Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1613/2024 01.05.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Rüstəmova Sürəyya Naizm qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin maraqlı şəxs kimi göstərildiyi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi, döngə 9, 11 saylı evin yerləşdiyi torpaq sahəsinə dair Bakı soveti icraiyyə komitəsi texniki inventarlaşdırma bürosu tərəfindən verilmiş “Şəxsi mülkiyyət huququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid” 1971-ci il tarixli X1 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsini müdafiə edərək, onunla əsaslandırmışdır ki, vərəsəsi olduğu X4 Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi, döngə 9, 11 saylı evin yerləşdiyi torpaq sahəsi və torpaq sahəsindəki tikililər miras qalımışdır. Belə ki, “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid” 1971 -ci il tarixli Pasporta əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi, döngə 9, 11 saylı evin yerləşdiyi torpaq sahəsi ½ hissədə əri X5 adına, ½ hissədə isə qayınanası X6 adına ayrılmışdır. Sözügedən əmlakın X6 adına olan hissəsi X6 adına dövlət reyestrində mülkiyyət hüququ üzrə qeydiyyata alınmış və bu barədə müvafiq çıxarış verilmişdir. Tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri Publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilərək, əmlakın yerdə qalan və X5 adına olan ½ hissəsinin də dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. İdarədə sənədlərə baxılaraq təqdim etdiyi sənəddin (texniki pasportun) idarənin arxivində olan nüsxəsində X5 adının “Əsgər” olaraq yazıldığı bildirilmiş və bu səbəbdən tələbinin icrasının mümkün olmadığı bildirilmişdir. Azərbaycan Respublikasının Milli Arxivinə müraciət edərək xahiş etmişdir ki, X8 aid arxiv sənədlərdə onun adı, soyadı və valideynləri barədə hər-hansı məlumata dair arayış verilsin. Müraciətinə verilən xx.xx.2023-cü il tarixli cavabda (arxiv arayışında) bildirilmişdir ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən 1935-ci ilə dair, Bakı şəhəri, Lenin (indiki Sabunçu) rayonu Maştağa qəsəbəsi üzrə doğum haqqında qeydiyyat kitabında xx.xx.1935-ci ildə doğulan X26 (sənəddə olduğu kimi) Əli Əkbər (sənəddə olduğu kimi) oğlunun təvəllüdü qeyd olunur. Onun atası olaraq X13 (sənəddə olduğu kimi), anası olaraq da X9 qeyd olunur. Qeyd olunanlara əsasən, ərizəçi ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə maraqlı şəxs Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində X3 ifadə verərək bildirmişdir ki, X2 onun qardaşıdır. Atalarının adı Ələkbər olmuşdur. Qardaşını həmişə “Ələsgər” olaraq çağırmışlar. Qardaşı vəzifələrdə çalışdığından, o dövrlərdə vəzifəli şəxsin iki ad daşımasına icazə olmamış, bu səbəbdən bəzi sənədlərdə qardaşının adı Əsgər kimi qeyd edilmişdir. Məhkəmə iclasında şahid qismində X11 ifadə verərək bildirmişdir ki, ərizəçi onun qayınanasıdır. X2 onun qayınatası olmuş, o, xx.xx.2003-cü il tarixdə vəfat etmişdir. Mərhumun adını yaxınları həm “Əsgər”, həm də “Ələsgər” olaraq söyləyirmişlər. “Şəxsi mülkiyyət huququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid” pasportda qayınatasının adını səhv yazmışlar. X2 SSRİ vaxtında deputat olmuş, deputat vəsiqəsində də adı X10 olmuşdur. Məhkəmə iclasında şahid qismində X7 ifadə verərək bildirmişdir ki, ərizəçi onun həm xalası, həm də qayınanasıdır. Mərhum qayınatasının adını həm “Əsgər”, həm də “Ələsgər” olaraq söyləyirmişlər, lakin sənəddə əsil adı “Ələsgər” olmuşdur. Məhkəmə, proses iştirakçılarının izahatlarını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb və işin məhkəmə iclasında araşdırılan hallarına hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında məcmu halında tədqiq edilmiş: - xx.xx.1970-ci il tarixdə verilmiş AЗ 171263 seriya nömrəli evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, həmin tarixdə X10 ilə Ərizəçi arasında 285 saylı akt qeydi tərtib olunmaqla rəsmi nikah bağlanmışdır. - xx.xx.2003-cü il tarixdə verilmiş AZ-İ 009113 seriya nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2003-cü il tarixdə vəfat etmişdir. - НЗ ******* seriya nömrəli hərbi biletin surətindən görünür ki, hərbi bilet X8 məxsusdur . - “Şəxsi mülkiyyət huququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid” pasportun surətindən aydın olur ki, Bakı soveti icraiyyə komitəsi texniki inventarlaşdırma bürosu tərəfindən X12 Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi, döngə 9, ev 11-in yerləşdiyi torpaq sahəsinə dair “Şəxsi mülkiyyət huququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid” 1971-ci il tarixli pasportu verilmişdir. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, fərdi yaşayış evinə dair daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində (8.0.10.1-ci maddəsinə əsasən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə, həmçinin həmin Qanununun 8.0.10.2-ci maddəsinə əsasən, məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd tələb olunur.) və torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli, 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 -ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasın! (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Bu məktub daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan imtina sayılmır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasmm mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəmə Pleniumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 6.2-ci və 6.3-cü bəndlərinə əsasən eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Beləliklə, işin məhkəmə iclasında tədqiq olunan halları ilə sübuta yetirilir ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi, döngə 9, 11 saylı evin yerləşdiyi torpaq sahəsinə dair Bakı soveti icraiyyə komitəsi texniki inventarlaşdırma bürosu tərəfindən verilmiş “Şəxsi mülkiyyət huququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid” 1971-ci il tarixli Pasportu, adı texniki yanlışlıqla “Əsgər” kimi qeyd edilmiş ərizəçinin mərhum əri X8 məxsusdur. Belə olan halda, ərizəçinin həmin torpaq sahəsinin sənədləşdirilməsi işinin aparılması hazırkı faktın müəyyən edilməsindən asılı olduğundan, eyni zamanda, ərizəçi faktı təsdiq edən sənədi başqa qaydada ala bilmədiyindən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə, iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki- Prosessual Məcəlləsinin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi, döngə 9, 11 saylı evin yerləşdiyi torpaq sahəsinə dair Bakı Soveti İcraiyyə Komitəsi texniki inventarlaşdırma bürosu tərəfindən verilmiş “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid” 1971-ci il tarixli X1 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №2(008)-1613/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1613/2024
01.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver