Məhkəmə qərarları › İş №2(008)-2007/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-2007/2025

12.02.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-2007/2025 12.02.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X5 qızının katibliyi, İddiaçı və onun nümayəndəsi Şərifova İlahə Mehman qızının iştirakları ilə, İddiaçı cavabdeh 4 saylı Bakı Cavabdehndə Notariat Ofisinə qarşı “mirasın qəbul edilmə müddətinin uzadılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh 4 saylı Bakı Cavabdehndə Notariat Ofisinə qarşı “mirasın qəbul edilmə müddətinin uzadılması” tələbinə dair məhkəməyə müraciət edərək, xx.xx.2009-cu il tarixdə vəfat etmiş X1 Bakı şəhəri 37 saylı Dövlət Notariat Kontorunun xx.xx.2004-cü il tarixli 4-Ə-1/156 nömrəli alqı-satqı müqaviləsi əsasında Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Mirmehdi Seyidzadə küçəsi 0.02 hektar torpaq sahəsinin qəbul edilməsinin müddətinin uzadılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 4 saylı Bakı Asan Xidmət mərkəzində notariat ofisinin notariusu X2 xx.xx.2025-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən iclasa onun nümayəndəsi olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.6-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi İlahə Şərifova məhkəməyə ərizə ilə müraciət edərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etdi. İddiaçı nümayəndəsinin izahatını təstiq etdi. Məhkəmə, iddiaçının ərizəsini nəzərdən keçirib hesab edir ki, ərizə təmin edilməli və iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən, bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 170.3-cü maddəsinə əsasən bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Ərizə təmin edilsin. İddiaçı cavabdeh 4 saylı Bakı Cavabdehndə Notariat Ofisinə qarşı “mirasın qəbul edilmə müddətinin uzadılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzə əsasən ödənilmiş 100 manat dövlət rüsumu büdcədən İddiaçı geri qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar