Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1106/2021 15.04.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhuəmə islas katibi X3, Ərizəçi nümayəndəsi X1, Maraqlı şəxsin nümayəndəsi X2 iştirakları ilə, Ərizəçi maraqlı şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu qeyd edilməklə döyüşdə hərbi xidmət zamanı qəlpə yarası almaqla yaralanma faktının müəyyən edilməsi tələbinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı şəxs şəxs Bakı şəhəri üzrə Həkim Ekspert Komissiyası (Dövlət Sosial Müdafiə Fondu) qeyd edilməklə ərizə ilə məhkəməyə müraciət edərək 13.10.1992ci il tarixdə Laçın rayonunda döyüş əməliyyatlarında iştirak edən N saylı hərbi hissəsinin tərkibində əsgər kimi vuruşduğu vaxtda qrad qəlpələrindən aldığı yaralanma faktınının təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, məlum Qarabağ müharibəsi gedən zaman 13.10.1992-ci il tarixdə Laçın rayonunda döyüş əməliyyatlarında iştirak edən N saylı hərbi hissəsinin tərkibində əsgər kimi vuruşduğu vaxtda qrad qəlpələrindən yaralanmışdır. İlk tibbi yardım Qubadlı rayon xəstəxanasında göstərilmişdir. X8 Yol Xəstəxanasının cərrahiyə şöbəsinə göndərilmiş və orada əməmliyyat olunmuşdur. Özü Qarabağ müharibəsi veteranıdır. Hazırki faktın müəyyən edilməsini hərbi qulluqçulara şamil edilən güzəşt və imtiyazlardan istifadə edərək pensiya hüququnu əldə etmək üçün lazımdır. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi (qızı) X4 maraqlı şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunu nəzərdə tutduğunu dedi və onun qeyd edilməsini xahiş etdi. Ərizənin məzmununa uyğun izihit verərək təmin olunmasını məhkəmədən zahiş etdi. Maraqlı şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X5 ərizəyə dair etiraz ərizəsi təqdim edərək ərizənin MPM-ə, Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 12.04.2019-cu il tarixli, 03 №-li Qərarına uyğun olmadığından ərizənin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izihatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə rədd edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır. Ərizəçi məxsus HZ seriyalı ******* №-li hərbi biletin surətindən aşağıdakı faktlar müəyyən edilir: 01.09.1992-ci il tarixdən 31.03.1993-cü il tarixədək N №-li hərbi hissəsin tərkibində Qarabağ bölgəsində döyüşməsi; 13.10.1992-ci il tarixdə sağ budun sol nahiyəsindən qəlpə yaralanması. Lakin, Azərbaycan Respbulikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxiv tərəfindən verilən 13.08.2018-ci il tarixli 9/2-12280 №-li arayışına əsasən N №-li hərbi hissə komandirinin iyun-oktyabr 1992-ci il tarixli nizami hissə üzrə əmrlərində ərizəçinin xidməti və yaralanması barədə məlumat aşkar edilməmişdir. Hazırda ərizəçi 13.10.1992-ci il tarixdə Laçın rayonunda döyüş əməliyyatlarında iştirak edən N saylı hərbi hissəsinin tərkibində əsgər kimi vuruşduğu vaxtda qrad qəlpələrindən aldığı yaralanma faktınının təsdiq edilməsini istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə ərizənin rədd edilməsini qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd edildiyi kimi, ərizəçinin təsdiq edilməsini istədiyi fakt hərbi biletdə öz əksini tapmışdır. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 12.04.2019-cu il tarixli, 03 №-li Qərarının 14-cü bəndində hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma və sair hallar hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsinin yolverilməzliyi qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, ərizə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizəçi 13.10.1992-ci il tarixdə Laçın rayonunda döyüş əməliyyatlarında iştirak edən N saylı hərbi hissəsinin tərkibində əsgər kimi vuruşduğu vaxtda qrad qəlpələrindən aldığı yaralanma faktınının təsdiq edilməsi barədə ərizəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-1106/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1106/2021
15.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Döyüş əməliyyatlarında iştirak faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver