Məhkəmə qərarları › İş №2(008)-1518/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-1518/2024

15.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-1518/2024 15.05.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi məhkəmə iclasının katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi ilə, Müstəqil tələb irəli sürməyən 3-cü şəxs "xxxx" QSC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Bakı şəhəri Sabunçu Rayon İcra və Probasiya Şöbəsinə, Cavabdeh2 MMC-yə, "xxxx" ASC-yə qarşı müstəqil tələb irəli sürməyən 3-cü şəxs "xxxx" QSC cəlb edilməklə “elanın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Bakı şəhəri Sabunçu Rayon İcra və Probasiya Şöbəsinə, Cavabdeh2 MMC-yə, "xxxx" ASC-yə qarşı müstəqil tələb irəli sürməyən 3-cü şəxs "xxxx" QSC olmaqla cəlb edilməklə “elanın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən 3-cü şəxs "xxxx" QSCnin nümayəndəsi X2 iddia tələbinin baxılmamış saxlanılmasını etiraz etmədiyini bildirmişdir. Cavabdehlər Bakı şəhəri Sabunçu Rayon İcra və Probasiya Şöbəsinə, Cavabdeh2 MMC-yə, "xxxx" ASC-yə məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.6-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə iddia ərizəsi baxılmamış saxlanır. Məhkəmə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı onun iştirakı olmadan baxmağı xahiş etmədiyindən və cavabdehlər isə məhkəmə iclasına gəlmədiyindən mülki iş üzrə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Bakı şəhəri Sabunçu Rayon İcra və Probasiya Şöbəsinə, Cavabdeh2 MMC-yə, "xxxx" ASC-yə qarşı müstəqil tələb irəli sürməyən 3-cü şəxs "xxxx" QSC cəlb edilməklə “hərracın nəticlərinin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar