Məhkəmə qərarları › İş №2(008)-161/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-161/2023

19.07.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-161/2023 19.07.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X3, Ərizəçinın iştirakları ilə Ərizəçinın maraqlı şəxs Qusar rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası olmaqla şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Bakı Şəhəri Qusar Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Qusar rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası olmaqla ərizə ilə məhkəməyə müraciət edərək, oğlu xx.xx.1988-ci il tarixdə doğulmuş X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1988-ci il tarixdə doğulmuş X4 onun qızıdır. O, təxminən 1999-cu ilin dekabr ayından psixi xəstəliyə tutulmuş, bir neçə dəfə stasionar müalicədə olmuş. xx.xx.2011-ci il tarixdən «oliqofreniya debillik dərəcəsində» diaqnozu ilə Bakı şəhəri 01 saylı RPX-də stasionar müalicədədir, 2-ci qrup əlildir. Qusar rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli 02 №-li Qərarı ilə Qusar rayonu Əniğ kəndində 6 nəfərdən ibarət olan ailə üzvlərinin, o cümlədən Aytənin, birgə mülkiyyətindədir. Aytən xəstə olduğu üçün mülkiyyət hüququnu həayta keçirə bilmir, onun üzərində qəyyumunu təyin edilməsi zəruridir. Ərizəçi məhkəməyə teleqram vuraraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Maraqlı şəxs Qusar Rayon İcra Hakimiyyətinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında öz nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehlərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır. Ərizəçi xx.xx.1956-cı il tarixdə doğulmuşdur, Qusar rayonunda qeydiyyatdadır. Onun qızı X4 xx.xx.1988-ci il tarixdə Qusar rayonu Əniğ kəndində doğulmuşdur (322604 №-li doğum haqqında şəhadətnamə). X2 «oliqofreniya debillik dərəcəsində» diaqnozu ilə Bakı şəhəri 01 saylı RPX-də stasionar müalicədədir, 2-ci qrup əlildir (Qusar rayon Mərkəzi Xəstəxanası tərəfindjən verilmiş xx.xx.2020-ci il tarixli arayış). Qusar rayon Aqrar İslahat Komissiyasının xx.xx.2002-ci il tarixli 02 №-li Qərarı ilə Qusar rayonu Əniğ kəndində 6 nəfərdən ibarət olan ailə üzvlərinin, o cümlədən Aytənin, birgə mülkiyyətində 2,70 hektar torpaq sahəsi ayrılmışdır (JN:383 kod 30105018 Torpağa Mülkiyət Hüquqa dair Dövlət Aktı). Məhkəmə tərəfindən X1 psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» X7 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 1668 №-li rəyinə əsasən X4 öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarına malik deyillər. Buna görə də X4 fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, xx.xx.1988-ci il tarixdə doğulmuş X4 hal-hazırda öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarına malik deyil. Azərbaycan Respublikası Mülki Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosseual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1988-ci il tarixdə Qusar rayonu Əniğ kəndində doğulmuş X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. xx.xx.1988-ci il tarixdə Qusar rayonu Əniğ kəndində doğulmuş X4 fəaliyyət qabliyyətli olmayan şəxs hesab edilsin. Hazırkı qətnamə X1 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamədən rəsmi təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qusar Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar