Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1244/2023 24.02.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağstafa Rayonu Notariat Ofisi olmaqla “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxraq, məhkəmə MÜƏYYƏN ETDİ : Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağstafa Rayonu Notariat Ofisinə qarşı olmaqla “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Sovet Sosialist Respublikasının 111 reyestr nömrəli, xx.xx.1989-cu il tarixli qeydiyyat vəsiqəsinin xx.xx.1996-cı il tarixdə vəfat etmiş X3 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, X6 xx.xx.1952-ci il tarixdə Samux rayonunda anadan olmuşdur. Doğum haqqında şəhadətnaməsi əsasında ona AZE seriyalı 0******* №-li xx.xx.2005-ci il tarixli şəxsiyyət vəsiqəsi verilmişdir. Belə ki, istər doğum haqqında şəhadətnaməsində, istərsə də şəxsiyyət vəsiqəsi də ata adı “Məhəmməd” kimi qeyd edilmişdir. Bundan başqa atası X8 xx.xx.1996-cı il tarixdə vəfat etmişdir. Mərhum atasının faktiki adı hamı “Məhəmməd” olmuşdur. Hamı da onu adına uyğun olaraq elə çağırmışdır. Qazax rayonu, Qoylu kəndində yerləşən ümumi sahəsi 48 kv.m olan 2 otaqlı mənzil Azərbaycan Sovet Sosialist Respublikasının 111 reyestr nömrəli, xx.xx.1989-cu il tarixli qeydiyyat vəsiqəsi ilə mərhum atasının adına qeydiyyata alınmışdır. Lakin həmin qeydiyyat vəsiqəsində atasının adı texniki səhv olaraq “Məhəllə” kimi yazıbmışdır. Bundan başqa mərhum anası X11 xx.xx.2005-ci il tarixdə vəfat etmişdir. Belə ki, mərhum anası və atasından miras əmlaklar qalmışdır. Həmin miras qalmış əmlaklara dair vərəsəlik şəhadətnaməsinin verilməsi ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağstafa Rayonu Notariat Ofisinə müraciət etmişdir. Lakin qeydiyyat vəsiqəsində atasının adında yaranmış səhvlik ucbatından ərizəsi sözü gedən notariat ofisinin 667 №-li, xx.xx.2022-ci il tarixli məktubu ilə imtina edilmişdir. Həmçinin həmin imtina məktubunda bununla bağlı məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Atasının adının Məhəmməd kimi olmasına dair sənədləri ərizəsinə əlavə edir. Ərizəçi məhkəmədə ərizəni müdafiə edərək, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağstafa Rayonu Notariat Ofisi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəməyə müraciət edərək mülki işə onların iştiakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizə tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Ağstafa Rayon Poylu Kənd İN-nin AZ İİ seriyalı, 260994 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 beynin trombotik insultundan xx.xx.1996-cı il tarixdə ölmüşdür. xx.xx.1996-cı il tarixdə 27 nömrəsi ilə ölüm qeydi qeyd edilmişdir. Azərbaycan Respublikası Sovet Sosialist Respublikası Qeydiyyat Vəsiqəsindən görünür ki, Qazax rayonuPoylu kəndində “2” otaqlı ümumi sahəsi “480” m2, o cümlədən yaşayış sahəsi “48.0” m2 ibarət olan yaşayış evi şəxsi mülkiyyət hüququ əsasında Qazax rayonu şəhər XDS İcraiyə Komitəsinin 07 nömrəli, 13 mart 1989-cu il tarixli qərarı əsasında vətəndaş X4 adına qeydə alınmışdır. Vətəndaşların vəziyyəti aktlarının qeydiyyatı bürosunun 09 avqust 1952-ci il tarixli doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1952-ci il tarixdə Samux rayonunda doğulmuşdur. X1, anası isə X12r. Bakı şəhəri Səbail Rayon VVADQ Şöbəsinin AZ İ seriyalı, 178149 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2005-ci il tarixdə X11 insult hipertoniyadan Bakı şəhərində ölmüşdür. НЗ seriyalı, ******* nömrəli hərbi biletin surətindən görünür ki, Ərizəçi 23 noyabr 1970-ci il tarixdə Kirovabad şəhərində hərbi bilet verilmişdir. Ağstafa rayonu Notariat Ofisinin daxil olmuş sorğuya 11 noyabr 2022-ci il tarixli, 667 nömrəli cavab məktubundan görünür ki, Mərhum atasının adı ölüm haqqında şəhadətnamədə Məhəmməd, qeydiyyat vəsiqəsində isə Məhəllə kimi qeyd edilmişdir. Bundan əlavə digər təqdim etdiyi sənədlərdə uyğunsuzluğu olduğundan, qohumluqla bağlı sənədlər təqdim edə bilmədiyindən və miras heç bir vərəsə tərəfindən qəbul edilmədiyindən məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. X24 Ərazi Dairəsi üzrə nümayəndəsi 569/8 nömrəli, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Poylu kənd sakini mərhum X11 xx.xx.2005-ci il tarixində vəfat etmiş, vəfat etdiyi günədək ailəsi ilə birlikdə Ağstafa rayonunun Poylu Kəndində yaşamışlar. Ölümündən sonra əri X9 (xx.xx.1996-cı ildə vəfat etmişdir), Ərizəçi, X2, X5, X7 həmin ünvnada yaşamışlar. xx.xx.2022-ci il tarixli aktdan görünür ki, JN-566 A və 566 B saylı 50209018 kodlu Azərbaycan Respublikası Torpağın Mülkiyyətə Verilməsinə Dair Şəhadətnamədə texniki səhv olaraq X13 yazılmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən məhkəmə, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ali Məhkəmənin 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsüməhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Həmin qərarın 6.2-ci bəndinə əsasən eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Həmin qərarın 6.3-cü maddəsinə əsasən hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanuna ziddir. Məhkəmə araşdırması zamanı, o cümlədən mülki işin materiallarına əlavə olunmuş sənədlərdən, görünür ki, həm Ağstafa Rayon Poylu kənd İN-nin AZE İİ seriyalı, 260994 nömrəli ölüm haqqında şəhadətnaməsinin surətindən, həm də Vətəndaşların vəziyyəti aktlarının qeydiyyatı 09 avqust 1952-ci il tarixli doğum haqqında şəhadətnaməsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1952-ci il tarixdə Samux rayonunda doğulmuşdur. X1, anası isə X12r. Ərizəçinin atasının adına verilmiş xx.xx.1989-cu il tarixli, 111 nömrəli Azərbaycan Respublikası Sovet Sosialist Respublikası Qeydiyyat Vəsiqəsindən görünür ki, ərizəçinin atasının adı yalnışlıqla Məhəllə kimi qeyd edilmişdir. Belə ola halda məhkəmə hesab edir ki, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Odur ki, ərizə təmin edilərək, qeyd edilən fakt müəyyən edilməli, Azərbaycan Respublikası Sovet Sosialist Respublikası Qeydiyyat Vəsiqəsində ərizəçinin atasının adı yalnışlıqla X4 ad qrafasında adı kimi qeyd edilən “Məhəllə” adı X3 məxsusdur. Azərbaycan Sovet Sosialist Respublikasının tərəfindən verilmiş xx.xx.1989-cu il tarixli, 111 reyestr nömrəli qeydiyyat vəsiqəsinin xx.xx.1996-cı il tarixdə vəfat etmiş X3 məxsus olması faktı müəyyən edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və Ərizənın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin olmaqlalıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. Azərbaycan Sovet Sosialist Respublikasının tərəfindən verilmiş xx.xx.1989-cu il tarixli, 111 reyestr nömrəli qeydiyyat vəsiqəsinin xx.xx.1996-cı il tarixdə vəfat etmiş X3 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-1244/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1244/2023
24.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver