Məhkəmə qərarları › İş №2(008)-1317/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1317/2023

25.04.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1317/2023 25.04.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh 4 saylı Bakı Cavabdehotariat Ofisinə qarşı "mirasın qəbul edilməsi müddətinin uzadılması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh 4 saylı Bakı Cavabdehotariat Ofisinə qarşı "mirasın qəbul edilməsi müddətinin uzadılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum arvadı X1 miras qalmış ünvan 1 ünvanda yerləşən 100 kv metr torpaq sahəsinin miras əmlak kimi qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikdirilməsinin səbəbinin üzrlü sayılaraq uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, mərhum arvadı X4 xx.xx.2019-cu ildə vəfat etmişdir, o vəfat edənə qədər ünvan 1 ünvanda yerləşən 100 kv metr torpaq sahəsinin mülkiyyətçisi olmuşdur. Əvvəldən torpaq sahəsinin ölçüsü 400 kv metr olmuş, xx.xx.2007ci ildə notariat qaydasında bağlanmış “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nə əsasən (AN-İ 0078138) torpaq sahəsinin 300 kv metr sahəsi X3, qalanı isə - 100 kv metri isə arvadı X2 mülkiyyətində qalmışdır. O, arvadının vərəsəsi kimi torpaq sahəsinə dair vərəsəlik hüququ haqqında şəhadətnamə üçün 4 saylı Bakı Cavabdehotariat ofisinə (notarius S.Y.Həbibbəyli) müraciət etdikdə V-553 2022 nömrəli vərəsəlik işi açılmışdır, lakin mirasın qəbulu müddətinin buraxılması baş verdiyi üçün müddətin uzadılması ilə bağlı məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Göstərilənlərə əsasən hesab edir ki, arvadından miras qalan əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə alınması üçün mirasın qəbul edilməsi üçün nəzərdə tutulmuş müddət yuxarıda qeyd etdiyi əsaslara istinad edilməklə üzrlü hesab edilməli və uzadılmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, mərhum arvadı X4 ilə nikahından 5 uşağı olduğunu bildirdi. Yerdə qalan 100 kv.m torpaq sahəsini isə faktiki oğlu tərəfindən qəbul edilmişdir. Beləki həmin torpaq sahəsində oğlu tərəfindən ev tikilib və orada oğlu ailəsi ilə birlikdə yaşayır. O isə hərdən bir oğlunun yanında gedib yaşayır. Yəni hər uşağının yanında beş üç gün qalır. Cavabdeh 4 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbələri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə 4 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını, dinləyib, iş materiallarındakı sənədlərə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Lenin Rayon VVADQ Şöbəsinin АЗ seriyalı, 107684 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X6 arasında 13 avqust 1969-cu il tarixdə, 12 nömrəli nikah akt qeydi bağlanmışdır. - 4 saylı Bakı “ASAN Xidmət” X9 xx.xx.2019-cu il tarixli ölüm haqqında şəhadətnaməsinin surətindən görünür ki, X5 xx.xx.2019-cu il tarixdə Bakı şəhərində vəfat etmişdir. - 4 saylı Bakı “ASAN Xidmət” X9 xx.xx.2022-ci il tarixli, 2461 nömrəli imtina məktubdan görünür ki, miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna qol verilmədiyindən, mirasın qəbulu müddətinin uzadılması üçün məhkəməyə müarciət edilməsi tövsiyə edilmişdir. - xx.xx.2007-ci il tarixli Daşınmaz Əmlakın AN İ seriyalı, ******* nömrəli Alqı-satqı Müqaviləsinin surətindən görünür ki, Satıcı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2007-ci il tarixdə verilmiş 11/3242 nömrəli arayışa əsasən ünvan 2 ünvanda yerləşən 400 (dörd yüz) kv.m torpaq sahəsindən 300 (üç yüz) kv.m torpaq sahəsini alıcının mülkiyyəitinə vermiş, qalan 100 (yüz) kv.m torpaq sahəsi satıcının istifadəsində qalmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin 05/01-21- 170/13 nömrəli müraciətə cavab məktubundan görünür ki, xx.xx.2007-ci il tarixli Daşınmaz Əmlakın AN İ seriyalı, ******* nömrəli Alqı-satqı Müqaviləsi dəyişdirilməmiş və ya ləğv edilməsi barədə arxivə məlumat daxil olmadığı bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1146-ci maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Mulki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən 1-ci növbədə – Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243.1, 1243.2 və 1243.3-cu maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir; Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfındən qəbul edilmiş sayılır; Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1247.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər Həmin Məcəllənin 1252-cı maddəsinə əsasən Əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. Həmin Məcəllənin 1322-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. Həmin Məcəllənin 1322-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli qərarında göstərilmişdir ki, Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etməsi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu isə vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Miras əmlakın hansı üsulla qəbul edilməsindən və vərəsəlik şəhadətnaməsinin olub-olmamasından asılı olmayaraq vərəsə tərəfindən miras əmlakın saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin bariz şəkildə nümayiş etdirilməsi onun miras aktivini və miras passivini qəbul etməsinə dəlalət edir. Beləliklə mülki işin hallarından məlum olur ki, iddiaçının həyat yoldaşı X5 xx.xx.2019cu il tarixində vafat edən zaman onun qanuni üzrə birinci növbədən 6 vərəsəsi olmuşdur: əri-hazırkı iş üzrə İddiaçı və 5 övladı. İddiaçı hazırda məhkəməyə müraciət edərək arvadının vəfatından sonra ondan qalan miras əmlakının-yəni ünvan 1 ünvanda yerləşən 100 kv metr torpaq sahəsinin qəbul edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş müddətin buraxılmasını üzrülü hesab edilərək uzadılmasını məhkəmədən xahiş etsədə, məhkəməyə miras əmlakının qəbul edilməsi üçün nəzərdə tutulmuş müddətin ın gecikdirilməsini üzürülü hesab edilə biləcək halları məhkəməyə təqdim etməmişdir. Həmçinin məhkəmə onuda qeyd etməyi zəruri hesab edir ki, məhkəmə iclası zamanı İddiaçı “hal-hazırda həmin ünvanda kimin yaşadığı” sualına, “X5 öldükdən sonra həmin ünvanda oğlu yaşadığını” bildirdi. Məhkəmə hesab edir ki, iddiaçının izahatından da görünür ki, onun oğlu faktiki olaraq əmlakı qəbul etmiş və faktiki olaraq əmlakı idarə edir. Beləliklə yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh 4 saylı Bakı Cavabdehotariat Ofisinə qarşı “mirasın qəbul edilməsi müddətinin uzadılması” tələbinə dair iddia ərizəsi üzrə iddia tələb təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli, və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddiaçı cavabdeh 4 saylı Bakı Cavabdehotariat Ofisinə qarşı “mirasın qəbul edilməsi müddətinin uzadılması” tələbinə dair iddia ərizəsi üzrə tələb təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar