Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1745/2021 25.05.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X5, Ərizəçi iştirakları ilə, Ərizəçi maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi qeyd edilməklə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi qeyd edilməklə iddia ərizəsi və ilddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Milli Arxivi və Abşeron rayon Dövlət Arxivi tərəfindən təqdim edilmiş, Məmmədli tərəvəzçilik-südçülük sovxozunun 55 saylı, 29.12.1989-cu il tarixli, 151 nəfər barədə verilən əmrin 67 sıra nömrəsinin Ərizəçi məxsus olması faktının müəyyən edilməsini xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, 55 saylı, 29.12.1989-cu il tarixli əmrdə «Ərizəçi” əvəzinə səhvən «X2 göstərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə ərizəçinin izahatını dinləyib iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır (adları çəkilən sənədlər iş materiallarına əlavə edilmişdir). Ərizəçi 21.03.1971-ci il tarixdə Bakı şəhərində doğulmuşdur (08681998 №-li şəxsiyyət vəsiqəsi). Abşeron rayon Dövlət Arxivi tərəfindən iddiaçıya Məmmədli tərəvəzçilik-südçülük sovxozu üzrə 55 saylı, 29.12.1989-cu il tarixli əmrdən 26.10.2009-cu il tarixdə Çıxarış verilmişdir. Həmin əmrlə Məmmədli kəndində və Kürdəxanı qəsəbəsində yaşayanlara, mənzilə ehtiyacı olanlara, sovxozda daimi və müqavilə yolu ilə işləyənlərə mənzil tikdirmək üçün vətəndaşlara 0,12 ha həyətyanı sahələrinin verilməsi əmr edilmişdir. Əmrdə 67 sıra nömrəsi ilə «Ərizəçi» qeyd edilmişdir. Əmrin veriməsindən öncə 27.12.1989-cu il tarixli «Ərizəçi»na dair Təhkim Aktı tərtib edilmişdir (ona ayrılmış 0,12 ha torpaq sahəsində 2 mərtəbəli, 4-5 otaqlı yaşayış sahəsinin tikilməsi üçün). Azərbaycan Respublikası Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsi tərəfindən adıçəiklən əmr əsasında «X3»na ayrılmış 0,12 ha torpaq sahəsinin qanunamüvafiq olması və torpaq sahəsinə mülkiyyət hüququna dair hüquqi sənədin verilməsinə etiraz edilməməsi barədə 03.11.2009-cu il tarixli, 3883 №-li Rəy verilmişdir. Ərizəçi 02.09.2020-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət edərək həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatının aparılması ilə müraciət etmiş, lakin DƏDRX-nin 4 saylı bşeron Ərazi İdarəsi tərəfindən imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, Abşeron rayon Dövlət Arxivisözügedən torpaq sahəsinini 29.12.1989-cu il tarixli, 55 saylı əmri ilə «X2»nun adına ayrıldığını bildirmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Milli Arxivinə verilən sorğuya əsasən sonuncu tərəfindən həmin əmrin əlyazma və tam variantı məhkəməyə təqdim edilmişdir. 151 nəfər barədə verilən həmin əmrdə 67 sıra nömrəsi ilə həqiqətən də «X2» qeyd edilmişdir. Hazırda ərizəçi Azərbaycan Respublikası Milli Arxivi və Abşeron rayon Dövlət Arxivi tərəfindən təqdim edilmiş, Məmmədli tərəvəzçilik-südçülük sovxozunun 55 saylı, 29.12.1989-cu il tarixli, 151 nəfər barədə verilən əmrin 67 sıra nömrəsinin X1 məxsus olması faktının müəyyən edilməsini istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə ərizənin əsaslı olduğu nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.5-ci maddəsinə əsasən isə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12.04.2019-cu il tarixli 03 saylı Qərarının: 1.2-ci bəndi ilə müəyyən edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir; 1.7-ci bəndi ilə müəyyən edilmişdir ki, hakim hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizəni qəbul edərkən bu faktın müəyyən edilməsinin məhkəmənin səlahiyyətinə aid olub-olmamasını və ərizəçinin belə ərizə ilə məhkəməyə müraciət etmək hüququnun mövcudluğunu yoxlamalı, həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğunu aydınlaşdırmalı, lazımi sənədlərin alına bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü, həmçinin müəyyənləşdirilməsi xahiş edilən faktı təsdiq edən sübutların təqdim olunmasını ərizəçiyə təklif etməli, hazırlıq mərhələsində hakim işə baxılmasında maraqlı olan şəxsləri və müvafiq orqanları müəyyən etməli, onların və ərizəçinin məhkəmə iclasında iştirakını təmin etməlidir. Nəzərə alınmalıdır ki, maraqlı şəxslər qismində hüquqlarına aid məsələ həll edilən fiziki və hüquqi şəxslər və ya qətnamənin qanuni qüvvəyə minməsi ilə müvafiq hərəkətləri yerinə yetirmək vəzifəsi yaranan fiziki və hüquqi şəxslər cəlb edilirlər; 6-cı bəndi ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir; 6.1-ci bəndi: Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər: 6.2-ci bəndi:Eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. 6.3-cü bəndi: Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Adıçəkilən əmrin məhz ərizəçi X4 verilməsi şübhə yaratmır, çünki qeyd edildiyi kimi, əmrin veriməsindən öncə 27.12.1989-cu il tarixli «Ərizəçi»na dair Təhkim Aktı tərtib edilmiş, Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsi tərəfindən adıçəiklən əmr əsasında «X3»na ayrılmış 0,12 ha torpaq sahəsinin qanunamüvafiq olması və torpaq sahəsinə mülkiyyət hüququna dair hüquqi sənədin verilməsinə etiraz edilməməsi barədə 03.11.2009-cu il tarixli, 3883 №-li Rəy verilmişdir. Ərizəçi qeyd edildiy kimi, həmin torpaq sahəsini dövlət qeydiyyatın alınmasını istəyir. Odur ki, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Azərbaycan Respublikası Milli Arxivi və Abşeron rayon Dövlət Arxivi tərəfindən təqdim edilmiş, Məmmədli tərəvəzçilik-südçülük sovxozunun 55 saylı, 29.12.1989-cu il tarixli, 151 nəfər barədə verilən əmrin 67 sıra nömrəsinin X1 məxsus olması faktı müəyyən edilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: Ərizə təmin edilsin. Azərbaycan Respublikası Milli Arxivi və Abşeron rayon Dövlət Arxivi tərəfindən təqdim edilmiş, Məmmədli tərəvəzçilik-südçülük sovxozunun 55 saylı, 29.12.1989-cu il tarixli, 151 nəfər barədə verilən əmrin 67 sıra nömrəsinin X1 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən 1 ay müddətində Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-1745/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1745/2021
25.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver