Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1138/2021 16.12.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X6, İddiaçının vəkili və nümayəndəsi X4, Cavabdehin vəkili və nümayəndəsi X2 iştirakları ilə İddiaçı X1 Cavabdeh qarşı əmlaka sərf edilən pulun bölünməsinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cəbrayılbəyli (Salamova) Arzu Füzuli qızı Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək ünvan 1 ünvanında yerləşən mənzilin əldə edilməsinə sərf edilmiş 25000 manat pulun və evə çəkilən təmir xərcinin 15000 manat pulun yarı dəyərinin,cəmi 20000 manatın cavabdehdən alınıb verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, cavabdehlə 26.12.2016-cı ildə nikaha daxil olmuşdur. Nikahdan uşaq olmamışdır. Nikaha daxil olduqdan sonra ünvan 2 ünvanında yerləşən mənzili ipoteka ilə birgə vəsait hesabına almışlar. Mingəçevir şəhər Məhkəməsinin 01.08.2019-cu il tarixli qətnaməsi ilə nikah pozulmuşdur. Cavabdeh və onun ailə üzvləri həmin evdə yaşamağa imkan vermirlər. Nikah pozulana qədər evin aylıq ödənişinə 25000 manat pul xərclənmişdir. Ev ipoteka ilə alındığından və hələ də bankın girovunda olduğundan evə mülkiyyət hüququnu tanıda bilmir. Ev alınanda quru divarları var idi. Evin təmirinə 15000 manat pul xərcləmişdilər. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi X7 izahat verərək, qeyd etdi ki, nikah pozulana qədər evin borcunun ödənilməsinə 20370 manat vəsait xərclənmişdir. Həmin vəsaitini yarısını və təmirə xərclənən vəsaitin yarısını iddiaçı istəyir, hər hansı bir daha az məbləğin ona verilməsinə razı deyil. Odur ki, iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında cavabdehin vəkili və nümayəndəsi X5 nikah pozulana qədər evin borcunun ödənilməsinə 20370 manat vəsaitin xərclənməsini, eyni zamanda çox yüngül kosmetik təmirin nikah dövründə edilməsini təsdiq etdi və 8000 manat pulun könüllü verilməsinə cavabdehin razı olduğunu bildirdi. İddiaçı bu təklifi qəbul etmədiyindən iddianın rədd edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır. İddaiçı ilə cavabdeh 26.12.2016-cı il tarixdə nikahlarını bağlamışlar ( məhkəmə qətnaməsi). Onların nikahları Mingəçevir şəhər Məhkəməsinin 01.08.2019-cu il tarixli qətnaməsi ilə pozulmuşdur. Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Sülh küçəsi 4090/94, ev 6, mənzil 11 29 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş 4Ə-35 reyestr nömrəli 30.01.2018-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsinə əsasən Cavabdeh adına qeydiyyatdan keçmiş və hazırda adındadır (DƏDRX-nin y saylı Bakı ərazi İdarəsi tərəfinən məhkəmə sorğusuna verdiyi 12.04.2021-ci il tarixli cavab məktubu, ******* №-li Çıxarış). 52000 manat məbləğində kredit Cavabdeh tərəfindən 29.01.2018-ci il tarixli kredit müqaviləsinə əsasən 300 ay müddətinə "xxxx" İKB ASC-dən alınmışdır. Nikah pozulana qədər 2 manat vəsaitin borcun ödənilməsinə sərf edilməsi işin mübahisəsiz halıdı, belə ki hər iki tərəf bunu təsdiq edir. «X10» MMC tərəfindən təqdim edilmiş 16.11.2021-ci il tarixli, İEM-36/21 №-li mütəxəssis rəyinə əsasən mənzilin təmirinə 1789 manat vəsait xərclənmişdir. Hazırda iddiaçı mənzilin əldə edilməsinə sərf edilmiş 25000 manat pulun və evə çəkilən təmir xərcinin 15000 manat pulun yarı dəyərinin, cəmi 20000 manatın cavabdehdən alınıb verilməsini istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin qismən qanuni və əsaslı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər. Həmin Məcəllənin 36.3-cü maddəsinə əsasən mübahisə olduqda ər-arvadın ümumi əmlakının müəyyən edilməsi məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 37.1-ci maddəsinə görə ər-arvadın arasındakı müqavilədə başqa hal nəzərdə tutumayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Odur ki, məhkəmə hesab edir ki, mənzilin əldə edilməsinə sərf edilmiş 20370 manat pulun və evə çəkilən təmir xərcinin 1789 manat pulun yarı dəyəri, cəmi 22159 manatın yarısı olaraq 11079,50 manat cavabdehdən alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ƏT E T D İ: İddia qismən təmin edilsin. ünvan 1 ünvanında yerləşən mənzilin əldə edilməsinə sərf edilmiş 20370 manat pulun və evə çəkilən təmir xərcinin 1789 manat pulun yarı dəyəri, cəmi 11079,50 manat Cavabdeh alınıb X3 verilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-1138/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1138/2021
16.12.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver