan fakt məhkəmə iclasında toplanaraq tədqiq edilmiş sübutlarla təsdiq edilir, ona görə ərizə təmin edilməli, ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xızı rayon şöbəsi tərəfindən verilmiş JN-164F KOD 30602016 nömrəli, xx.xx.2001-ci il tarixli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də qeyd edilmiş mülkiyyətçi hissəsindəki “Cəmil” sözlərinin “Ərizəçi” sözləri olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xızı rayon şöbəsi tərəfindən verilmiş JN-164F KOD 30602016 nömrəli, xx.xx.2001-ci il tarixli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də qeyd edilmiş mülkiyyətçi hissəsindəki “Cəmil” sözlərinin “Ərizəçi” sözləri olması faktı müəyyən edilsin. Məhkəmə xərcləri Ərizəçi aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-983/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-983/2022
13.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver