Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1876/2020 15.09.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi məhkəmənin iclas katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 4 saylı “Asan Xidmət” Mərkəzində notariat ofisinə qarşı “vərəsəlik hüququnun müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə içlasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 4 saylı “Asan Xidmət” Mərkəzində notariat ofisinə qarşı “vərəsəlik hüququnun müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixdə vəfat etmiş X10 və xx.xx.2019-cu il tarixdə vəfat etmiş X1 üzrə vərəsə olması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun anasının əmisi qızı xx.xx.1937-ci il təvəllüdlü, X15 xx.xx.2019 -ci ildə vafat etmişdir. Vəfatından sonra onun oğlu X9 anasından qalmış miras əmlakını qəbul etmək üçün notariusa müraciət etmiş və onun ərizəsinə əsasən V-415/2019 saylı vərəsəlik işi açılmışdır. Lakin, müraciətindən sonra, xx.xx.2019-cu il tarixdə o, ölmüşdür. İddiaçı qohumları olan X13 və onun oğlu X7 dəfn etmiş və bütün lazım olan xərclərini çəkmişdir. Həmin vaxtdan qeyd olunan miras qalmış mənzili faktiki olaraq qəbul etmiş və sahiblik etmişdir. Buna əsaslanaraq xx.xx.2019-cu il tarixdə iddiaçı ölən X5 və anasının beşinci növbədə vərəsəsi kimi Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ş.Şuşinski küçəsi, ev 2, mənzil 13-cü mənzilinə dair vərəsəlik hüququ haqqında Şəhadətnamənin verilməsi üçün notariusa müraciət etmişdir. Cavabdeh Azərbaycan Respublikası Mülki Məcəllənin 1159.5 madəsinə və 1134.1-ci maddələrinə istinad etməklə iddiaçıya qanun üzrə vərəsəlik Şəhadətnaməsinin verilməsindən imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası qanuna uyğun deyil, məhkəmə qaydasında onun vərəsəlik hüququ müdafiə olunmalıdır və ona həmin şəhadətnamə verilməlidir. Belə ki, iddiaçının babası X20 və X23 doğma qardaşdırlar. İddiaçının anası X17 X6r, ölən (mirası qoyan) X15 X8r. İddiaçı X4r. Ölən X9 ölən X2r. Başqa vərəsələr olmadığına görə iddiaçı ölən həm Lidiyanın, həm onun oğlu Sergeyin qanun üzrə vərəsəsidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehin xəbərdar olmasına baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə АR MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan 4 saylı Bakı “Asan Xidmət” mərkəzində yerləşən notariat ofisinin 80 saylı, xx xxxxxx 2020-ci il tarixli məktubundan görünür ki, İddiaçı onun anasının əmisi qızı X3 miras əmlakın vərəsə kimi qəbul etmək barədə ərizəsinə baxılmış və qanunvericiliyə uyğun olaraq ona beşinci növbədə vərəsə kimi qəbul etmək istədiyi miras əmlak olan ünvan 1, ünvanında yerləşən 13 nömrəli mənzilə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin mümkün olmadığı bildirilmişdir. - xx xxxxxx 1974-cü il tarixli, İ-ЖГ 298468 saylı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X24 xx xxxxxx 1974-cü il tarixdə 77 yaşında vəfat etmişdir. -Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxx 2009-cu il tarixli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X19 xx xxxx 2009-cu il tarixdə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx xxxx 2009-cu il tarixdə 577 nömrəli akt qeydi tərtib olunmuşdur. -Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X9 xx xxxxxxx 2019-cu il tarixdə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx xxxxxx 2019-cu il tarixdə 224 nömrəli akt qeydi tərtib olunmuşdur. -Suraxanı rayon VVADQ şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2006-ci il tarixli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X22 xx xxxxxx 2006-cı il tarixdə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx xxxxxx 2006-cı il tarixdə 1111 nömrəli akt qeydi tərtib olunmuşdur. -4 saylı Bakı “Asan xidmət” mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxx 2019-cu il tarixli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X15 xx xxxx 2019-cu il tarixdə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx xxxx 2019-cu il tarixdə 1493 nömrəli akt qeydi tərtib olunmuşdur. -Texniki İnventarlaşdırma və Mülkiyyət Hüququqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş ÖM seriyalı 073822 saylı qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Şuşinski küçəsi, 2 saylı evin, 13 saylı mənzili X12 adına xx.xx.2001-ci il tarixdə qeyda alınmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, ünvan 1 ünvanında yerləşən 13 saylı mənzil X14 məxsus olmuş və o, xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Onun oğlu X9 anasından qalan mirası qəbul etmək üçün ərizə ilə notariusa müraciət etmiş, vərəsəlik işi açılmış, lakin o, miras qəbul edilənədək vəfat etmiş, ondan sonra mirası heç kəs qəbul etməmişdir. İddiaçı mirası qəbul etmək üçün müraciət atsə də, 4 saylı Bakı “Asan Xidmət” mərkəzində yerləşən notariat tərəfindən iddiaçıya vərəsəlik şəhadətnaməsi verilməsindən imtina olunmuş, bunun səbəbi kimi iddiaçının ölən Sergey Vladimiroviçin vərəsəsi olmaması qeyd olunmuşdur. İddiaçı notariusun imtinasını ona görə əsassız hesab edir ki, onun fikrincə o, Gerasimenko Sergeyin yox, Gerasimenko Lidiyanın vərəsəsidir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1159-cu maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1159.1.4. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər. 1159.1.5. Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur. 1159.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. 1159.3. Üçüncü növbədə - həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, babanın anası və atası. Nənənin anası və atası, babanın anası və atası o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt nənə və baba sağ olmasın. 1159.4. Dördüncü növbədə - xalalar və bibilər, dayılar və əmilər. 1159.5. Beşinci növbədə - xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları. Həmin Məcəllənin 1165.1-ci maddəsinə əsasən əgər nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə yoxdursa və ya vərəsələrdən heç biri mirası qəbul etməmişdirsə, yaxud bütün vərəsələr vərəsəlik hüququndan məhrum edilmişdirsə, vərəsələri olmayan əmlak dövlətə keçir. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, mərhum Gerasimenko Lidiya öldükdən sonra onun birinci növbəli vərəsəsi kimi oğlu Gerasimenko Sergeyin anasından qalan mirası qəbul etmək üçün müraciət etməsi, buna əsasən vərəsəlik işinin açılması, lakin onun mirası qəbul edənədək vəfat etməsi, qeyd olunan mirasdan pay almaq hüququnun irsi transmissiya üzrə artıq Gerasimenko Sergeyin vərəsələrinə keçməsi anlamına gəlir. Belə ki, Mülki Məcəllənin 1252-ci maddəsinə əsasən əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. İddiaçı iddiasında ona istinad edir ki, irsi transmissiya üzrə Gerasimenko Sergeyin vərəsələrinin mirası qəbul etməməsi həmin mirası almaq hüququnun yenidən ondan əvvəl ölən anası Gerasimenko Lidiyanın vərəsələrinə keçməsi deməkdir. Lakin, qanunvericinin belə bir müddəasının olmaması iddianın bu dəlilinin əsassız olduğunu göstərir. Həmçinin Mülki Məcəllənin 1165.1-ci maddəsində iddiaçının göstərdiyi dəlilin tam əksi müəyyən olunaraq göstərilmişdir ki, əgər nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə yoxdursa və ya vərəsələrdən heç biri mirası qəbul etməmişdirsə, yaxud bütün vərəsələr vərəsəlik hüququndan məhrum edilmişdirsə, vərəsələri olmayan əmlak dövlətə keçir. Digər tərəfdənsə, iddiaçı qeyd edir ki, əgər o, artıq Gerasimenko Lidiyanın vərəsəsi olmaq hüququndan məhrum olunubsa da, onun Gerasimenko Sergeyin vərəsəsi kimi mirasdan pay almaq hüququ var. Məhkəmə iddiaçının qeyd olunan dəlilinə dair onu qeyd etməyi hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsi ilə qanunverici qanun üzrə vərəsəlik zamanı vərəsə ola biləcək şəxslərin siyahısını dəqiq müəyyən etmişdir ki, iddiaçı həmin siyahı üzrə Gerasimenko Sergeyin vərəsəsi sayıla bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə qeyd edilənlərə əsasən və Azərbayçan Respublikasının Mülki Prosesual Məcəlləsinin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiacı İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 4 saylı “Asan Xidmət” Mərkəzində notariat ofisinə qarşı “xx.xx.2019-cu il tarixdə vəfat etmiş X10 və xx.xx.2019-cu il tarixdə vəfat etmiş X1 üzrə vərəsə olması olmasının tanınması” tələbinə dair iddia ərizəsi təmin olunmasın. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhərinin Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Adilə Paşayeva
Məhkəmə qərarları › İş №2(008)-1876/2020
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1876/2020
15.09.2020 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver