Məhkəmə qərarları › İş №2(008)-1924/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1924/2023

18.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1924/2023 18.05.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə islas katibi X7 iştirakı ilə, Ərizəçi X11 maraqlı şəxs Yasamal rayon Qeydiyyat Şöbəsi qeyd edilməklə qohumluq faktının müəyyən edilməsinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi X16 maraqlı şəxs Yasamal rayon Qeydiyyat Şöbəsi qeyd edilməklə ərizə və tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.1997-ci tarixdə ölmüş X1 xx.xx.1949-cu il tarixdə doğulmuş Ərizəçi anası olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X6 ərizəçinin anasıdır. O, xx.xx.1997-ci il tarixdə ölmüşdür. Hazırda ərizəçi X2 vərəsəsi olaraq vərəsəliyin rəsmiləşdirilməsinə zərurət yaranmışdır. Ərizəçi ilə anası X6 ilə qohumluq əlaqələrinin müəyyənləşdirilməsi üçün mənə məxsus doğum haqqında şəhadətnamənin təqdim edilməsi zəruri idi. Belə ki, ərizəçi Səbail rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş 981 №-li, xx.xx.1949-cu il tarixli doğum haqqında akt qeydinə dair arayışı almaq üçün Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsinə müraciət etsə də, həmin qurum tərəfindən xx.xx.2022-ci il tarixli, xx/xx- 1264 №-li məktubla arayışın verilməsinin qeyri-mümkün olması mənə bildirilmişdir. İmtina məktubu onunla əsaslandırılmışdır ki, mənim doğum haqqında akt qeydlərində soyadının “Abdulrzakov” olmasına baxmayaraq, ərizəçiyə Sabunçu RPİ-si tərəfindən xx.xx.2005-ci il taixində verilmiş AZE 04735628 №-li şəxsiyyət vəsiqəsində soyadının “Hacıyev” kimi qeyd olunmuşdur. Ərizəçi xx.xx.1949-cu il tarixində Bakı şəhərində doğulmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra, soyadını “Abdulrzakov”-dan baba adı olan “Hacıyev”-ə dəyişdirmiş və ondan sonra ona məxsus olan sənədlərdə adı Ərizəçi olaraq qeyd edilmişdir. Lakin anası X6 ilə qohumluq faktımı təsdiq edən sənəd kimi doğum şəhadətnaməsi və soyadının dəyişdirilməsi ilə bağlı mühüm sənədlər yaşadığı mənzildə baş verən yanğın hadisəsi səbəbindən məhv olmuşdur. Ərizəçi X11 nümayəndəsi (oğlu) X17 məhkəməyə ərizə təqldim edərək baxış iclasını onun iştimrakı olmadan baxılmasını xahiş etmişdir. Maraqlı şəxs Yasamal rayon Qeydiyyat Şöbəsi məhkəmə iclasını vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmədə səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, tərəflərin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. xx.xx.2023-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında ərizəçi X11 nümayəndəsi (oğlu) X17 ərizənin məzmununa uyğun izahat verərərək, baxış iclasını onun iştirakı olmadan keçirilməsini və ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır. Ərizəçi X16 xx.xx.1949-cu il tarixində Bakı şəhərində doğulmuşdur, ünvan 1 ünvanında qeydiyyatdadır. Səbail rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş 981 №-li, xx.xx.1949-cu il tarixli doğum haqqında akt qeydində ərizəçinin soyadı «Abdulrzakov» kimi qeyd edilmişdir. Ərizəçinin adına xx.xx.1968-ci il tarixdə həkimlər tərəfindən tərtib edilmiş arayışda onun soyadı «Abdulrzakov» kimi qeyd edilmişdir. Ərizəçinin adına xx.xx.1988-ci il tarixdə verilmiş HZ seriyalı ******* №-li hərbi biletdə onun soyadı «Hacıyev» kimi qeyd edilmişdir. xx.xx.1926-cı il tarixdə X2 adına verilmiş AM seriyalı 146291 №-li hərbi biletldə ərinin adı X12, oğlunun adı Vagif, doğum tarixi xx.xx.1949-cu il, qızının adı Nailə, doğum tarixi xx.xx.1957-ci il göstərilmişdir. X5 xx.xx.1997-ci tarixdə 81 yaşında ölmüşdür (V-JQ seriyalı 290828 №-li ölüm haqqında şəhadətnamə). X8 xx.xx.1957-ci il tarixdə doğulmuşdur, atası X12, anası X3r (İ-İE seriyalı 342070 №-li doğum haqqında şəhadətnamə). X8 xx.xx.1981-ci il tarixdə X18 ilə nikahlarını bağlamış və «İslamova» soyadını qəbul etmişdir. X14 xx.xx.2021-ci il tarixdə ölmüşdür (AZ-İİ seriyalı 228628 №-li ölüm haqqında şəhadətnamə). xx.xx.1984-cü il tarixdə doğulmuş X4 Nailə Kazım qızının oğludur (494256 №-li doğum haqqında şəhadətnamə). Məhkəmə iclasında şahid qismində ifadə verən X19 ərizəçi X11 onun dayısı, yəni X1 oğlu olması faktını təsdiq etmiş, dayısının soyadının «Abdulrzakov»dan Hacıyeva dəyişməsini onun baba adı ilə əlaqədar olduğunu bildirmişdir. Hazırda ərizəçi X1 onun anası olması faktının müəyyyən edilməsini istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə tələbin qanuni və əsaslı olduğu qənaətinə gəlmişdir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli 03 saylı Qərarının: 1.2-ci bəndi ilə müəyyən edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 1.4-cü bəndi ilə müəyyən edilmişdir ki, lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. 1.6-cı bəndində məhkəmələrə izah edilmişdir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPMnin 310-cu maddəsi). Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPMnin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır. 1.7-ci bəndi ilə müəyyən edilmişdir ki, hakim hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizəni qəbul edərkən bu faktın müəyyən edilməsinin məhkəmənin səlahiyyətinə aid olub-olmamasını və ərizəçinin belə ərizə ilə məhkəməyə müraciət etmək hüququnun mövcudluğunu yoxlamalı, həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğunu aydınlaşdırmalı, lazımi sənədlərin alına bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü, həmçinin müəyyənləşdirilməsi xahiş edilən faktı təsdiq edən sübutların təqdim olunmasını ərizəçiyə təklif etməli, hazırlıq mərhələsində hakim işə baxılmasında maraqlı olan şəxsləri və müvafiq orqanları müəyyən etməli, onların və ərizəçinin məhkəmə iclasında iştirakını təmin etməlidir. Nəzərə alınmalıdır ki, maraqlı şəxslər qismində hüquqlarına aid məsələ həll edilən fiziki və hüquqi şəxslər və ya qətnamənin qanuni qüvvəyə minməsi ilə müvafiq hərəkətləri yerinə yetirmək vəzifəsi yaranan fiziki və hüquqi şəxslər cəlb edilirlər. 4-cü bəndində məhkəmələrə izah olunmuşdur ki, Azərbaycan Respublikası MPMnin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər 4.1-ci bəndi ilə müəyyən edilmişdir ki, hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 17-cı maddəsinin 6-cı hissəsinə əsasən insan hüquqlarının həyata keçirtməsinə dövlət nəzarət edir. Məhkəmə hesab edir ki, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz, bu faktlarıın təsdiq edilməsi vərəsəliklə ilə əlaqədar tələb olunur. Qeyd edildiyi kimi, X2 adına verilmiş hərbi biletldə ərinin adı X12, oğlunun adı Vagif, doğum tarixi xx.xx.1949-cu il, qızının adı Nailə, doğum tarixi xx.xx.1957-ci il göstərilmişdir. Ərizəçinin də doğum tarixi şəxsiyyət vəsiqəsində xx.xx.1949-cu il, atasının adı Kazım göstərilmişdir. Ərizəçinin bacısı X9 da xx.xx.1957-ci il tarixdə doğulduğu məhkəmə tərəfindən müəyyən edilmiş, onun oğlu da ərizəçinin onun doğma dayısı faktı olduğunu təsdiq etmişdir. Bəzi sənədlərdə Abdulrzakova soyadının göstərilməsina dair məhkəmə qeyd etmək istəyir ki, həmin sənədlər rus dilində tərtib edilmişdir. Ölüm haqqında şəhadətnamədə isə X5 qeyd edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, xx.xx.1997-ci tarixdə ölmüş X1 xx.xx.1949-cu il tarixdə doğulmuş Ərizəçi anası olması faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. xx.xx.1997-ci tarixdə ölmüş X1 xx.xx.1949-cu il tarixdə doğulmuş Ərizəçi anası olması faktı müəyyən olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Yasamal rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar