Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1262/2024 25.06.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi, İddiaçı, müstəqil tələb irəli sürən üçüncü şəxslər X2 və X7 nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Bakı şəhəri 39 saylı notariat ofisinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, çıxarın ləğv edilməsi və miras payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi, Müstəqil tələb irəli sürən üçüncü şəxs X7 cavabdehlər Cavabdeh1, Bakı şəhəri 39 saylı notariat ofisinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, çıxarın ləğv edilməsi və miras payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi, Müstəqil tələb irəli sürən üçüncü şəxs X2 cavabdehlər Cavabdeh1, Bakı şəhəri 39 saylı notariat ofisinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, çıxarın ləğv edilməsi və miras payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Bakı şəhəri 39 saylı notariat ofisinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “vərəsəlik şəhadətnaməsinin, çıxarışın ləğv edilməsi, vərəsəlik üzrə payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 39 saylı Notariat Kontoru tərəfindən mərhum anası X23 miras qalan Sabunçu rayonu Kürdəxanı qəsəbəsi Meyvə Tingliyi ev 20 ünvanında yerləşən fərdi yaşayış evinə dair Cavabdeh1 adına verilmiş 13 fevral 2017-ci il tarixli vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi; vərəsəlik hüququnun tanınaraq anası X23 miras qalan Sabunçu rayonu Kürdəxanı qəsəbəsi Meyvə Tingliyi ev 20 ünvanında yerləşən evə dair cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 39 saylı Notariat Kontoru tərəfindən vərəsəlik payının tanınaraq vərəsəlik şəhadətnaməsinin verilməsi; Cavabdeh1 qınının adına verilmiş 13 fevral 2017-ci il tarixli vərəsəlik şəhadətnaməsinə əsasən Sabunçu rayonu Kürdəxanı qəsəbəsi Meyvə Tingliyi ev 20 ünvanında yerləşən evə dair verilmiş çıxarışın cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 sayh Bakı Ərazi İdarəsi tərəfindən ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, mərhum X3 doğma qızıdır. Hazırkı iş üzrə vərəsəlik işi açılan tərəf X15 və mərhum anası X24r. Atası xx.xx.1991-ci il tarixdə, anası isə xx.xx.2006-cı ildə vəfat etmişlər. Hazırda o, digər bacıları ilə mərhum X23 məxsus Sabunçu rayonu Kürdəxanı qəsəbəsi Meyvə Tingliyi ev 20 ünvanındakı miras qalmış əmlaka pasport qeydiyyatına alınmışdır. Hazırkı vərəsəlik işinin açılması ilə bağlı həm 5 saylı Asan xidmət mərkəzinə, həm də 39 saylı notariat ofisinə vərəsəlik işinin açılması ilə bağlı müraciət etsə də, ona imtina verilmişdir. Şifahi bildirilmişdir ki həmin əmlak elektron sistemdə çıxmır. Vərəsəlik işi üzrə notariat ofisində iştirak etməmişlər. Saxta sənədlərə (arayışa) əsasən digər vərəsələr ola-ola vərəsəlik şəhadətnaməsi Cavabdeh1 verilmişdir. Cavabdeh1 hazırkı mübahisə üzrə çıxarış almışdır. Daha sonra iddiaçı məhkəməyə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə müvafiq qaydada ərizə təqdim edərək, iddia ərizəsində cavabdeh qismində qeyd edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin iddia ərizəsindən çıxarılması, cavabdeh “Cavabdeh1” sözlərinin cavabdeh “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 39 saylı Notariat Kontoru” ilə əvəz edilməsi və “Cavabdeh1”nın hazırkı iş üzrə 3-cü şəxs qismində cəlb edilməsi, iddia ərizəsinin yekun hissəsində iddia tələbi olaraq qeyd edilmiş “İddiaçı iddiasının təmin edilməsi, cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 39 saylı Notariat Kontoru tərəfindən mərhum anası X23 miras qalan Sabunçu rayonu Kürdəxanı qəsəbəsi Meyvə Tingliyi ev 20 ünvanında yerləşən fərdi yaşayış evinə dair Cavabdeh1 adına verilmiş 13 fevral 2017-ci il tarixli vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi, İddiaçı vərəsəlik hüququnun tanınaraq anası X23 miras qalan Sabunçu rayonu Kürdəxanı qəsəbəsi Meyvə Tingliyi ev 20 ünvanında yerləşən evə cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 39 saylı Notariat Kontoru tərəfindən vərəsəlik payının tanınaraq vərəsəlik şəhadətnaməsinin verilməsi, Cavabdeh1 adına verilmiş 13 fevral 2011-ci il tarixli vərəsəlik şəhadətnaməsinə əsasən Sabunçu rayonu Kürdəxanı qəsəbəsi Meyvə Tingliyi ev 20 ünvanında yerləşən evə dair verilmiş çıxarışın cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ləğv edilməsinə dair qətnamə qəbul edəsiniz” sözlərinin “mərhum anası X9 miras qalan Sabunçu rayonu Kürdəxanı qəsəbəsi Meyvə Tingliyi ev 20 ünvanında yerləşən fərdi yaşayış evinə dair 3-cü şəxs Cavabdeh1 adına verilmiş 13 fevral 2017-ci il tarixli vərəsəlik şəhadətnaməsinin və vərəsəlik şəhadətnaməsi əsasında ona verilmiş mülkiyyət hüququna dair çıxarışın etibarsız hesab edilməsi və cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 39 saylı Notariat Kontoru tərəfindən miras əmlaka dair onun vərəsəlik payının müəyyən edilməsinə dair qətnamə qəbul edəsiniz” sözləri ilə əvəz edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə müvafiq qaydada ərizə təqdim edərək, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 39 saylı Notariat Kontoru tərəfindən ünvan 1 ünvanında yerləşən miras əmlaka dair Cavabdeh1 adına verilmiş 13 fevral 2007-ci il tarixli “2V/-06” reyestr nömrəli “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız sayılması; Cavabdeh1 qınının adına verilmiş Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı qəsəbəsi Meyvə Tingliyi 20 saylı fərdi yaşayış evinə dair Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın ləğv edilməsi; ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin xx.xx.2006-cı il tarixdə ölmüş X9 qalan miras kütləsinə daxil edilməsi; ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində 1/4 (dörddə bir) hissədə miras payının müəyyən edilməsi; ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində 1/4 (dörddə bir) hissədə miras payına dair ona “vərəsəlik hüququ haqqında şəhadətnamə” verilməsi öhdəliyinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 39 saylı notariat ofisinin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs X25 cavabdehlər Cavabdeh1, Bakı şəhəri 39 saylı notariat ofisinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, çıxarın ləğv edilməsi və miras payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 39 saylı Notariat Kontoru tərəfindən ünvan 1 ünvanında yerləşən miras əmlaka dair Cavabdeh1 adına verilmiş 13 fevral 2007-ci il tarixli, “2V/-06” reyestr nömrəli “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin etibarsız sayılması; Cavabdeh1 adına verilmiş Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı qəsəbəsi Meyvə Tingliyi 20 saylı fərdi yaşayış evinə dair Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın ləğv edilməsi; ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin xx.xx.2006-cı il tarixdə ölmüş X9 qalan miras kütləsinə daxil edilməsi; ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində 1/4 (dörddə bir) hissədə miras payının müəyyən edilməsi; ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində 1/4 (dörddə bir) hissədə miras payına dair ona “vərəsəlik hüququ haqqında şəhadətnamə” verilməsi öhdəliyinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 39 saylı notariat ofisinin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.2006-cı il tarixdə ölmüş anası X9 onlara miras qalmışdır. Bacısı onlardan xəbərsiz şəkildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 39 saylı Notariat Kontoruna müraciət edərək, vərəsəlik işi açdırmış, o da daxil olmaqla digər övladlar vərəsəliyə çağırılmamış, miras əmlaka dair tam pay üzrə qanun üzrə vərəsəlik şəhadətnaməsi əldə etmiş və miras əmlakı mülkiyyətinə keçirmişdir. Hesab edir ki, Cavabdeh1 bu hərəkətləri qanuna ziddir, ona notariat ofisi tərəfindən verilmiş qanun üzrə vərəsəlik şəhadətnaməsi etibarsız sayılmaqla, ondan sonra yaranmış hüquqi nəticələr aradan qaldırılmalı, həmin miras əmlak üzərində vərəsəlik payları müəyyən edilməlidir. Müstəqil tələb irəli sürən üçüncü şəxs X10 cavabdehlər Cavabdeh1, Bakı şəhəri 39 saylı notariat ofisinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, çıxarın ləğv edilməsi və miras payın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 39 saylı Notariat Kontoru tərəfindən ünvan 1 ünvanında yerləşən miras əmlaka dair Cavabdeh1 adına verilmiş 13 fevral 2007-ci il tarixli “2V/-06” reyestr nömrəli “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin etibarsız sayılması; Cavabdeh1 qınının adına verilmiş Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı qəsəbəsi Meyvə Tingliyi 20 saylı fərdi yaşayış evinə dair Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın ləğv edilməsi; ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin xx.xx.2006-cı il tarixdə ölmüş X11 qalan miras kütləsinə daxil edilməsi; ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində 1/4 (dörddə bir) hissədə miras payının müəyyən edilməsi; ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində 1/4 (dörddə bir) hissədə miras payına dair ona “vərəsəlik hüququ haqqında şəhadətnamə” verilməsi öhdəliyinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 39 saylı notariat ofisinin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.2006-cı il tarixdə ölmüş anası X9 onlara miras qalmışdır. Bacısı onlardan xəbərsiz şəkildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 39 saylı Notariat Kontoruna müraciət edərək, vərəsəlik işi açdırmış, o da daxil olmaqla digər övladlar vərəsəliyə çağırılmamış, miras əmlaka dair tam pay üzrə qanun üzrə vərəsəlik şəhadətnaməsi əldə etmiş və miras əmlakı mülkiyyətinə keçirmişdir. Hesab edir ki, Cavabdeh1 bu hərəkətləri qanuna ziddir, ona notariat ofisi tərəfindən verilmiş qanun üzrə vərəsəlik şəhadətnaməsi etibarsız sayılmaqla ondan sonra yaranmış hüquqi nəticələr aradan qaldırılmalı, həmin miras əmlak üzərində vərəsəlik payları müəyyən edilməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə etdi, iddiaçının izahatındakı xüsusatları təsdiq edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında müstəqil tələb irəli sürən üçüncü şəxs X10 iddia tələbini müdafiə etdi, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında müstəqil tələb irəli sürən üçüncü şəxs X2 nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə etdi, M.Q.Məmmədovanın izahatındakı xüsusatları təsdiq edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında müstəqil tələb irəli sürən üçüncü şəxs X25 iddia tələbini müdafiə etdi, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında müstəqil tələb irəli sürən üçüncü şəxs X7 nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə etdi, L.K.Təhməzovanın izahatındakı xüsusatları təsdiq edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 izahatında bildirmişdir ki, vəsiyyətnamə qüvvədədir, bacıları həmin evdə qeydiyyatdadırlar, amma valideynləri rəhmətə getdikdən sonra bacıları orda yaşamamışlar, həmin evi oğlunun adına keçirtməsi üçün bacıları icazə verməmişlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini qəbul etmədi, cavabdehin izahatındakı xüsusatları təsdiq edərək bildirmişdir ki, vəsiyyətnamə qüvvədədir, belə olan halda iddia edənlərin yalnız məcburi pay hüququ yaranır, lakin cavabdeh kimi o da hesab edir ki, onlar həmin evdən hazıradək kifayət qədər istifadə etdikləri üçün onlara çatası haqqı əldə etmişlər. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər Bakı şəhəri 39 saylı notariat ofisinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlər Bakı şəhəri 39 saylı notariat ofisinin və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia və müstəqil tələb irəli sürən üçüncü şəxslərin tələbləri qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 100 manat dövlət rüsumu ödənilmişdir. -İ-ЗЖ seriyalı 851353 doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.1965-ci il tarixdə doğulmuşdur, atası X17, anası X24r. -MH seriyalı 140498 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı qəsəbəsi Meyvə tingliyində yerləşən 20 nömrəli fərdi yaşayış evi xx.xx.1998-ci il tarixdə X18 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir. -Sovet Sosialist Respublikaları İttifaqı vətəndaşının pasportunun surətindən görünür ki, X27 xx.xx.1971-ci il tarixdə doğulmuşdur. -xx.xx.2007-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2006-cı ildə vəfat etmiş X18 vərəsəsi Cavabdeh1 miras əmlakdan tam irs almalıdır. Şəhadətnamə verilən miras əmlak ümumi sahəsi 94.5 kv.m, yaşayış sahəsi 61.5 kv.m olan ünvan 1 ünvanında yerləşən şəxsi evdən ibarətdir. -İV-ЖГ seriyalı 268736 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X19 xx.xx.1991-ci il tarixdə Bakı şəhərində ölmüşdür. -İ-ЗЖ seriyalı 020874 doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X28 xx.xx.1969-cu il tarixdə doğulmuşdur, atası X17, anası X24r. -İ-ЗЖ seriyalı ******* doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X20 xx.xx.1967-ci il tarixdə doğulmuşdur, atası X17, anası X24r. -yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı ünvan 3 ünvanında qeydiyyatdadır. -AZ-İ seriyalı 205450 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X29 xx.xx.2006-cı il tarixdə Bakı şəhərində ölmüşdür. -Bakı şəhəri Sabunçu RİHB-nın Kürdəxanı qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 1901 nömrəli xx.xx.2006-cı il tarixli arayışın surətindən görünür ki, X29 xx.xx.2006-cı ildə vəfat etmiş və vəfat edən günə kimi Kürdəxanı qəsəbəsi Meyvə tingliyi sovxozu ev 20-də yaşamışdır. -Bakı şəhəri Sabunçu RİHB-nın Kürdəxanı qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 333 nömrəli xx.xx.2006-cı il tarixli Forma 2 arayışının surətindən görünür ki, Kürdəxanı qəsəbəsi Meyvə tingliyi sovxozu ev 20 X23 məxsusdur. Cavabdeh1, X12 və X13 evdə daimi pasport qeydiyyatındadırlar. -İ-ЗЖ seriyalı 160624 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X17 ilə X4 xx.xx.1964-cü il tarixdə nikahlarını bağlamışlar, nikah bağlandıqdan sonra arvada Qarayeva soyadı verilmişdir. -V-ЖГ seriyalı 290022 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X21 ilə X22 xx.xx.1990-cı il tarixdə nikahlarını bağlamışlar, nikah bağlandıqdan sonra arvada Quliyeva soyadı verilmişdir. -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, ünvan 4 ünvanında yerləşən mənzil Cavabdeh1 adına ünvan 506 reyestr nömrəli xx.xx.2007-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” əsasında xx.xx.2007-ci il tarixdə qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Cavabdeh1 adına qeydiyyata alınmış digər daşınmaz əmlak aşkar edilməmişdir. -xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, X25 tərəfindən iddia ərizəsinin verilməsi üçün 100 manat dövlət rüsumu ödənilmişdir. -xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, X10 tərəfindən iddia ərizəsinin verilməsi üçün 100 manat dövlət rüsumu ödənilmişdir. -xx.xx.2005-ci il tarixli vəsiyyətnamənin surətindən görünür ki, X29 ünvan 1-də yerləşən şəxsi evini nəvəsi X5 vəsiyyət etmişdir. -Bakı şəhəri Sabunçu RİHB-nın Kürdəxanı qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 313 nömrəli xx.xx.2005-ci il tarixli Forma 2 arayışının surətindən görünür ki, Kürdəxanı qəsəbəsi Meyvə tingliyi sovxozu ev 20 X23 məxsusdur. X29 və X25 evdə daimi pasport qeydiyyatındadırlar. -XVİİİ-ЖГ seriyalı 347959 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.1993-cü il tarixdə doğulmuşdur, atası X21, anası X8r. -Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin xx.xx.2024cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri 39 saylı dövlət notariat ofisində xx.xx.2005-ci il tarixdə 2V-61 reyestr nömrəli vəsiyyətnamənin xx.xx.2024-cü ilədək dəyişdirilməsi və ya ləğv edilməsi barədə arxivə məlumat daxil olmamışdır. -MH seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı qəsəbəsi Meyvə tingliyində istifadədə olan 0.01202 ha torpaq sahəsində yerləşən 20 nömrəli 2 mərtəbəli binada 94.5 kv.m ümumi, 61.5 kv.m yaşayış sahəsindən ibarət mənzil tam mülkiyyət hüququ üzrə xx.xx.2007-ci il tarixdə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Məhkəmə, iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edildi ki, miras qoyan X29 xx.xx.2006-cı il tarixdə ölmüşdür. X1 Kafil İskəndər oğlu ilə xx.xx.1964-cü il tarixdə nikah bağlamışdır. Bu nikahdan onların dörd övladı doğulmuşdur: xx.xx.1965-ci il təvəllüdlü X16, xx.xx.1967-ci il təvəllüdlü X20, xx.xx.1969-cu il təvəllüdlü X28 və xx.xx.1971-ci il təvəllüdlü X27. X17 xx.xx.1991-ci il tarixdə ölmüşdür. Miras əmlak Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı qəsəbəsi Meyvə tingliyində yerləşən 20 nömrəli fərdi yaşayış evindən ibarətdir. xx.xx.2005-ci il tarixli vəsiyyətnaməyə əsasən X29 ünvan 1-də yerləşən şəxsi evini nəvəsi X5 vəsiyyət etmişdir. İddiaçının və müstəqil tələb irəli sürən üçüncü şəxslərin tələbi ondan ibarətdir ki, sözügedən miras əmlak barədə Cavabdeh1 adına qanun üzrə vərəsəlik hüququ rəsmiləşdirilərkən maddi hüquq normalarının tələbləri pozulmuş, nəticədə isə özlərinə çatası miras payından məhrum edilmişlər. Aşağıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbləri qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Mübahisəli hüquq münasibətlərinin yarandığı zaman, yəni mirasın açıldığı xx.xx.2006-cı il tarixdə qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar . 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Məhkəmə qeyd edir ki, vərəsəlik hüququnun yaranması miras qoyanın ölümü ilə şərtləndirilir və onun iradəsi nəzərə alınmaqla, hüquqi varisi kimi vəsiyyətnamədə və ya qanunda nəzərdə tutulan hüquqi varislik formasında hüquq və vəzifələr əldə edən şəxs tərəfindən həyata keçirilir. İş üzrə aparılan məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, miras qoyan X29 xx.xx.2005-ci il tarixdə ünvan 1-də yerləşən şəxsi evini nəvəsi X5 vəsiyyət etmiş və həmin vəsiyyətnamə hazırkı vaxtadək dəyişdirilməmiş, ləğv edilməmiş və ya etibarsız hesab edilməmişdir. Belə olan halda iddiaçının, cavabdehin və müstəqil tələb irəli sürən üçüncü şəxslərin qanun üzrə vərəsəlik hüququ istisna edildiyindən, iddiaçının və müstəqil tələb irəli sürən üçüncü şəxslərin miras əmlakda 1/4 hissədə paylarının müəyyən edilməsi və paylarına uyğun qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini tələb etmələri də əsassızdır. Bununla yanaşı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Həmin Məcəllənin 1194-cü maddəsinə əsasən məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. Həmin Məcəllənin 1196-cı maddəsinə əsasən vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. Qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əsasən məhkəmə hesab edir ki, iddiaçının və müstəqil tələb irəli sürən üçüncü şəxslərin miras əmlakda məcburi payları vardır. Hazırkı iddia tələbindən isə görünür ki, iddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxslər miras əmlakda qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını deyil, bütövlükdə miras əmlakda hər birinin 1/4 hissədə qanun üzrə vərəsə kimi miras paylarının müəyyən edilməsini məhkəmədən xahiş edirlər ki, qanunvericiliyin yuxarıda qeyd olunan tələbləri baxımından iddia tələblərinin qeyd olunan formada təmin edilməsi mümkün deyildir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçıya və müstəqil tələb irəli sürən üçüncü şəxslərə 1/4 hissədə miras paylarına dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi öhdəliyinin Bakı şəhəri 39 saylı notariat ofisinin üzərinə qoyulması hissəsində də iddia tələbləri təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Eyni zamanda, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, vərəsəlik işi açılarkən notarius vəsiyyətnamənin, qanun üzrə digər vərəsələrin olub-olmadığını araşdırmamış, miras əmlaka dair tam pay üzrə Cavabdeh1 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. Məhkəmə, qanunvericiliyin sadalanan normalarına əsasən hesab edir ki, Cavabdeh1 mirasda 1/8 hissədə məcburi payı olduğundan, iddia tələbləri onun adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin qismən, 7/8 hissədə etibarsız hesab edilməsi, həmçinin, həmin şəhadətnamə əsasında Cavabdeh1 adına verilmiş çıxarışın da 7/8 hissədə ləğv edilməsi hissəsində qanuni və əsaslıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı iddiası qismən təmin edilməli, Bakı şəhəri 39 saylı notariat ofisi tərəfindən ünvan 1 ünvanında yerləşən miras əmlaka dair Cavabdeh1 adına verilmiş xx.xx.2007-ci il tarixli 2V/06 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə 7/8 hissədə etibarsız hesab edilməli və həmin şəhadətnamə əsasında ünvan 1 ünvanında yerləşən miras əmlaka dair Cavabdeh1 adına xx.xx.2007-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış MH seriyalı ******* nömrəli çıxarış 7/8 hissədə ləğv edilməli, iddia qalan hissədə rədd edilməli, müstəqil tələb irəli sürən üçüncü şəxs X2 iddiası qismən təmin edilməli, Bakı şəhəri 39 saylı notariat ofisi tərəfindən ünvan 1 ünvanında yerləşən miras əmlaka dair Cavabdeh1 adına verilmiş xx.xx.2007-ci il tarixli 2V/06 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə 7/8 hissədə etibarsız hesab edilməli və həmin şəhadətnamə əsasında ünvan 1 ünvanında yerləşən miras əmlaka dair Cavabdeh1 adına xx.xx.2007-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış MH seriyalı ******* nömrəli çıxarış 7/8 hissədə ləğv edilməli, X2 iddiası qalan hissədə rədd edilməli, müstəqil tələb irəli sürən üçüncü şəxs X7 iddiası qismən təmin edilməli, Bakı şəhəri 39 saylı notariat ofisi tərəfindən ünvan 1 ünvanında yerləşən miras əmlaka dair Cavabdeh1 adına verilmiş xx.xx.2007-ci il tarixli 2V/06 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə 7/8 hissədə etibarsız hesab edilməli və həmin şəhadətnamə əsasında ünvan 1 ünvanında yerləşən miras əmlaka dair Cavabdeh1 adına xx.xx.2007-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış MH seriyalı ******* nömrəli çıxarış 7/8 hissədə ləğv edilməli, X7 iddiası qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddiaçıya və müstəqil tələb irəli sürən üçüncü şəxslərin özlərinə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. Bakı şəhəri 39 saylı notariat ofisi tərəfindən ünvan 1 ünvanında yerləşən miras əmlaka dair Cavabdeh1 adına verilmiş xx.xx.2007-ci il tarixli 2V/06 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə qismən, yəni 7/8 hissədə etibarsız hesab edilsin və həmin şəhadətnamə əsasında ünvan 1 ünvanında yerləşən miras əmlaka dair Cavabdeh1 adına xx.xx.2007-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış MH seriyalı ******* nömrəli çıxarış qismən, yəni 7/8 hissədə ləğv edilsin. İddia qalan hissədə rədd edilsin. Məhkəmə xərcləri İddiaçı aid edilsin. Müstəqil tələb irəli sürən üçüncü şəxs X2 iddiası qismən təmin edilsin. Bakı şəhəri 39 saylı notariat ofisi tərəfindən ünvan 1 ünvanında yerləşən miras əmlaka dair Cavabdeh1 adına verilmiş xx.xx.2007-ci il tarixli 2V/06 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə qismən, yəni 7/8 hissədə etibarsız hesab edilsin və həmin şəhadətnamə əsasında ünvan 1 ünvanında yerləşən miras əmlaka dair Cavabdeh1 adına xx.xx.2007-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış MH seriyalı ******* nömrəli çıxarış qismən, yəni 7/8 hissədə ləğv edilsin. X2 iddiası qalan hissədə rədd edilsin. Müstəqil tələb üzrə məhkəmə xərcləri X6 aid edilsin. Müstəqil tələb irəli sürən üçüncü şəxs X7 iddiası qismən təmin edilsin. Bakı şəhəri 39 saylı notariat ofisi tərəfindən ünvan 1 ünvanında yerləşən miras əmlaka dair Cavabdeh1 adına verilmiş xx.xx.2007-ci il tarixli 2V/06 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə qismən, yəni 7/8 hissədə etibarsız hesab edilsin və həmin şəhadətnamə əsasında ünvan 1 ünvanında yerləşən miras əmlaka dair Cavabdeh1 adına xx.xx.2007-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış MH seriyalı ******* nömrəli çıxarış qismən, yəni 7/8 hissədə ləğv edilsin. X7 iddiası qalan hissədə rədd edilsin. Müstəqil tələb üzrə məhkəmə xərcləri X14 aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №2(008)-1262/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1262/2024
25.06.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver