Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1317/2024 14.06.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Bakı şəhəri 17 saylı notariat ofisinə, X15 və X9 qarşı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi və Bakı şəhəri 50 saylı notariat ofisi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə, “vərəsəlik hüququ haqqında şəhadətnamənin və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, vərəsə kimi tanınması və miras əmlakdan vərəsəlik payının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Bakı şəhəri 17 saylı notariat ofisinə qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, vərəsə kimi tanınması və miras əmlakdan vərəsəlik payının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Maştağa qəsəbəsi B.Bağırov küçəsi döngə 4 ünvanında yerləşən 16 saylı evə (yeni qaydalarla: AZ1039, ünvan 3 Bakı şəhəri 17 saylı notariat ofisi tərəfindən X3 adına verilmiş xx.xx.2022-ci il tarixli “vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin, onun əsasında verilmiş qeydiyyat tarixi xx.xx.2022-ci il olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, Cavabdeh2 verilmiş xx.xx.2023-cü il tarixli “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin, onun əsasında verilmiş qeydiyyat tarixi xx.xx.2023-cü il olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, miras evdən qanun üzrə vərəsə kimi tanınması və miras evdən 1/2 hissə vərəsəlik payının müəyyən edilib verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Maştağa qəsəbəsi B.Bağırov küçəsi döngə 4 ünvanında yerləşən 16 saylı evin (yeni qaydalarla: AZ 1039, ünvan 3 ilk sahibi mərhum qaynanası Pəri Şamil qızı olmuşdur. O, sağlığında sahibi olduğu evi 18 iyun 1984-cü ildə 17-ci Dövlət Notariat kontorunda təsdiq edilmiş vəsiyyətnamə ilə X4 vəsiyyət etmişdir. Həmin vaxt vəsiyyət edilmiş ev Pəri Şamil qızının mülkiyyətində olmamışdır. O, Pərinin oğlu X19 ilə xx.xx.1991-ci ildə evlənmiş və köçüb həmin evdə onlarla birlikdə yaşamışdır. Pəri Şamil qızı xx.xx.1994-cü ildə vəfat etmişdir. X19 anası Pəri Şamil qızının vəfatından sonra həmin evi faktiki sahiblik etməklə idarə etmişdir. Həyat yoldaşı Ağaverdi anasının vəfatından sonra da onunla həmin evdə yaşamışdır. Həyat yoldaşı X19 xx.xx.2022-ci ildə anasından qalan həmin evdə vəfat etmişdir. Həyat yoldaşının vəfatından sonra da o, həmin evdə yaşamış, faktiki sahiblik etmiş, idarə etmiş və evin vergilərini ödəmişdir. Pəri Şamil qızının vəsiyyətnaməsində adı göstərilən X6 həmin evdə qeydiyyatda olsa da, lakin orda yaşamamışdır və mirası qəbul etməmişdir. Bakı şəhəri Maştağa qəsəbəsi B.Bağırov küçəsi döngə 4 ünvanında yerləşən 16 saylı ev (yeni qaydalarla: AZ 1039, ünvan 3 ilk dəfə xx.xx.2022-ci ildə Pəri Şamil qızının adına mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır və Bakı şəhəri 17 saylı notariat ofisi tərəfindən 18 iyun 1984-cü il tarixli vəsiyyətnamə əsasında verilmiş xx.xx.2022-ci il tarixli “vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” ilə X3 mülkiyyətinə keçmişdir. Bundan Ağaverdinin xəbəri olmamışdır. X7 ağır xəstə olduğu vaxt xx.xx.2022-ci il tarixdə evə dəvət etdiyi 17 saylı notariat ofisi tərəfindən anası Pəri Şamil qızından qalmış həmin evi vərəsə kimi qəbul etdiyi və ona vərəsəlik şəhadətnaməsinin verilməsi barədə ərizə vermişdir. Notariat işində olan arayışlarda Pəri Şamil qızının oğlu, miras evdə qeydiyyatda olan və yaşayan X10 adının da yazılmasına baxmayaraq onun vərəsəlik hüququ notarius tərəfindən təmin edilməmişdir. X6 xx.xx.2022-ci ildə vəfat etmişdir. Onun ölümündən sonra 17 saylı notariat ofisi tərəfindən xx.xx.2023-cü il tarixdə Cavabdeh2 verilmiş “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” ilə Bakı şəhəri Maştağa qəsəbəsi B.Bağırov küçəsi döngə 4 ünvanında yerləşən 16 saylı ev (yeni qaydalarla: AZ 1039, ünvan 3 Cavabdeh2 mülkiyyətinə keçmişdir. Qanunla 17 saylı notariat ofisi 18 iyun 1984-cü il tarixli vəsiyyətnamə üzrə X4 vərəsəlik şəhadətnaməsi verərkən mirası faktiki qəbul etmiş və bu barədə ərizə vermiş birinci növbədə vərəsə X10 miras əmlakdan məcburi payı müəyyən edilməli və vərəsəlik şəhadətnaməsi verməli idi. Pəri Şamil qızının sağlığında və vəfatından sonra yalnız oğlu X19 həmin evdə yaşamışdır və evi faktiki sahiblik etməklə idarə etmişdir. Həyat yoldaşı Vəliyev Ağaverdi xx.xx.2022-ci ildə vəfat etmişdir. Həyat yoldaşının vəfatından sonra həmin evdə faktiki o yaşayır və idarə edir. Həyat yoldaşının ölümündən sonra evin vergisi onun tərəfindən ödənilmişdir. O, miras evdən həyat yoldaşına düşən paya vərəsədir. Ona görə də həyat yoldaşının qanun üzrə vərəsəsi kimi miras evdən onun vərəsəlik hüququ tanınmalı və payı müəyyən edilməlidir. Daha sonra iddiaçı məhkəməyə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə müvafiq qaydada ərizə təqdim edərək, Bakı şəhəri Maştağa qəsəbəsi B.Bağırov küçəsi döngə 4 ünvanında yerləşən 16 saylı evə (yeni qaydalarla: AZ1039, ünvan 3 Bakı şəhəri 17 saylı notariat ofisi tərəfindən X3 adına verilmiş xx.xx.2022-ci il tarixli “vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin, onun əsasında verilmiş qeydiyyat tarixi xx.xx.2022-ci il olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, Cavabdeh2 verilmiş xx.xx.2023-cü il tarixli “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin, onun əsasında verilmiş qeydiyyat tarixi xx.xx.2023-cü il olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, Cavabdeh2 ilə X23 arasında 50 saylı notariat ofisində bağlanmış xx.xx.2023-cü il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi, miras evə, onun yerləşdiyi 666.6 kv.m torpaq sahəsinə qanun üzrə vərəsə kimi tanınması, miras evdən və yerləşdiyi torpaq sahəsindən 1/4 hissə vərəsəlik payının müəyyən edilib verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə müvafiq qaydada ərizə təqdim edərək, Bakı şəhəri Maştağa qəsəbəsi B.Bağırov küçəsi döngə 4 ünvanında yerləşən 16 saylı evə (yeni qaydalarla: AZ1039, ünvan 3 Bakı şəhəri 17 saylı notariat ofisi tərəfindən X3 adına verilmiş xx.xx.2022-ci il tarixli “vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin, onun əsasında verilmiş qeydiyyat tarixi xx.xx.2022-ci il olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, Cavabdeh2 verilmiş xx.xx.2023-cü il tarixli “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin, onun əsasında verilmiş qeydiyyat tarixi xx.xx.2023-cü il olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, Cavabdeh2 ilə X23 arasında 50 saylı notariat ofisində bağlanmış xx.xx.2023-cü il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi, həmin müqavilə əsasında X11 adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, Cavabdeh2 adına verilmiş qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2023 olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, miras evə, onun yerləşdiyi 666.6 kv.m torpaq sahəsinə qanun üzrə vərəsə kimi tanınması, miras evdən və yerləşdiyi torpaq sahəsindən 1/4 hissə məcburi payının müəyyən edilib verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə müvafiq qaydada ərizə təqdim edərək, Bakı şəhəri Maştağa qəsəbəsi B.Bağırov küçəsi döngə 4 ünvanında yerləşən 16 saylı evə (yeni qaydalarla: AZ1039, ünvan 3 Bakı şəhəri 17 saylı notariat ofisi tərəfindən X3 adına verilmiş xx.xx.2022-ci il tarixli “vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin, onun əsasında verilmiş qeydiyyat tarixi xx.xx.2022-ci il olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, Cavabdeh2 verilmiş xx.xx.2023-cü il tarixli “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin, onun əsasında verilmiş qeydiyyat tarixi xx.xx.2023-cü il olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, Cavabdeh2 ilə X23 arasında 50 saylı notariat ofisində bağlanmış xx.xx.2023-cü il tarixli AN-İ 1185109, 4Ə-1658 reyestr nömrəli alqı-satqı müqaviləsinin ləğv edilməsi, həmin müqavilə əsasında X11 adına (yeni qaydalarla: AZ1039, ünvan 4 verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, X23 tərəfindən 0.034360 ha torpaq sahəsinə dair X17 verilmiş xx.xx.2023-cü il tarixli 177905 nömrəli etibarnamənin etibarsız sayılması, etibarnamə əsasında X12 ilə 17 saylı notariat ofisində bağlanmış AN-İ 1173355, 4Ə-18 reyestr nömrəli xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsinin, həmin müqavilə əsasında verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, Cavabdeh2 adına verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2023 qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, miras evə, onun yerləşdiyi 666.6 kv.m torpaq sahəsinə qanun üzrə vərəsə kimi tanınması, miras evdən və yerləşdiyi torpaq sahəsindən 1/4 hissə məcburi payının müəyyən edilib verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə etdi, iddiaçının izahatındakı xüsusatları təsdiq edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh2, X15 və X9, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə və Bakı şəhəri 50 saylı notariat ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş (nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmiş), gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Cavabdeh Bakı şəhəri 17 saylı notariat ofisinin notariusu Süleyman Məmmədov məktubla məhkəməyə müraciət edərək, işə nümayəndələrinin iştirakı olmadan baxılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə cavabdehlərin və müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 100 manat dövlət rüsumu ödənilmişdir. -V-ЖГ seriyalı 434510 nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X19 ilə X20 xx.xx.1991-ci il tarixdə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra arvada Vəliyeva soyadı verilmişdir. -AZ-İİ seriyalı 317205 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X19 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölmüşdür. -Azərbaycan Respublikası Dövlət Arxivi tərəfindən verilmiş Ə/52-99 nömrəli xx.xx.2019-cu il tarixli arxiv arayışının surətindən görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi arxiv fondunda mühafizə edilən sənədlərin 1929-1933-cü illərə dair Sabunçu rayonu Maştağa qəsəbəsi üzrə doğum haqqında qeydiyyat kitablarında (sənəddə olduğu kimi) 1933-cü ildə doğulan X10 təvəllüdü qeyd olunur. Atası: X13, anası: (soyadı qeyd olunmayıb) Pəri Şamil qızı. -yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X19 xx.xx.2005-ci il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır. Həmin ünvanda İddiaçı, Cavabdeh2 və digər şəxslər də qeydiyyatdadırlar. -Bakı şəhəri Sabunçu RİHB-nın Maştağa qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 496 nömrəli xx.xx.2005-ci il tarixli arayışdan görünür ki, ev dəftərinə əsasən halhazırda Maştağa qəsəbəsi B.Bağırov (Məktəb) küçəsi 4-cü döngə ev 16 ünvanında 1933cü il təvəllüdlü X19 xx.xx.1957-ci il tarixdən, 1965-ci il təvəllüdlü X6 isə xx.xx.1987-ci il tarixdən pasport qeydiyyatındadır. -X19 tərəfindən notariat ofisinə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, o, xx.xx.1994-cü il tarixdə vəfat etmiş anası Pəri Şamil qızından miras qalmış əmlaklara dair vərəsəliyi qəbul etdiyini bildirmiş və həmin əmlaklara dair ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. -AR DİN Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023cü il tarixli məktubdan görünür ki, xx.xx.1950-ci il təvəllüdlü İddiaçı xx.xx.2006-cı il tarixdən hazırkı vaxtadək ünvan 2 ünvanında qeydiyyatdadır. -xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X3 vərəsəsi Cavabdeh2dur və o, miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə X4 verilmiş **********95-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Baloğlan Bağırov küçəsi döngə 4 ev 16 (Yeni qaydada AZ 1039, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 83.5 kv.m olan fərdi yaşayış evindən; ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə X4 verilmiş **********95-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Baloğlan Bağırov küçəsi döngə 4 ev 16 (Yeni qaydada AZ 1039, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 0.06666 ha olan torpaq sahəsidən ibarətdir. -Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Baloğlan Bağırov küçəsi döngə 4 ev 16 (Yeni qaydalarla: AZ 1039, ünvan 3 ünvanında yerləşən, sahəsi 83.50 kv.m olan fərdi yaşayış evi və 0.066660 ha olan torpaq sahəsi xx.xx.2022-ci il tarixdə X3 adına qeydiyyatdan keçmişdir. -AZ-İİ seriyalı 317068 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölmüşdür. -Vİ-ЖГ seriyalı 317582 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə X21 xx.xx.1992-ci il tarixdə nikahlarını bağlamışlar, nikah bağlandıqdan sonra arvada Həsənova soyadı verilmişdir. -xx.xx.2022-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1994-cü il tarixdə vəfat etmiş Pəri Şamil qızının vəsiyyətnamədə göstərilən əmlakının vərəsəsi X5r və o, miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci tarixdə Pəri Şamil qızına verilmiş **********95-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Baloğlan Bağırov küçəsi döngə 4 ev 16 (Yeni qaydada AZ 1039, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 83.5 kv.m olan fərdi yaşayış evindən; ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə Pəri Şamil qızına verilmiş **********95-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Baloğlan Bağırov küçəsi döngə 4 ev 16 (Yeni qaydada AZ 1039, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 0.06666 ha olan torpaq sahəsidən ibarətdir. -Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Baloğlan Bağırov küçəsi döngə 4 ev 16 (Yeni qaydalarla: AZ 1039, ünvan 3 ünvanında yerləşən, sahəsi 83.50 kv.m olan fərdi yaşayış evi və 0.066660 ha olan torpaq sahəsi xx.xx.2022-ci il tarixdə Pəri Şamil qızının adına qeydiyyatdan keçmişdir. -Bakı şəhəri Sabunçu RİHB-nın Maştağa qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 63 nömrəli xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Pəri Şamil qızı vəfat etdiyi xx.xx.1994-cü il tarixinədək Maştağa qəsəbəsi B.Bağırov küçəsi döngə 4 ev 16 ünvanında qeydiyyatda olmuş və yaşamışdır. Vəfat edən günə kimi X19, X14, Cavabdeh2, İddiaçı və digər şəxslər onunla bir ünvanda qeydiyyatda olmuşlar və hal-hazırda qeydiyyatdadırlar. -xx.xx.1984-cü il tarixli vəsiyyətnamənin surətindən görünür ki, Pəri Şamil qızı özünə məxsus olan Bakı şəhəri Maştağa qəsəbəsi Məktəb küçəsi döngə 4, 16 nömrəli evi vəfat edəcəyi halda kimdə olmasından asılı olmayaraq X4 vəsiyyət etmişdir. -İİ-ЖГ seriyalı 417927 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Pəri Şamil qızı xx.xx.1994-cü il tarixdə Bakı şəhərində ölmüşdür. -Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Baloğlan Bağırov küçəsi döngə 4 ev 16 (Yeni qaydalarla: AZ 1039, ünvan 3 ünvanında yerləşən, sahəsi 83.50 kv.m olan fərdi yaşayış evi və 0.066660 ha olan torpaq sahəsi xx.xx.2023-cü il tarixdə Cavabdeh2 adına qeydiyyatdan keçmişdir. -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi B.Bağırov küçəsi döngə 4, 16 saylı fərdi yaşayış evi və onun yerləşdiyi 666,6 kv.m olan torpaq sahəsi ilkin olaraq 1961-ci il tarixdə tərtib edilmiş texniki pasportuna əsasən Pəri Şamil qızının adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 17 saylı DNK-nın xx.xx.2022-ci il tarixli 2V-271 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən sözügedən fərdi yaşayış evi və evin yerləşdiyi torpaq sahəsi X3 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri 17 saylı DNK-nın xx.xx.2023-cü il tarixli 2V-218 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən sözügedən fərdi yaşayış evi və evin yerləşdiyi torpaq sahəsi Cavabdeh2 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. -AN-İ ******* nömrəli xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 ünvan 1 (yeni qaydalarla: AZ1039, ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 83.50 kv.m olan fərdi yaşayış evini və həmin fərdi yaşayış evinin yerləşdiyi, ümumi sahəsi 0.06666 ha olan torpaq sahəsinin 0.0323 ha hissəsini öz mülkiyyətində saxlamaqla, torpaq sahəsinin 0.03436 ha hissəsini 8*** (səkkkiz min) manata X2. -İddiaçı tərəfindən notariat ofisinə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizənin surətindən görünür ki, o, Cavabdeh2 məxsus ünvan 2 (yeni qaydalarla: AZ1039, ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 83.50 kv.m olan fərdi yaşayış evinin və 0.066660 ha torpaq sahəsinin satılmasına və ya bağışlanmasına razı olduğunu bildirmişdir. -Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Baloğlan Bağırov küçəsi döngə 4 ev 16 (Yeni qaydalarla: AZ 1039, ünvan 3 ünvanında yerləşən, sahəsi 83.50 kv.m olan fərdi yaşayış evi və 0.0323 ha olan torpaq sahəsi xx.xx.2023-cü il tarixdə Cavabdeh2 adına qeydiyyatdan keçmişdir. -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən 0.03436 ha torpaq sahəsi (Yeni qaydalarla: AZ 1039, Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi R.Hacıyev küçəsi 87) Cavabdeh2 ilə X23 arasında imzalanmış Bakı şəhəri 58 saylı NO-nun 4Ə-1658 reyestr nömrəli xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinə və bölgü sxeminə əsasən sonuncunun adına xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. Lakin həmin torpaq sahəsindən 0.0137 ha təşkil edən hissə Bakı şəhəri 17 saylı NO-nun 4Ə-18 reyestr nömrəli xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsinə, bölgü eskizinə, əmlakın bölgüsü müqaviləsinə, azalma ərizəsinə əsasən X8 adına özgəninkiləşdirilmişdir. Yerdə qalan hissə Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən 0.0188 ha torpaq sahəsi (Yeni qaydalarla: AZ 1039, Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi R.Hacıyev küçəsi 87) kimi xx.xx.2024-cü il tarixdə X11 adına rəsmiləşdirilmişdir. -Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi (Yeni qaydalarla: AZ 1039, ünvan 4 ünvanında yerləşən, sahəsi 0.03436 ha olan torpaq sahəsi xx.xx.2023-cü il tarixdə X11 adına qeydiyyatdan keçmişdir. -Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi (Yeni qaydalarla: AZ 1039, ünvan 5 ünvanında yerləşən, sahəsi 0.0137 ha olan torpaq sahəsi xx.xx.2024-cü il tarixdə X8 adına qeydiyyatdan keçmişdir. -AN-İ ******* nömrəli xx.xx.2024-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X23 Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi (Yeni qaydalarla: AZ 1039, ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 0.03436 ha olan torpaq sahəsinin 0.0137 ha hissəsini 4500 (dörd min beş yüz) manata X1. -Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi (Yeni qaydalarla: AZ 1039, ünvan 4 ünvanında yerləşən, sahəsi 0.0188 ha olan torpaq sahəsi xx.xx.2024-cü il tarixdə X11 adına qeydiyyatdan keçmişdir. Məhkəmə, iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd edir. İş üzrə aparılan məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Pəri Şamil qızı xx.xx.1984-cü il tarixli vəsiyyətnaməyə əsasən özünə məxsus olan Bakı şəhəri Maştağa qəsəbəsi Məktəb küçəsi döngə 4, 16 nömrəli evi (hazırda Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Baloğlan Bağırov küçəsi döngə 4 ev 16 (Yeni qaydalarla: AZ 1039, ünvan 3 ünvanında yerləşən, sahəsi 83.50 kv.m olan fərdi yaşayış evi və 0.066660 ha olan torpaq sahəsi) vəfat edəcəyi halda kimdə olmasından asılı olmayaraq X4 vəsiyyət etmişdir. X25 xx.xx.1994-cü il tarixdə ölmüşdür. Hazırda iddiaçı, mərhum əri X10 anası- X25nın qanun üzrə birinci növbə vərəsəsi kimi sonuncudan qalmış miras əmlakda məcburi payının olduğunu iddia edərək, ərinə çatası məcburi payın müəyyən edilərək ona verilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, vərəsəlik hüququnun yaranması miras qoyanın ölümü ilə şərtləndirilir və onun iradəsi nəzərə alınmaqla, hüquqi varisi kimi vəsiyyətnamədə və ya qanunda nəzərdə tutulan hüquqi varislik formasında hüquq və vəzifələr əldə edən şəxs tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Mübahisəli hüquq münasibətlərinin yarandığı zaman, yəni mirasın açıldığı xx.xx.1994-cü il tarixdə qüvvədə olan 1964-cü il Azərbaycan SSR Mülki Məcəlləsinin: 537-ci maddəsinə əsasən hər bir vətəndaş öz əmlakının hamısını və ya onun bir hissəsini (adi ev avadanlığı və məişət predmetləri istisna edilməməklə) qanun üzrə vərəsələr dairəsinə həm daxil olan və həm də daxil olmayan bir və ya bir neçə vətəndaşa, habelə dövlətə və ayrı-ayrı dövlət, kooperativ və sair ictimai təşkilatlara vəsiyyət üzrə verə bilər. Vəsiyyət edən, vəsiyyətnamədə qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını vərəsəlik hüququndan məhrum edə bilər. 538-ci maddəsinə əsasən miras qoyanın həddi-buluğa çatmamış və ya əmək qabiliyyəti olmayan uşaqları (o cümlədən övladlığa götürülənlər), habelə əmək qabiliyyəti olmayan əri (arvadı), valideynləri (övladlığa götürlənlər) və ölənin himayəsində olanlar, vəsiyyətnamənin məzmunundan asılı olmayaraq, onlardan hər birinə qanun üzrə vərəsəlik zamanı çatası payın (məcburi payın) üçdə iki hissədən az olmayan hissəsini alırlar. Məcburi payın miqdarı müəyyən edilərkən adi ev avadanlığı və məişət predmetlərindən ibarət olan əmlakın dəyəri də nəzərə alınır. Hazırkı işdən görünür ki, iddiaçının mərhum əri X19 xx.xx.1933-cü il tarixdə doğulmuş, xx.xx.2022-ci il tarixdə isə ölmüşdür. Göründüyü kimi X19 X25nın qanun üzrə birinci növbə vərəsəsi olsa da, miras açılan vaxt, yəni xx.xx.1994-cü il tarixdə onun 61 yaşı tamam olmaqla (həddi-buluğa çatmışdır) əmək qabiliyyətli olmuşdur. Qanunvericiliyin yuxarıda qeyd olunan tələbinə və işin hallarına əsasən X10 Pəri Şamil qızından qalmış miras əmlakda məcburi pay hüququ olmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının Pəri Şamil qızından qalmış miras əmlakdan mərhum ərinə çatası məcburi payı tələb etməsinin heç bir hüquqi əsası yoxdur. Göstərilərlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi İddiaçı Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi Baloğlan Bağırov küçəsi döngə 4 ev 16 (Yeni qaydalarla: AZ 1039, ünvan 3 ünvanında yerləşən, sahəsi 83.50 kv.m olan fərdi yaşayış evinə və evin yerləşdiyi 0.066660 ha torpaq sahəsinə qanun üzrə vərəsə kimi tanınması, miras evdən və yerləşdiyi torpaq sahəsindən 1/4 hissə məcburi payının müəyyən edilib verilməsi hissəsində əsassız olduğundan rədd edilməlidir. Eyni zamanda, məhkəmə, məcburi payın müəyyən edilməsi hissəsində iddia tələbi rədd edildiyindən, digər hissələrdə iddia tələblərinə prosessual qənaət prinsipi baxımından əlavə qiymət verməyə lüzum görməyərək, iddia tələblərinin həmin hissələrdə rədd edilməsini qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2, Bakı şəhəri 17 saylı notariat ofisinə, X15 və X9 qarşı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi və Bakı şəhəri 50 saylı notariat ofisi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə, “vərəsəlik hüququ haqqında şəhadətnamənin və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, vərəsə kimi tanınması və miras əmlakdan vərəsəlik payının müəyyən edilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Bakı şəhəri 17 saylı notariat ofisinə, X15 və X9 qarşı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi və Bakı şəhəri 50 saylı notariat ofisi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə, “vərəsəlik hüququ haqqında şəhadətnamənin və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, vərəsə kimi tanınması və miras əmlakdan vərəsəlik payının müəyyən edilməsi” tələbinə dair iddiası rədd edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №2(008)-1317/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1317/2024
14.06.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver