Məhkəmə qərarları › İş №2(008)-1137/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1137/2024

19.03.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1137/2024 19.03.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X9, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdeh2 ASC-nin nümayəndəsi X13 iştirakları ilə İddiaçı Cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh2 ASC, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri və Kadastrı publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi və Sabunçu rayon İcra Şöbəsinə qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 MMC, "xxxx"ASC, Sabunçu Rayon İcra şöbəsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri və Kadastrı publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı məhkəmədə iddia qaldıraraq Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-35/2021 №-li, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən sifarişçi - Bakı şəhəri Sabunçu Rayon İcra şöbəsi, təşkilatçı - Cavabdeh1 MMC və tələbkar - Cavabdeh2 ASC tərəfindən tərtib edilmiş 148/22 №-li, 29 iyul 2022-ci il tarixli “X18 barədə” protokolun və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Xəlilbəy Xasməmmədov küçəsi, ev 5, 55 №-li mənzilin Cavabdeh2 ASC-nin adına ********** nömrə ilə xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmasına dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız sayılmasını xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Xəlilbəy Xasməmmədov küçəsi, ev 5, 55 №-li mənzil mülkiyyət hüququ ilə mərhum atası X6 məxus olmuşdur. Cavabdeh2 ASC ilə arasında bağlanmış kredit müqaviləsinə əsasən bank tərəfindən ona kredit verilmiş və aralarında bağlanmış ipoteka müqaviləsinə əsasən həmin mənzili həmin kredit müqaviləsinin təminatı kimi ipoteka ilə bank qarşısında yüklü edilmişdir. Bankdan götürülmüş kreditin ödənişlərində müəyyən gecikmələr yaranmışdır. Bank da öz hüququndan sui-istifadə edərək kredit borcunun tutulması və həmin borcun ipoteka predmetinə yönləndirilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülkiyyətçi X10 vəfat etdiyindən iddiaçı məhkəmələrdə onun hüquqi varisi kimi tanınmışdır. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-35/2021-024 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən cavabdeh X3 hüquqi varisləri olaraq iddiaçı və X2 müştərək qaydada 7919,68 manat əsas, 2731,66 manat faiz, 326,58 manat cərimə borcu olmaqla, cəmi 10977,92 manat məbləğində pul vəsaiti, 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu, 20 manat xidmət haqqı, ümumilikdə 11037,20 manat "xxxx" ASC-yə ödənilməli, tutma adıçəkilən mənzilinə yönəldilməli, mənzil açıq hərracdan satılmalı, mənzilinin ilkin satış qiyməti 59400 manat müəyyən edilməli, 11037,92 manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" ASC-yə ödənilməli, vəsait artıq olarsa, artıq məbləğ cavabdehin hüquqi varislərinə qaytarılmalıdır. Qətnamə icra olunması üçün Sabunçu rayon İcra şöbəsinə göndərilmiş, icra şöbəsi tərəfindən ipoteka predmeti olan fərdi yaşayış evinin açıq hərrac vasitəsilə satılması məqsədi ilə Cavabdeh1 MMC-yə sifariş verilmiş, X15 rayon icra şöbəsinin və Yelo Bank ASC-nin iştirakı ilə tərtib etdiyi “148/22” №-li, 29 iyul 2022-ci il tarixli “X18 barədə” protokola əsasən ipoteka predmeti olan həmin mənzil tələbkar Cavabdeh2 ASCyə satılmışdır. Hazırda da Cavabdeh2 ASC-nin mülkiyyətindədir. Hərracın keçirilməsi zamanı hər iki mərhələdə bildirişlərin və məlumatların ipoteka qoyana (hüquqi varislərə) verilməməsi ilə yanaşı müddətlərin gözlənilməsində də qanunsuzluğa yol verilmişdir. Nə hərracın birinci, nə də ikinci mərhələsi ilə bağlı mülkiyyətçiyə heç bir məlumat verilməmiş, qeydiyyatda olduğu ünvana hər hansı bir bildiriş göndərilməmiş, nə özü, nə də ailə üzvləri tərəfindən bu barədə hər hansı bir rəsmi məlumat alınmamışdır. Hərrac keçirilərkən hətta, daha öncədən – xx.xx.2021-ci il tarixdən iddiaçı ünvan 7 kəndində qeydiyyatda olmaqla yaşayır, hərrac mərkəzindən əldə etdiyi birinci və təkrar hərracın keçirilməsi barədə bildirişlərin üzərində isə onun ünvanı ünvan 1min ünvan onun deyil, mərhum atasının qeydiyyatda olduğu ünvan olmuşdur. Hərracın keçiriləcəyi barədə məlumat almış olsaydı, istər hərracın birinci mərhələsində, istərsə də ikinci mərhələdə ipoteka predmetini hüquqi varis kimi elə özü əldə edə bilərdi. Bütün bu hallardan təşkil olunmuş hərracın qanunsuz şəkildə aparıldığı aşkar görünür. Nəticədə isə onun mülkiyyət hüququ əhəmiyyətli dərəcədə pozulmuş hesab olunur. Cavabdeh "xxxx" ASC iddiaya aşağıdakı məzmunda etiraz vermişdir. İddiaçı iddia ərizəsində gətirdiyi dəlillər əsassızdır. Belə ki, iddiaçının mübahisələndirdiyi protokol tam qanuni şəkildə keçirilmiş hərracın yekun nəticəsi olaraq imzalanmışdır. İddiaçının hərracın keçirilməsi ilə bağlı istinad etdiyi ipoteka Haqqında Qanunun 42.1-ci maddəsinə 28 dekabr 2018-ci il tarixində dəyişiklik olunmuş və hərracın keçirilməsi ilə bağlı elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilməli (göndərilməlidir). Bununla yanaşı hərracın keçirilməsinin bütün mərhələlərini ətraflı şəkildə aşağıdakı formada izahı verilir. İpoteka haqqında qanunun qeyd olunan maddəyə görə hərrac təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Sabunçu Rayon icra Şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixində sifariş Əmlak Hərrac Mərkəzi MMC-yə göndərilmişdir. 1-ci hərracın keçirilməsi xx.xx.2022-ci il tarixinə təyin olunmuşdur. Yəni sifarişdən 27 gün sonra ilk hərrac keçirilərək 30 günlük müddətə əməl olunmuşdur. Həmçinin sifarişin alındığı gündən xx.xx.2022-ci ildə https://Birianews.Az saytında elan dərc etdirilərək sifarişin alındığı gündən 5 iş günü müddətində mediada və özünün rəsmi internet saytında dərc etdirilməsi qaydasına əməl etmişdir. İlkin hərracın keçirilməsi ilə bağlı bildiriş xx.xx.2023-cü il tarixdə tərəflərin hər birinə açıq hərracın keçirilməsinə dair bildiriş göndərilmiş və bildirişin göndərilməsi barədə ən geci 20 günlük qalmış müddətə əməl edilmişdir. İlkin hərracın baş tutmaması barədə elan xx.xx.2022-ci il tarixində həmin saytda dərc etdirilmişdir. İpoteka haqqında qanunun 43.4-cü maddəsinə görə İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. xx.xx.2022-ci il tarixində ilkin hərrac keçirildikdən sonra ikinci hərrac 18 gün sonar xx.xx.2022-ci il tarixində keçirilərək buradada 20 günlük müddətə əməl olunmuşdur. Qanuna edilmiş dəyişikliyə müvafiq olaraq da artıq qanunun məzmununda birinci və ikinci hərrac anlayışları olmadığı üçün, həmçinin birinci hərracla ikinci hərracın keçirilmə vaxtları arasında 20 günlük müddətlə limitləndirildiyi üçün ən qısa müddətdə, yəni xx.xx.2022-ci il tarixdə açıq hərracın keçirilməsinə dair bildiriş göndərilmiş və xx.xx.2022-ci il tarixdə https ://Birjanews. Az saytında elan dərc etdirilmişdir. İkinci hərracın baş tutmamasına dair protokol və elan xx.xx.2022-ci il tarixində həmin saytda dərc etdirilmişdir. İpoteka haqqında qanunun 43.7-1-ci maddəsinə görə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. xx.xx.2023-cü il tarixdə ipoteka predmetinin əldə edilməsi barədə təklif İpoteka saxlayan Cavabdeh2 ASC-yə, sürətləri isə İddiaçı və Sabunçu Rayon İcra Şöbəsinə göndərilmişdir. xx.xx.2022-ci il tarixində Yelo Bank ASC tərəfindən Əmlak Hərrac Mərkəzi MMC yə həmin təklifə razılığımızı bildirdiyimiz məktub göndərilmiş və həmin təşkilat tərəfindən qəbul edilmişdir. Buna müvafiq olaraq da xx.xx.2022-ci il tarixində (ipoteka predmetinm ipoteka saxlayan tərəfindən əldə olunmasına dair) X18 barədə protokol imzalanmışdır. Bununla yanaşı iddiaçı tərəfindən irəli sürülən onun qeydiyyatda olduğu ünvana deyil, başqa ünvana bildirişlərin göndərilməsi də əsassız xarakter daşıyır. Belə ki, iddiaçı tərəfindən təqdim olunan sübutlardan - Azərbaycan Respublikası Daxili işlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı xx.xx.2021-ci ildən ünvan 7 ə/d, Kürkənd kəndində qeydiyyatdadır. Hərracın keçirilməsi üçün əsas olan qətnamə xx.xx.2021-ci il tarixində çıxarılmış, xx.xx.2021-ci il tarixində qüvvəyə minmiş, icra vərəqəsi isə 5 noyabr 2021-ci ildə verilmişdir. Yəni, burdan belə nəticəyə gəlmək olur ki, məhkəmə prosesləri olan müddətdə İddiaçı qeydiyyat ünvanı ünvan 3 olmuş və məhkəmə proseslərinin gedişindədə həmin şəxsin özü və ya nümayəndəsi tərəfindən həmin ünvanda yaşadığı təkzib edən hər hansı bir məlumat məhkəməyə verilməmişdir. İddiaçı qeyd olunan qətnamənin məhkəmə proseslərindən məlumatlı olmuş və qətnamə çıxan müddətdə özünün harada qeydiyyatda olduğu ilə bağlı hər hansı bir sübut təqdim edə bilməmişdir. Mövcud olan icra vərəqəsindən də həmin dövrdə İddiaçı ünvan 3nda qeydiyyatda olduğunu görünür, icra vərəqəsində olan məlumatlar da müvafiq olaraq icra şöbəsinə, daha sonra da Əmlak Hərrac Mərkəzinə yönləndirilmiş və hərracla bağlı olan bütün bildiriş və elanlar həmin ünvana göndərilmişdir. Məhkəmə proseslərindən və qətnamədən məlumatlı olmuş İddiaçı qeydiyyat ünvanını dəyişibsə belə, bununla bağlı icra şöbəsini və ya məhkəməni məlumatlandırmaq öhdəliyi həmin şəxsin üzərinə düşürdü. Lakin İddiaçı bu öhdəliyindən qəsdən, qərəzli şəkildə yayınaraq hazırkı iddiada öz məsuliyyətsiz yanaşmasının nəticələrini başqa şəxslərin üzərinə qoymaq istəyir. X16 Qanunun 42.1-ci maddəsinə görə elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Qanun öhdəliyə həmin bildirişin sadəcə göndərilməsi vəzifəsini qoyur. X21 özündə mövcud olan məlumatlara uyğun olaraq bildirişləri göndərilmiş, lakin digər səbəblərdən) qapı bağlı, köçüb və.s) dolayı həmin bildirişin çatdınlmaması artıq Hərrac Mərkəzinin məsuliyyətinə düşən bir məsələ deyil. Göründüyü kimi, iddia ərizəsi reallığı əks etdirməyən və formal mülahizələr üzrə dəlillər əsas gətirilərək tərtib edilmişdir. Bu isə belə qənaətə gəlməyə əsas verir ki, iddiaçının məqsədi məhkəmə qətnaməsi ilə tutmanın yönəldiyi mənzilin bankın mülkiyyətinə keçməsinə və bankın həmin mənzil ilə bağlı hər-hansı bir sərəncam vermək hüququna maneçilik yaratmaqdır. Odur ki, İddiaçı iddia tələbi əsassız olduğundan təmin edilməməli və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. Eyni zamanda "xxxx" ASC iddia müddətinin tədbiqi barədə ərizə vermişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı iddia tələbilə məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddətini buraxmışdır. Belə ki, hərracın nəticələri üzrə protokol xx.xx.2022-ci il tarixdə imzalanmış, iddiaçı isə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Halbuki həmin kateqoriya iddialar üzrə iddia müddəti 1 il müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 354.3-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən hallan bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Cavabdeh1 iddiaya aşağıdakı məzmunda etiraz vermişdir. Sabunçu rayon İcra Şöbəsinin sifariş məktubu əsasında hərrac sifarişi üzrə ilkin hərracın keçirilməsi xx.xx.2022-ci il tarixinə təyin edilmiş və bu barədə sifarişçi icra şöbəsinə, borclu İddiaçı, eləcə də tələbkar Cavabdeh2ASC-nə bildiriş göndərilmişir. İlkin hərracın keçirilməsi ilə bağlı elan xx.xx.2022-ci il tarixində kütləvi informasiya vasitəsi olan “Birjanyus” X4 (Portalında) dərc olunmuş və hərrac təşkilatçısının rəsmi internet səhifəsində də (“E- herrac.com”) yerləşdirilmişdir. Hərrac iştirakçı olmaması səbəbindən baş tutmamış, əmlak ilkin satış qiymətindən 15% aşağı qiymətə, yəni 50490 manata olmaqla xx.xx.2022-ci il tarixinə təkrar açıq hərraca çıxarılmış, elan xx.xx.2022-ci il tarixində kütləvi informasiya vasitəsi olan “Birjanyus” X4 (Portalında) dərc olunmuş və hərrac təşkilatçısının rəsmi internet səhifəsində də (“E-herrac.com”) yerləşdirilmişdir. Hərrac iştirakçı olmaması səbəbindən baş tutmamışdır. Hərracın təşkilatçısı tərəfindən hərracın baş tutmaması barədə məlumat eyni qaydada dərc olunmuşdur. xx.xx.2022-ci il tarixli, 1415/22 №-li "ipoteka predmetinin əldə olunmasına dair” təklifdən görünür ki, yuxarıda göstərilən ipoteka predmeti “İpoteka haqqında” Qanunun tələblərinə uyğun olaraq təkrar hərracdakı satış qiymətindən 25% aşağı qiymətə ipoteka saxlayana təklif olunmuşdur. İpoteka saxlayan ipoteka predmetini təklif edilən 37867,50 manat məbləğində əldə edilməsinə razı olduğunu bildirmişdir. Qeyd olunan razılığa əsasən “X5” nəzdində Cavabdeh1 MMC-ti tərəfindən xx.xx.2022-ci il tarixli, 148/22 №-li “X18 barədə Protokol” tərtib edilərək təsdiq olunmuş və həmin protokol növbəti tədbirlərin təmin edilməsi məqsədilə Cavabdeh1 MMC-nin 1490/22 №-li, xx.xx.2022-ci il tarixli məktubuna qoşma ilə (surəti məlumat üçün tələbkar və borcluya ünvanlanmaqla) sifarişçi icra Şöbəsinə göndərilmişdir. Göründüyü kimi, hərracın təşkilatçısı tərəfindən hərracın keçirilməsi zamanı hər hansı qanun pozuntusuna yol verilməmiş, hərracın vaxtı, yeri və s. barədə tələbkara, eləcə də borcluya onun Sabunçu rayon Məhkəməsinin 2(008)-35/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsində göstərilən ünvanına müvafiq bildirişlərin göndərilməsi hərracın təşkilatçısı tərəfindən təmin olunmuşdur. Göründüyü kimi, hərracın etibarsız sayılmasına bu və ya digər hüquqi əsas yoxdur. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər Cavabdeh1 MMC, Sabunçu rayon İcra Şöbəsi, Daşınmaz Əmlakın Dövlət Reyestri və Kadastrı publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi məhkəmə iclasında nümayəndəlinin iştirakını təmin etməmiş, Cavabdeh1 MMC ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmiş, digər cavabdehlər gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə adları çəkilən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 ASC-nin nümayəndəsi X19 etirazın məzmununa uyğun izahat verərək iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia rədd edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-35/2021 №-li iş üzrə verdiyi xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh X3 hüquqi varisləri İddiaçı və X2 müştərək qaydada ümumilikdə 11037,20 manat "xxxx" ASC-yə ödənilməli, tutma Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Xəlilbəy Xasməmmədov küçəsi, ev 5, 55 №-li mənzilə (sonradan – mübahisəli mənzil) yönəldilməli, mənzilin ilkin satış qiyməti 59400 manat müəyyən edilməklə açıq hərracdan satılmalı, 11037,92 manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" ASC-nə ödənilməli, satışdan əldə edilmiş vəsait artıq olarsa, artıq məbləğ cavabdehin hüquqi varislərinə qaytarılmalıdır. X1 hüquqi varisləri İddiaçı və X7 barədə olsa da, icra sənədində «borclu» kimi yalnız İddiaçı qeyd olunmuş, onun qeydə alındığı ünvan kimi Sabunçu rayonu, ünvan 4 (həmin zaman onun qeydiyyat ünvanı). Sabunçu rayon İcra Şöbəsi tərəfindən 1028-4171/-3 №-li, xx.xx.2022-ci il tarixli məktubu ilə adıçəkilən icra vərəqəsi üzrə borclu İddiaçı məxsus mübahisəli mənzilə yönəldilməli olan, ilkin satış qiyməti 59400 manat dəyərində əmlakın hərrac vasitəsilə satılması üçün toplanmış materiallar Cavabdeh1 MMC-yə göndərilmişdir. Cavabdeh1 MMC tərəfindən məhkəməyə göndərilmiş hərracın keçirilməsinə dair qovluqdan aşağıdakılar görünür. İlkin hərrac Cavabdeh1 MMC tərəfindən xx.xx.2022-ci il tarixə təyin edilmiş, bununla bağlı elan xx.xx.2022-ci il tarixində “Birjanyus” X8 dərc olunmuş, bu barədə iddiaçıya xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, ünvan 6 ünvanına bildiriş göndərilmiş, həmin bildiriş xx.xx.2022-ci il tarixdə «köçüb» qeydi ilə geri qaytarılmışdır. İlkin hərrac baş tutmamış, bu barədə Cavabdeh1 MMC tərəfindən xx.xx.2022-ci il tarixli protokol tərtib edilmişdir. Təkrar hərrac 15% aşağı qiymətə xx.xx.2022-ci il tarixə təyin edilmiş, bununla bağlı elan xx.xx.2022-ci il tarixində “Birjanyus” X8 dərc olunmuş, bu barədə iddiaçıya xx.xx.2022-ci il tarixdə eyni ünvana bildiriş göndərilmiş, həmin bildirişin göndərilməsinə dair xx.xx.2022-ci il tarixli reyestr qovluğa əlavə edilmiş, lakin bildirişin iddiaçıya çatıb çatmamasına dair məlumat qovluğa əlavə edilməmişdir. Təkrar hərrac baş tutmamış, bu barədə Cavabdeh1 MMC tərəfindən xx.xx.2022-ci il tarixli protokol tərtib edilmişdir. Bundan sonra xx.xx.2022-ci il tarixdə Cavabdeh1 MMC 37867,5 manat satış qiyməti ilə mənzili almaq barədə Banka təklif göndərmiş, təklifin surəti iddiaçıya yenə eyni ünvana göndərilmiş, həmin təklifin göndərilməsinə dair xx.xx.2022-ci il tarixli reyestr qovluğa əlavə edilmiş, lakin təklifin iddiaçıya çatıb çatmamasına dair məlumat qovluğa əlavə edilməmişdir. Bank xx.xx.2022-ci il tarixli məktubunda təklifi qəbul etdiyini bildirmiş və mənzilin balansa götürülməsi ilə bağlı müvafiq sənədlərin hazırlanmasını xahiş etmişdir. Cavabdeh1 MMC-nin, Sabunçu rayon icra şöbəsinin və Yelo Bank ASC-nin iştirakı ilə tərtib edilmiş 148/22 №-li, xx.xx.2022-ci il tarixli X18 barədə Protokola əsasən mənzil tələbkar Cavabdeh2 ASC-yə satılmışdır. X17 rayon icra şöbəsinin icra məmurunun imzası yoxdur. Hazırda da Cavabdeh2 ASC-nin mülkiyyətindədir (daşınmaz əmlakın reyestr nömrəsi 005011***709-05101-093003, qeydtyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2022). İddiaçı xx.xx.2021-ci il tarixdə (icra vərəqəsi veriləndən təxminən beş ay sonra) ünvan 7 kəndi ünvanına qeydiyyata düşmüş (Azərbaycan Respublikası DİN tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş ******* №-li yaşayış yeri üzrə qeydiyyat haqqında arayış), bu barədə icra şöbəsinə məlumat verməmişdir. Hazırda iddiaçı X18 barədə” protokolun və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsini istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddianın əsassız olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respblikası Mülki Məcəlləsinin 415.2-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. “İpoteka haqında” Azərbaycan Respblikası Qanunun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Hazırda iddiaçı hərracın etibarsızlığını yalnız bir əsasla – hərracın keçirilməsminə dair bildirişlərin onun qeydiyyatda olduğu ünvanı deyil, mərhum atasının qeydiyyatda olduğu ünvana göndərilməsi ilə əsaslandırır. Buna dair məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “İpoteka haqında” Azərbaycan Respblikası Qanunun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. Həmin Qanunun 42.8-ci maddəsinə əsasən hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur. Həmin qanunun 43.7-ci maddəsinə bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla (hərraca iki nəfərdən az alıcı gəldikdə), hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Həmin Qanunun 43.7-1-ci maddəsinə əsasən təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Həmin qanunun 43.8-ci maddəsinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Həmin Qanunun 44-cü maddəsinə («hərracın etibarsız sayılması») əsasən bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. 416.2-ci maddəsinə əsasən hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Beləliklə, hərrac təşkilatı hərracı bütün qaydalara riayət etməklə hərracın keçirmiş, lakin birinci hərraca dair bildiriş «köçüb» qeydi ilə geri qaytarıldıqdan sonra, sonrakı bildirişi və təklifi eyni ünvana göndərmiş, bu da bildirişlərin iddiaçıya çatdırılmaması ilə nəticələnmişdir və iddiaçı bü mövqeyindən çıxış edərək hesab edir ki, hərracın nəticələri etibarsız hesab edilməlidir. Lakin, məhkəmə iddiaçının bu mövqeyi ilə razılaşmır və buna dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Əvvəla, məhkəmə hesab edir ki, iddiaçı ünvanının dəyişdirilməsi barədə icra şöbəsinə məlumat verməli idi. Belə ki, iddiaçı qətnamə, evin hərraca çıxarılmalı olması barədə tam məlumatlı olmuş, iddiaçı bu zaman rəsmi birja məlumatlarını izləmək imkanına malik olmuşdur. Qeyd edildiyi kimi, hərracın keçirilməsi tərəflərə tək bildiriş vasitəsilə deyil, eyni zamanda mediada və rəsmi internet saytında elan dərc etdirilməklə çatdırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mulki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2008-ci il tarixli Qərarında qeyd edilir ki, «MM-in 415.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Yalnız «İpoteka haqqında» 09 iyun 2005-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Qanununun hərracın keçirilməsi qaydasını tənzimləyən 42-ci maddəsində elan və bildiriş anlayışları fərqləndirilmiş, elanın kütləvi informasiya vasitələrində dərc etdirilməsi, bildirişin isə ipoteka saxlayana və ipoteka qoyana verilməsi, o cümlədən hərracda ipoteka saxlayanın və ipoteka qoyanın alıcı qismində iştirak etmək hüququna malik olmaları, elan və bildirişdə göstərilməsi zəruri olan məlumatların dairəsi nəzərdə tutulmuşdur». Beləliklə, Konstitusiya Məhkəməsini mövqeyinə görə hərrac təşkilatı tərəfindən hərracın keçirilməsinin mümkünlüyü bilavasitə bildirişin tələbkara və ya borcluya çatldırılması ilə şərtləndirilmir. Hazırki işdə hərrac təşkilatı icra vərəqəsində göstərilən ünvana bildirişlər göndərmişdir. Qanunda tərəflərə bildirişin çatdırılmadığı təqdirdə hərrac təşkilatının mütləq şəkildə onların ünvanı barədə məlumatın əldə edilməsi kimi vəzifəsi nəzərdə tutulmamışdır. Odur ki, məhkəmə hesab edir ki, 148/22 №-li, 29 iyul 2022-ci il tarixli “X18 barədə” protokolun etibarsız hesab edilməsi üçün əsaslar mövcud olmadığından iddia həmin hissədə rədd edilməlidir. Etibarsızlığı tələb edilən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsas həmin protokol olduğundan iddia həmin hissədə də rədd edilməlidir. Belə ki, Mülki Məcəllənin 140-cı maddəsində heyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Məhkəmə Cavabdeh2 ASC tərəfindən iddia müddətinin tədbiqinə dair ərizəsini müzakiryə çıxartamışdır. Belə ki, iddia müddəti cavabdehə aid hüquq olmaqla, ona yönəlmiş iddiadan müdafiə olunmaq imkanı təmin edir. Cavabdehin bu hüquqdan istifadə etməməsi ona qarşı irəli sürülən iddia tələbinə görə o, ümumi qaydada məsuliyyət daşıyır. Lakin, hazırki mübahisədə cavabdeh ona qarşı irəli sürülən tələbə görə məsuliyyət daşımır və onun həmin iddiadan müdafiə olunmasına zərurət yaranmır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Odur ki, məhkəmə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar