Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1929/2021 22.06.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X3, Ərizəçi, Maraqlı şəxsin nümayəndəsi X1 iştirakları ilə, Ərizəçi Maraqlı şəxs olmaqla şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Qədimova Əminə Nazimovnanın fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və onun üzərində qəyyum təyin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 10.11.1988-ci il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 10.11.1988-ci ildə anadan olmuş bacısı Qədimova Əminə Nazimovnaya «Kəskin imbesillik dərəcəsində olan oliqofreniya. Psixopatabənzər davranışla. Maniakal sindrom, qıcolma tutmalarla. Lal karlıq.Uşaq serebral iflicinin qalıq əlamətləri. Sağtərəfli hemiparez» diaqnozu qoyulmuşdur. Uzun müddət müalicə müəssisələrində müalicə alsa da səhhətində heç bir irəliləyiş olmamışdır. Gündə-günə vəziyyəti pisləşir və kənar şəxsin köməyinə ehtiyacı vardır. Ona 16.10.2007ci ildə müddətsiz 2-ci dərəcəli əlillik verilmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək təmin edilməsi barədə qətnamə qəblu edilməsini xahiş etdi. Məhkəmə iclasında Maraqlı şəxs Qəyyumluq və Himayəçilik Komissiyasının üzvü X7 ərizənin təmin olunmasına etiraz etmədiyini bildirdi. Məhkəmə iş üzrə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan İV-AK seriya 425682 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Qədimova Əminə Nazimovna 10.11.1988-ci il tarixdə Rusiya Federasiyasında doğulmuş, atası X11 və anası X13 qızıdır. İş materiallarında olan Vİİİ-AK seriya 257189 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 21.07.1990-cı il tarixdə Rusiya Federasiyasında doğulmuş, atası X11 və anası X14 qızıdır. Məhkəmə müəyyən etmişdir ki, ərizəçi Qədimova Əminə Nazimovnanın bacısıdır. İş materiallarında olan Ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışdan görünür ki, Qədimova Əminə Nazimovnaya «Kəskin imbesillik dərəcəsində olan oliqofreniya. Psixopatabənzər davranışla. Maniakal sindrom, qıcolma tutmalarla. Lal karlıq.Uşaq serebral iflicinin qalıq əlamətləri. Sağtərəfli hemiparez» diaqnozu qoyulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasının 386763 nömrəli SER TSE-01 seriyalı arayışına əsasən Qədimova Əminə Nazimovnaya 16.10.2007-ci il tarixli müayinə aktına əsasən müddətsiz olaraq İİ qrup əlillik dərəcəsi təyin olunmuşdur. Sabunçu rayon məhkəməsinin 12.02.2021-ci il tarixli qərardadına əsasən 10.11.1988-ci il təvəllüdlü X2 psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» X17 tərəfindən verilmiş 05.04.2021-ci il tarixli 707 №-li rəyindən görünür ki, X9 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil, onun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə kifayət qədər əsaslar vardır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, 10.11.1988-ci il təvəllüdlü X9 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil və o, fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir Azərbaycan Respublikası Mülki Məcəllənin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosseual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, 10.11.1988-ci il təvəllüdlü X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : Ərizə təmin edilsin. 10.11.1988-ci il təvəllüdlü X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Hazırkı qətnamə 10.11.1988-ci il təvəllüdlü X2 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamədən rəsmi təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-1929/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1929/2021
22.06.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver