Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-1721/2023 18.01.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Paşayeva Adilə Adil qızı, İddiaçı cavabdehlər X1, Cavabdeh2 qarşı 3-cü şəxs qismində 39 saylı Notariat Ofisi cəlb olunmaqla qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və miras əmlakdan payın müəyyən edilərək, həmin hissəyə mülkiyyət hüquqlarının tanınması tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdehlər X1, Cavabdeh2 qarşı 3-cü şəxs qismində 39 saylı Notariat Ofisi cəlb olunmaqla qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və miras əmlakdan payın müəyyən edilərək, həmin hissəyə mülkiyyət hüquqlarının tanınması tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, ərizə imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalandığından iddia ərizə və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarılmalıldır. Belə ki, iddia ərizəsinə əlavə edilmiş xx.xx.2021-ci il tarixli, 563155 saylı etibarnamənin surətindən görünür ki iddiaçının nümayəndəsi kimi Vəkil iddia ərizəsini imzalamaq hüququ xx.xx.2022-ci il tarixədək etibar edilmiş, iddia ərizəsi isə xx.xx.2023-cü il tarixdə verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Eyni zamanda ərizəçiyə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən müvafiq nöqsanı aradan qaldırmaqla yenidən məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdehlər X1, Cavabdeh2 qarşı 3-cü şəxs qismində 39 saylı Notariat Ofisi cəlb olunmaqla qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və miras əmlakdan payın müəyyən edilərək, həmin hissəyə mülkiyyət hüquqlarının tanınması tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarılsın. Ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Sabunçu Rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Adilə Paşayeva
Məhkəmə qərarları › İş №2(008)-1721/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-1721/2023
18.01.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver