Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1109/2021 20.05.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhuəmə islas katibi X2, Ərizəçi iştirakları ilə, Ərizəçi maraqlı şəxs Sabunçu rayon Polis İdarəsinin ŞV və QŞ qeyd edilməklə faktın müəyyən edilməsinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı şəxs Sabunçu rayon Polis İdarəsinin ŞV və QŞ qeyd edilməklə ərizə ilə məhkəməyə müraciət edərək Sabunçu rayon Polis İdarəsinin Şəxsiyyət Vəsiqələri və Qeydiyyat Şöbəsində xx.xx.1980-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu (keçmiş Lenin), Zabrat qəsəbəsində doğulmuş X4 barəsində tərtib edilmiş «vətəndaşın şəxsiyyət vəsiqəsinin uçot kartoçkası»na əsasən şəxsiyyət vəsiqəsində «evli» kimi aparılmış qeydin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 20.03.1981-ci il tarixdə 306 №-li akt qeydi ilə verilmiş Vİİİ-JQ seriyalı 283682 №li doğum haqqında şəhadətnamədə adı «Samirə» qeyd olunmuşdur. 28.09.2004-cü il tarixdə X3 ilə rəsmi nikaha daxil olmuş, lakin 04.01.2005-ci il tarixdə nikah pozulmuşdur. Bundan sonra sənədləri itmiş, yeni verilən şəhadətnamədə adı artıq «Zamirə» kimi qeyd edilmişdir. Hal-hazırda subay olsa da, ailə vəziyyətinə dair arayışın verilməsi üçün Ədliyyə Nazirliyinə müraciət etmiş, lakin sonuncunun 31.08.2019cu il tarixli məktubu ilə barəsində tərtib edilmiş sənədlərdə soyadına, adına və ailə vəziyyətinə dair məlumatlara aydınlıq gətirilməsi üçün məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Sabunçu rayon Polis İdarəsində tərtib edilmiş «vətəndaşın şəxsiyyət vəsiqəsinin uçot kartoçkası»nda isə «ailə vəziyyəti» qrafasında ər qismində «X5» və şəxsiyyət vəsiqəsində «evli» kimi qeyd edilmişdir. Lakin, Yasamal rayon Qeydiyyat şöbəsində belə bir nikahın bağlanması haqqında şəhadətnamə mövcud deyil. Maraqlı şəxs Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinin ŞV və QŞ məhkəmə iclasını vaxtı və yeri barədə məlumatlandırılmış, səlahiyyətli nümayəndələrinin iştirakı olmadan baxılmasına etiraz etmədiyini bildirmidir, baxmayaraq məhkəmədə səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə rədd edilməlidir. Hazırki işin faktiki halları aşğıdakılardır (sənədlər iş materiallarına əlavə edilmişdir). Ərizəçi xx.xx.1980-ci il tarixdə Bakı şəhərində doğlumuşdur. Sabunçu rayon Polis İdarəsi tərəfindən 08.04.2016-cı il tarixdə verilmiş AZE seriyalı ******** №-li şəxsiyyət vəsiqəsində «ailə vəziyyəti» qrafasında «evli» qeyd edilmişdir. Ərizəçi ailə vəziyyətinə dair arayışın verilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə müraciət etmişdir. Ədliyyə Nazirli tərəfindən ərizəçiyə ünvanlanan 31.08.2019-cu il tarixli məktubda aşağıdakılar qeyd edilmişdir. 20.03.1981-ci il tarixdə Sabunçu rayon Qeydiyyat Şöbəsində tərtib edilmiş 306 №-li akt qeydinin şöbədə və X1 Reyestri Xidmətində saxlanılan nüsxələrdə adı «Samirə», bu barədə tərtib edilmiş Vİİİ-JQ seriyalı 283682 №li doğum haqqında şəhadətnamədə «Samirə», 26.03.2005-ci il tarixdə verilmiş təkrar şəhadətnamədə isə «Zamirə» kimi göstərilmişdir. Həmçinin ərizəçi 28.09.2004-cü il tarixdə X3 nikah bağlamış, 04.01.2005-ci il tarixdə nikah ləğv edilmişdir. Bundan başqa, Sabunçu rayon Polis İdarəsində tərtib edilmiş «vətəndaşın şəxsiyyət vəsiqəsinin uçot kartoçkası»nda «ailə vəziyyəti» qrafasında ər qismində «X5», bu qeydin əsası kimi Yasamal rayon Qeydiyyat şöbəsində verilmiş AZ-İ seriyalı 172010 №-li nikah haqqında şəhadətnamə göstərilmiş, halbuki belə bir şəhadətnamə qeydiyyat orqanı tərəfindən istifadə edilməmiş və heç kimə verilməmişdir. Məhkəmə Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə və Qeydiyyat şöbəsinə sorğular göndərmiş, lakin Polis İdarəsindən gələn sənədlər natamam olmuş, Qeydiyyat şöbəsi tərəfindən isə sənədlər təqdim edilməmişdir. Hazırda ərizəçi barəsində tərtib edilmiş «vətəndaşın şəxsiyyət vəsiqəsinin uçot kartoçkası»na əsasən şəxsiyyət vəsiqəsində «evli» kimi aparılmış qeydin etibarsız hesab edilməsi faktının təsdin edilməsini istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin qanunsuz və əsassız olduğu qənaətinə gəlmişdir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Yəni, qanunun müddəalarına təsdiq edilməsi istənilən fakt mövcud olmalıdır, lakin onun təsdiqi məhkəmə qətnaməsi olmadan mümkün olmamalıdır. Lakin, yuxarıda sadalanan işin hallarından da göründüyü kimi, ərizəçinin adına Sabunçu rayon Polis İdarəsində tərtib edilmiş «vətəndaşın şəxsiyyət vəsiqəsinin uçot kartoçkası»nda isə «ailə vəziyyəti» qrafasında ər qismində «X5» və şəxsiyyət vəsiqəsində «evli» kimi qeyd edilmişdir. Bu nikahın əsası kimi konkret olaraq Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 172010 №-li nikah haqqında şəhadətnamə olmuşdur. Məhkəmə tərəfindən elektron məhkəmə sistemindən edilmiş çıxarışlardan görünür kimi, «X5» adında Azərbaycan Respublikası vətəndaşı barədə nə aktiv, nə də aktiv olmayan sənədlər arasında məlumat yoxdur. Ərizəçi belə bir şəhadətnamənin mənbəyi barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessua Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Hazırki işdə isə müəyyən bir fakt mövcuddur, həmin faktın mövcudluğunu saxta bir sənəd təsdiq edir, lakin həmin faktiın mövcud olmaması barədə qətnaməni qəbul edilməsi istənilir, bu da MPM-in müddəalarına zidd tələbdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizəçi Sabunçu rayon Polis İdarəsinin Şəxsiyyət Vəsiqələri və Qeydiyyat Şöbəsində xx.xx.1980-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu (keçmiş Lenin), Zabrat qəsəbəsində doğulmuş X4 barəsində tərtib edilmiş «vətəndaşın şəxsiyyət vəsiqəsinin uçot kartoçkası»na əsasən şəxsiyyət vəsiqəsində «evli» kimi aparılmış qeydin etibarsız hesab edilməsi barədə ərizəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-1109/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1109/2021
20.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver