Məhkəmə qərarları › İş №2(008)-1099/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1099/2023

13.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1099/2023 13.03.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Nəsibova Əfsanə Elçin qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsi cəlb edilməklə “sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsi cəlb edilməklə “sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Biləsuvar rayonu Ağalıkənd kəndində yerləşən torpaq sahəsinə dair verilmiş xx.xx.1998-ci il tarixli JN: 711 nömrəli (kod: ********) “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı”nın ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Biləsuvar rayon Aqrar İslahatlar Komissiyasının xx.xx.1997-ci il tarixli 35 nömrəli qərarı ilə verilmiş cizgidə göstərilən sərhəd daxilində 7.76 hektar torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə Biləsuvar rayonu Ağalıkənd kənd sakinlərinə verilmişdir. Bu barədə 20 oktyabr 1998-ci il tarixli JN: 711 nömrəli (kod: ********) “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı” tərtib edilmiş və həmin aktda torpaq sahəsi ayrılmış Biləsuvar rayonu Ağalıkənd kənd sakinlərinin siyahısı qeyd edilmişdir. Qeyd edilən siyahıda 9-cu sırada onun soyadı, adı və ata adı yazılmışdır. Lakin həmin aktda səhvə yol verilmiş və adı səhvən “Turan” kimi yazılmışdır. O, torpaq sahəsinin dövlət aktında olan yalnışlığın düzəldilməsi üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinə müraciət etsə də, lakin İdarənin xx.xx.2022-ci il tarixli imtina məktubunda ona tövsiyə olundu ki, torpaq sahəsinin dövlət aktında düzəliş edilməsi ilə əlqədar məhkəməyə müraciət etsin. Belə olan təqdirdə həmin aktın ona məxsus olmasını sübut edə bilmir və bu səbəbdən də sözügedən torpaq sahəsinə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını və ona çıxarışın verilməsini təmin etdirə bilmir. “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı”nın ona aid olmasını başqa yolla sübut edə bilməməsini nəzərə alaraq, hesab edir ki, Biləsuvar rayonunda yerləşən torpaq sahəsinə dair xx.xx.1998-ci il tarixdə verilmiş “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı”nın ona məxsus olması məhkəmə qaydasında müəyyən olunmalıdır. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etdi, ərizədə qeyd olunan dəlilləri müdafiə edərək, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmədə səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin izahatını dinləyib, təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 20 oktyabr 1998-ci il tarixli JN: 711 nömrəli (kod: ********) “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı”nın təsdiq edilmiş surətindən görünür ki, Biləsuvar rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 35 nömrəli qərarı ilə verilmiş cizgidə göstərilən sərhəd daxilində 7.76 hektar torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə Biləsuvar rayonu Ağalıkənd kənd sakinlərinə verilmişdir. Həmin aktda torpaq sahəsi ayrılmış Biləsuvar rayonu Ağalıkənd kənd sakinlərinin siyahısı qeyd edilmişdir. Siyahıda 9-cu sırada ərizəçinin adı X2 qeyd edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinin 22442***2344 nömrəli xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, torpaq sahəsinin dövlət aktında düzəliş edilməsi ilə əlaqədar aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ ərizəçiyə izah edilmişdir. 71 saylı MKİS tərəfindən verilmiş 272 nömrəli xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Ərizəçi Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi Nərimanov küçəsi 4 saylı evin 43 nömrəli mənzilində pasport qeydiyyatındadır. AZ-İİ seriyalı 022483 nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X3 ilə X5 xx.xx.2015-ci il tarixdə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra arvada Babayi soyadı verilmişdir. xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, Ərizəçi tərəfindən ərizənin verilməsi üçün 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1992-ci il tarixdə doğulmuşdur. XVİİ-ЖГ seriyalı 327365 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X5 xx.xx.1992-ci il tarixdə Biləsuvar rayonunda doğulmuşdur, atası X7, anası X1r. BB seriyalı 063005 nömrəli xx.xx.2011-ci il tarixli diplomun notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X5 15 sentyabr 2008-ci ildə 15 nömrəli Bakı Peşə Liseyinə daxil olmuş və 08 iyun 2011-ci ildə orta təhsil almaqla modelçi dərzi peşəsi üzrə tam kursu bitirmişdir. Biləsuvar rayon İHB-nın Ağalıkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 73 nömrəli xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, JN-711 saylı (kod ********) torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə 9-cu sırada X2 yazılmış mülkiyyətçi Ərizəçi kimi oxunmalıdır. Biləsuvar rayon İHB-nın Ağalıkənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Oktay Məmmədov və Ağalıkənd bələdiyyəsinin sədri Ülfət Bağırov tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Biləsuvar rayon şöbəsi tərəfindən verilmiş JN: 711 nömrəli kod: 80802018 saylı dövlət aktında aşağıdakı torpaq mülkiyyətçisinin adı texniki səhv qeyd edilmişdir: yazılmışdır – X6, yazılmalıdır – Ərizəçi. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 4.1. maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 305.1.1. maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. 307.1. maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5. maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır.

308. maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.

311. maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 saylı, 12 aprel 2019-cu il tarixli Qərarının: 6.2. bəndinə əsasən eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. 6.3. bəndinə əsasən hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Məhkəmə, iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib hesab edir ki, JN: 711 nömrəli (kod: ********) “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı”nın Ərizəçi məxsus olması faktı tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından, ərizə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2. maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq,

QƏT ETDİ: Ərizə təmin edilsin. JN: 711 nömrəli (kod: ********) “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı”nın Məmmədli (Babayi) Türkan Sahib qızına məxsus olması faktı müəyyən edilsin. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar