Məhkəmə qərarları › İş №2(008)-1563/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-1563/2024

25.04.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-1563/2024 25.04.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, Səlimzadə Şərif Hümbət oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, 39 nömrəli Notariat Kontoru və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X5 1 saylı Ərazi İdarəsinə qarşı “vərəsəlik şəhadətnaməsinin, çıxarışın ləğv edilməsi, vərəsəlik üzrə paylarının müəyyən edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə baxış iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1, 39 nömrəli Notariat Kontoru və və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X5 1 saylı Ərazi İdarəsinə qarşı qarşı “vərəsəlik şəhadətnaməsinin, çıxarışın ləğv edilməsi, vərəsəlik üzrə paylarının müəyyən edilməsi” tələbinə dair məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 39 nömrəli Notariat Kontoru tərəfindən anası X3 miras qalan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair Cavabdeh1 adma verilmiş 13 fevral 2017-ci il tarixli vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi, onun vərəsəlik hüququ tanınaraq anası X2 miras qalan ünvan 1 ünvanında yerləşən evə dair, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 39 nömrəli Notariat Kontoru tərəfindən vərəsəlik payının tanınaraq vərəsəlik şəhadətnaməsinin verilməsi, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh1 qınının adına verilmiş 13 fevral 2017-ci il tarixli vərəsəlik şəhadətnaməsinə əsasən ünvan 1 ünvanında yerləşən evə dair verilmiş çıxarışın ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi vəkil X1 mülki işin baxılmamış saxlanaraq, iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı ərizənin geri qaytarılmasını xahiş etdiyindən və cavabdeh isə işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən mülki iş üzrə iddia baxılmamış saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1, 39 nömrəli Notariat Kontoru və və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X5 1 saylı Ərazi İdarəsinə qarşı qarşı “vərəsəlik şəhadətnaməsinin, çıxarışın ləğv edilməsi, vərəsəlik üzrə paylarının müəyyən edilməsi” tələbinə dair ərizəsi baxılmamış saxlanılsın, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. xx.xx.2023-cü il tarixli, ********** nömrəli qəbzə əsasən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu büdcədən İddiaçı geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar