Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2000/2025 27.01.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi Maraqlı şəxs iştirakları ilə, Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb olunmaqla “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb olunmaqla “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi və Maraqlı şəxs arasında olan MŞB/8/2024-02093, xx.xx.2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsini xahiş etmişdir. Ərizə tələbi onunla əsaslandırılmışdır ki, ərizəçi Maraqlı şəxs ilə rəsmi nikaha daxil olmuş və birgə nikahdan xx.xx.2022-ci il təvəllüdlü X4 və xx.xx.2024-cü il təvəllüdlü X5 dünyaya gəlmişlər. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4032/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən, birgə nikahdan doğulmuş xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Maraqlı şəxs xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay 235 manat sabit pul məbləğində alimentin Maraqlı şəxs Ərizəçi ödənilməsi qət edilmişdir. Lakin Maraqlı şəxs barışıq sazişinin şərlərinə əməl etmədiyinə görə Ərizəçi məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak etmiş Maraqlı şəxs hazırda işləmədiyini, xəstə olduğunu və aliment ödəməyə imkanı olmadığını bildirmişdir ki. Həmçinin təsdiqlədi ki, barışıq sazişini özü imzalamışdı. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunmasına baxmayaraq, Ərizəçi məhkəməyə gəlməmişdir və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün saymışdır İş materiallarında olan xx.xx.2024-cü il tarixli MŞB/8/2024-02093 saylı barışıq sazişinin tələblərindən görünür ki, onların birgə nikahdan olan xx.xx.2022-ci il təvəllüdlü X4 və xx.xx.2024-cü il təvəllüdlü X5 adlı iki övladları vardır, tərəflərin birgə nikahlarından olan xx.xx.2022-ci il təvəllüdlü X4 və xx.xx.2024-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər onların analarının himayəsində olmaqla, onunla birlikdə yaşamasına razıdırlar, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4032/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi üzrə borclu olduğu 1175 manat aliment məbləğini hissə-hissə 1 il müddətində xx.xx.2024-cü il tarixdən etibarən hər ayın 1-dən 10-dək 11 ay 100 manat və sonuncu 1 ay 75 manat Maraqlı şəxs Ərizəçi ödəməyi öz öhdəsinə götürür, xx.xx.2022-ci il təvəllüdlü X4 və xx.xx.2024-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Maraqlı şəxs 1-dən 10-dək hər uşaq üçün 235 manat olmaqla ümumilikdə 470 manat, bu sazişinin 2-ci bəndində əks edilən öhdəliyi (100 manat) nəzərə alınaraq (yığılan borc məbləği bitənədək) hər ay ümumilikdə 570 manat məbləğində aliment ödəyəcəyini öhdəsinə götürür, Ərizəçi xx.xx.2022-ci il təvəllüdlü X4 və xx.xx.2024-cü il təvəllüdlü X5 ilə xx.xx.2024-cü il tarixdən etibarən ayda 4 dəfə olmaqla hər həftənin bazar günü səhər saat 11:00-dan axşam saat 17:00-a dək (ananın iştirakı ilə) atası Maraqlı şəxs ilə ünsiyyətdə olmalarına şərait yaradacağına dair öz üzərinə öhdəlik götürmüşdür. Məhkəmə tərəfindən müəyyən edildi ki, Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2024-cü il tarixdə barışıq sazişi imzalanmış, tərəflər üzərinə öhdəlik götürmüşlər. Lakin Maraqlı şəxs sazişin şərtlərinə əməl etməmiş, və barışıq sazişinin şərtləri icasız qalmışdır. Buna görə də ərizəçi məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 305.1.17-cı maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355.24-cü maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Məhkəmə yuxarıda qeyd olunan qanunvericiliyin normalarını və işə əlavə olunan sənədləri, tərəflərin izahatını nəzərə alaraq belə nəticəyə gəlir ki, ərizəçi ilə maraqlı şəxs arasında xx.xx.2024-cü il tarixdə bağlanmış barışıq sazişi Maraqlı şəxs tərəfindən könüllü icra edilmədiyindən, məhkəmə qaydasında məcburi icra edilməsi üçün barışıq sazişinin şərtləri təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış MŞB/8/2024-02093 saylı, xx.xx.2024-cü tarixli barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin: Tərəflərin birgə nikahlarında olan xx.xx.2022-ci il təvəllüdlü X4 və xx.xx.2024-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər onların analarının himayəsində olmaqla, onunla birlikdə yaşamasına razıdırlar xx.xx.2022-ci il təvəllüdlü X4 və xx.xx.2024-cü il təvəllüdlü X1 üçün hər ay, hər uşaq üçün 235 manat, cəmi 470 manat alimenti, əlavə olaraq borclu olduğu 1175 manat alimentin 11 ay ərzində ayda 100 manat, 1 ay ərzində 75 manat, ümumilikdə 570 manat Maraqlı şəxs Ərizəçi ödəməyi öz öhdəsinə götürür. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Adilə Paşayeva
Məhkəmə qərarları › İş №2(008)-2000/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2000/2025
27.01.2025 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver