Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1624/2021 07.06.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh 4 saylı ASAN Xidmət Mərkəzində Notariat Ofisinə qarşı “miras əmlakın qəbulu müddətinin bərpa edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh 4 saylı ASAN Xidmət Mərkəzində Notariat Ofisinə qarşı “miras əmlakın qəbulu müddətinin bərpa edilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı 04.01.1990-cı il tarixində vəfat etmiş anası X11 miras əmlakına daxil olan Şamaxı rayonu, Kərkənc kəndi ərazisində yerləşən 1 mərtəbəli, 1 otaqlı, yaşayış sahəsi 13.9 m2, ümumilikdə sahəsi 29 m2 olan fərdi yaşayış evini qəbul etməsi üçün ötürülmüş müddəti üzürlü hesab edərək miras əmlakın qəbul edilməsi müddətinin bərpası və iddiaçıya vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum anası X11 mülkiyyətində Şamaxı rayonunun Kərkənc kəndi ərazisində yerləşən 1 mərtəbəli, 1 otaqlı, yaşayış sahəsi 13.9 m2, ümumilikdə sahəsi 29 m2 olan fərdi yaşayış evi olmuşdur. Azərbaycan SSR Rayon (Şəhər) X14 İcraiyyə Komitəsinin Texniki İnventarizasiya Bürosu tərəfindən verilən “Qeydə alma vəsiqəsi”ndə sözügedən yaşayış evinin iddiaçının anasının xüsusi mülkiyyətində olduğu təşbit edilmişdir . İddiaçının anası vəfat etdiyi 04.01.1990-cı il tarıxinədək sözügedən yaşayış evində deyil, iddiaçı ilə birgə ünvan 1 ünvanında yerləşən 48 saylı mənzildə yaşamış, elə orada da vəfat etmişdir. İddiaçının anası vəfat etdiyi tarixdən etibarən anasının mülkiyyətində olan Şamaxı rayonu ərazisində yerləşən yuxarıda qeyd edilən fərdi yaşayış evini faktiki olaraq miras əmlak kimi qəbul etmiş, ona sahiblik etməklə, onu idarə etməyə başlamış və nəhayət etibarnamə əsasında X6, həmin şəxs isə 11.11.2017-ci il tarixdə etibarnamə əsasında X1. İddiaçının hüquqi biliyi olmadığından 1990-cı ildə anası vəfat edən zaman rəsmi qaydada notariat ofisində miras əmlakı qəbul etməli olduğunu bilmədiyindən bu günədək sənəd üzərində həmin miras əmlakın mülkiyyyətçisi kimi iddiaçının mərhum anası görünür. Hal-hazırda iddiaçının sözügedən yaşayış evini etibarnamə əsasında satdığı üçüncü şəxs həmin ev üzərində mülkiyyət hüququnu qeydə aldırmaq istəsə də, sənəd üzərində evin mülkiyyətçisi kimi iddiaçı deyil, iddiaçının mərhum anası göründüyündən bu mümkün olmamışdır. İddiaçı tərəfindən notariat ofisinə vərəsəlik şəhadətnaməsi verilməsi üçün müraciət edilsə də, müddət keçməsi səbəbilə bundan imtina edilmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verib iddia ərizəsinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdehin vəkili Vəkil iddia tələbini qəbul etmədiklərini bildirərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İş materiallarında olan 4 saylı “ASAN Xidmət” Mərkəzi 29.12.2020-ci il tarixli məktubdan görünür ki, İddiaçı 04.01.1990-cı il tarixdə vəfat etmiş anası X8 qalmış mirasın qəbulunun qanunla müəyyən edilmiş müddəti ötürdüyünə görə ötürülmüş müddətin bərpası ilə bağlı məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. - Dövlət Notariat Arxivinin 15.12.2020-ci il tarixli, 05/01-2833/10 saylı məktubunun surətindən görünür ki, 04.01.1990-cı il tarixdə vəfat etmiş X11 adına hər hansı miras əmlakına dair açılmış vərəsəlik işi aşkar edilməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçının anası 04.01.1990cı il tarixdə vəfat etmiş, onu mirasının qəbulu ilə bağlı heç kəs müraciət etmədiyinə görə vərəsəlik işi açılmamışdır. İddiaçı ansından qalan mirası faktiki qəbul etdiyini və hətta başqa şəxslərə satdığını bildirir. Azərbaycan Respublikası Mülki Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1243-cü maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəllənin 1248.1-cı maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Beləliklə, yuxarıda göstərilənləri nəzərə alaraq belə nəticəyə gəlir ki, qanun mirasın qəbulunun iki yolunu müəyyən edir: birincisi mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə qanunvericilkdə nəzərdə tutulmuş müddətdə ərizə verməklə, ikincisi əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla. Göründüyü kimi iddiaçı anasından qalan mirası faktiki sahiblik etməklə qabul etdiyini bildirir, eyni zamanda da qanunda nəzərdə mirası qəbul etmənin digər yoluna əsaslanaraq mirası qəbul etmək üçün nəzərdə tutulmuş müddətin uzadılmasını xahiş edir. Məhkəməm hesab edir ki, iddia tələbi əsaslı deyil və mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin uzadılmasına əsas yoxdur. Həmçinin məhkəmə belə hesab edir ki, iddiaçı əgər mirasa faktiki sahiblik etməklə onun qəbul edildiyinə istinad edirsə, o Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinə əsasən əsasən mirasın qəbulu faktının müəyyən olunması ilə bağlı ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh 4 saylı ASAN Xidmət Mərkəzində Notariat Ofisinə qarşı “İddiaçı 04.01.1990-cı il tarixində vəfat etmiş anası X11 miras əmlakına daxil olan Şamaxı rayonu, Kərkənc kəndi ərazisində yerləşən 1 mərtəbəli, 1 otaqlı, yaşayış sahəsi 13.9 m2, ümumilikdə sahəsi 29 m2 olan fərdi yaşayış evini qəbul etməsi üçün ötürülmüş müddəti üzürlü hesab edərək miras əmlakın qəbul edilməsi müddətinin bərpası və iddiaçıya vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə” iddiası təmin edilməsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Adilə Paşayeva iş № 2(009)-1003/2021 Məhkəmə iclasının PROTOKOLU Səbail Rayon Məhkəməsi X25 Ağacavad qızının sədrliyi, Rüstəmova Çinarə Mübariz qızının katibliyi, İddiaçıoğlunun nümayəndəsi və vəkili X5 iştirakı ilə, Sədrlik edən məhkəmə iclasını açır və məhkəmənin hansı işə baxmalı olduğunu elan edir. İddiaçıoğlunun maraqlı şəxs Bakı şəhəri 28 saylı Notariat Ofisinə qarşı notariat hərəkətlərinin qanunsuz hesab edilməsi və miras əmlakın qəbulu müddətinin bərpa edilməsi barədə iddia ərizəsi üzrə mülki işə 26 aprel 2021-ci il tarixdə, Bakı şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxılır. Məhkəmə iclası saat 10:40-da başlandı. Sədrlik edən iş üzrə tərəflərdən kimin gəlib gəlməməsi, gəlməmələrinin səbəbləri barədə məlumat vermək üçün məhkəmə iclas katibinə söz verir. Katib məlumat verərək bildirir ki, iddiaçının etibarnamə üzrə nümayəndəsi məhkəmə iclasına gəlmiş, lakin məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, 19.04.2021ci il tarixli məktubla işə nümayəndəsinin iştirakı olmadan baxılaraq qərar qəbul olunmasını xahiş etmişdir. Sədrlik edən proses iştirakçılarının şəxsiyyətini müəyyən edir. İddiaçının nümayəndəsi: X17 oğlu, 27.12.1972-cı ildə anadan olmuş, Saatlı rayonu, Simadakənd kəndində qeydiyyatda olan,Xırdalan şəhər Vəkil bürosunun vəkilidir. Sədrlik edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 182-ci maddəsinə əsasən məhkəmə tərkibini və məhkəmə katibini elan edir. Sədrlik edən: X25 Ağacavad qızı, Məhkəmə iclasının katibi : Rüstəmova Çinarə Mübariz qızı. Sədrlik edən məhkəmə tərkibinə və məhkəmə katibinə etiraz etmək hüququnu izah edir. Etiraz daxil olmadı. Sədrlik edən məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi barədə tərəfin fikrini soruşur. İddiaçının nümayəndəsi- məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş edir. Sədrlik edən yerində qısa müşavirə edərək məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsini qərara alır. Sədrlik edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 183-cü maddəsinə əsasən prosessual hüquq və vəzifələri izah edir. İddiaçının nümayəndəsi bildirir ki, ona prosessual hüquq və vəzifələri aydındır. Sədrlik edən proses iştirakçılarından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 184-cü maddəsinə əsasən vəsatətlərinin olub-olmaması barədə soruşur. Vəsatət daxil olmadı. Sədrlik edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 190-cı maddəsinə əsasən işə mahiyyəti üzrə baxılmasının başlandığını elan edir və iddia ərizəni məruzə edir. Sədrlik edən irəli sürülmüş tələb üzrə tərəflərin mülahizəsini aydınlaşdırır. İddiaçının nümayəndəsi : - İddia ərizəsini müdafiə edirəm. Sədrlik edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 192-cı maddəsinə əsasən tərəflərin izahatını alır. İddiaçının vəkili və nümayəndəsi X5 izahatı: İddianı müdafiə edərək bildirirəm ki, X15 onun doğma bibisidir, yəni atam X16 doğma bacısıdır. X4 28.12.1951 -ci ildə Səlyan şəhərində anadan olmuş və 10 yanvar 2004-ci ildə vəfat etmişdir. Bu barədə Bakə şəhəri, Səbail rayon Qeydiyyat Şöbəsindən 16 yanvar 2004-cü il tarixli, 31 saylı ölüm aktı da verilmişdir. X3 vəfat edənə kimi ünvan 2 ünvanında qeydiyyatda olmuş və həmin ünvanda yerləşən fərdi yaşayış evi onun xüsusi mülkiyyətində olmuşdur. Bu barədə bibisinin adına Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən 28.10.1995-ci il tarixli, «30/4546» saylı qeydiyyat vəsiqəsi də verilmişdir. O, X9 qardaşı oğlu və yeganə vərəsəsi kimi 2020-ci ilin axırlarında miras əmlakın qəbulu üçün aidiyyatı üzrə Bakə şəhəri, 28 saylı Notariat Ofisinə müraciət etmişdir. Notariat ofisinin 03 mart 2021-ci il tarixli qərarı ilə mirasın qəbul edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətin buraxılması səbəbindən vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Beləki, mərhum X3 vəfat edənə kimi həmin mənzili X13 adında birinə kirayə vermişdir. Bibisi vəfat edəndən sonra ona bildirdilər ki, evi bibisi kirayəçi olan X2. Evin mülkiyyət sənədi olmadığından alqı-satqı rəsmi olmamış, sadəcə öz aralarında qeyri-rəsmi alqı-satqı etmişlər. Onun evin sənədinin olmasından xəbəri olmamışdır, çünki, kirayəçi sənədləri ondan gizlətmişdir. O, da bunu öyrənəndən sonra kənara çəkilmişdi. Lakin son vaxtlar mənzil barədə kirayəçilər arasında mübahisə yaranmış, hətta aralarında məhkəmə çəkişmələri də olmuşdur. Həmin kirayəçilərdən biri (X21) ona xəbər göndərmişdir ki, mənzili bibin heç kimə satmamış, mənzilin mülkiyyət sənədi də vardır, sadəcə kirayəçi Həsənov Mirzəağa sənədləri ondan gizlətmiş və mənzili bibisindən satın aldığını bildirərək onu aldatmışdır. Bütün bunları öyrənəndən sonra {16 il sonra öyrəndi) mənzilin sənədlərini əldə edib vərəsəlik şəhadətnaməsinin alınması üçün notariusa müraciət etdi və yuxarıda göstərdiyi cavabı aldım. Hesab edir ki, mirasın qəbulu müddətinin ötürülməsi onun təqsiri ucbatından olmamışdır və bu hal məhkəmə qaydasında üzürlü sayılaraq müddət bərpa olunmaqla mirasın qəbulu müddəti uzadılmalıdır. Bu səbəbdən də iddiasının təmin edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş edirəm. Məhkəmədən iddia tələblərinin təmin olunmasını xahiş edirəm. Sədrlik edən işdə olan digər sənədləri elan edir. Sədrlik edən hakim Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 209-cu maddəsinə əsasən işdə iştirak edən şəxslərdən məhkəmə tədqiqatının materiallarının daha nə ilə tamamlamağı arzu etdiklərini soruşur. İddiaçının nümayəndəsi məhkəmə baxışının tamamlanmasını və məhkəmə çıxışlarına keçilməsini xahiş edirlər. Məhkəmə yerində qısa müşavirə edərək QƏRARA ALİR: İşin tədqiqi tamamlansın. Sədrlik edən çıxış üçün iddiaçının nümayəndəsinə söz verir. İddiaçının nümayəndəsi - məhkəmədən iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edirəm. Sədrlik edən məhkəmə çıxışlarının qurtardığını bildirir. Məhkəmə müşavirə gedir. Qayıdaraq qətnaməni elan edir, qətnamədən apellyasiya şikayəti vermə qaydası və müddəti, məhkəmə iclas protokolu ilə tanış olma və ona qeydlər vermək hüquqları izah edilir. Məhkəmə iclası bağlı elan edilir. Məhkəmə baxış iclasının protokolu 26 aprel 2021-ci il tarixdə tərtib edildi. Sədrlik edən: M/i katibi:
Məhkəmə qərarları › İş №2(008)-1624/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1624/2021
07.06.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver