Məhkəmə qərarları › İş №2(008)-1969/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1969/2021

18.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Döyüş əməliyyatlarında iştirak faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1969/2021 18.05.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhuəmə islas katibi X2, Ərizəçi iştirakları ilə, Ərizəçi Maraqlı şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsi və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu rayon İdarəsi qeyd edilməklə döyüş bölgəsində rota komandirinin müavini vəzifəsində hərbi xidmət keçmə faktınının təsdiq edilməsi tələbinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Büdcə İdarəsi və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu rayon İdarəsi qeyd edilməklə Naxçıvan Muxtar Respublikasının Sədərək rayon Hərbi Komissarlığtı tərəfindən 18.05.1992-ci il tarixdə hərbi xidmətə çağırılmağının və «kiçik leyienant» hərbi rütbəsində 08.05.1992-ci il tarixdən 20.06.1992-ci il tarixədək Naxçıvan Muxtar Respublikasında yaradılmış Dövlət Müdafiə Komitəsinin tərkibində Sədərək döyüş bölgəsində rota komandirinin müavini vəzifəsində hərbi xidmət keçmə faktınının təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi Naxçıvan Muxtar Respublikasının Şərur rayn Hərbi Komisarlığı tərəfindən 18.05.1992-ci il tarixdə «kiçik leyienant» hərbi rütbəsində hərbi xidmətə çağırılmış, 18.05.1992-ci il tarixdən 20.07.1992-ci il tarixədək Naxçıvan Muxtar Respublikasında yaradılmış Müdafiə Komitəsinin tərkibində Sədərək döyüş bölgəsində rota komandirinin müavini vəzifəsində döyüşlərdə iştirak etmiş və 18.06.1992ci il tarixdə yaralanmağıyla əlaqədar 20.07.1992-ci ildə ordudan tərxis olunmuşdur. D.yüş zamanı yaralanma nəticəsində sağlamlığını itirmiş və 24.02.1997-ci il tarixdə müddətsiz olara 2-ci dərəcəli əlillik qrupu almışdır.özünə əlilliyə görə hərbi qulluqçu kimi əmək pensiyasının təyin edilməsi üçün məlumat vərəqinin pensiya orqanlarına göndərilməsi xahişi ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinə müraciət etmiş, lakin ordan imtina cavabı almışdır. İmtina onunla əsaslandırılmışdır ki, 18.05.1992-ci il tarixdən 20.07.1992-ci il tarixədək Naxçıvan Muxtar Respublikasının Dövlət Müdafiə Komitəsi tərəfindən təşkil edilmiş qoşun sıralarında xidmət keçməyinə dair, eyni zamanda rota komandirinin müavini vəzifəsində döyüşlərdə iştirakı barədə hər hansı bir məlumat mövcud deyil. Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən ərizəyə etiraz təqdim edilmişdir. Etirazda Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 12.04.2019-cu il tarixli, 03 №-li Qərarına əsasən belə hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinin yolverilməzliyi, ərizənin təmin edildiyi təqdirdə qətnamənin sonradan inzibati məhkəmədə preyudisial əhəmiyyətə malik qərar kimi istifadə ediləcəyi qeyd edilmiş və ərizənin rədd edilməsi xahiş edilmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, lakin maraqlı şəxslərin nümayəndələri məhkəməyə gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmiş, işə onların iştirakları olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə işə maraqlı şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu rayon İdarəsi məhkəməyə ərizə ilə müraciət edərək işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə tərəflərin izihatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə rədd edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır. Ərizəçi məxsus ZE seriyalı ******* №-li hərbi biletin surətindən aşağıdakı faktlar müəyyən edilir: xx.xx.1960-cı il tarixdə doğulmuş ərizəçiyə 14.03.1989-cu il tarixli əmrlə «kiçik leytenant» rütbəsi verilmişdir; 08.05.1992-ci il tarixdən 20.06.1992-ci il tarixədək Sədərək kəndi uğrunda gedən döyüşlərdə iştirak etmiş və yaralanmışdır. Ərizəçi 18.06.1992-ci il tarixdən 26.06.1992-ci il tarixədək aldığı travma səbəbindən Şərur rayon mərkəzi xəstəxanasında müayinə və müalicə olunmuş, 26.06.1992-ci il tarixli çıxarış epikrizi əsasında aldığı travma «Hərbi travma» hesb edilmişdir ( AR Müdafiə Nazirliyi Mərkəzi Hərbi-Həkim Komissiyası tərəfindən verilmiş 13.05.1997-ci il tarixli 139 №-li qərar). AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Respublika X1 tərəfindən 25.07.1997-ci il tarixli qərarı ilə əlilliyin səbəbi «travma Azərbaycan Repsublikasının müdafiəsi zamanı alınıb» hesab edilmişdir. Şərur rayon Hərbi Komisarı tərəfindən verilmiş 07.10.1997-ci il tarixli 112 №-li arayışdan görünür ki, Ərizəçi 18.05.1992-ci il tarixdən 20.06.1992-ci il tarixədək Naxçıvan Muxtar Respublikasında yaradılmış Müdafiə Komitəsinin tərkibində Sədərək bölgəsində rota komandirinin müavini vəzifəsində döyüşlərdə iştirak etmiş və yaralanmış və 20.07.1992-ci i tarixdə ordudan tərxis olunmuşdur. Ərizəçiyə 24.02.1997-ci il tarixdə müddətsiz «travma Azərbaycan Repsublikasının müdafiəsi zamanı alınıb» əsası ilə 2-ci qrup əlillik təyin edilmişdir. Hazırda iddiaçı aşağıdakı hüquqi əhəmiyyətli faktların müəyyən edilməsini məhkəmədən xahiş edir: 1). Naxçıvan Muxtar Respublikasının Sədərək rayon Hərbi Komissarlığtı tərəfindən 18.05.1992-ci il tarixdə hərbi xidmətə çağırılmağının; 2). «kiçik leyienant» hərbi rütbəsində 08.05.1992-ci il tarixdən 20.06.1992-ci il tarixədək Naxçıvan Muxtar Respublikasında yaradılmış Dövlət Müdafiə Komitəsinin tərkibində Sədərək döyüş bölgəsində rota komandirinin müavini vəzifəsində hərbi xidmət keçməyinin. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə ərizənin rədd edilməsini qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər iki faktın möcudluğu barədə iş matriallarında məlumat var. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 12.04.2019-cu il tarixli, 03 №-li Qərarının 14-cü bəndində hərbi xidmət keçmə, döyüş əməliyyatlarında iştirak etmə, döyüşlərdə yaralanma və sair hallar hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsinin yolverilməzliyi qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, ərizə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizəçi Naxçıvan Muxtar Respublikasının Sədərək rayon Hərbi Komissarlığtı tərəfindən 18.05.1992-ci il tarixdə hərbi xidmətə çağırılmağının və «kiçik leyienant» hərbi rütbəsində 08.05.1992-ci il tarixdən 20.06.1992-ci il tarixədək Naxçıvan Muxtar Respublikasında yaradılmış Dövlət Müdafiə Komitəsinin tərkibində Sədərək döyüş bölgəsində rota komandirinin müavini vəzifəsində hərbi xidmət keçmə faktınının təsdiq edilməsi barədə ərizəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar