Məhkəmə qərarları › İş №2(008)-1277/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1277/2021

17.06.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1277/2021 17.06.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X2, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı vəkili və nümayəndəsi Vəkil, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinin Qeydiyyat və Şəxsiyyət vəsiqəsi 3-cü şəxs qismində işə cəlb edilməklə, kompensasiya ödənilməklə mənzildən istifadə hüququna xitam verilməsi barədə ilk iddia tələbinə, Cavabdeh İddiaçı qarşı mənzilə köçürülməsi barədə qarşılıqlı iddia tələbinə dair mülki işə açıq məhkəmə iclasında məhkəmənin inzibati binasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı Bakı şəhəri, Sabunçu rayon Polis İdarəsinin Qeydiyyat və Şəxsiyyət vəsiqəsi 3-cü şəxs qismində göstərilməklə iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 12 000 manat kompensasiya ödənilməklə ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia verərək ünvan 2 ünvanında yerləşən mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh 22.09.1990-cı il tarixdə rəsmi nikaha girmiş, nikahdan əvvəl iddiaçı Ukraynada yşamış, nikahdan sonra iki övladı ilə birlikdə daimi yaşamaq üçün Bakıxanov qəsəbəsi, M.Vəkilov, ev 5, mənzil 21-ə köçmüşdür. Qeyd olunan mənzili onun adında olan Xarkovdakı mənzillə dəyişmişdir. Sonradan mənzil özəlləşdirilmiş və 11.05.2005-ci il tarixdən mənzilin tək mülkiyyətçisi odur. Aralarında münasibətlər pisləşəndən sonra 2011-ci ildən cavabdeh həmin mənzili tərk etmiş , aralarında əmlak bölünmüş və o, əmlakı ilə birlikdə tam yararlı olan 2 mərtəbəli bağ evinin 1-ci mərtəbəsində yaşayır. 2011-ci ildə nikahları pozulmuşdur.cavabdeh 2011-ci ildən həmin mənzildə yaşamasa da, könüllü çıxıb getsə də qeydiyyatdan çıxmır və iddiaçının konstitusion hüquqlarını pozur. Qarşılıqlı iddia onun əsaslandırılmışdır ki, adəçəkilən mənzil Cavabdeh razılığı ilə özəllişdirilmişdir. Nikahın pozulması barədə işə məhkəmə tərəfindən baxılarkən cavabdeh onu evə buraxmamışdır. Hazırda ünvan 3 ünvanında kirayədə qalır. İlk iddia ərizəsində qeyd edilən bağ sahəsi də cavabdehin adına sənədləşdirilmişdir və o, orada daimi yaşamır. Yay aylarında həmin bağ evinin birinci mərtəbəsində özü, ikinci mərtəbəsində cavabdeh yaşayırlar. Hesab edir ki, qeydiyyatda olduğu və istifadə hüququ mövcud oluğu mübahisəli mənzilə köçürülməlidir. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçının vəkili və nümayəndəsi Vəkil öz iddia ərizəsinin məzmununa uyğun izahat verərək ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında ilk iddia üzrə Cavabdeh öz iddia ərizəsinin məzmununa uyğun izahat verərək ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Eyni zamanda qeyd etdi ki, yaşadığı mənzilə hər ay 250 manat kirayə ödənişi edir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ilk iddia təmin, qarşılıqlı iddia rədd edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır (adları çəkilən sənədlər iş materialarına əlavə edilmişidir). Tərəflər keçmiş ər-arvaddılar. Onların nikahları 22.02.1990-cı ildə bağlanılmış, 17.06.2011-ci il tarixdə ləğv edilmişdir (AZ-İ 124380 №-li Nikahın pozulması haqqında Şəhadətnamə). ünvan 4 11.02.2005-ci il tarixdən İddiaçı mülkiyyətindədir (ÖM seriyalı 223630 №li Qeydiyyat Vəsiqəsi). Həmin mənzil İddiaçı mülkiyyətinə aşağıdakı qaydada keçmişdir. O, Xarkov şəhərindəki iki otaqlı mənzilini hazırki evə 11.08.1990-cı il tarixdə dəyişmiş, sonra həmin mənzil onun tərəfindən özəlləşdirilmiş, bu zaman onun əri Cavabdeh buna razılıq vermişdir. Bu hallar işin mübahisəsiz halları olduğundan məhkəmə əlavə olaraq bu halları araşdırmamışdır. «xxxx» MMC tərəfindən adıçəkilən mənzilin bazar qiyməti 80000 manat məbləğində qiymətləndirilmişdir. Cavabdeh 19.04.2011-ci il tarixdə Sabunçu rayon Məhkəməsinə iddia ilə müraciət edərək, adıçəkilən mənzilin özü ilə İddiaçı arasında 1/2 paylara bölünməsini xahiş eitmiş, İddiaçı qarşılıqlı iddia verərək, kompensasiya verilməklə onun keçmiş ərinin istifadə hüququna xitam verilməsi və qeydiyyatdan çıxarılmasını xahiş etmişdir. Sabunçu rayon Məhkəməsinin 05.07.2011-ci il tarixli qətnaməsi ilə mənzilə 1/2 paylara bölünməsi barədə Cavabdeh iddiası rədd edilmiş, İddiaçı iddiası təmin edimiş, 4000 manat kompensasiya verilməklə Cavabdeh istifadə hüququna xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 27.10.2011-ci il tarixli qətnaməsi ilə İddiaçı iddiası rədd edilmiş, lakin Cavabdeh iddiasına qiymət verilməmişdir. Bu əsasdan Ali Məhkəmə 11.05.2012-ci il tarixdə yeni qərar qəbul etmiş, Cavabdeh da iddiası rəd edilmişdir. Göründüyü kimi, nəticə etibarı ilə hər iki iddia rədd edilmişdir. Cavabdeh iddiası rədd edilərkən, məhkəmə hesab etmişdir ki, adıçəkilən mənzil ər-arvadın birgə nikah dövründə əldə edilmiş mənzil olmadığından, dövlət tərəfindən order əsasında əvəzsiz olaraq arvada verilən mənzil olduğunadan onun bölünməsi yolverilməzdi. Apellayasiya isntsansiyası məhkəməsi İddiaçı iddiasını rədd edərkən, hesab etmişdir ki, onun tələbində kompensiyasiya məbləği göstərilməmiş, 4000 manat məbləğində kompensasiyanın kifayət etməsi subyektiv mülahizələrlə müəyyən edilmiş, istifadə hüququna xitam verilən şəxsin müəyyən müddət ərzində başqa yaşayış sahəsi ilə təmin olunub-olunmayacağı nəzərə alınmamışdı. Eyni zamanda məhkəmə kollegiyası hesab etmişdir ki, bu tələblərə dair işə baxan məhkəmə mütləq «F.Ağalarovun işi üzrə» Konstitusiya Məhkəməsinin Plenumunun 26.09.2007-ci il tarixli Qərarında əks olunmuş hüquqi məsələlərə nəzər yetirməlidir. Hazırda İddiaçı 12 000 manat kompensasiya verilməklə Cavabdeh istifadə hüququna xitam verilməsini istəyir, Cavabdeh isə həmin mənzilə köçürülməsini istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə ilk tələbinin təmin, qarşılıqlı iddia tələbinin rədd edilməsi qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. «İnsan Hüquqlarının və X1 haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycn Respublikası Konstitusiya Məhkəməsinin 27.07.2011-ci il tarixli qərarına əsasən 2001-ci ilin sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Qeyd edildiyi kimi, tərəfləri ailə münasibətləri 1990-cı ildə yaranmış, mübahisəli evə mülkiyyət hüququ 2005-ci ildə yaranmışdır. Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və Mənzil Məcəlləsinin 123-cü maddəsində söhbət mülkiyyətçidən getdiyindən, məhkəmə hesab edir ki, hazırki mübahisə ilə əlaqədar tərəflər arasında yaranmış hüquq münasibətlərini mülkiyyət hüququnun əldə edildiyi dövrə təsadüf edilməlidir, yəni 2005-ci ilə. Mülki Məcəllənin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Məhkəmə müəyyən etmişdir ki, Cavabdeh adıçəkilən mənzildə qeydiyyatda olsa da, uzun müddətdir ki həmin mənzildə yaşamır. Odur ki, məhkəmə hesab edir ki, onun istifadə hüququna kompensasiyanın verilməsi yolu ilə xitam verilməsi qanuni və əsaslıdır. Kompensasiyanın məbləğinə gəldikdə isə, məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. «F.Ağalarovun işi üzrə» Konstitusiya Məhkəməsinin Plenumunun 26.09.2007-ci il tarixli Qərarında qeyd edilir ki, «kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirməsini nəzərədə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəratilə oxşar yaşamaq imkanı versin». Cavabdeh izahatına əsasən o, kirayə mənzildə yaşayır və ayda 250 manat pul ödəyir. 12 000 manat məbləğində kompensasiya 4 il ərzində həmin kirayə haqqının ödəməyə imkan verəcək (12 000 manat : 250 manat = 48 ay). Odur ki, məhkəmə hesab edir ki, ilk iddia təmin edilməlidir. Qarşılıqlı iddia ilə əlaqədar məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh mənzildə qeydiyyatı formal xarakter daşıyır, o, 10 ildir həmin mənzildə yaşamır. Hər bir halda ilk iddianın təmin edilməsi qarşılıqlı iddianın təmin edilməsini istisna edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ƏT E T D İ: İlk iddia təmin edilsin. İlk iddia üzrə cavabdeh, qarşılıqlı idda üzrə iddiaçı Cavabdeh 12 000 manat kompensasiya ödənilməklə ünvan 4 ünvanında yerləşən mənzildən istifadə hüququna xitam verilsin. Cavabdeh ünvan 4 ünvanında yerləşən mənzilə köçürülməsi barədə qarşılıqlı iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar