Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1798/2025 05.03.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Rüstəmova Sürəyya Nazim qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri 17 saylı notariat ofisinə qarşı “irsi transmissiya qaydasında vərəsəlik şəhadətnaməsinin verilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Bakı şəhəri 17 saylı notariat ofisinə qarşı “irsi transmissiya qaydasında vərəsəlik şəhadətnaməsinin verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X2nın, atası X10 vəsiyyət etdiyi ünvan 1 saylı fərdi yaşayış evinə dair atasının vəfatına görə irsi transmissiya qaydasında ona vəsiyyətnamə üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini Bakı şəhəri 17 saylı notariat ofisinin üzərinə öhdəlik olaraq qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək onunla əsaslandırmışdır ki, iddiaçı, X2nın adına qeyd olunmuş ünvan 2 evdə yaşayır. Həmin əmlak X18nın adına xx.xx.1988-ci ildə 30/1796 nömrəsi ilə reyestr qeydiyyatından keçmişdir. X1 xx.xx.1986-cı ildə vəfat etmişdir. X2 xx.xx.2008-ci ildə vəfat etmişdir. X18 atası X10 xx.xx.1997-ci il tarixdə 17 saylı notariat ofisində qeyd olunmuş, bütün əmlakını atası X10 vəsiyyət etməsi barədə vəsiyyətnamə vermişdir. X13 vəfat edəndə atası onu dəfn etmiş, yas mərasimini keçirmişdir. Nənəsinin adına olan miras əmlakı atası vərəsə kimi qəbul etmiş, vəfat edənə kimi ailəsi ilə miras əmlakda yaşamışdır. X24 sağlığında Ləhiş bağlarında olan 40 sotluq bağ sahəsini nənəsinin xahişi ilə əmisi X4 vermişdir. Nənəsi buna görə vəsiyyətnamə tərtib edərək X24a bütün əmlakını vəsiyyət etmişdir. Nənəsi xx.xx.2008-ci ildə vəfat etdikdən sonra vəsiyyətnaməni evlərindən tapa bilməmişlər. Atası və anası təhsilli olmadıqlarına görə, vəsiyyətnaməni necə əldə edəcəklərini bilməmişlər. Atası həmin illərdə ağır qəza keçirmişdir. Avtomobil qəzasından sonra iki ilə qədər yeriyə bilməmişdir. Gözündən də ağır xəsarət almışdır. Uzun müalicədən sonra atası gözündən əlil qalmışdır. Həyətlərinin arxasını - 4 sotluq torpağı babası götürüb ağac, bostan əkərək istifadə etmişdir. Sonra həmin işləri atası davam etdirmişdir. Atası qəza keçirdikdən sonra bağa, bostana baxa bilməmişdir. Atasının xəstəliyinə görə, iddiaçı özü işləməyə başlamışdır. Atası bir neçə dəfə əmisi Firudinə vəsiyyətnamə barədə məşğul olmasını bildirmişdir. Özünün səhhəti buna imkan verməmişdir. 2022-ci ildə atası, bir müddət sonra isə bibisi vəfat etmişdir. Anası yasdan sonra təmizləmə işlərinə kömək edərkən, yəni bibisinə aid sənədləri yığışdırarkən, nənəsinin iddiaçının atasına - X10 yazdığı vəsiyyətnaməni tapmış, əmisi Firudinə zəng edib vəsiyyətnaməni tapdığını bildirmişdir. Əmisi 2023-cü ildə evlərinin arxasındakı torpağı hasarlatmış və orada ev tikdirmişdir. Sonra əmisinin tikdiyi həmin evi satdığını eşitmişlər. İddiaçının X24, X18nın vəsiyyət etdiyi ünvan 2 miras əmlakda dünyaya gəlmiş, atası vəfat edənə kimi miras əmlakda yaşamışdır. İddiaçı, anası, qardaşı miras əmlakda hal-hazırda qeydiyyatda olub yaşayırlar. Nənəsi vəfat etdikdə mirası faktiki qəbul etmişlər, yəni təmir edib, idarə edərək yaşamışlar. Onlardan başqa miras əmlakda heç kim yaşamamışdır. O, 17 saylı notariat ofisinə ünvan 2 həyət evinin atası və özü tərəfindən tam şəkildə qəbul edildiyini və bu günə kimi yaşadıqlarını bildirərək, transmissiyaya ilə ona vəsiyyətnamə üzrə vərəsəlik şəhadətnaməsi verilməsini xahiş etmişdir. Lakin Bakı şəhəri 17 saylı notariat ofisi xx.xx.2024-cü il tarixli qərarla ona imtina cavabı göndərmişdir. Göstərilənlərə əsasən, iddiaçının nümayəndəsi və vəkili iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh Bakı şəhəri 17 saylı notariat ofisinə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş arayışdan görünür ki, xx.xx.1956-cı il tarixdə anadan olmuş X8 anası X13, atası isə X12 olmuşdur. - Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə təkrar verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.1986-ci il tarixdə baş-beyinə qansızma səbəbindən vəfat etmişdir. - Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.2008-ci il tarixdə ürək-damar çatışmazlığı səbəbindən vəfat etmişdir. - Bakı şəhəri Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.2022-ci il tarixdə durğunluq ürək çatışmazlığı səbəbindən vəfat etmişdir. - Rayon, Şəhər Fəhlə Deputatları Sovetinin İcraiyyə Komitəsinin texniki inventarlaşdırma bürosu tərəfindən verilmiş Qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Şkolnaya küçəsi, 76 saylı yaşayış evi xx.xx.1988-ci ildə 30/1196 qeydiyyat nömrəsi ilə X7 adına qeydə alınmışdır. - X13 tərəfindən verilmiş xx.xx.1997-ci il tarixli vəsiyyətnamənin surətindən görünür ki, Maştağa qəsəbəsi, Məktəb küçəsi, 76 saylı ev X10 vəsiyyət edilmişdir. - Bakı şəhəri 17 saylı notariat ofisinin xx.xx.2024-cü il tarixli notariat hərəkətlərinin aparılmasından imtina edilməsi haqqında qərarından görünür ki, vətəndaş İddiaçı, ünvan 1 ünvanında yaşamış və vəfat etmiş X5 qalmış miras əmlaka vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilməsi qərara alınmışdır. Həmin qərar bununla əsaslandırılmışdır ki, X13 xx.xx.1986-cı ildə vəfat etmiş əri X9 adında qalmış ünvan 1 ünvanında yerləşən əmlaka vərəsəlik hüququ əsasında mülkiyyət hüquqlarını rəsmiləşdirmədən xx.xx.1997-ci ildə həmin əmlaka X6 adına vəsiyyətnamə qoymuşdur. Vərəsəlik hüququ haqqında şəhadətnamə isə, xx.xx.1988-ci ildə verilmişdir və xx.xx.1988-ci ildə qeydiyyat vəsiqəsi alınmışdır. X14 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir və nə qanun üzrə, nə də vəsiyyətnamə üzrə vərəsəliyin qəbulu ilə əlaqədar notariat ofisinə müraciət etməmişdir. İddiaçı vəsiyyətnamənin qüvvədən düşməsi izah edilmişdir, lakin o, tələbini dəyişməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ünvan 2 ünvanda yerləşən miras əmlak əvvəlcə İddiaçı X1na məxsus olmuşdur. O, xx.xx.1986-ci il tarixdə vəfat etdikdən sonra həmin əmlak arvadı Hökümə Muradovanın adına xx.xx.1988-ci ildə 30/1796 nömrəsi ilə reyestr qeydiyyatından keçmişdir. Hökümə Muradova oğlu (iddiaçının atası) X10 xx.xx.1997-ci il tarixdə bütün əmlakını atası X10 vəsiyyət etməsi barədə vəsiyyətnamə vermişdir. Hökümə Muradova xx.xx.2008-ci ildə, Firuz Muradov xx.xx.2022ci il tarixdə vəfat etmişdir. Firuz Muradov vəfat etdiyi vaxtadək ünvan 2 ünvanda qeydiyyatda olmaqla orada yaşamışdır. Hal-hazırda iddiaçı, anası və qardaşı miras əmlakda qeydiyyatda olmaqla yaşayırlar. İddiaçı Bakı şəhər 17 saylı notariat ofisinə ünvan 2 evə dair transmissiyaya qaydasında vəsiyyətnamə üzrə vərəsəlik şəhadətnamə verilməsi üçün müraciət etsə də, notariat ofisi bundan imtina etmişdir. Aşağıda qeyd edilənlərə əsasən, məhkəmə notariat ofisinin notariusunun imtinasını əsassız sayır. Belə ki, notarius notariat hərəkətlərinin aparılmasından imtina edilməsi haqqında qərarında qeyd etmişdir ki, X13 xx.xx.1986-cı ildə vəfat etmiş əri X9 adında qalmış ünvan 1 ünvanında yerləşən əmlaka vərəsəlik hüququ əsasında mülkiyyət hüquqlarını rəsmiləşdirmədən xx.xx.1997-ci ildə həmin əmlaka X6 adına vəsiyyətnamə qoymuşdur. Qərarın davamında isə, həmin fikir təkzib olunaraq, vərəsəlik hüququ haqqında şəhadətnamənin xx.xx.1988-ci ildə, qeydiyyat vəsiqəsinin isə, xx.xx.1988-ci ildə alındığı (yəni rəsmiləşdirildiyi) qeyd olunur. Halbuki iş materiallarında olan Rayon, Şəhər Fəhlə Deputatları Sovetinin İcraiyyə Komitəsinin texniki inventarlaşdırma bürosu tərəfindən verilmiş Qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Şkolnaya küçəsi, 76 saylı yaşayış evi xx.xx.1988-ci ildə X7 adına qeydə alınmışdır, başqa sözlə, onun miras əmlaka mülkiyyət hüquqları rəsmiləşdirilmişdir. X3 miras əmlaka dair vərəsəlik hüququ əsasında mülkiyyət hüquqlarını rəsmiləşdirdikdən sonra xx.xx.1997-ci ildə həmin əmlaka oğlunun adına vəsiyyətnamə qoymuşdur. Digər tərəfdən, həmin qərarda müraciət edənə vəsiyyətnamənin qüvvədən düşməsinin izah edildiyi göstərilmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, Mülki Məcəllənin 1224-cü maddəsində vəsiyyətnamənin qüvvədən düşmüş sayılmasının əsasları sadalanmışdır. Həmin hallar aşağıdakılardır: 1224.0.1. xeyrinə vəsiyyətnamə tərtib edilmiş şəxs vəsiyyət edəndən tez öldükdə; 1224.0.2. vəsiyyət edilmiş əmlak vəsiyyət edənin sağlığında itirildikdə və ya onun tərəfindən özgəninkiləşdirildikdə; 1224.0.3. yeganə vərəsə mirası qəbul etməkdən imtina etdikdə. Göründüyü kimi, həmin hallardan heç biri hazırkı işdə mövcud deyil. Vəsiyyətnamə üzrə vərəsənin vərəsəliyin qəbulu ilə əlaqədar notariat ofisinə müraciət etməməsi vəsiyyətnamənin qüvvədən düşmüş sayılması üçün əsas deyil. Əks halda, irsi transmissiya institutu yalnız qanun üzrə vərəsəliklə bağlı şamil edilərdi. Mülki Məcəllənin irsi transmissiyadan bəhs edən 1252-ci maddəsində və sonrakı əlaqəli maddələrində qanun üzrə vərəsə anlayışı fərqləndirilmir. Buradan belə nəticəyə gəlinir ki, irsi transmissiya həm qanun üzrə, həm də vəsiyyətnamə üzrə vərəsəliyə tətbiq edilə bilər. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134, 1146 və 1252-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.2020-ci il tarixli Qərarında da qeyd olunur ki, vərəsəlik hüququnda irsi transmissiya dedikdə, miras açıldıqdan sonra öldüyünə görə mirası qəbul edə bilməyən vərəsənin (transmittent) mirası qəbul etmək hüququnun onun öz vərəsələrinə (transmissar) keçməsi başa düşülür. Yəni, qanun və ya vəsiyyət üzrə vərəsə miras açıldıqdan sonra miras əmlakın qəbulu üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətdə mirası qəbul etmədən və vərəsəlik hüququnu həyata keçirə bilmədən ölərsə, mirası qəbul etmək hüququ ləğv edilmir və bu hüquq ölmüş vərəsənin vərəsələrinə keçir. Bu halda əksi sübuta yetirilməyincə mirası qəbul etmədən ölmüş vərəsənin miras qoyanın əmlakını, mirası qəbul etmək niyyətinin mövcudluğu prezumpsiyası tətbiq edilir. Bundan başqa, qeyd olunan qərarda X7 xx.xx.1986-cı ildə vəfat etmiş əri X9 adında qalmış ünvan 1 ünvanında yerləşən əmlaka vərəsəlik hüququ əsasında mülkiyyət hüquqlarını rəsmiləşdirmədən xx.xx.1997-ci ildə həmin əmlaka X6 adına vəsiyyətnamə qoyduğu qeyd edilmişdir ki, məhkəmə araşdırması zamanı X7 ümumiyyətlə Fizuli adlı oğlunun olmadığı müəyyən edilmişdir. Bundan başqa, X7 adına qeydiyyat vəsiqəsi xx.xx.1988-ci ildə alınsa da, həmin qərarda xx.xx.1988-ci ildə alındığı qeyd olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə görə, vərəsəlik qanun və ya vəsiyyət üzrə və ya hər iki əsasla həyata keçirilir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır (Mülki Məcəllənin 1133.2-ci maddəsi). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinə görə, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Mülki Məcəllənin 1252-ci maddəsinə əsasən əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Mülki Məcəllənin 1253-cü maddəsinə əsasən mirasın irsi transmissiya üzrə qəbul edilməməsi vərəsəni bilavasitə ölən vərəsəyə çatası mirası almaq imkanından məhrum etmir. Əmlakı irsi transmissiya üzrə almaqdan imtina edildikdə əmlak ölmüş vərəsələrlə birlikdə mirası qəbul etməyə çağırılmış şəxslərə keçir. Qeyd edilənləri nərəzə alaraq məhkəmə bu qənaətə gəlir ki, iddiaçının atası X14 vəfat etdiyi vaxtadək ünvan 2 ünvanda qeydiyyatda olmaqla orada yaşadığından, miras əmlakı faktiki olaraq qəbul etmişdir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumu “A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2022-ci il tarixli Qərarında qeyd etmişdir ki, vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etməsi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu isə vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarı). Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2020-ci il 16 oktyabr tarixli Qərarında hesab etmişdir ki, subyektiv hüquq kimi vərəsə olmaq hüququ mirasın qəbul edilməsi üsulu ilə şərtləndirilməmişdir. Həmin Qərarda həmçinin qeyd edilmişdir ki, vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Beləliklə, miras əmlakın hansı üsulla qəbul edilməsindən və vərəsəlik şəhadətnaməsinin olub-olmamasından asılı olmayaraq vərəsə tərəfindən miras əmlakın saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin bariz şəkildə nümayiş etdirilməsi onun miras aktivini və miras passivini qəbul etməsinə dəlalət edir. Əks yanaşma, yəni vərəsə sayılan şəxslərin qeyriformal üsulla mirası qəbul etməsinə baxmayaraq məhkəmələr tərəfindən formal mülahizələrə əsasən (vərəsəlik şəhadətnaməsinin olmaması, vərəsənin mirasa ehtiyacının olmaması və s.) bu faktın inkar edilməsi vərəsəlik hüququnun mahiyyətinə zidd olmaqla, həmin şəxslərin məhkəmə müdafiəsi, o cümlədən subyektiv hüququn “olmaması” səbəbi ilə iddia ərizəsinin rədd edilməsi ədalətli məhkəmə araşdırması hüquqlarının, bu isə öz növbəsində mülkiyyət hüququnun və qanunla qorunan maraqların əhəmiyyətli dərəcədə pozulmasına səbəb olar. Beləliklə, məhkəmə belə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, İddiaçı X2 tərəfindən iddiaçının atası X10 vəsiyyət edilmiş ünvan 1 saylı evə dair iddiaçıya irsi transmissiyaya qaydasında vəsiyyətnamə üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri 17 saylı notariat ofisinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. İddiaçı X2 tərəfindən iddiaçının atası X10 vəsiyyət edilmiş ünvan 1 saylı evə dair iddiaçıya irsi transmissiyaya qaydasında vəsiyyətnamə üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri 17 saylı notariat ofisinin üzərinə qoyulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirməklə 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №2(008)-1798/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1798/2025
05.03.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver