Məhkəmə qərarları › İş №2(008)-1169/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1169/2025

20.06.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1169/2025 20.06.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arifqızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs yanında Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, oğlu xx.xx.1985-ci il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırılmışdır ki, Ərizəçi ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yaşayır. Onunla həmin mənzildə birgə yaşayan həyat yoldaşı X3 xx.xx.2024-cü il tarixdə dəqiqləşdirilməmiş ağciyər-ürək çatışmazlığından vəfat etmişdir. Onunla yaşayan ailə üzvlərindən biri olan oğlu X7 anadangəlmə travma ilə doğulub, uşaqlıqdan sağ əlinin 2 barmağının əsas falanqası, 4 barmaqlarının daraq falanqa oynağı, 5 barmağın daraq sümüyünün orta 1/3-dən posttravmatik amputasiyası üzrə üçüncü dərəcəli əlillik dərəcəsi təyin edilmişdir. Bundan başqa, oğlu X8 əqli psixi inkişafdan geri qalıb, yaddaşsız olub, elə olur anasını və qohumlarını tanımır, o, öz hərəkətlərinin mənasını anlaya bilmir, öz hərəkətlərini idarə edə bilmir. Tənha olduğu üçün və oğlu özünü idarə edə bilmədiyi üçün onu xəstəxanaya apara bilmir, uzun illərdir ki, oğlunu ev şəraitində müalicə etdirirlər, lakin heç bir nəticəsi olmayıb. Son zamanlar oğlunun psixi pozğunluğu kəskin ağırlaşmışdır, hazırda oğlu Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X11 stasionar müalicə olunur. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X15 tərəfindən verilmiş 22 noyabr 2024-cü il tarixli cavab məktubundan müəyyən edilir ki, - xx.xx.1985-ci il təvəllüdlü, ünvan 2 ünvanda qeydiyyatda olan X7 xx.xx.2024-cü il tarixdə yuxarıda göstərilən xəstəxanaya stasionar müalicəyə qəbul olunub. Hal-hazırda müalicəsi davam edir”. Bununla yanaşı, oğlu öz hərəkətlərini ölçüb-biçə bilmədiyindən, etdiyi hərəkətlərinin mənasını başa düşmədiyindən, dərk edə bilmədiyindən onun daima kənar şəxsin himayəsinə ehtiyacı var. Ona görə də oğlunun məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilməsini və ona qəyyum təyin edilməsini xahiş etmişdir. Bununla yanaşı məhkəmənin nəzərinə çatdırmışdır ki, o bir ana kimi daima oğlunun qayğısına qalır, onun davranışlarına nəzarət edir, onu idarə edir və ona himayəçilik göstərir. Ərizənin təmin edilməsini və ünvan 3 ünvanında qeydiyyatda olan xx.xx.1985-ci il təvəllüdlü oğlum X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxsin məhkəmə iclasının yeri və vaxtı barəsində qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında maraqlı şəxs nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə olunmuş X-ЖГ 472659 nömrəli rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.1985-ci il tarixdə anadan olmuşdur. X1r, anası Ərizəçidır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X10 Hüquqi Şəxsin xx.xx.2025-ci il tarixli, 1891 saylı rəyindən görünür ki, X5 “ŞİZOFRENİYA PARANOİD FORMA” (F20.0) xroniki psixi xəstəliyi qeyd olunur. Bunu anamnestik məlumatlar (uzun müddətdir psixi vəziyyətinin dəyişməsi, əsəbi olması, öz- özünə danışması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası”da həmin xəstəxanada stasionar müalicədə olması və hal-hazırda müalicəsinin davam etdirilməsi, həmçinin hazırkı müayinə zamanı aşkar olunan əlamətlər (ünsiyyətə formal daxil olması, təfəkkürünün paroloji və autik olması, eşitmə hallyusinasiyalarının təsiri altında olması, maraq dairəsinin məhdudluğu, öz vəziyyətinə qarşı tənqidinin olmaması və sair sübut edir. X6 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını dərk rtmək və onları şüurlu idarə etmək iqtidarında deyildir. İş materiallarına əlavə edilmiş ********** nömrəli qəbzin surətindən görünür ki, ərizəçi tərəfindən 101 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinin tələbinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinin tələbinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 317.2-ci maddəsinin tələbinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş üzrə ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların, (valideynlərin, uşaqların, qardaş-bacıların) müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 320.2-ci maddəsinin tələbinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 321.2-ci maddəsinin tələbinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 34.2-ci maddəsinin tələbinə əsasən fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki və himayəçilik orqanına bu barədə məlumat verməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, X7 xəstəliyi nəticəsində öz hərəkətlərinin mənasını anlaya bilməməsi və hərəkətlərini idarə edə bilməməsi halları təsdiq edildiyindən fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 305.1.3-cü, 321.2 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. xx.xx.1985-ci il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar