Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-984/2023 31.05.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Quluzadə Emil Mirələm oğlunun katibliyi, İddiaçı, Cavabdeh İstehsalat Bı̇ rlı̇ yinin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh İstehsalat Bı̇ rlı̇ yinə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İstehsalat Bı̇ rlı̇ yinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka- 1 bağ sahəsi, 1308 saylı ona məxsus fərdi yaşayış evin xx.xx.2020-ci il tarixində Cavabdeh tərəfindən öncədən ödənişli, G-4 markalı 1002AQ**********4 nömrəli qaz sayğacı sonradan ödənişli G-4 markalı **********2 qaz sayğacı ilə əvəzlənmişdir. Bu tarixdən 31 ay sonra, yəni xx.xx.2022-ci il tarixində ödəniş terminalı vasitəsilə qaz kartına 50 AZN ödəniş etmiş, məbləği sayğaca köçürəndə 125 m3 olduğunu görmüşdür (halbuki 50AZN/0,2=250 m3 olmalı idi). İlk öncə bunun texniki xəta olduğunu düşünərək bu barədə 104 qaynar xəttinə dərhal məlumat vermişdir, ona naməlum borca görə hal-hazırda 25 AZN, növbəti ödənişlərdə isə 90,2 AZN tutulacağını bildirmişlər. “Azəriqaz" İstehsalat Birliyinə yazılı müraciət edərək, ona yazılan borcun araşdırılaraq silinməsini xahiş etmişdir. Cavab olaraq sayğacın yararsız olduğunu və qazın həcminin yenidən hesablandığını bildirmişlər. Borcun yaranma səbəbi kimi 3 ilə yaxın müddətdən sonra sayğacın laboratoriyada analiz edildikdən sonra sərfiyyatın normadan az yazdığını göstərmişlər. Etiraz edərək bildirir ki, bu cavabın heç bir məntiqi əsası yoxdur, nasazlıq faktını həmin dövrdə aşkar edərək ona məlumat verməli idilər, həmin dövrdə qaz tarifləri aşağı idi, 31 aydan sonra bu faktın aşkar edilməsi qeyri- peşəkar fəaliyyətin nəticəsidir və bunun da zərərini bir vətəndaş olaraq o çəkirəm. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydalarının 6.7-ci bəndinə əsasən, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Lakin onun yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağ sahəsi, 1308 saylı fərdi yaşayış evinə Cavabdeh tərəfindən “təbii qazdan istifadə qaydalarının polulması haqqında" aktların tərtib edilməsi və həmin aktlara uyğun onun abonent hesabına borcun hesablanması, həmin aktların tərtib olunması zamanı nə onun, nə də digər şəxslərin (evdə yaşayan şəxslərin, şahidlərin) iştirakının təmin edilməsi halı müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən Cavabdeh tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-1 bağ sahəsi, 1308 saylı fərdi yaşayış evinə onun (Abonent kodu: **********00002) adına yazılmış 115,2 manat (bir yüz on beş manat, iyirmi qəpik) borcun silinməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, ərizənin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, sayğacı xx.xx.2020-ci il tarixdə dəyişdirilsə də, yaranmış borcla bağlı ona heç bir məlumat verilməmişdir. Sayğacda heç bir kənar müdaxilə olmamışdır. Sayğac problemli idisə, hansı səbəbdən onun evinə qüsurlu sayğac quraşdırılmışdır. Bundan başqa, yaranmış borcla bağlı ona heç bir akt verilməmişdir, ödəniş edərkən yaranmış borcla bağlı məlumat əldə etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə izahat verərək bildirdi ki, sayğaca baxış zamanı sayğaca aşağı, normal və yüksək təzyiqlə qaz vurulur. Sonra əldə edilən göstəricilər toplanır. Həmin cəm üçə bölünür və sayğacın üzərində olan göstəriciyə, yəni 2587-ə bölünür. Hesablanma qaydası göstərilən qaydadadır. 960 m3-ə görə 115,20 manat borc hesablanmışdır. 2200 m3-ə görə 0,10 manat, ondan yuxarı göstəriciyə görə isə 0,20 manat hesablanır. Lakin həmin limitlə bağlı məhkəməyə sübut verə bilmir. İstənilən elektron cihazda səhv ola bilər. İddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Cavabdeh nümayəndələri tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli ******* saylı “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktın surətindən görünür ki, mənzilin qaz xəttinin üzərində quraşdırılmış G-4 markalı smart itron tipli 1002AQ**********4 zavod nömrəli qaz sayğacı (klapan kiflənib, qaz buraxmır) dəyişdirilərək yeni G-4 markalı zenner tipli **********2 saylı qaz sayğacı ilə əvəzlənmiş və yoxlamaya göndərilmişdir. - Cavabdeh MSK-29/1710-01012-1 saylı aktından görünür ki, qaz sayğaclarının yoxlanması laboratoriyasında xx.xx.2021-ci il tarixdə aparılmış yoxlama zamanı Sabunçu rayonunda yerləşən **********2 zavod nömrəli qaz sayğacında müəyyən edilmişdir: xətalar normadan artıqdır, sayğac minimal sərfiyyatda – 100% nisbi xətayla işləyir, kamera vasitəsi ilə sayğaxın daxilnə baxış keçirildi, kənar təsir izləri aşkar edilmədi. Hesablama mexanizmi minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmir. Qaz itkisi vardır; - Bakı Regional Qazın Satışı Departamenti tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli məlumatın surətindən görünür ki, Cavabdehndən daxil olmuş istehlakçı hesabında (**********00002) yaranmış borcun araşdırlması barədə 14-2-2/3-11- 3231/2023 nömrəli xx.xx.2023-cu il tarixli müraciətə Bakı Regional Qazın Satışı Departamentində baxılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, Sabunçu rayonu, Albalılıq qəsəbəsi, bağ massivində mənzilinin qaz xətti üzərində quraşdırılmış öncədən ödənişli. G-4 markalı. 1002AQ**********4 nömrəli qaz sayğacı xx.xx.2020-ci il tarixində, yeni sonradan ödənişli, G-4 markalı **********2 nömrəli qaz sayğacı ilə əvəzlənərək dövlət yoxlamasına göndərilmişdir. Çıxarılan qaz sayğacı “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 12.3-cü maddəsinə əsasən dövlət yoxlayıcısının Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Metrologiya İnstitutunun nümayəndəsi nəzarəti altında Cavabdeh İB-nin Metrologiya Departamentində dövlət yoxlamasından keçirilmiş və Sayğacların müayinəsi laboratoriyasının aktına əsasən, sayğacın yararsız olduğu barədə rəy venlmişdır. Beləliklə, Qaydaların 2 nömrəli əlavəsi olan “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəsçisi arasında qazın alqı-satqısı” müqaviləsinin 2.1.5-ci yarımbəndinə əsasən, istehlakçıya verilən qazın həcminin dəqiq uçotunun aparılması məqsədilə dövlət yoxlamasından keçirilərkən sayğaz göstəricilərinin xətası xidmətin müəyyən etdiyi normalardan artıq olduğu hallarda, faktiki istifadə edilmiş qazın həcmi yenidən hesablanır. Nəzərə çatdırılır ki, “Qazdan istifadə Qaydaları”nın 4.3-cü bəndinə uyğun olaraq G-4 markalı, 1002AQ**********4 nömrəli qaz sayğacı dövlət yoxlamasından keçirilərkən sayğac göstəricilərinin xətasının İqtisadiyyat Nazirliyi yanında Antıinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin təyin etdiyi normalara uyğun olmadığı müəyyən edilmişdir. Bununla əlaqədar müəyyən edilmiş uçota alınmayan 960 m3 qaz sərfinə, dəyəri 115,20 manat olmaqla hesabat aparılmışdır. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Vişnovka-1 bağ sahəsi, 1308 ünvanında yerləşən bağ evi xüsusi mülkiyyət hüququ üzrə xx.xx.2019-cü il tarixdə xüsusi mülkiyyət kimi tam payda İddiaçı adına qeydiyyata alınmışdır; - Abonentin saldosundan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Albalılıq qəsəbəsi, Bağ massivi 3040, 0002 ünvanında İddiaçı adlı abonentə xx.xx.2021-ci il tarixdə Zenner G4T SMART markalı, **********255 nömrəli sayğac quraşdırılmışdır, abonent kodu **********00002-dir. Abonentə 115,20 manat borc hesablanmış, 25 manat ödəniş edilmiş və 90,20 manat borc müəyyən edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh nümayəndələri tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli akta əsasən İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Vişnovka-1 bağ sahəsi, 1308 ünvanına quraşdırılmış qaz sayğacı dəyişdirilmişdir. Bundan başqa, MSK-29/1710-01012-1 saylı aktına əsasən məişət qaz sayğaclarının yoxlanması laboratoriyasında xx.xx.2021-ci il tarixdə aparılmış yoxlaması zamanı Sabunçu rayonunda yerləşən Zenner G4T markalı qaz sayğac göstəricilərinin xətasının normalara uyğun olmadığı müəyyən edilmişdir. İddiaçıya 960 m3 qaz sərfiyyatına görə borc kimi 115,20 manat hesablanmışdır. Hazırda iddiaçı borcun silinməsi tələbi ilə bağlı məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın: 3.1.7-ci bəndinə əsasən qazpaylayıcı şəbəkədə qəza hallarının qarşısını almalı və nəticələrini aradan qaldırmalıdır; 4.2-ci maddəsinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir; 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir; 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır; 4.8-ci bəndinin tələbinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar; 4.9-cu maddəsinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir; 5.5-ci bəndinə əsasən qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir; 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır; 560.3 və 560.3.5.2-ci maddələrinə əsasən istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçının sayğacı evdən bayırda quraşdırılmışdır, bu səbəbdən iddiaçının sayğacı kənar müdaxilələrdən qoruması qeyrimümkündür, müdaxilənin və ya sayğacın yararsız hala düşməsinin məhz iddiaçı və ya onun ailə üzvləri tərəfindən edilməsi işin hər hansı halı ilə sübuta yetirilməmişdir, həmçinin yoxlama zamanı sayğaca kənar təsir izləri aşkar edilməmişdir, burada sübutetmə yükü üzərinə düşməsinə baxmayaraq, aktı tərtib etmiş cavabdeh orqan bununla bağlı hər hansı sübutunu təqdim etməmişdir. Abonent tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, abonentin təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, dəymiş ziyana görə abonentdən pul tələb edilməsi yolverilməzdir, istinad edilən Qaydaların 4.2-ci maddəsinin tələbinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına həyata keçirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 4.2-ci maddəsinə əsasən İstehlakçının məişət qaz qurğusu həmin qurğunun yerləşdiyi tikinti obyektində qaz paylayıcısının mütəxəssisi tərəfindən sınaqdan keçirildikdən sonra qazpaylayıcı şəbəkəyə qoşulur. Sınağın keçirilməsinə görə ödəniş tələb olunmur. Həmin Qanunun 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlamaq hüququna malikdir. Həmin Qanunun 21-ci maddəsinin 1-ci bəndinə görə müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Məhkəmə iclasında təqdim və tədqiq olunmuş sübutlarla İddiaçı (abonentin) hər hansı hüquq pozuntusuna yol verdiyi hal müəyyən edilməmişdir, dövlət orqanı olan cavabdeh yaranmış borcun əsaslı olmasını təsdiq edən sübutlarını təqdim etməmişdir. Məhkəmə hesab edir ki, təbii qaz qüsurlu qaz sayğacı vasitəsi ilə sərf edildiyi üçün qeyd edilən təbii qaza görə abonentə hesablanmış pul məbləğinin tutulmasına qanuni əsaslar yoxdur. Hazırda iddiaçıya qaz sərfiyyatına görə borc kimi 115,20 manat hesablanmış, bundan sonra isə iddiaçı qaz sərfiyyatı üzrə 25 manat ödəniş edərkən, etdiyi ödəniş borcundan silindiyindən, hazırkı vaxta 90,20 manat borcun qalmışdır. Belə olan halda, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh tərəfindən İddiaçı təbii qazdan istifadəyə görə (abonent kodu: **********00002) hesablanmış 90,20 manat məbləğində borc silinməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçıların, 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları və bələdiyyələrin dövlət rüsumu ödəməkdən azad olunduqlarını nəzərə alaraq, məhkəmə hesab edir ki, məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı təbii qazdan istifadəyə görə (abonent kodu: **********00002) hesablanmış 90,20 manat məbləğində borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə xərcləri dövlət büdcəsinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-984/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-984/2023
31.05.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver