Məhkəmə qərarları › İş №2(008)-1386/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-1386/2024

15.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-1386/2024 15.05.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclasının katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» X10 15 saylı Tovuz Ərazi İdarəsi olmaqla “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması” tələbinə dair ərizə üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Ərizəçi maraqlı şəxs «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» X10 15 saylı Tovuz Ərazi İdarəsi olmaqla “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək Qazax rayonu, Kəmərli kəndində yerləşən ümumi sahəsi 2.43 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin torpağa mülkiyyətə dair JN-198 saylı, kod 50100058 dövlət aktının digər mülkiyyətçilərlə yanaşı ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, Qazax rayonu, Kəmərli kəndində yerləşən ümumi sahəsi 2.43 ha kənd təsərüffatı təyinatlı torpaq sahəsinin sənədi olan torpağa mülkiyyət hüququna dair JN-198 saylı dövlət aktına əsasən ona və ailə üzvlərimə məxsusdur. Həmin dövlət aktında texniki səhv olaraq onun ata adı “Pirvəli qızı” əvəzinə "Piri qızı" yazılmışdır. Əmlak Məslələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunda göründüyü kimi Qazax rayonu, Kəmərli kəndində yerləşən ümumi sahəsi 2.43 ha kənd təsərüffatı təyinatlı torpaq sahəsinin sənədi olan torpağa mülkiyyət hüququna dair JN-198 saylı dövlət aktında göstərilən məlumatlar ərazi idarəsində mövcud olan arxiv məlumatdan ilə eynidir. Həmçinin göstərmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən müəyyən edilir. Ona görə də məhkəməyə müraciət edilməsini məsləhət görmüşlər. Göstərilən faktın müəyyən edilməsi ona torpaq sahəsinin sənədləşdirilməsi üçün lazımdır və bu faktın başqa qaydada müəyyən edilməsi mümkün olmamışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, xx.xx.2024-cü il tarixdə məhkəməyə poçt vaistəsi ilə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan 5 saylı Asan xidmət Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ 950715 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.2018ci il tarixdə vəfat etmişdir. V-ЖГ 322077 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X12 xx.xx.1998ci il tarixdə vəfat etmişdir. AZ-İ 789266 ölüm haqqında şəhadətnamədən görünür ki, X2 xx.xx.2016-ci il tarixdə vəfat etmişdir. Torpağa mülkiyyət hüququna dair JN-198 nömrəli dövlət aktından görünür ki, Qazax rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli qərarı ilə 2.43 hektar olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X7, X1, X8 və X9 verilmişdir . Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məslələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinin X3 ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-21-3-37/2-İ-00xx-xx/2023 nömrəli imtina məktubundan görünür ki, Qazax Rayonu Kəmərli kəndində yerlışın ümumi sahəsi 2.43 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sənədi olan torpağa mülkiyyətə dair JN-198 nömrəli dövlət aktında buraxılmış texniki səhvlərlə bağlı məhkəmyə müraciət olunması tövsiyyə olunmuşdur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məslələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-37/2-İ-00xx-xx/2023 nömrəli imtina məktubundan görünür ki, sözügedən imtina məktubu ərizəçiyə deyildə onun bacısı X3 ünvanlamışdır. Mülki işin araşdırılması zamanı məlum olmuşdur ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məslələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinə müraciət Ərizəçi tərəfindən edilməmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Azərbaycan Respublikasının Ali məhkəməsinin 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 1.6-cı bəndinə əsasən məhkəmələrə izah edilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPMnin 310-cu maddəsi). Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPMnin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır. Azərbaycan Respublikasının Ali məhkəməsinin 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndinə əsasən məhkəmələrə izah edilir ki, Azərbaycan Respublikası MPMnin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Beləliklə, mülki iş üzrə xx.xx.2024-cü il tarixdə saat 15.45-ə məhkəmə baxış iclasında məhkəmə tərəfindən müəyyən edilmişdir ki, məhkəməyə müraciət edən ərizəçi hüquqmüəyyənedici sənədləri verən təşkilata özü müraciət etməmişdir. Belə olan halda məhkəmə iclası təxiri salmış ki, sözügedənçatışmazlıq ərizəçi tərəfindən aradan qaldırılsın,lakin əriəçi ona verilən 1 aydan çox vaxtdan istifadə etməyərək sözügedən təşkilata müraciət etməmişdir. Belı olan halda məhkəmə hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsində göstərilir ki, ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Ərizəçi maraqlı şəxs «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» X10 15 saylı Tovuz Ərazi İdarəsi olmaqla «hüquq müəyyənedici sənədin şəxsə məxsus olması» tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. xx.xx.2023-cü il tarixli, 23451 nömrəli qəbzə əsasən Ərizəçi tərəfindən ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu büdcədən Ərizəçi geri qaytarılsın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar