Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1285/2023 15.03.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi, Məhkəmə iclas katibi X6, Ərizəçi İddiaçı iştirakları ilə, Ərizəçi İddiaçı 4 saylı Bakı Asan xidmət mərkəzində notariat ofisi maraqlı şəxs qismində qeyd edilməklə mirasın qəbulu müddətinin uzadılması tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı 4 saylı Bakı Asan xidmət mərkəzində notariat ofisini maraqlı şəxs qismində qeyd etməklə ərizə və dəqiqləşdirilmiş ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2021-ci il tarixdə ölmüş X2 qalmış miras: AR-sı Naxçıvan MR-sı Naxçıvan şəhəri, Əlincə məhəlləsi, ev 4A, mənzil 46; xx.xx.1999-cu il tarixli AR-sı Naxçıvan MR-sı, Babək rayonu X9 81 №-li qərarı ilə 0,07 hektar torpaq sahəsi fərdi yaşayış evi və sairə məqsədlər üçün, xx.xx.1999-cu il tarixli AR-sı Naxçıvan MR-sı, Babək rayonu X9 81 №-li qərarı ilə 0,18 hektar kənd təsərrüfatı məhsulları istehsalı məqsədləri üçün mülkiyyətinə verilmiş daşınmaz əmlakların qəbul edilməsinin müddətinin uzadılmasını barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbi onunla əsaslandırmışdır ki, xx.xx.1998-ci il tarixdə X4 ilə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan iki övladı var. Həyat yoldaşı xx.xx.2021-ci ildə vəfat etmişdir. Mərhumun adına: AR-sı Naxçıvan MR-sı Naxçıvan şəhəri, Əlincə məhəlləsi, ev 4A, mənzil 46, xx.xx.1999-cu il tarixli AR-sı Naxçıvan MR-sı, Babək rayonu X10 81 JSTa-li qərarı ilə 0.07 hektar torpaq sahəsi fərdi yaşayış evi və sairə məqsədlər üçün, xx.xx.1999-cu il tarixli AR-sı Naxçıvan MR-sı, Babək rayonu X10 81 Na-li qərarı ilə 0.18 hektar kənd təsərrüfatı məhsulları istehsalı məqsədləri üçün mülkiyyətinə verilmişdir. Mərhum həyat yoldaşından qalmış yuxarıda qeyd edilən 3 adda daşınmaz əmlakları qəbul etmək istəsə də, miras qoyan şəxsin vəfatından 6 ay keçdiyindən mirasın qəbulu müddətinin uzadılması üçün məhkəməyə müraciət etməyi məsləhət görülmüşdür. Sağlamlığında bir sıra xəstəliklər ucbatından daimi olaraq həkim nəzarəti ilə müalicə alır. Həyat yoldaşımın vəfat etməsində də əsas mərhumun “bronxlarında” olan xəstəlik olmuşdur. Mərhumun vəfatından sonra onun adına olan əmlakların vərəsəlik qaydasında qəbul edilməsi ilə bağlı vərəsəlik işinin açılması ilə bağlı məlumatsız olmuş, bir sıra üzərinə düşən öhdəliyin icrası ilə bağlı hərəkətlərin vacibliyindən xəbərsiz olmuş və nəticədə hüquqi biliyi olmadığından mirasın qəbulu müddətini ötürmüşdür. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən ərizəçi İddiaçı ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə ərizəçinin izahatının dinləyib, iş materiallarının arşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır (sənədlər iş materiallarına əlavə edilmişdir). Ərizəçi İddiaçı (sonradan – ərizəçi) xx.xx.1976-cı il tarixdə Naxçıvan Muxtar Respublikasının, Babək rayonunda doğulmuşdur, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanında yaşayır. X1 ilə xx.xx.1998-ci il tarixdə nikahlarını bağlamışdılar (Vİİ-JQ seriyalı 330532 №-li nikahın bağlanması haqqında şəhadətnamə). Onların iki uşaqları var: xx.xx.1999-cu il tarixdə doğulmuş X7, 08.09.2***-ci il tarixdə doğulmuş X5 (017679 və 110918 №-li doğum haqqında şəhadətnamələr). X4 xx.xx.2021-ci il tarixdə ölmüşdür (AZ-İİ seriyalı 217515 №-li ölüm haqqında şəhadətnamə). Onun öldüyə günə mülkiyyətində aşağıdakı əmlaklar olmuşdur: Naxçıvan şəhəri, Əlincə küçəsində yerləşən bina 4a/46 yaşıyaş evi (Dövlət texniki inventarlaşdırma və mülkiyyət hüquqları qeydiyyat idarəsi tərəfindən xx.xx.1998-ci il tarixdə verilmiş Qeydiyyat Vəsiqəsi, reyestr kitabı 09/224,); Babək rayonu X9 xx.xx.1999-cu il tarixli , 81 №-li qərarı əsasında mülkiyyətinə verilmiş 0,07 hektar torpaq sahəsi (Naxçıvan MR Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN-755A, kod 10311018 şəhadətnamə), Babək rayonu X9 xx.xx.1999-cu il tarixli , 81 №-li qərarı əsasında kənd təsərrüfatı məhsulları istehsalı məqsədləri üçün verilmiş 0,18 hektar torpaq sahəsi (Naxçıvan MR Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN-0097, kod 10311028 şəhadətnamə). Ərizəçi əməliyyatdan sonra müalicə edilmiş və qeydiyyat alınmışdır (Sabunçu rayon 11 №-li şəhər poliklinaksı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayış). Ərizəçinin oğlu X5 atasında sonra qalmış miras əmlakı qəbul etmədiyi və etmək niyyətində olmadığı barədə ərizə imzalamış, imzası notarius tərəfindən xx.xx.2023-cü il tarixdə təsdiq edilmişdir. Ərizəçinin oğlu X7 atasında sonra qalmış miras əmlakı qəbul etmədiyi və etmək niyyətində olmadığı barədə ərizə imzalamış, imzası notarius tərəfindən xx.xx.2023-cü il tarixdə təsdiq edilmişdir. 4 saylı Bakı Asan xidmət mərkəzində notariat ofisində xx.xx.2021-ci il tarixdə ölmüş X3 adına V-504/2022 №-li vərəsəlik işi açılmış və ərizəçiyə miras qoyan şəxsin vəfatından 6 ay keçdiyindən mirasın qəbulu müddətinin uzadılması üçün məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Hazırda ərizəçi mərhum ərinə məxsus olmuş daşınmaz əmlakların qəbul edilməsi müddətinin uzadılmasını istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə tələbin qanuni və əsaslı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar; 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1243-cü maddəsinə görə, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir; 1246-cı maddəsinə görə isə, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər, miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir; 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Odur ki, məhkəmə hesab edir ki, ərizəçi miras qoyanın birinci növbə olan tək vərəsəsi olduğundan, vərəsəliyin qəbulunda mübahisə olmadığından, ərizəçi xəstəliyi səbəbindən vaxtında müraciət etmədiyindən ərizə təmin edilməli və miras əmlakların qəbul edilməsi müddəti ona nisbətdə uzadılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2021-ci il tarixdə ölmüş X2 qalmış miras: AR-sı Naxçıvan MR-sı Naxçıvan şəhəri, Əlincə məhəlləsi, ev 4A, mənzil 46; xx.xx.1999-cu il tarixli AR-sı Naxçıvan MR-sı, Babək rayonu X9 81 №-li qərarı ilə 0,07 hektar torpaq sahəsi fərdi yaşayış evi və sairə məqsədlər üçün, xx.xx.1999-cu il tarixli AR-sı Naxçıvan MR-sı, Babək rayonu X9 81 №-li qərarı ilə 0,18 hektar kənd təsərrüfatı məhsulları istehsalı məqsədləri üçün mülkiyyətinə verilmiş daşınmaz əmlakların qəbul edilməsi müddəti ərizəçi İddiaçı nisbətdə uzadılsın. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-1285/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1285/2023
15.03.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver