Məhkəmə qərarları › İş №2(008)-1891/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-1891/2023

23.01.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-1891/2023 23.01.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Əsədova Tahirə Əlif qızı, İddiaçı cavabdeh 4 saylı Bakı Cavabdehndə Notariat Ofisinə qarşı mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin bərpası və vərəsəlik şəhadətnaməsinin verilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdeh 4 saylı Bakı Cavabdehndə Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2020-ci il tarixdə Bakı şəhərində ölmüş anası X1 miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Əliyar Əliyev küçəsi (keçmiş Anaşkin küçəsi), 12 saylı evin, 43.1 kv. metr ümumi sahədən ibarət 1 otaqlı 12 saylı mənzilinin miras əmlak kimi tərəfindən qəbulu üçün ötürülmüş müddətin üzürlü sayılaraq uzadılması (bərpa edilməsi) və həmin miras mənzilə onun adına vərəsəlik şəhadətnaməsi verilməsi vəzifəsinin 1 saylı Bakı Cavabdehndə Notariat Ofisinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edirəm ki, iddia ərizəsi forma və məzumununa riayət edilmədən verilmişdir Belə ki, iddiaçı tələbi hüquqi əhəmiyyətili olan faktın müəyyən edilməsi barədə olmasına baxmayaraq və hazırki tələb xüsusi icraat qaydasında verilməli olduğuna baxmayaraq, iddia icraatı qaydasında verilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsinin mənasına görə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı hüquqi əhəmiyyətili olan faktlara aid edilmişdir. Həmin Məcəllənin 306.2-ci maddəsinə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Odur ki, məhkəmə hesab edir ki, hazırki tələb ərizə formasında xüsusi icraat qaydasında verilməli, İddiaçı ərizəçi, 4 saylı Bakı Cavabdehndə Notariat Ofisi isə maraqlı şəxs qismində göstərilməlidir. Eyni zamanda İddiaçı tələbində 4 saylı Bakı Cavabdehndə Notariat Ofisinin üzərinə öhdəlik qoyulmasını istəyir. Lakin, 4 saylı Bakı Cavabdehndə Notariat Ofisinin üzərinə hər hansı bir öhdəlik qoyula bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olnurlar. Hazırki iş üzrə 4 saylı Bakı Cavabdehndə Notariat Ofisi cavabdeh ola bilməz, çünki həmi orqan hüquq tanıyan deyil, hüququ qeydə alan orqandır. Azərbaycan Respublikası MPM-nin: 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 263.1-ci maddəsinə əsasən iş mahiyyəti üzrə həll edilmədikdə, məhkəmə aktları qərardad formasında çıxarılır. 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Beləliklə hesab edirəm ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-in 149-cu maddəsinə riayət edilməməklə verildiyinə görə geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 149, 152, 263, və 268-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddia ərizəsi icraata qəbul edilmədən geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar