Məhkəmə qərarları › İş №2(008)-187/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-187/2024

24.06.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-187/2024 24.06.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X3, İddiaçı, onun nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdeh5 vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, "xxxx" ASC, Bakı şəhəri 50 saylı Notariat Ofisi, Bakı şəhəri 53 saylı Notariat Ofisi, AZərbaycan Respublikası İqtisadiyyat NAZirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "DaşınmAZ Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 1 saylı Bakı ƏrAZi İdarəsinə qarşı müqavilələrin etibarsız hesab edilməsi, çıxarışların ləğv edilməsi tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhərində məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, "xxxx" ASC, Bakı şəhəri 50 saylı Notariat Ofisi, Bakı şəhəri 53 saylı Notariat Ofisinə qarşı AZərbaycan Respublikası İqtisadiyyat NAZirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "DaşınmAZ Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 1 saylı Bakı ƏrAZi İdarəsi müstəqil tələb irəli sürməyən şəxs qismində işə cəlb edilməklə iddia ərizəsi ilə (dəqiqləşdirilmiş tələblə və mexaniki səhvlərin düzəldilməsi barədə ərizə ilə) məhkəməyə müraciət edərək:

1. Müddəti xx.xx.2019-cu il tarixə kimi şərtləşdirilmiş xx.xx.2014-cü il tarixli, reyestr nömrəsi **********55, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən xüsusi mülkiyyət hüquqları ilə İddiaçı məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, X17 ƏrAZisi ünvanında yerləşən, ümumi sahəsi 0,05 ha olan torpaq sahəsinin ipoteka yüklülükdən AZad edildikdən sonra 50000 (əlli min) manata Cavabdeh2 gələcəkdə satılması barədə Bakı şəhəri 50 saylı Notariat Ofisində bağlanmış 3M-1204 reyestr nömrəli daşınmAZ əmlakın alqısatqına dair ilkin müqavilənin etibarsız hesab edilməsi,

2. Cavabdeh3 ilə Cavabdeh2 arasında Bakı şəhəri 50 saylı Notariat Ofisində bağlanmış AN-İ № ******* nömrəli, 4Ə-1560 reyestr nömrəli xx.xx.2019-cu il tarixli daşınmAZ əmlakın əsas alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi,

3. Cavabdeh2 adına verilmiş AZərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin DaşınmAZ Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər ƏrAZi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə Cavabdeh2 **********55 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən qeydin ləğv edilməsi,

4. Cavabdeh2 ilə Cavabdeh4 arasında Bakı şəhəri 50 saylı Notariat Ofisində bağlanmış Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, X17 ünvanında yerləşən 0,05 ha torpaq sahəsinin satılmasına dair 4Ə-135 reyestr nömrəli xx.xx.2021-ci il tarixli daşınmAZ əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi,

5. Cavabdeh4 adına verilmiş AZərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin DaşınmAZ Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər ƏrAZi İdarəsi tərəfindən **********55 reyestr nömrəli, ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmAZ əmlakın Dövlət reyestrindən qeydin ləğv edilməsi,

6. Cavabdeh4 adına verilmiş Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, X17 ünvanında yerləşən 0.05 ha torpaq sahəsi üzərində yerləşən 318,1 kv metr fərdi yaşayış evi üzərində AZərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin DaşınmAZ Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər ƏrAZi İdarəsi tərəfindən hüquqların Dövlət qeydiyyatı haqqında daşınmAZ əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli qeydin ləğv edilməsi,

7. Cavabdeh4, Cavabdeh5 və Cavabdeh7 ASC (Cəmiyyətin adından çıxış edən şəxs Qara Qarayev filialının müdiri X8) arasında Bakı şəhəri 53 saylı Dövlət Notariat Kontorunda bağlanmış AİF/23 nömrəli xx.xx.2021-ci il tarixli 4Ə-1054 reyestr nömrəli alqısatqı və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə,

8. Cavabdeh5 adına AZərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin DaşınmAZ Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər ƏrAZi İdarəsi tərəfindən verilmiş fərdi yaşayış evinin **********955-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli qeydin ləğv edilməsi,

9. Cavabdeh7 ASC-nin (ipoteka kağızının mülkiyyətçisi) adına rəsmiləşdirilmiş daşınmAZ əmlak üzərində ipoteka hüququnu təsbit edən ipotekaya xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı "xxxx" ASC-nin Neftçilər filialı ilə kredit müqaviləsi əsasında kredit müqaviləsinin təminat kimi xüsusi mülkiyyət hüquqları ilə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, X17 ərAZisində yerləşən 0,05 ha torpaq sahəsi "xxxx" ASC-nin Neftçilər filialında ipoteka müqaviləsi əsasında yüklü etmişdir. Kredit müqaviləsi üzrə borc vaxtında ödənilməsi təmin edilmirdi. Bankla İddiaçı arasında mübahisə yaranmışdır. Ailə daxilində həmin torpaq sahəsi və onun üzərində inşa edilmiş 314,1 m2 fərdi yaşayış evinin satılması qərarına gəlinmişdir. Bununla əlaqədar olaraq qohumu X14 vasitəsi ilə makler Cavabdeh3 ilə tanış edilmişdir. Cavabdeh3 fərdi yaşayış evinə baxış keçirdikdən sonra fərdi yaşayış evinin satışını həyata keçirə biləcəyini bildirmişdir. İddiaçı tərəfindən fərdi yaşayış evinə 340000 manat məbləğində satış qiyməti müəyyən edilmiş, lakin evin çıxarışının olmadığı və 0,05 ha torpaq sahəsinin isə "xxxx" ASC-də ipoteka ilə yüklü olunduğu bildirilmişdir. Mövcud məsələnin pul vəsaiti hesabına həll olunacağı və girovdan AZad edilməsi kimi problemlərin həfif məsələ olduğu Cavabdeh3 tərəfindən bildirilmişdir. Sonradan fərdi yaşayış evinin alıcısı qismində Cavabdeh2 çıxış etmişdir. Fərdi yaşayış evinin 340000 manat məbləğində alınmasına rAZılıq əldə edilmişdir. xx.xx.2019-cu il tarixdə Bakı şəhəri 5 saylı "ASAN xidmət" mərkəzində notariat ofisində Cavabdeh2 bir ay müddətinə 7E-27154 reyestr nömrəli etibarnamə vermiş (bütün əmlak və hüquqlarla bağlı), 0,05 ha torpaq sahəsinə dair ilkin alqı-satqı müqaviləsinin bağlanmasına rAZılıq əldə edilmişdir. 0,05 ha torpaq sahəsinin satış qiyməti 50000 manat, 8000 manat ödəniş notariusun depozit hesabı vasitəsi ilə, qalan 42000 manat isə nağd formada İddiaçı borclarının bağlanması və torpaq sahəsinin girovdan AZad edilməsi üçün ödəniləcəyi barədə rAZılaşmışlar. İddiaçı Rusiya Federasiyasına gedəcəyini tərəflərə bildirmişdir. Belə qərara gəlinmişdir ki, İddiaçı tərəfindən Cavabdeh3 notariat hərəkətlərinin İddiaçı adından aparılması üçün etibarnamə verilsin. 4 saylı Bakı "ASAN xidmət" mərkəzində notariat ofisində xx.xx.2019-cu il tarixdə, bir ay müddətinə (xx.xx.2020-ci il tarixinədək) 24864 reyestr nömrəli etibarnamə verilmişdir, (bütün əmlak və hüquqlarla bağlı). Alıcı qismində iştirak edən Cavabdeh2 6000 manat torpağın alınması ilə bağlı beh satıcı İddiaçı elə notariusda vermişdir. İşin faktiki halları: 1-ci epizod üzrə: Cavabdeh3 barəsində cinayət işinin ibtidai istintaqı ilə müəyyən edilmişdir ki, o, özünü ev və torpaq alqı-satqısı ilə məşğul olan şəxs kimi təqdim etməklə tanışı X4 vasitəsilə tanış olduğu İddiaçı məxsus olan 0,05 ha torpaq sahəsini 50000 manat müqabilində girovdan çıxardacağına, həmin torpaq sahəsi və üzərində tikilmiş 2 mərtəbəli, ümumi sahəsi 314,1 m2 olan fərdi yaşayış evini Cavabdeh2 ümumilikdə 340000 manat satacağı vədini verərək inandırmışdır. İddiaçı Cavabdeh3 onun fərdi yaşayış evini 340000 manata satacağına inanmışdır. Bu səbəbdən İddiaçı müddəti xx.xx.2019-cu il tarixə kimi şərtləşdirilmiş xx.xx.2014-cü il tarixli, 0,05 ha olan torpaq sahəsinin ipoteka yüklülükdən AZad edildikdən sonra 50000 manata Cavabdeh2 gələcəkdə satılması barədə daşınmAZ əmlakın alqısatqısına dair ilkin müqaviləsinin bağlanmasına dair rAZılığa gələrək, Bakı şəhəri 50 saylı Notariat Ofisində 3M-1204 reyestr nömrəli xx.xx.2019-cu il tarixli daşmmAZ əmlakın alqısatqısına dair ilkin müqavilə tərtib və təsdiq etmişlər. İddiaçı işi ilə əlaqədar Rusiya Federasiyasına getmişdir. Torpağa dair ilkin alqı-satqı müqaviləsi ilə İddiaçı Bakı şəhəri 50 saylı notariat ofisinin depozit hesabı vasitəsilə 8000 manat ödəniş həyata keçirilmiş, qalan 42000 manat isə torpaq sahəsinin alqı-satqısına dair əsas müqavilə bağlanarkən satıcıya ödənilməsini Cavabdeh2 öhdəsinə götürmüşdür. Sonradan Cavabdeh2 tərəfindən torpağın girovdan AZad edilməsi ilə aidiyyəti qurumlara ödənişlər etməsi icra edilmişdir. Nəticə etibarı ilə 10000 manat məbləğində torpağın alqı-satqısından qalıq borc müəyyən edilmişdir. DaşınmAZ əmlakın alqı-satqısına dair ilkin müqavilənin 2.1-ci bəndinə əsasən "satici" - İddiaçı satılacaq torpaq sahəsinin 50000 manata qiymətləndirir və gələcəkdə torpaq sahəsini həmin qiymətə "alıcı" - Cavabdeh2 satmağı, "alıcı" - Cavabdeh2 isə torpaq sahəsinin gələcəkdə 50000 manata almağı öhdəsinə götürür. “alıcı» - Cavabdeh2 satış məbləğindən 10000 manatını hAZırda notariusun depozit hesabı vasitəsilə "satici" - İddiaçı ödəyir, satış qiymətinin qalan 40000 manatını isə torpaq sahəsinin alqı-satqısına dair əsas müqavilə bağlanarkən "satıcı”ya ödəməyi öhdəsinə götürməsi ilə şərtləndirilmişdir. Torpaq sahəsi birgə nikah müddətində əldə edildiyindən arvadı X15 Bakı şəhəri 9 saylı Notariat Ofisində 0,05 ha olan torpaq sahəsinin satılmasına etirAZ etmədiyi və gələcəkdə bununla bağlı heç bir iddia və tələbinin olmayacağı barədə 8İ-16984 reyestr nömrəli xx.xx.2019-cu il tarixli ərizə də təqdim edilmişdir. xx.xx.2019-cu il tarixdə Cavabdeh3 4 saylı Bakı "ASAN xidmət" mərkəzində Notariat Ofisində 24864 reyestr nömrəli 1 (bir) ay etibarlılıq müddət olmaqla etibarnamə verilmişdir (etibarnamənin bitmə tarixi xx.xx.2020-ci il). Bakı şəhəri 50 saylı Notariat Ofisində 0,05 ha torpaq sahəsi üzrə Cavabdeh2 ilə birgə torpaq sahəsinin 50000 manat qiymətə satılması barədə rAZılığa gəlinməsi barədə ərizə tərtib və təsdiq edilməklə və AN-İ № ******* nömrəli, 4Ə-1560 reyestr nömrəli xx.xx.2019-cu il tarixli daşmmAZ əmlakın əsas alqı-satqı müqaviləsinin İddiaçı əvəzinə Cavabdeh3 (etibarnamə üzrə) çıxış etməklə müqavilənin imzalanmasını icra edir və ilkin alqı-satqı müqaviləsi üzrə ödənilməli olan 42000 manat məbləğində pul vəsaitini notariusun "xxxx" ASC-nin 50 saylı Notariat şöbəsindəki depozit hesabı vasitəsi ilə rəsmi olaraq qəbul edir. Notariat xərci 300 manat isə Cavabdeh2 tərəfindən ödənilir. Eyni zamanda Cavabdeh2 Bakı şəhəri 50 saylı Notariat Ofisinə 8İ-10135 reyestr nömrəli xx.xx.2019-cu il tarixdə xx.xx.2019cu il tarixdə 4Ə-1560 reyestr nömrəsi ilə rəsmiləşdirilmiş alqı-satqı müqaviləsi üzrə əldə etdiyi daşınmAZ əmlak üzərində mülkiyyət hüquqlarının 1 gün müddətində qeydə alınması məqsədi ilə ərizənin və alqı-satqı müqaviləsinin daşınmAZ əmlakın dövlət reyestrinə elektron qaydada göndərilməsinin təmin edilməsi xahiş edilmişdir. DaşınmAZ Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər ƏrAZi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə Cavabdeh2 **********55 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. 2-ci epizod üzrə: Sonradan Cavabdeh2 Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi X17 ünvanında yerləşən 0,05 ha torpaq sahəsini Bakı şəhəri 50 saylı Notariat Ofisində Cavabdeh4 ilə 4Ə-135 reyestr nömrəli xx.xx.2021-ci il tarixdə daşınmAZ əmlakın alqı- satqı müqaviləsi ilə 5000 manata satmışdır. Notarial xərc 287,5 manat və 300 manat vergi tutması Cavabdeh2 tərəfindən ödənilmişdir. Cavabdeh4 DaşınmAZ Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər ƏrAZi İdarəsi tərəfindən **********55 reyestr nömrəli, ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixdə hüquqların Dövlət qeydiyyatı haqqında daşınmAZ əmlakın Dövlət reyestrindən çıxarış əldə etmişdir. Sonradan Cavabdeh4 Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, X17 ünvanında yerləşən 0.05 ha torpaq sahəsi üzərində yerləşən 318,1 m2 fərdi yaşayış evi üzərində AZərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin DaşınmAZ Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər ƏrAZi İdarəsi tərəfindən hüquqların Dövlət qeydiyyatı haqqında daşınmAZ əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli çıxarış almışdır. 3-cü epizod üzrə: Bakı şəhəri 53 saylı Dövlət Notariat Kontorunun xx.xx.2021-ci il tarixli 4Ə-1054 reyestr nömrəli alqı-satqı və ipoteka müqaviləsinə (№ AİF/23) əsasən Cavabdeh5 170000 manata özgəninkiləşdirmiş və rəsmi olaraq 170000 manat pul əldə etmişdir. 4-cü epizod üzrə: İddiaçı işi ilə bağlı AZərbaycan Respublikasının ərAZisini tərk etmişdir. "Covid-19" pandemiyası ilə bağlı bir müddət AZərbaycana qayıda bilməmiş, Rusiya Federasiyasında yaşamış və təxminən 2021-ci ilin may aylarında AZərbayacan Respublikasının Bakı şəhərinə evinə qayıtmışdır. Təxminən may ayında Cavabdeh2 bank işçiləri ilə gəlib evi girov qoyub ona 300000 manat pul verəcəyini təklif etdi. O, artıq evi satmaq fikrindən daşındığını dedikdə Namiq hədə-qorxu qaydasında «onda mən evi sataram» deyib getdi. Bir müddət sonra iddiaçının evinə jurnalistlərlə birlikdə özünü hərbiçi və qAZi kimi təqdim edən Süleyman adlı şəxs gəlib həmin evin ona məxsus olduğunu, onun evini qanunsuz zəbt edib orada yaşadığını bildirdi. Sonradan ona məlum olmuşdur ki, Namiq evə dair çıxarış almış, evi Şamxal adlı şəxsə satmış, sonra Şamxal fərdi yaşayış evinə dair çıxarış almış və Süleyman adlı şəxsə ipoteka yolu ilə sataraq "xxxx" ASC-də girov qoyub külli məbləğdə ipoteka ilə pul götürmüşlər. Beləliklə də, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, X17 ünvanında yerləşən 0,05 ha torpaq sahəsi üzərində yerləşən 318.1 m2 fərdi yaşayış evindən qanunsuz olaraq məhrum olmuşdur. Yaranmış bu vəziyyət İddiaçı məlum olduqdan dərhal sonra hüquq mühafizə orqanlarına ərizə ilə müraciət edilmişdir. AZərbaycan Respublikası DİN-nin Nərimanov RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru X5 tərəfindən fakta görə AZərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılması və icraata qəbul edilməsi haqqında qərar qəbul edilmişdir. Cinayət işinin ibtidai istintaqı aparılmışdır. Cavabdeh3 barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə qərarı qəbul edilmiş, hadisə iştirakçılarının dairəsi tam müəyyən edilmiş, baş vermiş hadisə ilə bağlı Cavabdeh2 Nürəddin oğlunun, Cavabdeh4, Cavabdeh5 və digər şəxslərin şahid qismində ifadələri alınmışdır. Belə ki, xx.xx.2022-ci il tarixdə şahidin dindirilməsi protokolunda Cavabdeh2 fərdi yaşayış evinin çıxarışını xx.xx.2020-ci il tarixdə Cavabdeh4 adına alınması və xx.xx.2021-ci il tarixdə həmin evin alqı-satqı və ipoteka müqaviləsi bağlandıqdan sonra siz bu barədə İddiaçı məlumat vermisinizmi və həmin alqı-satqı müqaviləsində qeyd olunan 51000 manat pulun Cavabdeh5 tərəfindən Cavabdeh4 ödənilməsi barədə məlumatınız olmuşdurmu, həmin evin Cavabdeh5 satılması barədə məlumatı İddiaçı nə vaxt vermisiniz məzmununda suallar verilmişdir. Cavab olaraq Cavabdeh2 bildirmişdir ki, Şamxalın adına torpağın keçirilməsinə səbəbi o olmuşdur ki, Manuelə məlumat vermişdik ki, evin banka qoyub pulumuzu götürürük, siz bankın pulunu özünüz hissə-hissə ödəyərsiniz. Mən bu barədə Vüsala da telefonla demişəm. İddiaçı ondan evin alınması müqabilində ümumilikdə 128000-129000 manat pul ödəmişəm. Həmin torpaq sahəsi və ev heç vaxt Cavabdeh5 satılmayıb. LAZım olsa üç nəfər şahidim də var. xx.xx.2023-cü il tarixdə Cavabdeh4 şahidin dindirilməsi protokolunda göstərmişdir ki, 30 aprel 2021-ci tarixdə Namiqlə mobil telefon vasitəsilə ilə əlaqə saxlayıb onunla Qara Qarayevdə notariat kontorunda görüşdük. Orada Namiq mənə bildirdi ki, evi ipotekaya qoyuram. Mən bu barədə atam Nəsimi ilə məsləhətləşdikdən sonra etirAZ etmədim. Bankdan ipotekanı götürmək üçün ilkin ödənişin pulunu formal olaraq banka qoymaq lAZım idi. Bunun üçün Namiqin tanışı olan Rizvan vasitəsilə oraya 81800 manat pulu tanımadığı bir şəxs gətirdi. Bundan sonra həmin tanımadığı şəxslə mənim aramda 81800 manat pula borc müqaviləsi bağlanıldı. Həmin borc müqaviləsinə 1 gün sonra Kapital Banka ilkin ödəniş kimi görünməsi üçün 51000 manat pul qoyuldu. Bundan sonra hamımız yəni, Namiq, mən, Rizvan, hərbiçi kimi tanıdığım Süleyman adlı şəxs, pulu gətirən tanımadığım şəxslə birlikdə Elmlər metrosu yaxınlığında yerləşən 53 saylı notariat kontoruna getdik. Orada mənimlə Süleyman arasında alqı-satqı və ipoteka müqaviləsi bağlanıldı və notariusdan mənə qəbz verildi. Biz hamımız 53 saylı notariatdan çıxıb onun yaxınlığında olan Kapital Banka getdik. Mənə notariatdan təqdim edilmiş qəbz ilə bankdan 170000 manat pulu götürüb çıxdım. Həmin pulu Süleymana verdim və onunla mən bir maşında olmaqla Qara Qarayevdəki notariata getdik. Borc müqaviləsi bağladığım şəxslə birlikdə yenidən Süleymanda olan 170000 manatdan 81800 manat pul notariata qoyuldu və həmin müqaviləyə xitam verildi. Orada pul Süleymana verilmişdi və Namiq, Rizvan və Süleyman arasında pul bölündü, kimin nə qədər pul götürməsini bilmirəm. Sonradan müstəntiq tərəfindən verilmiş suallara cavab olaraq bildirmişdir ki, torpaq sahəsinin və fərdi yaşayış evinin harada yerləşməsi barədə məlumatı yoxdur, Cavabdeh2 həmin torpaq sahəsinin və fərdi yaşayış evinin özünə məxsus olmasmı bildirmişdir. Bankdan çıxandan sonra 170000 manat pulu Süleymana verdiyini, müqavilənin ləğv edilməsi üçün 81800 manat pulu banka qoyduqdan sonra qalan pulu kimə getməsi barədə bir söz deyə bilməyəcəyini etiraf edərək bildirmişdir. xx.xx.2023-cü il tarixdə X16 şahidin dindirilməsi protokolunda göstərmişdir ki, Cavabdeh2 mənim bibim oğludur. 2021-ci ilin aprel ayının axırlarında mənə zəng vurub dedi ki, ev alqı-satqısı üçün notariusda borc müqaviləsi bağlanması məqsədilə 2 saatlıq 50000 manat pul lAZımdır. Mən də ona dedim ki, mənim 10000 ABŞ dolları pulum var və mən həmin pulu evdən götürüb Namiqin dediyi yerə gəldim. Namiq mənə dedi ki, təcili olaraq 50000 manat pul lAZımdır. Mən Namiqdən soruşdum ki, 50000 manat pulu kimi adına banka qoyursan, Namiq bir AZ aralıda dayanmış cavan oğlanı göstərib dedi ki, həmin oğlan hərbiçidir, onun ev alması ilə əlaqədar onun adına formal olaraq banka həmin pul qoyulacaq və 2 saatdan sonra da bankdan çıxarılacaq. Onda Namiq mənim tanımadığım başqa bir nəfərə zəng vurdu, həmin şəxs qara rəngli "Hyundai Sonata" markalı maşınla gəldi, 50000 manat pulu Namiqə verdi, bundan sonra Namiq mənim ona verdiyim 10000 dolları qaytardı və mən ondan ayrıldım. xx.xx.2023-cü il tarixdə şahidin dindirilməsi protokolunda Cavabdeh5 işin mahiyyəti üzrə ifadə verərək bildirmişdir ki, makler Rizvan vasitəsilə tanış olmuş, ev almaq üçün hərbiçi olduğundan 8% olmaqla ipoteka güzəştindən istifadə edərək Şamxal adlı şəxsə məxsus olan ünvan 5 ünvanında yerləşən evə baxmaq üçün "20 Yanvar" metrosunun yaxınlığında Şamxalla görüşmüş, sonra onlar birlikdə gedib evə baxmışlar. Şamxal evi 175000 manata satdığını bildirmiş, o isə evi ipoteka ilə almaq istədiyini bildirmişdir. Bundan sonra X24 filialına gedib qeyd edilən ünvanda yerləşən evi ipoteka ilə almaq istədiyni bildirmiş, orada lAZım olan sənədləri təqdim etdikdən sonra evə 170000 manat qiymət qoyulduğunu, ilkin ödəniş olaraq mən 51000 manat pul ödəməli olduğu bildirilmişdir. Mənim özümdə bir qədər pul var idi, lakin qalan pulu qohum və tanışlarımdan toplayıb 51000 manat pulu banka təqdim etdim. Şamxal mənə dedi ki, mənə 1 ay vaxt ver evi boşaldacam, bankında aylıq ödənişi mən edəcəm. Mən 1 ay gözlədim, lakin 1 aydan sonra ev boşaldılmadı. Mən evə getdim və orada başqa adamların yaşadığını gördüm və mənə dedilər ki, ev onlara məxsusdur. Mən vəziyyəti belə görüb banka getdim və evdən imtina etməyim barədə ərizə yAZdım. Oradan mənə dedilər ki, mən məhkəməyə müraciət edib evi almalıyam. Mən də sonra Sabunçu rayon məhkəməsinə müraciət etdim. xx.xx.2022-ci il tarixdə məhkəmədə qətnamə qəbul edildi. Suallara cavab olaraq Cavabdeh5 bildirmişdir ki, mən Cavabdeh2 adlı şəxsi tanımıram, mənə evi Şamxal satıb və həmin evin özünə məxsus olduğunu bildirmiş, 51000 manat "kapital Banka"a ilkin ödəniş etdikdən sonra xx.xx.2021-ci il tarixdə qəbz almışam, 119000 manat pulu bankdan Şamxal götürmüşdür. xx.xx.2023-cü il tarixdə İddiaçılə Cavabdeh2 arasında üzləşmə protokolu istintaq hərəkəti aparılmışdır. Cavabdeh2 fərdi yaşayış evinin çıxarışını xx.xx.2020-ci il tarixdə Cavabdeh4 adına almması və xx.xx.2021-ci il tarixdə həmin evin alqı-satqı və ipoteka müqaviləsi bağlandıqdan sonra siz bu barədə İddiaçı məlumat vermisinizmi və həmin alqısatqı müqaviləsində qeyd olunan 51000 manat pulun Cavabdeh5 tərəfindən Cavabdeh4 ödənilməsi barədə məlumatınız olmuşdurmu, həmin evin Cavabdeh5 satılması barədə məlumatı İddiaçı nə vaxt vermisiniz sualları verilmişdir. Cavab olaraq Cavabdeh2 bildirmişdir ki, Şamxalm adına torpağm keçirilməsinə səbəbi o olmuşdur ki, Manuelə məlumat vermişdik ki, evin banka qoyub pulumuzu götürürük, siz bankın pulunu özünüz hissə-hissə ödəyərsiniz. Mən bu barədə Vüsala da telefonla da demişəm. İddiaçı ondan evin almması müqabilində ümumilikdə 113000 manat pul ödəmişəm. Həmin torpaq sahəsi və ev heç vaxt Cavabdeh5 satılmayıb. LAZım olsa üç nəfər şahidim də var. xx.xx.2023-cü il tarixdə saa Cavabdeh3 təqsirləndirilən şəxsin dindirilməsi protokolunda göstərmişdir ki, mən İddiaçı dedikləri rAZı deyiləm. O mənimlə görüşüb mənə bildirdi ki, evi satmaq istəyirəm. Evin torpaqı bankda girovda olduğunu bildirdi. Manuelin borcları üçün 40000 manat pul xərcləndi. Bu vaxt Asan xidmətdə alqı-satqı etdik. Həmin alqısatqı Manuel Hüsüeynov özü şəxsən iştirak etdi. Asan xidmətdə torpaq mənim müştərimin adına sənədləşdirildi. Bundan sonra İddiaçı mənə bildirdi ki, Türkiyəyə gedirəm, oğlum orada oxuyur, orada evim var. Biz onunla evi 300000 manat rAZılaşmışdıq. Bu barədə qohumu Afətin də məlumatı var idi, söhbətdə o da iştirak edirdi. Müxtəlif vaxtlarda İddiaçı 128000 manat pul vermişəm. Bundan sonra Namiq məndən evini və ya pulunu istədikdə mən Manueldən evi boşaltmağı istəyirdim. Bundan sonra onunla aramızda konflikt yaranmışdır. İddiaçı evdən çıxmırdı. Mən ona zəng vuraraq bildirdim ki, pulu və ya evi verməsə evi banka girova qoyacam və Namiqin pulunu verəcəm. Mən bu sözləri dedikdən sonra Namiqə evin ona məxsus olduğunu dedim və evi girova qoyub pulunu götürməyini dedim. Namiqin həmin girovdan götürdüyü pulu isə İddiaçı hissə-hissə ödəməli idi. Bundan sonra Namiq evi girova qoydu və öz pulunu götürdü, lakin ziyan etmişdir. Mənim ona verdiyim 128000 manatı qaytarsa həmin evi İddiaçı geri qaytarmağa hAZıram. xx.xx.2023-cü il tarixdə təqsirləndirilən şəxs Cavabdeh3 ilə zərər çəkmiş şəxs İddiaçılə üzləşdirmə protokolunda həmin dediklərini təkrarlamışdır. . Bakı şəhəri, Nərimanov RPİ-nin müstəntiq, polis mayoru Məhəmməd Tağıyev ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs Cavabdeh3 ittiham verilməklə cinayət işi materilları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilməsi təmin edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin l(101)-1079/2023 nömrəli xx.xx.2023-cü il tarixli hökmü ilə təqsirləndirilən şəxs Cavabdeh3 AZərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməklə və ona 7 (yeddi) il 6 (alü) ay müddətə AZadlıqdan məhrum etmə cəzası təyin edilməsi, AZərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Cavabdeh3 məhkəməyədək icraat zamanı 4 sentyabr 2021-ci il tarixdən 2 mart 2022-ci il tarixədək tutulduğu və həbsdə saxlanıldığı 5 (beş) ay 26 (iyirmi altı) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla Cavabdeh3 üzərində qəti olaraq 7 (yeddi) il 4 (dörd) gün müddətə AZadlıqdan məhrum etmə cəzasının saxlanılması, Cavabdeh3 tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 19 noyabr 2022-ci tarixdən hesablanması, Cavabdeh3 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Cavabdeh3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi, iş üzrə üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli olan əmlak, mülki iddia, maddi sübut və məhkəmə məsrəfinin olmaması nəzərə alınması, hökmdən onun elan olunduğu (Cavabdeh3 isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilməsi, hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minməsi hökm edilmişdir. Məhkum AZərbaycan Respublikası Ədliyyə NAZirliyinin Penitensiar Xidmətinin 13 saylı Cəzaçəkmə Müəssisəsinə yerləşdirilmişdir. Cavabdeh5 tərəfindən "BİNA.AZ" internet elan saytı üzərindən Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa küçəsi ev 121 saylı fərdi yaşayış evi və onun yerləşdiyi 0.05 ha torpaq sahəsini satılması ilə bağlı elan yerləşdirmişdir. İlkin olaraq 300000 manat olmaqla, sonradan 235000 manat olmaqla, sonradan 210000 manata, 200000 manata və hAZırda 195000 manata olmaqla alıcı axtarışındadır. Hesab edir ki, İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa küçəsi ev 121 saylı fərdi yaşayış evi və onun yerləşdiyi 0,05 ha torpaq sahəsi üzərində əqdlər üzrə aparılmış notariat hərəkətlər etibarsız hesab edilməlidir. Belə ki, İddiaçı həmin əmlakın satılması müqabilində Cavabdeh2 340000 manat məbləğində pul vəsaitini almamış, Cavabdeh3 aldatma yolu ilə Cavabdeh2 arasmda 0,05 ha torpaq sahəsinə dair əsas alqısatqı müqavilə əsasında 42000 manat məbləğində pul vəsaiti əldə etmiş, sonradan Cavabdeh2 0,05 ha torpaq sahəsini 5000 manata Cavabdeh4 satmış, Cavabdeh4 isə 0,05 ha torpaq sahəsi üzərində yerləşən 318,1 m2 fərdi yaşayış evi üzərində hüquqlarını daşınmAZ əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair çıxarış əldə etdikdən sonra şərti alıcı qismində iştirak edən Cavabdeh5 Rüstəm oğlunun adına formal olaraq "xxxx" ASC-də ipoteka yolu ilə satışını həyata keçirməklə mülkiyyətçi İddiaçı iradə ifadəsinə zidd olaraq ona məxsus torpaq sahəsindən və fərdi yaşayış evindən məhrum etmişlər. Cavabdeh5 vəkili Vəkil2 iddia ərizəsinə aşağıdakı məzmunda etirAZ vermişdir. Cavabdeh5 AZrəbaycan Respublikasının Müdafiə NAZirliyinin hərbi qulluqçusu, Baş gizir kimi AZrəbaycan Ordusunda xidmət etmişdir. 2010-cu ildən Orduda xidmət etdiyi dövdə qüsursuz xidmətə görə müxtəlif vaxtlarda Ordu Komandanlığı tərəfindən fərqləndirilməklə İİ-ci Qarabağ Müharibəsi zamanı AZərbaycan Respublikasının Müdafiə NAZiri, general-polkovnik Zakir Həsənovun imzaladığı 03 noyabr 2020-ci il tarixli əmrə əsasən AZərbaycan Respublikasının “şücaətə görə” medalı ilə təltif edilmişdir. Bununla belə, AZərbaycan Respublikasının ərAZi bütövlüyü uğrunda gedən döyüşlərdi iştirak etmiş, qəlpə partlaması zamanı (xx.xx.2020-ci il tarixdə) hər iki əli, sol budu, sol diz oynağı, sağ ayağı kor qəlpə yaraları ilə zədələnmişdir. Müvafiq reabilitasiya kursundan sonra xidmətini davam etdirmişdir. Uzun müddət Orduda xidmət etdiyini, ailəli olmaqla, lakin şəxsi mənzilinin olmaması ilə bağlı o, dövlət ipotekası ilə fərdi mənzil almaq qərarına gəlmişdir. Beləliklə də, Bakı şəhəri 53 saylı Notariat Ofisinin xüsusi notariusu X9 tərəfindən təsdiq edilmiş 30 aprel 2021-ci il tarixli, AİF/23 N°-li alqı-satqı və ipoteka müqaviləsinə əsasən o Cavabdeh4 onun xüsusi mülkiyyətində olan və Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, ünvan 7 ünvanda yerləşən 314,10 kv.mdən ibarət fərdi yaşayış evini Cavabdeh7 ASC-nin Qara Qarayev filialında ipotekaya qoymaqla almışdır. HAZırki müqavilə bağlanan tarixdən etibarən o, həmin kredit borcu üzrə üzərinə düşən bank öhdəlikırini yerinə yetiririr. İddiaçının etibarsızlığını tələb etdiyi müvafiq kredit və ipoteka müqavilələri tam qanuna uyğun bağlanılmış və iddiaçının hAZırki halda həmin müqavilələr üzrə tərəf olmadığından onun subyektiv hüququ yoxdur həm də ona görə ki, bu gün də Cavabdeh5 qeyd edilən müqavilələr üzrə kredit öhdəliyi ilə yüklənmişdir. Bunun bariz nümunəsi kimi Bankın hAZırki mülki iş üzrə elektron sistemə yüklədiyi sənədlər onu deməyə əsas verir ki, Cavabdeh5 vicdanlı şəkildə əmlakı əldə edəndir. Bunuunla yanaşı qeyd edilməlidir ki, iddiaçı vaxtı ilə xüsusi mülkiyyətində olan torpaq sahəsi ilə bağlı müvafiq əqd imzalamaqla öz iradə ifadəsini bildirmişdir. Yəni, əmlak kompleksi olan yalnız torpaq sahəsi onun xüsusi mülkiyyətində olmuşdur, fərdi ev deyil. Eyni zamanda, müvafiq icra vərəqəsinə əsasən iddiaçı və onun ailə üzvləri məcburi qaydada əmlak kompleksindən çıxarılmış, həmin əmlak kompleksi Cavabdeh5 əməli istifadısinə verilməklə oraya köçürülmüşddür. Xüsusilə nəzərə alınmalıdır ki, iddiaçının istinad etdiyi hər hansı məhkəmə hökmünün və orada qeyd edilən şəxslərin verdiyi ifadələrin hAZırki iddia üzrə kredit və ipoteka müqaviləsinin etibarsız hesab edilməklə Cavabdeh5 xüsusi mülkiyyət hüququnu təsdiq edən Çıxarışın ləğv edilməsinə dəlalət edə bilməz. Belə olan halda isə hesab edir ki, iddia tam qanunsuz və əsassız olmaqla rədd edilməlidir. Cavabdeh7 ASC iddia ərizəsinə aşağıdakı məzmunda etirAZ vermişdir. Cavabdeh5 xx.xx.2021-ci il tarixli AİF/23 saylı kredit müqaviləsi bağlanılmışdır. Kredit müqaviləsinin təminatı kimi tərəflər arasında xx.xx.2021-ci il tarixli AİF/23 saylı alqı-satqı və ipoteka müqaviləsi bağlanaraq, ********** qeydiyyat nömrəli çıxarılşla Cavabdeh5 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa küçəsi, ev 121 ünvanında yerləşən daşınmAZ əmlak Bankın xeyrinə yüklü edilmişdir. Həmin müqavilələr bağlanarkən, Bank qanunveiricilikdə nəzərdə tutulan özündən asılı olan bütün hərəkətləri etmişdir. Bundan başqa iddiaçının ərizədə qeyd etdiyi hallardan da görünür ki, iddiaçının məruz qaldığı problemə görə cinayət icraatı qaydasında Cavabdeh3 barəsində ittihamedici hökm çıxarılmışdır. Həmin məhkəmə icraatı zamanı faktiki hallara qiymət verilərkən, Banka münasibətdə Bankın heç bir hüquqAZidd hərəkətə etməsi aşkar edilməmişdir. Bir daha qeyd edək ki, Bank özündən asılı olan bütün hərəkətləri edib. Konstitusiya Məhkəməsinin mövqeyinə əsasən əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir (S.N.Məmmədovanın şikayəti üzrə AZərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının AZərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 27.10.200-4cü il tarixli qərar). Digər bir qərarında Konstitusiya Məhkəməsi bildirmişdir ki, əşya üzərində mülkiyyət, habelə ipoteka və s. kimi əşya hüquqları əldə edən şəxs həmin əşya ilə bağlı hüquqlara dair dövlət reyestrindəki qeydə inanaraq hərəkət edirsə və bu zaman qeydiyyatın düzgün olmadığını bilmirsə və ya qeydiyyatın qeyri-dəqiqliyinə dair qeyd reyestrə daxil edilməyibsə, vicdanlı əldə edən hesab edilir və onun hüquqları qorunur (Xalq Bank” Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə AZərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 oktyabr 2017-ci il tarixli qərarının AZərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2018-ci il tarixli qərar). “DaşınmAZ əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddəsinə görə, daşınmAZ əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmAZ əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmAZ əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir. Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 18 iyul tarixli Qərarı). Qeyd edilənləri nəzərə alaraq, İddiaçı iddia ərizəsinin "Kapital Bank ASC-nin (ipoteka kağızının mülkiyyətçisi) adına rəsmiləşdirilmiş daşınmAZ əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızının ləğv edilməsi" hissəsində təmin edilməməmi barədə qətnamə qəbul etməyinizi xahiş edirlər. Cavabdeh5 vəkili Vəkil2 eyni zamanda aşağıdakı məzmunda ərizə vermişdir. Mülki tələb üzrə iddia müddəti tətəbiq edilməklə iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. Belə ki, iddiaçı 2022-ci ildən (Bakı Şəhər Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(008)-1005/2022 №-li qətnaməsi) bilirdi ki, Cavabdeh5 ona və ailə üzvlərinə qarşı mənzildən çıxarılma tələbi irəli sürmüşdü və həmin müddətdən etibarən ona bilirdi ki, (hətta iddiaçı həmin iş üzrə də qarşılıqlı iddia vermişdir) həmin fərdi yaşayış evi ilə bağlı mübahisə vardır. Lakin, bütün bunlara baxmayaraq o, qanunvericiliklə müəyyən edilmiş müddətdə hAZırki iddia tələbini irəli sürməli olduğu halda öz iradə ifadəsini bildirərək həmin iddianı verməmişdir. HAZırki halıda isə ilkin əqdin bağlanması tarixindən (xx.xx.2019-cu ildən) etibarən həmin əqdi vaxtında mübahisələndirmədiyindən və bunun üçün MM-lə müəyyən edilmiş 1 il müddəti ötürdüyündən hAZırki halda isə təxminən 4 ilə yaxın müddətin keçməyinə baxmayaraq yenə də iddianı qaldırmışdır. Eyni zamanda, hesab edirik ki, Cavabdeh5lə "xxxx" ASC arasıdna bağlanmış kredit və ipoteka müqaviləsi tam qanuni əsaslarla bağlanmış müqavilə olmaqla onun ləğvi və yaxud istənilən başqa üsullarla onun mübahisələndirilməsi üçün hər hansı əsas yoxdur. Cavabdeh7 ASC eyni zamanda aşağıdakı məzmunda ərizə vermişdir. Cari iş üzrə preyudisial xarakter daşıyan Bakı Şəhər Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(008)-1005/2022 №-li qətnaməsindən aydın olur ki, İddiaçı qeyd edilən əmlakın "xxxx" ASC-də ipoteka müqaviləsi ilə yüklü edilməsi barədə məlumatlıdır (həmin qətnamənin 2-ci səhifəsi). xx.xx.2024-cü il tarixdə isə İddiaçı "xxxx" ASC-yə qarşı əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia irəli sürmüşdür. Mülki Məcəllənin 354.1-ci maddəsində deyilir ki, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Preyudisial xarakter daşıyan bu ərizədə istinad edilən qətnamədən aydın olur ki, iddiaçı Bankla Cavabdeh5 arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilə barədə ən AZı xx.xx.2022-ci ildən məlumatlıdır. Bu o deməkdir ki, cari iddia üzrə kəsici müddət ən geci xx.xx.2023-cü ildə bitmişdir. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Qeyd edilənləri nəzərə alaraq, Məhkəmədən İddiaçı iddiasının iddia müddətini ötürməsinə görə qanunla müəyyən edilmiş iddia müddətinin tətbiq edilməsi ilə iddianın "xxxx" ASC-nə münasibətdə rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edirlər. Məhkəmə DaşınmAZ Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı ƏrAZi İdarəsini cavabdeh qismində işə cəlb etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lAZımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, lakin cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, Bakı şəhəri 50 saylı Notariat Ofisi, Bakı şəhəri 53 saylı Notariat Ofisi, AZərbaycan Respublikası İqtisadiyyat NAZirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "DaşınmAZ Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 1 saylı Bakı ƏrAZi İdarəsi məhkəməyə gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmiş, işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdilər. AZərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lAZımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Cavabdeh "xxxx" ASC-nin nümaynədəsi (əməkdaşı) X10 aşağıdakı məzmunda ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cari iş üzrə preyudisial xarakter daşıyan 1(101)-1079/2023 №-li məhkəmə hökmündən aydın olur ki, Cavabdeh3 iddiaçı Hüseynov Maneul Vəkiloviç və bir neçə digər zərərçəkmiş şəxslərə bir neçə epizod üzrə vurduğu zərərə görə AR CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək, məhkum edilmişdir. Həmin məhkəmə hökmünün İddiaçı izahatı qeyd edilən hissəsində yAZılmışdır “...Beləliklə, Cavabdeh3, Cavabdeh2 Nürəddin oğlu, Cavabdeh4 və X11 bir qrup şəxs halında onun əmlakını dələduzluq yolu ilə ələ keçirməklə ona külli miqdarda, yəni 300000 manat məbləğində maddi ziyan vurmuşlar. O, həmin şəxslərin barəsində qanuni tədbir görülərək ona dəymiş maddi ziyanın ödənilməsində köməklik göstərilməsini xahiş etmişdir.” (məhkəmə hökmü 17-ci bənd, səhifə 14). İstinad edilən məhkəmə hökmünün 59-cu bəndində qeyd edilir ki, “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında” 1 mart 2023-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi materiallarından Cavabdeh3 elan edilmiş itiham üzrə onunla əlbir olmuş X6, X19, ölkə ərAZisində olmayan X12 və digər şəxslər barəsində AZərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrılaraq ayrıca icraatda istintaqı davam etdirilir (cild 8, i.v. 248-250). İddiaçı tərəfindən təqdim edilən sənədlərdə iddiaçının şikayətçi olduğu X7 münasibətdə hüquqi təqibin sonrakı nəticəsi barədə heç bir məlumat qeyd edilməmişdir. Bu da işin tam və obyektiv baxılmasına mane olmaqla, iddiaçının qənayətinə görə həqiqi cavabdeh olmalı şəxsə qarşı niyə iddia tələbi irəli sürülməməsi məsələsini qaranlıqda saxlayır. İstinad edilən həmin məhkəmə hökmü iddiaçını potensial olaraq mülki iddiaçıya çevirir ki, belə olan halda cinayət əməlindən zərərçəkmiş şəxs cinayəti törədən şəxsə qarşı iddia vermək hüququ yaranır. Qanunvericiliyə əsasən zərərçəkmiş şəxs dəymiş zərərin ödənilməsini məhz cinayəti törətmiş şəxsdən tələb edir ki, indiki halda iddiaçı həmin müddəalara riayət etməyib. Qeyd edilənləri nəzərə alaraq, belə qənayətə gəlmək olar ki, İddiaçı təqdim etdiyi bu iddia qanunvericiliyə zidd olduğundan, iddia tələbi ümumiyyətlə təmin edilməməlidir. Məhkəmə işə adıçəkilən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı, onun nümayəndəsi (vəkili) Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdilər. Eyni zamanda qeyd etdilər ki, iddiaçı Cavabdeh2 40000 manat pul almış və həmin pulu qaytarmağa hAZırdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh5 vəkili Vəkil2 verdiyi etirAZın məzmununa uyğun izahat verərək iddianın Cavabdeh5 qarşı rədd edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia təmin edilməlidir. HAZırki işin faktiki halları aşağıdakılardır (sənədlər iş materiallarına əlavə edilmişdir). Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, X17 ƏrAZisi ünvanında yerləşən, ümumi sahəsi 0,05 ha olan torpaq sahəsi (bundan sonra – mübahisəli torpaq sahəsi) xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsus olmuşdur (reyestr nömrəsi **********55, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2014 olan daşınmAZ əmlakın doövlət reyestrindən çıxarış, AA seriyalı 070454 №-li torpaq sahəsinin planı və ölçüsü). Həmin torpaq sahəsi Bankda ipoteka ilə yüklü edilmiş, torpaq sahəsinin üzərində 314,1 kvadrat metrdən ibarət olan 2 mərtəbəli yaşayış evi mövcud olmuş, lakin evə dair həmin an çıxarış olmamışdır (işin mübahisəsiz halları). İddiaçı Cavabdeh2 ilə mübahisəli torpaq sahəsinə dair xx.xx.2019-cu il tarixli daşınmAZ əmlakın alqı-satqısına dair İlkin müqavilə bağlamışdılar (Bakı şəhəri 50 saylı Notariat Ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş, reyestrdə 3M-1204 № ilə qeyd edilmiş, informasiya sisteminə daxil edilmişdir). Həmin müqaviləyə əsasən tərəflər mübahisəli torpaq sahəsini xx.xx.2019-cu il tarixədək ipoteka yüklülükdən AZad edildikdən sonra 50000 manat müqabilində əsas alqısatqı müqaviləsi bağlanılması, 8000 manatın indi, 42000 manatı isə əsas alqı-satqı müqaviləsi bağlandıqdan sonra alıcı tərəfindən satıcıya ödənilməsi barədə rAZılığa gəlmişdilər. İşin mübahisəsiz hallarından biri də ondan ibarətdir ki, Cavabdeh2 40000 manatı İddiaçı ödəmişdir (borclarının ödənilməsi və sair vasitəylə). xx.xx.2019-cu il tarixli hüquqların yüklülüyünə dair Arayışdan görünür ki, torpaq sahəsi üzərində məhdudiyyət və yüklülük qeydə alınmamışdır. İddiaçı Cavabdeh3 4 saylı Bakı "ASAN xidmət" mərkəzində Notariat Ofisində xx.xx.2019-cu il tarixdə bir ay müddətinə bütün hüquqlara dair etibarnamə verilmişdir (reyestrdə 7E-24864 nömrə ilə qeyd edilmiş, informasiya sisteminə daxil edilmişdir). Bundan sonra İddiaçı ölkəni tərk etmiş və pandemiya ilə əlaqədar ölkəyə 2021-ci ilin yay aylarında qayıda bilmiş, bu vaxt ərzində, hətta hAZırki iddia məhkəməyə verilən və işin araşıdrılması başlanıldığı zaman mübahisəli evdə onun ailəsi yaşamışdır (işin mübahisəsiz halı). İddiaçı Cavabdeh3 verdiyi etibarnamə qüvvədə olan müddətdə Cavabdeh3 mübahisəli torpaq sahəsinə dair İddiaçı adından digər Cavabdeh2 ilə xx.xx.2019-cu il tarixli AN-İ seriyalı ******* №-li alqı-satqı müqaviləsi bağlamışdır (Bakı şəhəri 50 saylı Notariat Ofisində reyestrdə 4Ə-1560 № ilə qeyd edilmiş, informasiya sisteminə daxil edilmişdir). Həmin müqaviləyə əsasən Cavabdeh2 ilkin alqı-satqı müqaviləsi üzrə ödənilməli olan 42000 manat məbləğində pul vəsaitini notariusun depozit hesabı vasitəsi ilə Cavabdeh3 ödəmişdir. Beləliklə, Cavabdeh2 50000 manat qiymətləndirilmiş torpaq sahəsinə dair 40000 manatı İddiaçı, 42000 manatı isə Cavabdeh3 ödəmişdir. Bundan sonra mübahisəli torpaq sahəsinə dair Cavabdeh2 adına DaşınmAZ Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər ƏrAZi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə Cavabdeh2 **********55 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Cavabdeh2 çıxarışı aldıqdan bir ay sonra xx.xx.2020-ci il tarixdə digər Cavabdeh4 ilə mübahisəli torpaq sahəsinə dair 464837 №-li daşınmAZ əmlakın alqı-satqı müqaviləsini bağlamışdır (Bakı şəhəri 50 saylı Notariat Ofisində reyesrtdə 4Ə-135 № ilə qeyd edilib informasiya sisteminə daxil edilmişdir). Həmin müqaviləyə əsasən Cavabdeh2 90000 manat əldə etdiyi torpaq sahəsini 5000 manat müqabilində Cavabdeh4 satmışdır. Alqı-satqıdan iki gün sonra mübahisəli torpaq sahəsinə dair Cavabdeh4 adına DaşınmAZ Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər ƏrAZi İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə **********55 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Altı ay sonra Cavabdeh4 adına artıq mübahisəli torpaq sahəsi və 314,10 kv metrdən ibarət olan fərdi yaşayış evinə dair vahid əmlak (sonradan – mübahisəli əmlak) kimi yeni çıxarış verilmişdir (daşınmAZ əmlakın reyestr nömrəsi **********55-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2020). Həmin mübahisəli əmlaka dair çıxarış Cavabdeh4 adına torpaq sahəsinin çıxarışı, plan və ölçüsü, eskiz layihə, lisenziyaya əsasən verilmişdir (DaşınmAZ Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı ƏrAZi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktub). Kreditor-ipoteka saxlayan Cavabdeh7 ASC, alıcı-ipoteka qoyan Cavabdeh5 və satıcı Cavabdeh4 arasında xx.xx.2021-ci il tarixli AİF/23 №-li alqı-satqı və ipoteka müqaviləsi bağlanılmışdır (Bakı şəhəri 53 saylı Dövlət Notariat Kontorunda reyestrdə №-4Ə-1054 № ilə qeyd edilib informasiya sisteminə daxil edilmişdir). Həmin müqaviləyə əsasən mübahisəli əmlak Cavabdeh4 tərəfindən Cavabdeh5 170000 manat məbləğində satılmış, həmin pulun 51000 manat hissəsini Cavabdeh5 tərəfindən ödənilmiş, qalan 119000 manat isə Cavabdeh7 ASC tərəfindən verilmiş kredit əsasında ödənilmişdir. Bundan sonra Cavabdeh5 adına mübahisəli əmlaka dair çıxarış verilmişdir (daşınmAZ əmlakın reyestr nömrəsi **********55-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2021). HAZırda həmin əmlak Cavabdeh7 ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir (yüklülüyün qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2021). Qeyd edilən hadisələr baş verən zaman hAZırki iddia məhkəməyə verilənədək və onlan da sonra 7-8 ay ərzində mübahisəli əmlakda İddiaçı ailəsi yaşamışdır (işin mübahisəsiz halı). Cavabdeh5 evi aldıqdan 7 ay sonra xx.xx.2021-ci il tarixdə Cavabdeh4 qarşı Sabunçu rayon Məhkəməsində mübahisəli evdən çıxarılmasına dair iddia qaldırmış (iş № 2(008)- 1005/2022), xx.xx.2022-ci il tarixdə iddianın dəqiqləşdirilməsinə dair ərizə verərək artıq tələbi İddiaçı və onun ailə üzvlərinə yönəltmiş, həmin ərizəyə Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Ramana qəsəbəsi inzibati ərAZi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli mübahisəli evdə İddiaçı və onun ailə üzvlərinin yaşamaqları barədə məktubunu əlavə etmişdir. Bundan sonra məhkəmədə həmin iş üzrə xx.xx.2022, xx.xx.2022, xx.xx.2022-ci il tarixlərində hAZırlıq iclasları keçirilmiş, həmin işdə İddiaçı xx.xx.2022-ci il tarixdə qarşılıqlı iddia verərək, evin onun mülkiyyətindən çıxmasının qanunsuz olduğunu bildirmiş və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (qarşılıqlı iddia adlandırılsa da, faktiki iddia ərizəsinə etirAZ olmuşdur). Həmin qarşılıqlı iddia icraata qəbul edilməmişdir. xx.xx.2022-ci il tarixdə Sabunçu rayon Məhkəməsinin həmin iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı və onun ailə üzvlərinin evdən çıxarılması qət edilmiş, qətnamə Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli qərarından sonra qanuni qüvvəsi almış, icra edilmiş, həmin evdə hAZırda Cavabdeh5 yaşayır və o, evin satılması barədə internetdə mütəmadi olaraq elanlar yerləşdirir. xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə hAZırlıq iclasında iştirak edən Cavabdeh5 işin hallarına dair izah verərək qeyd etmişdir ki, o, evi almaq istəyəndə sadəcə həyətindən evə baxmış, evin içərisinə baxmamış, vizual baxışdan evi bəyənmiş, sonra dediklərini təkzib edərək, evin birinci mərtəbəsinə baxdığını, lakin yuxarılara çıxmadığını bildirmişdir. İddiaçı isə bu halın heç bir zaman baş vermədiyini, ümumiyyətlə Cavabdeh5ı nə özü, nə də ailə üzvləri tərəfindən heç görmədiyini, evin ona məxsus olduğundan əmin olduğu üçün ailəsinin orada rahat yaşadığını bildirmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1079/2023 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qanuni qüvvəsini almış hökmü ilə təqsirləndirilən şəxs hAZırki mülki işdə cavabdehlərdən biri olan Cavabdeh3 AZərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli biliniş və 7 il 6 ay müddətə AZadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin hökmlə aşağıdakılar müəyyən edilmişdir. Cavabdeh3 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib əmlak hüquqlarını əldə etməklə təkrarən bir neçə zərərçəkmiş şəxsə, eyni zamanda hAZırki iddia üzrə idddiaçı İddiaçı xeyli və külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Cavabdeh3 tamah niyyəti ilə özünü ev və torpaq alqı-satqısı ilə məşğul olan şəxs kimi təqdim edərək İddiaçı məxsus olan, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, X17 ərAZisində yerləşən 40000 manat müqabilində bankda girovda olan 0,05 hektar torpaq sahəsini girovdan çıxardacağına, həmin torpaq sahəsinin üzərində olan 2 mərtəbəli 314,1 kvadrat metr sahəsi olan yaşayış evini sataraq guya sonuncuya 300000 manat pul verəcəyinə dair vəd verib inandırmaqla aldadaraq, İddiaçı həmin evi Cavabdeh2 Nürəddin oğluna satacağına dair vəd verib, sonuncunun adına daşınmAZ əmlakın alqısatqısına dair ilkin müqavilə tərtib etdirib və etibarnamə alaraq, Cavabdeh2 torpağın girovdan çıxarılması üçün 40000 manat, gələcəkdə torpaq sahəsi və evi Cavabdeh2 adına rəsmiləşdirəcəyinə dair yalan vəd verərək 88000 manat pulu alıb ələ keçirməklə, İddiaçı məlumatı olmadan xx.xx.2020-ci il tarixdə həmin daşınmAZ əmlaka DaşınmAZ Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı ƏrAZi İdarəsindən çıxarış alıb həmin fərdi yaşayış evini Cavabdeh2 aldığı pulu qaytarmaq məqsədi ilə xx.xx.2021-ci il tarixdə "Kapital Bank” ASC-nin AİF/23 nömrəli alqı-satqı və ipoteka müqaviləsi ilə 170000 manata həmin banka girov qoyub 118000 manat pul çıxarıb zərərçəkmiş şəxs İddiaçı 300000 manat məbləğində külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş hAZırki mülki iş üzrə cavvabdeh olan Cavabdeh2 Nürəddin oğlu ifadə verərək göstərmişdir ki, İddiaçı tanışı Vüsalın vasitəsilə tanımış, 2019-cu ilin noyabr ayının ortalarında Vüsal ona 200000 manatlıq evi sahibi ilə şərikli iş görəcəyindən ucuz qiymətə satılacağını demişdir. Həmin torpaq sahəsi və ev heç vaxt X1. Evin sənədlərini almış və banka qoyaraq pul götürmüşlər. Həmin pulun məbləğini dəqiq xatırlamır, təxminən 120000 manata yaxın pul olmuşdur. Həmin evin heç bir satışı olmamışdır, evin sahibi orada indiyə kimi də yaşayır. Məhkəmədə şahid qismində dindirilmiş hAZırki mülki iş üzrə cavabdeh olan Cavabdeh4 göstərmişdir ki, Cavabdeh2 atasının tanışı kimi tanımışdır. Subay olduğu üçün Namiq ondan torpaq və yaxud evə onun adına çıxarış almasını xahiş etmiş, o da atası ilə məsləhətləşdikdən sonra Namiqlə rAZılaşmışdır. O, həmin torpaq sahəsi və yaxud fərdi yaşayış evində olmamış və onun harada yerləşməsini bilmir. Namiq ona həmin torpaq sahəsinin və fərdi yaşayış evinin özünə məxsus olmasını bildirmişdir. xx.xx.2020-ci il tarixdə evin yerləşdiyi torpaq sahəsi notariat kontorunda onun adına sənədləşdirilmişdir. O, həmin evə dair onun adına çıxarışın alınmasını, çıxarışın alınması üçün kiməsə etibarnamənin verilməsini xatırlamır. 2021-ci ilin aprel ayının sonlarında Namiq onunla birgə banka getməli olmasını bildirmişdir. O, 30 aprel 2021-ci il tarixdə Namiqlə notariat kontorunda görüşmüş, orada Namiq ona evi ipotekaya qoyduğunu bildirmişdir. Namiqin tanışı olan Rizvan vasitəsilə tanımadığı şəxs 81800 manat pul gətirmiş və onunla həmin pula dair formal olaraq bir günlük borc müqaviləsi bağlamış, notariatdan çıxmış və "Kapital banka” ilkin ödəniş kimi görsənməsi üçün 51000 manat pul qoymuş, 53 saylı Notariat kontronunda onunla Süleyman arasında alqı-satqı və ipoteka müqaviləsi bağlanmış və notariusdan ona qəbz verilmiş, həmin qəbz vasitəsi ilə Kapital Bankdan 170000 manat pulu götürüb çıxmış, pulu Süleymana vermiş, sonra həmin puldan 81800 manatı tanımadığı şəxsə verib borc müqaviləsinə xitam verdirmiş, qalan pul Namiq, Rizvan və Süleyman arasında bölünmüş, lakin kimin nə qədər pul götürməsini bilməmiş və həmin puldan ona heç nə çatmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş hAZırki iş üzrə Cavabdeh5 Sultan oğlu ifadəsində bildirmişdir ki, o, 44 günlük Vətən Müharibəsində xəsarət almışdır. Hərbi qulluqçu olduğundan 8%-lə ipoteka ilə ev almaq hüququndan istifadə edərək özünə ev almaq qərarına gəlmiş və internetdə ev axtararkən makler Rizvan ilə tanış olaraq onunla danışmışdır. Rizvan ona Şamxal adlı şəxsə məxsus Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa küçəsi 121 ünvanda yerləşən evin satılmasını demişdir. O, Şamxal ilə birlikdə dəqiq xatırlamadığı tarixdə evə baxmışlar. İki mərtəbə və mansarddan ibarət olan evdə başqa adam olmamış, açarlar isə onda olmuşdur. Cavabdeh5 evi bəyəndiyindən almaq qərarına gəlmiş, Şamxal evi 175000 manata satdığını bildirmişdir. O, xidmət etdiyi hərbi hissəyə gedərək lAZım olan sənədləri toplayaraq banka, qalan sənədləri isə ipoteka fonduna təqdim etmişdir. Bundan sonra bank əməkdaşları onun iştirakı olmadan evin sahibi Şamxal ilə evə baxmışlar. Daha sonra o, banka dəvət edilərək evə 170000 manat qiymət qoyulduğunu, banka 51000 manat ilkin ödəniş etməli olduğu deyilmişdir. Onun özündə bir qədər pul olmuş, qalan pulu da qohum və tanışlardan toplayaraq 51000 manat pulu banka təqdim etmiş, ilkin ödənişi etdikdən sonra Şamxal ilə notariat kontoruna gedərək həmin evin ipoteka fonduna keçirilməsi barədə sənədləri imzalamış və alqı-satqı olmuş, çıxarışı almışdır. Daha sonra evə köçməklə əlaqədar Şamxal ilə əlaqə saxlamış, sonuncu da ailəsi ilə birlikdə yaşadığından 1 ay vaxt verməsini xahiş etmişdir. O, bir ay gözlədikdən sonra Şamxal ilə əlaqə saxladıqda sonuncu ona ev tapa bilmədiyini bildirməklə yenidən möhlət istəmişdir. O, da ona 1 ay artıq vaxt vermişdir. Şamxal ona evdə qaldığı üçün aylıq ödənişlərini edəcəyini bildirsə də, sonuncu heç bir ödəniş etməmişdir. Bundan sonra o, həmin evə getdikdə orada başqa adamların yaşadığını görmüş, sonuncular evin onlara məxsus olmasını demişdir. O, vəziyyəti belə gördükdə banka gedərək bu barədə məlumat vermiş və evdən imtina etmək barədə ərizə yAZmışdır. Bankda ona məhkəməyə müraciət edərək evi alması deyilmiş, buna görə də o, Sabunçu Rayon Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə hAZırda həmin evdə yaşayan şəxslərin evdən çıxarılması qərara alınmışdır. Bundan sonra icraçılar evə gedərək həmin şəxsləri evdən çıxmaları barədə xəbərdarlıq etmiş, Manuel adlı şəxs isə apellyasiya şikayəti vermişdir. O, Cavabdeh2 adlı şəxsi tanımır və onunla görüşməmişdir. Şamxal adlı şəxs evin ona məxsus olduğunu bildirməklə onu 170000 manata satmağa rAZılaşdırmış və o, 30 aprel 2021-ci il tarixdə 51000 manatı "Kapital Bank”a qəbzlə ödəmişdir. Bankdan ona 119000 manat pul ipoteka ilə ayrılmışdır. O, 170000 manat pulun bankdan Şamxalın götürdüyünü bildirmişdir. Beləliklə, qanuni qüvvəsini almış hökmlə müəyən edilmişdir ki, mübahisəli əmlaka dair iddiaçıya 340000 manat pul vəd edilmiş, həmin məbləğin 40000 manat hissəsini iddiaçı almış, sonradan bir neçə formal alqı-satqı müqaviləsi və ipoteka müqaviləsi bağlanılmış, bankdan kredit götürülüb bir neçə şəxsin arasında bölünmüş, iddiaçı 300000 manatı almamış, məhz Cavabdeh3 həmin fərdi yaşayış evini Cavabdeh2 aldığı pulu qaytarmaq məqsədi ilə xx.xx.2021-ci il tarixdə "Kapital Bank” ASC-nin AİF/23 nömrəli alqı-satqı və ipoteka müqaviləsi ilə 170000 manata həmin banka girov qoyub 118000 manat pul çıxartmışdır. HAZırda iddiaçı mübahisəli torpağa və mübahisəli əmlaka dair bağlanmış bütün müqavilələrin etibarsız hesab edilməsi, daşınmAZ əmlakın dövlət reyestrindəki qeydlərin ləğv edilməsi və ipotekaya xitam verilməsini istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin qanuni və əsaslı olduğu qənaətinə gəlmişdir. AZərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Qeyd edilməlidir ki, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir (“AZərbaycan Respublikası Mülki prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun 23 fevral 2016-ci il tarixli Qərarı). Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). Beləliklə, iddiaçının onun iradə ifadəsindən kənar əmlakından hAZırki iş üzrə cavabdeh olan fiziki şəxslər tərəfindən məhrum olması yuxarıda qeyd olunan qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə təsdiq olunmuşdur, bu hal hAZırki mülki iş üçün məcburidir və bu halın əlavə araşdırılmasına zərurət aradan qalxmışdır. İşin yuxarıda sadalanan hallarından məhkəmə müəyyən etmişdir ki, fiziki şəxs olan cavabdehlərdə əmlak almaq niyyəti olmamış, onların niyyəti nəticə etibarı ilə əmlakı banka girov qoyub pul götürüb aralarında bölməkdən ibarət olmuşdur. Belə ki, qeyd edildiyi kimi, mübahisəli əmlaka iddiaçının adına öncədən vahid əmlak kimi çıxarış verilməmiş, çıxarış yalnız 0,05 ha torpaq sahəsinə olmuş, onun üzərində inşa edilmiş yaşayış evinə çıxarış verilməmişdir. Məhkəmə müəyyən etmişdir ki, Cavabdeh2 mübahisəli torpaq sahəsinə xx.xx.2019cu il tarixdə çıxarış aldıqdan bir ay sonra xx.xx.2020-ci il tarixdə Cavabdeh4 torpaq sahəsini 5000 manata, yəni şərti bir məbləğə satmış, sonuncu torpağa dair çıxarışı xx.xx.2020-ci il tarixdə almış, altı ay ərzində 314,10 kv metrdən ibarət olan fərdi yaşayış evinə sənədləri hAZırlamış və xx.xx.2020-ci il tarixdə vahid əmlaka dair çıxarış almışdır. Cavabdeh4 cinayəti işində verdiyi ifadəsindən məlum olmuşdur ki, o, evli olmadığından onun adına sənədləşdirmə işlərinin aparılması problemsiz olmuş, o, evi, torpaq sahəsini heç görməmiş, onların yerləşdiyi yeri belə bilməmiş, yalnız atasının məsləhəti ilə onun tanışı olan Cavabdeh2 xahişini icra etmişdir. Cavabdeh4 xx.xx.2020-ci il tarixdə çıxarışı aldıqdan 8 ay sonra xx.xx.2021-ci mənzili ipoteka yolu ilə Cavabdeh5 satmışdır. Cavabdeh5 evi almaq niyyətinin olmaması aşağıdakı işin faktiki halları ilə təsdiq olunur. Cavabdeh5 məhkəmədə bildirmişdir ki, evi almaq istəyəndə sadəcə həyətindən evə baxmış, evin içərisinə baxmamış, vizual baxışdan evi bəyənmiş, sonra verdiyi məlumatı dəyişərək, evin birinci mərtəbəsinə baxdığını, lakin yuxarılara çıxmadığını qeyd etmiş, iddiaçı isə bu halın olmadığını demişdir. Cinayəti işində Cavabdeh5 evə Şamxal ilə birlikdə baxdığını, evi aldıqdan sonra evə köçməklə əlaqədar Şamxal ilə əlaqə saxladığını, sonuncun ailəsi ilə birlikdə yaşadığından 1 ay vaxt verməsini xahiş etdiyini, bir ay gözlədikdən sonra Şamxalın yenidən möhlət istədiyini, Şamxal evdə qaldığı üçün aylıq ödənişlərini edəcəyinə vədin verdiyini, lakin heç bir ödəniş etmədiyini, bundan sonra evə getdikdə orada başqa adamların yaşadığını gördüyünü, sonuncuların evin onlara məxsus olduğunu bildirdiyi barədə izahat vermişdir. Lakin, Cavabdeh4 cinayəti işində evi, torpaq sahəsini heç görmədiyini, onların yerləşdiyi yeri belə bilmədiyi barədə izahat vermişdir. Qeyd edildiyi kimi, Cavabdeh5 xx.xx.2021-ci il tarixdə alqı-satqı və ipoteka müqaviləsi bağlanılmış, xx.xx.2021-ci il tarixdə çıxarış almış, xx.xx.2021-ci il tarixdə Cavabdeh4 qarşı evdən çıxarılmasına dair iddia qaldırmış və yalnız xx.xx.2022-ci il tarixdə tələbi İddiaçı və onun ailə üzvlərinə yönəltmiş, həmin ərizəyə Sabunçu rayon İcra Hakmiyyəti Başçısının Ramana qəsəbəsi inzibati ərAZi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli mübahisəli evdə İddiaçı və onun ailə üzvlərinin yaşamaqları barədə məktubunu əlavə etmişdir. Yəni, Cavabdeh5 xx.xx.2021-ci il tarixdə 170000 manat müqabilində əldə etdiyi evdə satıcının deyil, hAZırki iş üzrə iddiaçı olan İddiaçı və onun ailəsinin yaşadığını 11 ay sonra, xx.xx.2022-ci il tarixdə bilmiş, halbuki işin mübahisəsiz halı ondan ibarətdir ki, həmin evdə Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli qərarınadək İddiaçı və onun ailə üzvləri yaşamışdılar. Beləliklə, Cavabdeh5 ən AZı xx.xx.2021-ci il tarixdən (ipoteka üçün sənədlərin hAZırlanması bir neçə ay əvvəl başlanmışdır) xx.xx.2022-ci il tarixədək həmin evdə İddiaçı yaşadığını bilməmişdir, bu hal da onun evi heç görmədəyini, bununla da evi almaq niyyətininin olmadığın sübut edir. Bundan başqa, həmin evi ona göstərməli olan Cavabdeh4 evin harada yerləşməsi barədə məlumatının olmadığını bildirmişdir. Yəni, evin yerini bilməyən satıcı onu alıcıya göstərə bilməzdi. Beləliklə, Cavabdeh5 cinayət işi üzrə məhkəmədə, hAZırki mülki işin hAZırlıq iclasında bir-birinə ziddiyyətli məlumatlar vermişdir, bu hal da onun ümumiyyətli mübahisəli evi heç bir zaman (məhkəmə qətnaməsi icra edilənədək) görmədiynə dəlalət edir. Bundan başqa, hökmdən göründüyü kimi, Cavabdeh3 törətdiyi cinayətin tərkibini ilkin alqı-satqı müqaviləsindən sonuncu alqı-satqı və ipoteka müqaviləsinə kimi olan hərəkətləri yaratmışdır. Yəni, Cavabdeh7 ASC, Cavabdeh5 və Cavabdeh4 arasında xx.xx.2021-ci il tarixdə bağlanmış alqı-satqı və ipoteka müqaviləsi Cavabdeh3 törətdiyi cinayətin tərkib hissəsi olmuşdur. Bundan başqa, hərbiçi olan Cavabdeh5 ipoteka yolu ilə əldə etdiyi evi evə köçən gündən satışa çaxırtmışdır. Bu hal bir daha onun ev almaq niyyətinin olmadığına dəlalət edir. Qeyd edildiyi kimi, məhkəmə hökmü ilə Cavabdeh3 bir qrup şəxs tərəfindən İddiaçı maddi ziyan vurmaqla dələduzluq etdiyi müəyyən edilmiş, lakin həmin bir qrup şəxs barədə hökm çıxarılmamış, hAZırki iş üzrə cavabdehlər şahid qismində dindirilmiş və bununla da məhz onların Cavabdeh3 ilə eyni niyyətdə olduqları müəyyən edilmişdir. Eyni zamanda, məhkəmə hesab edir ki, Cavabdeh7 da mübahisəli evi ipoteka ilə yüklü edərkən, həmin evə baxış keçirməmişdir. Belə ki, Cavabdeh7 tərəfindən evin fotoşəkilləri təqdim edilmiş, lakin iddiaçının verdiyi məlumata əsasən həmin fotoşəkilləri zamanında Namiqlə Vüsal tərəfindən çəkilmişdir. Həmin fotoşəkillərin Bank tərəfindən çəkilməsi üçün evi satan Cavabdeh4 tərəfindən evin Banka təqdim edilməsi tələb olunur, lakin qeyd edildiyi kimi, Şamxal həmin evi heç bir zaman görməmiş, orada bir gün də olsun yaşamamışdır. Bundan başqa, məhkəmə hesab edir ki, Bank tərəfindən evə baxış keçirilmiş olsaydı, evdə satıcının deyil, digər şəxslərin yaşadığı və evin mübahisəli olduğu müəyyən olunardı. Cinayəti işinə baxan məhkəmə Cavabdeh3 bir qrup şəxslə (hAZırki işdə fiziki şəxslər olan cavabdehlər nəzərdə tutulur) mübahisəli əmlakı "Kapital Bank” ASC-yə girov qoyub İddiaçı 300000 manat məbləğində külli miqdarda maddi ziyan vurduğu müəyyən edilmişdir. Yəni, məhkəmə xx.xx.2021-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsinin qanuniliyini müəyyən etməmiş, məhz həmin müqavilə də daxil olmaqla, bütün müqavilələrin iddiaçının aldatmaq yolu ilə bağlandığını müəyyən etmişdir. Yəni, məhkəmədə mübahisəli əmlakın iddiaçının mülkiyyətindən çıxması ilk addımdan son addıma kimi dələduzluğun obyekti kimi qiymətləndirilmişdir. Odur ki, məhkəmə hesab edir ki, mübahisə predmeti olan müqavilələr (ilkin alqı-satqı müqaviləsi ististna olmaqala) uydurma əqd olmaqla onlara uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqdlərdir və onlar əhəmiyyətsizdilər. Belə ki, AZərbaycan Respublikası Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4-cü maddəsinə əssən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur, bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir, uydurma əqd əhəmiyyətsizdir. Beləliklə, məhkəmə müəyyən etmişdir ki, birinci ilkin alqı-satqı müqaviləsi istisna olmaqla, digər bütün alqı-satqı müqavilələri uydurma əqd olmaqla əhəmiyyətsiz əqdlərdir və onlar məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasında asılı olmayaraq özlüyündə etibarsız olan əqdlərdir. Cavabdehlər Cavabdeh5 və Cavabdeh7 ASC bir illik iddia müddətinin tədbiq edilməsi və iddianın rədd edilməsini xahiş etmişdilər. Cavabdeh5 MM-lə müəyyən edilmiş 1 il müddətin tədbiqini istəmiş, bu zaman hərhansı qanun normasına istinad etməmiş, Cavabdeh7 ASC Mülki Məcəllənin 354.1-ci maddəsinə istinad etmişdir. Həmin maddəyə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. “AZərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” AZərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, «Mülki Məcəllənin etibarsız əqdlər üzrə müddətləri müəyyən edən 354.1-ci maddəsinə müvafiq olaraq, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. ……. əhəmiyyətsiz əqd heç bir əlavə şərtdən, o cümlədən müddətin keçməsindən, tərəflərin iradəsindən, məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq bağlandığı andan özlüyündə etibarsız olan əqddir. Bu baxımdan özlüyündə etibarsız olan əhəmiyyətsiz əqdlər məhkəmə tərəfindən yenidən etibarsız hala gətirilə bilməz və Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilən müddət əqdin əhəmiyyətsiz hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş müddət deyildir. Bu müddət əhəmiyyətsiz əqdlərin nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddətdir. Mülki Məcəllənin əqdlərin etibarsızlığının nəticələrini təsbit edən 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Qeyd edilən norma etibarsız əqdlər üzrə həyata keçirilmiş icra hərəkətlərinin nəticələrinin aradan qaldırılması məqsədini daşıyır. Beləliklə, Mülki Məcəllənin 354.1-ci maddəsi əhəmiyyətsiz əqd üzrə qarşı tərəfdən icra olunmuşların geri qaytarılması ilə bağlı məhkəmədə iddia qaldırılması üçün müəyyən edilmiş müddətdir. Mülki Məcəllənin 337.3 və 337.4-cü maddələrinə görə, əhəmiyyətsiz əqd bağlandığı andan etibarsız əqd olaraq heç bir hüquqi nəticəyə, yəni hüquq və öhdəliklərin yaranmasına səbəb ola bilməz, bu zaman əhəmiyyətsiz əqd üzrə alınanların geri qaytarılması üçün iddia qaldırmaq hüququnun müddətlə məhdudlaşdırılmış olması haqlı olaraq mübahisəyə səbəb olur. Konstitusiya Məhkəməsinin Plenumu bununla bağlı qeyd edir ki, Mülki Məcəllənin 337.5-ci maddəsində nəzərdə tutulmuş qayda (restitusiya qaydası) və Mülki Məcəllənin 354.1-ci maddəsində əhəmiyyətsiz əqdin etibarsızlığının nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddət Mülki Məcəllədə belə əqdlərin etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığı hallarda tətbiq edilir. Qeyd olunmalıdır ki, əhəmiyyətsiz əqd üzrə yalnız əvəzedilən əşyalar üzərində əldə edənin hüququ yarana və nəticədə əsassız varlanma baş verə bilər. Mülki Məcəllənin 135.7-ci maddəsinə uyğun olaraq, başqa əşyalardan yalnız özlərinə xas əlamətlərə görə ayrılmış fərdi-müəyyən əşyalar əvəzedilməz əşyalar sayılır. Növ əlamətlərinə görə fərqlənən, dövriyyədə adətən say, ölçü və ya çəki ilə müəyyənləşdirilən daşınar əşyalar isə əvəzedilən əşyalar sayılır. Mülki qanunvericilikdə nəzərdə tutulmuş qeyd edilən təsnifat həmin əşyalar üzərində hüququn yaranması baxımından təcrübi əhəmiyyət kəsb edir. Fərdi-müəyyən əşyalar (daşınmAZ əşyalar, hüquqi statusuna görə daşınmAZ əşyalara bərabər tutulan daşınar əşyalar – avtomobil, gəmi və s., habelə digər daşınar əşyalar – telefon, kompüter və s.) üzərində hüquqi əsas olmadan hər hansı bir hüquq əldə edilə bilməz. Belə əşyalar yalnız onlara xas əlamətləri ilə digərlərindən fərqləndiyi üçün əldə edənin əmlakına qarışmır və bu səbəbdən də hüquqi əsas olmadan əldə edənin mülkiyyətinə keçmir. Odur ki, əhəmiyyətsiz əqd arzu olunan heç bir hüquqi nəticələrə səbəb olmadığından, belə əqd üzrə fərdi-müəyyən əşya olan daşınmAZ əşyaya dair dövlət reyestrində müvafiq şəxsin adına aparılmış qeydiyyat da əsassız sayılacaqdır. Bu halda isə xeyrinə qeydiyyat aparılmış şəxs daşınmAZ əşyaya dair hüquq əldə etməyəcək, həmin əşya əqd əsasında özgəninkiləşdirənin mülkiyyətində qalmaqda davam edəcəkdir. Mülki Məcəllənin 141-ci maddəsinə uyğun olaraq, daşınmAZ əmlakın dövlət reyestrinin məzmunu həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ pozulmuş şəxs tərəfindən müvafiq düzəlişin aparılması tələb edilə bilər. Qeyd edildiyi kimi, əvəzedilən əşyalar mülki dövriyyədə yalnız say, ölçü, çəki ilə müəyyənləşdirilən əşyalardır ki, bu əşyalar əhəmiyyətsiz əqd üzrə verilmiş olsa belə, əldə edənin əmlakına qarışdığından, sonuncunun həmin əşya üzərində hüququ yaranır. Lakin əldə edənin əşya üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olur. Məhz bu halda əhəmiyyətsiz əqd üzrə şəxs digər tərəfə qarşı tələb hüququnu reallaşdıraraq, Mülki Məcəllənin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir il müddət ərzində əhəmiyyətsiz əqd üzrə icra edilmişlərin geri qaytarılması ilə bağlı iddia verə bilər. Yəni həmin maddədə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqdin icrası nəticəsində yaranmış əsassız varlanma halları ilə bağlı tələblər üçün keçərlidir. Beləliklə, əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı baş verdiyi təqdirdə, Mülki Məcəllənin 354.1-ci maddəsinə uyğun olaraq qarşı tərəfin əhəmiyyətsiz əqd əsasında əldə etdiklərinin geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin ödənilməsi ilə bağlı tələb hüququ bir il ərzində irəli sürülə bilər. Digər səbəblərdən yaranmış əsassız varlanma hallarında (məsələn, bankın yanlışlıqla şəxsin hesabına pul vəsaiti köçürməsi) isə əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Bu müddət tələb hüququ ilə bağlı nəzərdə tutulmuş iddia müddətidir. Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən isə bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Göründüyü kimi, normada şəxsə qarşı tələb hüququnun deyil, əqdi mübahisələndirmək hüququnun realizəsi ilə bağlı müddət nəzərdə tutulmuşdur. Başqa sözlə, əqdin bağlanması zamanı iradə ifadəsi zədələnmiş şəxsin məhz maddədə göstərilən müddətlər ərzində həmin əqdi mübahisələndirmək hüququ tanınmışdır. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Beləliklə, mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Məhz bu ikili xüsusiyyəti olduğuna görə hüquqi müəyyənlik nöqteyi-nəzərindən mübahisləndirmənin yalnız konkret və kəsici müddətlər daxilində həyata keçirilməsi zərurəti vardır. Bu baxımdan qanunvericilikdə mübahisə edilən əqdlərlə bağlı xüsusi olaraq fərqli müddət nəzərdə tutulmadığı təqdirdə, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilmiş kəsici müddətlər ərzində mübahisələndirmənin mümkün olduğu müəyyən edilmişdir. Oxşar hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli Qərarında da ifadə edilmişdir. Qərarda göstərilmişdir ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lAZımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Beləliklə, Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddət kəsici müddət olmaqla əqdin mübahisələndirilməsi hüququna aiddir və bu müddətin keçməsi hüququn xitamına səbəb olur. Qeyd olunanlara əsasən Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir: - Mülki Məcəllənin 337.2-ci maddəsinə uyğun olaraq, mübahisə edilən əqdlərin etibarsızlığı əqdin mübahisələndirilməsi ilə bağlı iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə şərtləndirilir. Əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa tərəflər məhkəməyə müraciət edə bilərlər; - Mülki Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd bağlandığı andan arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Əqdin əhəmiyyətsizliyi ilə bağlı mübahisə olarsa əhəmiyyətsizliyin təsdiqi üçün məhkəmədə iddia qaldırıla bilər; ……………………………. - Mülki Məcəllənin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqd üzrə yaranan əsassız varlanma halları ilə bağlı icra edilmişlərin geri qaytarılması tələblərinə tətbiq edilir; - bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks etdirilən hüquqi mövqelərə uyğun olaraq, Mülki Məcəllənin 337.5-ci maddəsində müəyyən edilmiş restitusiya və 354.1-ci maddəsində göstərilən bir illik müddət həmin Məcəllədə belə əqdlərin etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığı hallarda tətbiq edilir; - Mülki Məcəllənin 354.2-ci maddəsində müəyyən edilmiş müddətlər iradə ifadəsinin zədələnməsi hallarında əqdi mübahisələndirmək hüququnun həyata keçirilməsi ilə bağlı nəzərdə tutulmuş kəsici müddətlərdir; - Mülki Məcəllənin 337-ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır.» Beləliklə, birinci müqavilə istista olmaqla, digər bütün müqavilələr əhəmiyyətsiz əqd olduğundan və onlar bağlandığı andan etibarsız olduğundan, hAZırda iddiaçı yalnız əhəmiyyətsizliyin təsdiqi barədə olduğundan iddia müddəti tədbiq edilə bilməz. AZərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə əsasən, AZərbaycan Respublikasında mülkiyyət toxunulmAZdır və dövlət tərəfindən müdafiə olunur. «İnsan Hüquqlarının və Əsas AZadlıqlarının Müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. AZərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı öz iradəsinə zidd olaraq mülkiyyət hüququndan məhrum olmuşdur. Odur ki, birinci müqavilə istisna olmaqla, digər bütün müqavilələr etibarsız hesab edilməli və həmin müqavilələrin əsasında daşınmAZ əmlakı reyestrində aparılmış qeydlər ləğv edilməlidir. Belə ki, Mülki Məcəllənin Mülki Məcəllənin 140-cı maddəsində reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirAZın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Qeyd edildiyi kimi, cavabdehlər reyestrdəki qeydlərin qeyri-dəqiq olduğunu bilirdilər və bu qeydlər ləğv edilməlidir. “İpoteka haqqında” AZərbaycan Respublikası Qanununun 32.3-cü maddəsinə əsasən iİpoteka predmeti olan əşya əslində onun mülkiyyətçisinin başqa şəxs olmasına görə qanunla müəyyən edilmiş qaydada ipoteka qoyandan alındıqda bu əşya barəsində ipotekaya xitam verilir. Bu halda ipoteka saxlayan məhkəmənin müvafiq qərarı qüvvəyə mindikdən sonra əsas öhdəliyin vaxtından əvvəl icrasını tələb edə bilər. Odur ki, məhkəmə hesab edir ki, nə qədər ki, nəticə etibarı ilə ipoteka predmeti ipoteka qoyan Mirzəyev Suleymandan alınmalı olduğundan ipotekaya xitam verilməlidir. Belə olan halda, Cavabdeh7 ASC hAZırki qətnamə qanuni qüvvəsini aldığı təqdirdə əsas öhdəliyin vaxtından əvvəl icrasını Mirzəyev Suleymandan tələb edə bilər. Məhkəmə iddianın «müddəti xx.xx.2019-cu il tarixə kimi şərtləşdirilmiş xx.xx.2014-cü il tarixli, reyestr nömrəsi **********55, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən xüsusi mülkiyyət hüquqları ilə İddiaçı məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, X17 ƏrAZisi ünvanında yerləşən, ümumi sahəsi 0,05 ha olan torpaq sahəsinin ipoteka yüklülükdən AZad edildikdən sonra 50000 (əlli min) manata Cavabdeh2 gələcəkdə satılması barədə Bakı şəhəri 50 saylı Notariat Ofisində bağlanmış 3M-1204 reyestr nömrəli daşınmAZ əmlakın alqı-satqına dair ilkin müqavilənin etibarsız hesab edilməsi” hissəsində dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülki Məcəllənin: 402.1-ci maddəsinə əsasən ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. 402.2-ci maddəsinə əsasən ilkin müqavilə əsas müqavilə üçün nəzərdə tutulmuş formada bağlanır. İlkin müqavilənin formasına dair qaydalara əməl edilməməsi onun əhəmiyyətsizliyinə səbəb olur. 402.3-cü maddəsinə əsasən ilkin müqavilədə əsas müqavilənin predmetini, habelə digər mühüm şərtlərini müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir. 402.4-ci maddəsinə əsasən ilkin müqavilədə tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilir. Əgər ilkin müqavilədə bu müddət müəyyənləşdirilməyibsə, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanmalıdır. 402.5-ci maddəsinə əsasən əgər əsas müqavilə tərəflərin onu bağlamalı olduğu müddət qurtarana qədər bağlanmAZsa və ya tərəflərdən biri digər tərəfə həmin müqaviləni bağlamaq barədə təklif göndərməzsə, ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilir. İlkin müqavilədən görünür ki, notarius müqavilə tərəflərinə MM-nin 402-ci maddəsinin məzmununu izah etmişdir. İlkin alqı-satqı müqaviləsindən görünür ki, əsas müqavilənin xx.xx.2019-cu il tarixə kimi bağlanması nəzərdə tutulmuş, lakin əsas müqavilə İddiaçı adından Vüsal tərəfindən xx.xx.2019-cu il tarixdə (etibarnamənin qüvvədə olduğunun sonuncu günündə) bağlanmış, artıq müəyyən edildiyi kimi, İddiaçı digər tərəf olan Cavabdeh2 həmin müqaviləni bağlamaq barədə təklif göndərməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilmişdir. Lakin, həmin müqavilə ilə Cavabdeh2 10000 manat ödəməli olduğu halda, 40000 manat pul ödəmişdir və hAZırda İddiaçı həmin pulu Cavabdeh2 geri qaytarmağa hAZırdır. HAZırki mülki işdə Cavabdeh2 iki hAZırlıq iclasında iştirak etsə də, qarşılıqlı iddia verməmişdir. Odur ki, məhkəmə hesab edir ki, nə qədər ki, iddiaçı artıq öhdəliklərə xitam verilmiş müqavilənin etibarsız hesab edilməsini istəyir, həmin müqavilə etibarsız hesab edilməlidir. AZərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirAZının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə cavabdeh "Kapital Bank” ASC-nin sonuncu mövqeyinə dair (Cavabdeh3 elan edilmiş itiham üzrə onunla əlbir olmuş X6, X19, ölkə ərAZisində olmayan X12 barədə) qeyd etmək istəyir ki, əvvəla X6 və X13 iddiaçı ilə heç bir əlaqəsi yoxdur, X12 isə vasitəçi olmuş, onunla hər-hansı bir müqavilə bağlanılmamışdır, hAZırki iddia pul tələbi barədə deyil, müqavilələrin etibarsızlığı barədə olduğundan ona qarşı iddianın hAZırki işdə irəli sürülməməsi məntiqlidir. Beləliklə, məhkəmə işin faktiki hallarına və tədqiq edilmiq sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, bağlanmış bütün müqavilələr etibarsız hesab edilməli və ipotekaya xitam verilməlidir. Məhkəmə hesab edir ki, 100 manat rüsum cavabdehlərdən alınıb iddiaçıya verilməlidir. Belə ki, həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və AZərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin.

1. Müddəti xx.xx.2019-cu il tarixə kimi şərtləşdirilmiş xx.xx.2014-cü il tarixli, reyestr nömrəsi **********55, qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən xüsusi mülkiyyət hüquqları ilə İddiaçı məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, X17 ƏrAZisi ünvanında yerləşən, ümumi sahəsi 0,05 ha olan torpaq sahəsinin ipoteka yüklülükdən AZad edildikdən sonra 50000 (əlli min) manata Cavabdeh2 gələcəkdə satılması barədə Bakı şəhəri 50 saylı Notariat Ofisində bağlanmış 3M-1204 reyestr nömrəli daşınmAZ əmlakın alqısatqına dair ilkin müqavilə etibarsız hesab edilsin,

2. Cavabdeh3 ilə Cavabdeh2 arasında Bakı şəhəri 50 saylı Notariat Ofisində bağlanmış AN-İ № ******* nömrəli, 4Ə-1560 reyestr nömrəli xx.xx.2019-cu il tarixli daşınmAZ əmlakın əsas alqı-satqı müqaviləsi etibarsız hesab edilsin,

3. Cavabdeh2 adına verilmiş AZərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin DaşınmAZ Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər ƏrAZi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə Cavabdeh2 **********55 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən qeyd ləğv edilsin,

4. Cavabdeh2 ilə Cavabdeh4 arasında Bakı şəhəri 50 saylı Notariat Ofisində bağlanmış Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, X17 ünvanında yerləşən 0,05 ha torpaq sahəsinin satılmasına dair 4Ə-135 reyestr nömrəli xx.xx.2021-ci il tarixli daşınmAZ əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilsin,

5. Cavabdeh4 adına verilmiş AZərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin DaşınmAZ Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər ƏrAZi İdarəsi tərəfindən **********55 reyestr nömrəli, ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmAZ əmlakın Dövlət reyestrindən qeyd ləğv edilsin,

6. Cavabdeh4 adına verilmiş Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, X17 ünvanında yerləşən 0.05 ha torpaq sahəsi üzərində yerləşən 318,1 kv metr fərdi yaşayış evi üzərində AZərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin DaşınmAZ Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər ƏrAZi İdarəsi tərəfindən hüquqların Dövlət qeydiyyatı haqqında daşınmAZ əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli qeyd ləğv edilsin,

7. Cavabdeh4, Cavabdeh5 və Cavabdeh7 ASC (Cəmiyyətin adından çıxış edən şəxs Qara Qarayev filialının müdiri X8) arasında Bakı şəhəri 53 saylı Dövlət Notariat Kontorunda bağlanmış AİF/23 nömrəli xx.xx.2021-ci il tarixli 4Ə-1054 reyestr nömrəli alqısatqı və ipoteka müqaviləsi etibarsız hesab edilsin,

8. Cavabdeh5 adına AZərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin DaşınmAZ Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər ƏrAZi İdarəsi tərəfindən verilmiş fərdi yaşayış evinin **********955-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli qeyd ləğv edilsin,

9. Cavabdeh7 ASC-nin (ipoteka kağızının mülkiyyətçisi) adına rəsmiləşdirilmiş daşınmAZ əmlak üzərində ipoteka hüququnu təsbit edən ipotekaya xitam verilsin. Ödənilmiş 100 manat dövlət rüsumu cavabdehlərdən alınıb iddiaçıya verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar