Məhkəmə qərarları › İş №2(008)-2094/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2094/2025

29.08.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2094/2025 29.08.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı Ketizmen (Əliyeva) Günel Zakir qızının, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Ketizmen (Əliyeva) Günel Zakir qızının cavabdehlər X10, X5, X19, Cavabdeh4 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qanun üzrə X18 şəhadətnamə əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmış sonradan özqəninkiləşdirilmiş əqdin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Ketizmen (Əliyeva) Günel Zakir qızı cavabdehlər X10, X5, X19, Cavabdeh4 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qanun üzrə X18 şəhadətnamə əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmış sonradan özqəninkiləşdirilmiş əqdin etibarsız hesab edilməsi” barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Ketizmen (Əliyeva) Günel Zakir qızı iddia tələbini onunla əsaslandırılmışdır ki, Bakı şəhəri 09 saylı notariat kontorunun 29 noyabr 2018-ci il tarixli X5-qızı X10 miras əmlakın bərəbər payları barədə hissəsinə alınmalı və həmin paya qanun üzrə X18 şəhadətnamə verilmişdir. Şəhadətnamə verilən miras əmlakı-Azərbaycan Respublikası Əmlak Məsələri Dövlət komitəsinin yanında DƏDRX Bakı şəhər Ərəzi İdarəsi tərəfindən xx.xx.2018-ci ildə verimilmiş elektron arayışa və xx.xx.2018-ci il tarixdə verilmiş, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********20-10301 ilə verilmiş Çıxarışa əsasən, ümümi mülkiyyətində olan 0, 03681 ha torpaq sahəsində yerləşən, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Cəfər Cəbbarlı küçəsi, ev 6 C, Yeni qaydalarda- Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X37 küçəsi ev 35 ünvanda yerləşən fərdi yaşayış evi ünvanında, A tikintisinən mərhum X20 məxsus olan 1/4 hissədən və ümumü mülkiyyətində olan 0,03681 ha, torpaq sahəsindən ona məxsus hissədən ibarətdir. Həmin şəhadətnamənin etibarsız hesab edilməsi barədə iddia ərizələri ilə 2018-ci ildə məhkəməyə müraciyyət etmişdir. Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(008)- 349/2020 nömrəli qətnaməsinə əsasən həmin mübahisəli əmlakın üzərinə həbs qoyulməsı qərara alımşdır. Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2020-cu il tarixli 2(008)- 3590/2019 nömrəli iddiaçının iddiası təmin edildi Bakı şəhəri 09 saylı notariat kontorunun 29 noyabr 2018-ci il tarixli 2v-348 reyestr saylı X18 şəhadətnamə etibrsız hesab edildi. X11 miras payın alması ücün qanunvericiliklə müəyyən edilmiş müddət üzürlü hesab edilərək uzadılmışdır. Bakı şəhəri 09 saylı notariat kontorunun 13 mart 2023-ci il tarixli şəhadətnaməyə əsasən xx.xx.2018-ci il tarixdə vəfat etmiş-X13 vərəsəsi qızı- X23 və o miras əmlaklardan 1/3 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası Əmlak Məsələri Dövlət komitəsinin yanında DƏDRX Bakı şəhər Ərəzi İdarəsi tərəfindən xx.xx.2018-ci ildə verimilmiş elektron arayışa və xx.xx.2018-ci il tarixdə verilmiş, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********20-10301 ilə verilmiş Çıxarışa əsasən, ümümi mülkiyyətində olan 0, 03681 ha torpaq sahəsində yerləşən, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Cəfər Cəbbarlı küçəsi, ev 6 C, Yeni qaydalarda- Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X37 küçəsi ev 35 ünvanda yerləşən fərdi yaşayış evi ünvanında, A tikintisinən mərhum X20 məxsus olan ‘A hissədən və ümümü mülkiyyətində olan 0,03681 ha, torpaq sahəsindən ona məxsus hissədən ibarətdir. Bundan sonra müraciyyət etdi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələri Dövlət Xidməti DƏDK və Reyestr publik hüquqi şəxsi 1 saylı Bakı Ərəzi İdarəsinə. 1 saylı Bakı Ərəzi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21530/2-982/2024 **********82 nömrəli məktubla daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildiriş gəldi. Həmin bildirişdə göstərilmişdir ki, müvafiq fərdi yaşayış evinə dair X14 payına münasibətdə digər vərəsələrin adına xx.xx.2018-ci il tarixli qanun üzrə X18 şəhadətnamə əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmış, sonradan özgəninkiləşdirilmişdir. Onuda qeyd edilər ki, təqdim edilmiş qanun üzrə X18 şəhadətnamədə istinad edilən məhkəmənin qərarı barədə məlumat aşkər edilməmişdir. 02 fevral 2024-cü il tarixli AZ-11 614604 nömrəli nikah haqında şəhadətnamə əsasında nikahı bağlandıqıqdan sonra mənə Ketizmen soyadı verilmişdir. 02 aprel 2024-cü il tarixli 06/67 nömrəli vəkil tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi sorğu verildi. Həmin sorğuda göstərilib ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Cəfər Cabbarlı küçəsi, ev 6 C, Yeni qaydalarda- Sabuncu rayonu, Bakıxanov qəsəbəsi, X37 küçəsi ev 35 ünvanda yerləşən fərdi yaşayış evi ünvanında, A tikintisinən mərhum X20 məxsus olan ¼ hissə payına münasibətdə digər vərəsələrin adına xx.xx.2018-ci il tarixli qanun üzrə X18 şəhadətnamə asasında daşınmaz əmlak dövlət rayestrində qeydiyyat aparılmış, sonradan özgəninkiləşdirilmişdir. 1 saylı Bakı Ərəzi İdarəsinin xx.xx.2024-cü il tarixli 3-21330/2-15538/2024 **********38 nömrəli məktubla həmin sorquya cavab olaraq göstərmişdir ki, qanun üzrə X18 şəhadətnaməsinə əsasən X6 (1/8 hissəsi) və X7 (1/8 hissəsi) adlarına keçmişdir. 26 avqust 2025-ci il tarixdə iddiaçı Ketizmen (Əliyeva) Günel Zakir qızı iddia ərizəsinin dəqiqləşdirilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciə edərək, xx.xx.2018-ci il tarixli X15 ilə Cavabdeh3 arasında bağlanmış bağışlanma müqaviləsini, xx.xx.2018-ci il tarixli 074399 nömrəli Cavabdeh3, X21 ilə Cavabdeh4 arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxıarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə məhkəmə tərəfindən mümkün hesab edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Ketizmen (Əliyeva) Günel Zakir qızının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehlər X21, X15, X25, Cavabdeh4 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbələri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehlərin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını, dinləyib, iş materiallarındakı sənədlərə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. -Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-349/2020 nömrəli xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri 09 saylı Notariat ofisi tərəfindən Masallı rayonu, Türkoba kəndində qeydiyyatda olan X15 və ünvan 2 ünvanda qeydiyyatda olan xx.xx.2007-ci il təvəllüdlü qızı - X6 adına verilmiş 29 noyabr 2018-ci il tarixli 2V-348 reyestr saylı X18 şəhadətnamə etibarsız hesab edilməsi, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci ildə, ********** nömrə ilə verilmiş elektron arayışa və xx.xx.2018-ci il tarixdə verilmiş, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********20-10301 ilə verilmiş Çıxarışa əsasən, ümumi mülkiyyətdə olan 0.03681 ha torpaq sahəsində yerləşən, ünvan 3 ünvanında qeydiyyatda yerləşən fərdi yaşayış evi ünvanında, “A” tikilisindən mərhum X22 məxsus olan ¼ hissədən və ümumi mülkiyyətdə olan 0.03681 ha torpaq sahəsindən ona məxsus hissədən X11 miras payı alması üçün qanunvericiliklə müəyyən edilmiş müddət üzürlü hesab edilərək uzadılması qət edilmişdir. - 13 mart 2023-cü il tarixli Qanun üzrə X18 şəhadətnamənin surətindən görünür ki, xx.xx.2018-ci il tarixdə vəfat etmiş X13 vərəsəsi qızı X16r o miras əmlakdan 1/3 hissədə pat almalıdır. Şəhadətnamə verilən miras əmlakı; Ümumi mülkiyyətdə olan 0.03681 ha. Torpaq sahəsində yerləşən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Cəfər Cabbarlı küçəsi ev 6C, yeni qaydalarla; Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X37 küçəsi, ev 35 ünvanında yerləşən fərdi yaşayış evi ünvanında “A” tikilsindən mərhum X22 məxsus olan ¼ hissəsindən və ümumi mülkiyyətdə olan 0.03681 ha torpaq sahəsindən ona məxsus hissədən ibarətdi. - 19.05.2015-ci il tarixli Vəsiyyətnamə üzrə X18 şəhadətnamənin surətindən görünür ki, xx.xx.2007-ci ildə vəfat etmiş X2 vərəsəsi Bakı şəhəri Bakıxanov qəsəbəsi 9 Yanvar küçəsi 6 saylı evdə yaşayan X8 ¾ hissə irs qalmışdır. Miras əmlakı: Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 9 yanvar küçəsində istifadəsində olan torpaq sahəsinin üzərində yerləşən 6 nömrəli fərdi yaşayış evinin X9 məxsus olan ½ hissədən ibarətdir. - 19.05.2015-ci il tarixli Qanun üzrə X18 şəhadətnamənin surətindən görünür ki, xx.xx.2007-ci ildə vəfat etmiş X2 vərəsəsi Bakı şəhəri Bakıxanov qəsəbəsi 9 Yanvar küçəsi 6 saylı evdə yaşayan X22 ¼ hissə irs qalmışdır. Miras əmlakı: Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 9 yanvar küçəsində istifadəsində olan torpaq sahəsinin üzərində yerləşən 6 nömrəli fərdi yaşayış evinin X9 məxsus olan ½ hissədən ibarətdir. - Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş RX ******* saylı, xx.xx.2018-ci il qeydiyyat tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Cəfər Cabbarlı küçəsi ünvanında yerləşən ümumi sahəsi 0.03681 ha olan torpaq sahəsində yerləşən A tikilisindən ¼ hissə X13, ¾ hissəsi və B tikilisi isə X3 paylı mülkiyyətindədir. - 14.11.2018-ci il tarixli Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Cəfər Cabbarlı küçəsi, ev 6C (yeni qaydalarla: Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X37 küçəsi, ev 35) X17 “A” tikilisindən ¾ hissə və “B” tikilisini Cavabdeh3 hədiyyə etmişdir. - 29 noyabr 2018-ci il tarixli qanun üzrə X18 şəhadətnamənin surətindən görünür ki, xx.xx.2018-ci il tarixdə vəfat etmiş X13 vərəsəsi Masallı rayonu, Türkoba kəndində qeydiyyatda olan arvadı X15 və ünvan 2 ünvanda qeydiyyatda olan xx.xx.2007-ci il təvəllüdlü qızı - X12r və onlar miras əmlaka pay almaları təsdiq edilmişdir. Şəhadətnamədə verilən miras əmlak: Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci ildə. ********** nömrə ilə verilmiş elektron arayışa və xx.xx.2018-ci il tarixdə verilmiş, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********20-10301 ilə verilmiş Çıxarışa əsasən, ümumi mülkiyyətdə olan 0.03681 ha torpaq sahəsində yerləşən, ünvan 3 ünvanında qeydiyyatda yerləşən fərdi yaşayış evi ünvanında, “A” tikilisindən mərhum X22 məxsus olan ¼ hissədən və ümumi mülkiyyətdə olan 0.03681 ha torpaq sahəsindən ona məxsus hissədən ibarətdir. - Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş Seriya RX ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Cəfər Cabbarlı küçəsi, ev 6C (yeni qaydalarla: Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X37 küçəsi, ev 35) xüsusi mülkiyyət hüququ üzrə X4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. «A» tikilisindən 1/8 hissə X6, A tikilisndən ¾ hissəsi və «B» tikilisi Cavabdeh3, «A» tikilisindən 1/8 hissə isə X4 paylı mülkiyyətindədir. - xx.xx.2018-ci il tarixli Daşınmaz Əmlakın Bağışlanması Müqaviləsindən görünür ki, X15 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X37 küçəsi, ev 35 ünvanında yerləşən fərdi yaşayış evinin onun paylı mülkiyyətinə düşən hissəsi olan “A” tikilisindən 1/8 hissəni ərinin bacısı olan Cavabdeh3 hədiyyə etmişdir. - Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Cəfər Cabbarlı küçəsi, ev 6C (yeni qaydalarla: Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X37 küçəsi, ev 35) xüsusi mülkiyyət hüququ üzrə «A» tikilisindən 1/8 hissə X6, A tikilisndən 7/8 hissəsi və «B» tikilisi Cavabdeh3 paylı mülkiyyətindədir. - AN-İ seriyalı ******* nömrəli xx.xx.2018-ci il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Cəfər Cabbarlı küçəsi, ev 6C (yeni qaydalarla: Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X37 küçəsi, ev 35) ünvanının payçıları olan Cavabdeh3 mülkiyyətində olan A tikilisndən 7/8 hissəsini və X21 mülkiyyətində olan A tikilisndən 1/8 hissəsini Cavabdeh4 70.000 manata satmışdırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.4-ci maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Həmin Məcəllənin 666.1-ci maddəsinə əsasən Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin 667.1-ci maddəsinə əsasən Fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın. Azərbaycan Respublikası Mulki Məcəlləsinin 148.2-ci maddəsinə əsasən d aşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Həmin Məcəllənin 149.2-ci maddəsinə əsasən Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Beləliklə mülki işin hallarından müəyyən edilir ki, hazırda mübahisə predmenti olan əmlakın bir hissəsi (A tikilisinin ¼ hissəsi) X22 məxsus olmuşdur. X26 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. X26 vəfat edən zaman onun 1 dərəcədən olan 3 vərəsəsi olmuşdur-iki övladı Ketizmen (Əliyeva) Günel Zakir qızı, X21 və arvadıX15. X26 vəfatından sonra onun iki vərəsəinin miras əmlakı bərabər paylarını tanınmış və onlara qanuni üzrə vərəsəlik şəhadətnaməsi verilmişdir. Bundan sönra hazırki mülki iş üzrə iddiaçı Ketizmen (Əliyeva) Günel Zakir qızı atasından miras qalmış miras əmlaka pay hüququnun tanınması üçün məhkəməyə müraciət etmiş və Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-349/2020 nömrəli xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri 09 saylı Notariat ofisi tərəfindən X15 və X6 adına verilmiş 29 noyabr 2018-ci il tarixli 2V-348 reyestr saylı X18 şəhadətnamə etibarsız hesab edilmiş, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci ildə, ********** nömrə ilə verilmiş elektron arayışa və xx.xx.2018-ci il tarixdə verilmiş, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********20-10301 ilə verilmiş Çıxarışa əsasən, ümumi mülkiyyətdə olan 0.03681 ha torpaq sahəsində yerləşən, ünvan 3 ünvanında qeydiyyatda yerləşən fərdi yaşayış evi ünvanında, “A” tikilisindən mərhum X22 məxsus olan ¼ hissədən və ümumi mülkiyyətdə olan 0.03681 ha torpaq sahəsindən ona məxsus hissədən X11 miras payı alması üçün qanunvericiliklə müəyyən edilmiş müddət üzürlü hesab edilərək uzadılması qərara alınmışdır. Bundan sonra iddiaçıya qanun üzrə vərəsləlik şəhadətnaməsi verilərək onun atasından qalmış miras əmlakının 1/3 hissəsinə pay hüququ tanınmışdr. Lakin işin hallarından müəyyən edilir ki, iddiaçının sözügedən əmlaka pay hüququ tanınmış olsa belə o sözügedən əmlaka mülkiyyət hüquqlarını qanunla nəzərəd tutulmuş qaydada rəsmiləşdirə bilmir. Belə ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsib 1 saylı Bakə Ərazi İdarəsindən alınmış sorğuya cavab məktublarından görünür ki, cavabdeh X15 ilkin vərəsəlik haqqında şəhadətnamə aldığıdan sonra mülkiyyətinə keçmiş olduğu əmlakdan pay hüququnun miras qoyanın bacısına xx.xx.2018-ci il tarixdə bağışlamışdır. Beləliklə məhkəmə ilk öncə iddia tələbinin “xx.xx.2018-ci il tarixli X15 ilə Cavabdeh3 arasında bağlanmış bağışlanma müqaviləsini etibarsız hesab edilməsi” hissəsinə münasibət bildirərək qeyd edir ki, nə qədəri Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-349/2020 nömrəli xx.xx.2020-ci il tarixli qətnaməsi ilə X15 və X6 adına verilmiş 29 noyabr 2018-ci il tarixli 2V-348 reyestr saylı X18 şəhadətnamə etibarsız hesab edilmiş və bundan sonra iddiaçının həmin əmlaka pay hüququ tanınmışdır, etibarsız hesab edilmiş şəhadətnamə əsasında aparılmış əqd olan bağışlama müqaviləsi etibarsız hesab edilməlidir. Bundan sonra məhkəmə iddia tələbinin “xx.xx.2018-ci il tarixli 074399 nömrəli Cavabdeh3, X21 ilə Cavabdeh4 arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” hissəsinə münasibət bildirərək qeyd edir ki, nə qədərki müqavilə tərəfi olan Cavabdeh4 müavilə bağlayarkən vicdanlı olmadığı iddiaçı tərəfindən sübuta yetirilməmişdir, alıcı olan Cavabdeh4 münasibətdə vicdanlılığ prinsipi qorunmalı və iddia tələbi həmin hissədə təmin edilməməlidir. Belə ki, alıcının vicdanlı hesab edilməsi üçün Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir çox qərarlarında formalaşdırdığı meyarlar mövcuddur. Konstitusiya Məhkəməsi Plenumunun S.N.Məmmədovanın şikayəti üzrə 2004-cü il 27 oktyabr tarixli qərarında qeyd edilmişdir ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı, vicdanlı hesab edilir. Alıcının əmlakı dəyərini ödəyərək əvəzli əldə etməsi də onun vicdanlı alıcı hesab edilməsi üçün şərtlərdən biri hesab olunur. Lakin məhkəmə onuda qeyd etməyi zəruri hesab edir ki, nə qədərki xx.xx.2018-ci il tarixli 074399 nömrəli Cavabdeh3, X21 ilə Cavabdeh4 arasında bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab edilməmişdir, gələcəkdə iddiaçının ona dəymiş maddi ziyanın cavabdehlər X24 və X1 müştərək qaydada tələb etmək hüququ yaranır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli, və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. X15 ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2018-ci il tarixli bağışlama müqaviləsi etibarsız hesab edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar