Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-99/2022 11.03.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçı X1, onun vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı X1 cavabdeh Cavabdeh MMC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X4 Cavabdeh MMC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, əsassız olaraq tərtib edilmiş guya Cavabdeh MMC-yə 54107 manat 50 qəpik məbləğində bocumun olduğunu göstərən 05.08.2019-cu il tarixli “borcun etirafı və ödəniş qaydası haqqında” müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh MMC ona qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 54107 manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi məbləğində pul vəsaitinin tutularaq şirkətin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını Binəqədi rayon məhkəməsindən xahiş etmiş, məhkəminin 2(001)-5277/2020 saylı, 26.10.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. İddiaçı Amil Babayev sözügedən məhkəmə prosesindən və Cavabdeh MMC-nin bu motivdə ona qarşı idda ərizəsi ilə məhkəməyə müraciət etməsindən ümumiyyətlə xəbəri olmadığını və yalnız Binəqədi rayon İcra şöbəsinin icra məmurunun tələbin icrası barədə ona etmiş olduğu zəngdən sonra bu barədə məlumat əldə etdiyini ərizəsində bildirmişdir. Bundan sonra iddiaçı Binəqədi rayon məhkəməsinə ərizə ilə müraciət edərək iş üzrə qəbul edilmiş qərarı və qoşmaya əlavə edilmiş sənədləri tələb etmişdir. Həmin sənədlər İddiaçı tərəfindən əldə edildikdən sonra ona məlum olmuşdur ki, Cavabdeh MMC ilə arasında müqavilə bağlanmışdır. İddiaçı ərizəsində həmin sənədin birbaşa şər və böhtandan ibarət olduğunu, belə bir sənəd imzalamadığını və cavabdeh qarşısında heç bir öhdəliyinin olmadığını bildirmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. O, sözügedən imzanın iddiaçı tərəfindən icra edilmədiyini, müqavilənin imzalandığı vaxt İddiaçı ölkə hüdudlarından kənarda olduğunu bildirdi. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etmədiklərini, tərəflər arasında müqavilənin olduğunu bildirmiş və əsassız olduğu üçün iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - X2 Cavabdeh MMC-yə ünvanladığı petenziyadan görünür ki, o, 05.08.2019-cu il tarixli “borcun etirafı və ödəniş qaydası haqqında” müqavilənin heç vaxt onunla cavabdeh arasında bağlanmadığını, onlara qarşı heç bir öhdəliyi olmadığını, 5 iş günü ərzində müraciət edilməsə məhkəməyə müraciət edəcəyini bildirmişdir. - İddiaçı ilə Cavabdeh MMC arasında bağlanılmış borcun etirafı və ödəniş qaydası haqqında müqavilədən görünür ki, borclu 54107 manat 50 qəpik məbləğində borcun olduğunu tam etiraf etmiş və həmin borcu aylıq olaraq 1000 manat ödəniş etməklə həmin borc məbləğini 55 ay müddətində tam olaraq kreditora ödəməyi öhdəsinə götürümüşdür. - Bakı Şəhəri Binəqədi rayon məhkəməsinin 2(001)-5277/2020 saylı, 26.10.2020-ci il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, İddiaçı 54137 manat məbləğində pul vəsaitinin tutularaq Cavabdeh MMC-yə ödənilməsi qət edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28.01.2022-ci il tarixli, 4/1290 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 56-cı vərəqəsində olan Cavabdeh MMC ilə İddiaçı arasında olan 05.08.2019-ci il tarixli borcun etirafı və ödəniş qaydası haqqında müqavilədə “Borclu İddiaçı Mais” oğlu İmza qrafasındaki imza-İddiaçı tərəfindən deyil, başqa şəxs tərəfindən icra edilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh MMC X3 qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı Şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-5277/2020 saylı, 26.10.2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı 54137 manat məbləğində pul vəsaitinin tutularaq Cavabdeh MMC-yə ödənilməsi qət edilmişdir. Daha sonra Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28.01.2022-ci il tarixli, 4/1290 saylı ekspert rəyi ilə ekspertizaya təqdim edilmiş, mülki işin 56-cı vərəqəsində olan Cavabdeh MMC ilə İddiaçı arasında olan 05.08.2019-ci il tarixli borcun etirafı və ödəniş qaydası haqqında müqavilədə “Borclu İddiaçı Mais” oğlu İmza qrafasındaki imza-İddiaçı tərəfindən deyil, başqa şəxs tərəfindən icra edilməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 329.1-ci maddəsinə əsasən, əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. 337.1-ci maddəsinə əsasən bu məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. 337.4-cü maddəsinə görə etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 406.1-ci maddəsinə görə müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. 407.2-ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı andan bağlanmış sayılır. Məhkəmə qeyd edir ki, 05.08.2019-cu il tarixli “borcun etirafı və ödəniş qaydası haqqında” müqavilə qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmışdır. Belə ki, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28.01.2022-ci il tarixli, 4/1290 saylı ekspert rəyi ilə ekspertizaya təqdim edilmiş, mülki işin 56-cı vərəqəsində olan Cavabdeh MMC ilə İddiaçı arasında olan 05.08.2019-ci il tarixli borcun etirafı və ödəniş qaydası haqqında müqavilədə “Borclu İddiaçı Mais” oğlu İmza qrafasındaki imza-İddiaçı tərəfindən deyil, başqa şəxs tərəfindən icra edilməsi müəyyən edilmişdir. Göründüyü kimi 05.08.2019-cu il tarixli “borcun etirafı və ödəniş qaydası haqqında” müqavilə bağlanan zaman İddiaçı tərəfindən imzalanmamış və müqavilə bağlanmasından iddiaçının xəbəri olmamışdır. Müqavilə Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlandığından etibarsızdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 05.08.2019-cu il tarixli “borcun etirafı və ödəniş qaydası haqqında” müqavilə etibarsız hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumu iddiaçıya, aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddı̇ a tələbi təmin edilsin. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 05.08.2019-cu il tarixli “borcun etirafı və ödəniş qaydası haqqında” müqavilə etibarsız hesab edilsin. İddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumu ona aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-99/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-99/2022
11.03.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver