Məhkəmə qərarları › İş №2(008)-1552/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-1552/2024

16.05.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-1552/2024 16.05.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Rüstəmova Sürəyya Nazim qızının katibliyi, İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs X1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs X1 cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 39 saylı notariat ofisi və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi idarəsinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız sayılması və əlaqəli tələblərinə dair iddia ərizələri üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 39 saylı notariat ofisi və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi idarəsinə qarşı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 39 saylı notariat ofisi və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi idarəsinə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 39 saylı notariat kontoru tərəfindən ünvan 1 ünvanında yerləşən miras əmlaka dair Cavabdeh1 adına verilmiş 13 fevral 2007ci il tarixli, 2V/-06 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız sayılması, Cavabdeh1 adına verilmiş Cavabdeh1 adına verilmiş ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair çıxarışın ləğv edilməsi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin xx.xx.2006-cı ildə ölmüş X3 miras kütləsinə daxil edilməsi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ¼ hissəsi üzərində miras payının müəyyən edilməsi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində ¼ hissədə miras payına dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi öhdəliyinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 39 saylı notariat ofisinin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra müstəqil tələb irəli sürən üçüncü şəxs X2 eyni məzmunlu tələblə məhkəməyə müraciət etmişdir. İddiaçı, eyni zamanda müstəqil tələb irəli sürən üçüncü şəxs X1 nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, hər iki iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmənin hazırlıq iclasına gəlməmişlər. Məhkəmə, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 nömrəli qərarının 2-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Azərbaycan Respublikasının MPM-in 170.1-ci maddəsinə əsasən, bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 170.3-cü maddəsinə əsasən, bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Ona görə də, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Ərizə təmin edilsin. İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs X1 cavabdehlər Cavabdeh1, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 39 saylı notariat ofisi və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı ərazi idarəsinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız sayılması və əlaqəli tələblərinə dair iddia ərizələri və ona əlavə edilmiş sənədlər iddiaçıya və müstəqil tələb irəli sürən üçüncü şəxsə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar