Məhkəmə qərarları › İş №2(008)-1889/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-1889/2021

19.05.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-1889/2021 19.05.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh qarşı qanunsuz çəkilmiş hasarın sökülməsi, giriş-çıxışa maneənin aradan qaldırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X3 küçəsi, ev 12A ünvanında ümumi istifadədə olan onun yaşadığı fərdi yaşayış evinə giriş çıxış üçün nəzərdə tutulan yerdən tikilmiş hasarın cavabdehin şəxsi vəsaiti hesabına sökülməsi və yaranmış maneənin aradan qaldırılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X3 küçəsi, ev 12A ünvanında yaşayır. Ev onun xüsusi mülkiyyətindədir. Cavabdeh ilə yaşadığı evə ümumi istifadədə olan həyətdən istifadə etməklə yaşayırlar. Cavabdeh qanunsuz və icazəsiz olaraq ümumi istifadədə olan onun yaşadığı fərdi yaşayış evinə giriş-çıxışı hasarla bağlayaraq, evinə daxil olmağı məhdudlaşdırmışdır. Bununla da onun evinə, ümumi istifadədə olan giriş-çıxış tam olaraq bağlanmışdır. Məhkəmənin 11.11.2020-ci il tarixli qərardadı ilə iş üzrə icraata xitam verilmişdir. İddiaçı şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə 29.01.2021-ci il tarixli qərardala 11.11.2020-ci il tarixli qərardadı ləğv etmiş və işə yenidən baxmağa başlamışdır. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, cavabdeh məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi . Məhkəmə iclasında Sabunçu rayon icra Şöbəsinin icra məmuru Firdovsi Vəliyev iş üzrə şahid qismində ifadə verərək qeyd etdi kimi, iddiaçının evinə küçədən giriş mövcud olmuşdur. Tərəfindən Bakı Apellyasiya Məhkəməsinin 15.01.2019-cu il tarixli icra vərəqəsi ekspertiza tərəfindən tərtib edilmiş sxemə uyğun icra edilmiş, bu zaman onun tərəfindən hər hansı pozuntu baş verməmişdir. Məhkəmə iddiaçının izahatını, şahidin ifədəsini dinləyib, iş materillarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X3 küçəsi, 12A saylı evin İddiaçı xüsusi mülkiyyətində olmasına dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 20.02.2015-ci il tarixli RX seriyalı ******* №-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrdən Çıxarış verilmişdir. Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X3 küçəsi, 12A saylı evə dair İddiaçı və başqalarının adına reyestr nömərsi **********14-10301 olan 18.02.2015-ci il tarixli Texniki pasport verilmişdir. İş materiallarında olan icra vərəqəsindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 15.01.2019-cu il tarixli icra vərəqəsinə əsasən iddiaçı Cavabdeh hesabına Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X3 küçəsi, 12A saylı evin "B" tikilisinin 1 və 2 saylı otaqlarının arasında olan arakəsmədən 1 saylı otağa doğru 1,3 m aralıda arakəsmə yaradılaraq, həmin arakəsmədən qonşu hasara qədər sərhəd hasarı çəkilməklə və küçəyə qapı açılmaqla iddiaçı Cavabdeh məxsus 1/4 hissə naturada ayrılaraq onun mülkiyyətinə verilməsi qət edilmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi məhkəmə Ekspertiza Mərkəzi tərfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X3 küçəsi, 12A saylı fərdi yaşayış evinin iki hissəyə paylara yaxın şəkildə bölgü variantının plan sxemi tərtib olunmuşdur. Məhkəmə sübutların olduğu və saxlanıldığı yerdə müayinə və tədqiq edilməsi zamanı müəyyən etmişdir ki, iddiaçıya məxsus evə küçədən giriş mövcud deyil. Məhkəmə iddiaçı ilə birlikdə evin yataq otağından evə daxil olmuş, sonra qonaq otağından keçib həyətə girmiş, həyətdə küçəyə çıxışın hasarla bağlandığını müəyyən etmişdir. İddiaçının dediyinə görə həmin hasarı cavabdeh digər bir qətnamənin icrası məqsədi ilə icra məmurlarının nəzarəti altında inşa etdirib. Sabunçu rayon İcra şöbəsinin 03.07.2019-cu il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 15.01.2019-cu il tarixli icra sənədi tam icra edildiyindən icra sənədinə xitam verilmişdir. Məhkəmə şahid ifədəsinə qiymət verərək qeyd etməyi zəruri hesab edir ki, sökülməsi tələb edilən hasar məhz Bakı Apellyasiya Məhkəməsinin 15.01.2019-cu il tarixli icra vərəqəsinə əsasən icra məmurunun nəzarəti altında inşa edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, sökülməsi tələb edilən hasar digər məhkəmə qətnaməsi əsasında inşa edilmişdir, hazırki mübahisəyə məhkəmədə baxıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Yuxarıda göstərilənlərə əsaslanaraq məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 52,191,263, 264cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh qarşı qanunsuz çəkilmiş hasarın sökülməsi, giriş-çıxışa maneənin aradan qaldırılması tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar