Məhkəmə qərarları › İş №2(008)-2097/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2097/2025

03.02.2025 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2097/2025 03.02.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi, Ərizəçi, onun nümayəndəsi X1, Maraqlı şəxs iştirakları ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb olunmaqla “barışıq sazişinin təsdiq edilməsi” haqqında ərizəsinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qismində cəlb olunmaqla “barışıq sazişinin təsdiq edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında Bakı 16 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2024-cü il tarixli MŞB/16-00755 nömrəli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, cavabdeh Xətai rayonunda yerləşən Arzu Şərab evinin sahibkarı Maraqlı şəxs ilə xx.xx.2023-cü il tarixdə müqavilə bağlayaraq əmək fəaliyyətinə başlamışdır. xx.xx.2023-cü il tarixdə əmək müqaviləsinin müddəti bitmiş, o, xx.xx.2024-cü il tarixə kimi işləmişdir. xx.xx.2024-cü il tarixdə əsassız olaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə və 72-ci maddəsinə əsasən işdən çıxarılmışdır. Mübahisə ilə bağlı Bakı 16 saylı Mediasiya Təşkilatnda barışıq sazişi imzalanmışdır. Sazişə əsasən əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddənin 2-ci bəndi ilə xitam verilməsi öhdəliyi maraqlı şəxsin üzərinə qoyulmuşdur və maraqlı şəxs həmin öhdəliyi 10 gün müddətinə icra edəcəyini bildirmişdir. Maraqlı şəxs bu günə qədər üzərinə düşən öhdəliyi yerinə yetirmədiyinə görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi, onun nümayəndəsi X2 ərizəni müdafiə etdi, ərizənin məzmununa uyğun izahat verərək, təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında Maraqlı şəxs bildirmişdir ki, ərizənin təmin edilməsinə etiraz etmir. Məhkəmə, ərizəçinin, onun nümayəndəsinin və maraqlı şəxsin izahatlarını dinləyib və mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, ərizəçinin nümayəndəsi X2 tərəfindən 99.6 manat dövlət rüsumu ödənilmişdir. - mygov.az portalından çıxarışdan görünür ki, Ərizəçi Azərbaycan Dövlət İqtisad Universitetində beynəlxalq ticarət və logistika ixtisası üzrə əyani təhsil alır. - mygov.az portalından çıxarışdan görünür ki, Ərizəçi ilə xx.xx.2023-cü il tarixdə əmək müqaviləsi bağlanmış, həmin müqaviləyə xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. - Ərizəçi və Maraqlı şəxs arasında Bakı 16 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2024-cü il tarixli MŞB/16-00755 №-li barışıq sazişinə əsasən:

1. 2-ci tərəfə “Maraqlı şəxs” 1-ci tərəfə Ərizəçi əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi barədə 378-K nömrəli xx.xx.2024-cü il tarixli əmrini ləğv edir, 1-ci tərəf Ərizəçi müqaviləsinə barışıq sazişinin 1.3-cü bəndində müəyyən edilmiş əsasla və qaydada xitam verir və bu barədə zəruri rəsmiləşdirmələri yerinə yetirir.

2. 1-ci tərəf Ərizəçi əmək müqaviləsinə xitam verilməsinə dair tələbi ilə və onun bu barışıq sazişinin təsdiq edildiyi gündən etibarən əmək müqaviləsinə xitam verilməsi barədə 378-K nömrəli xx.xx.2024-cü il tarixli ilkin əmrin ləğv edilməsindən sonra Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilir. 1-ci tərəf Ərizəçi əmək müqaviləsinin onun təşəbbüsü ilə ləğvini tələb etdiyindən sonra Maraqlı şəxs 1-ci tərəf Ərizəçi əmək müqaviləsinə bu bənddə qeyd edilən ərizə təqdim edilmədən də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verə bilər.

3. 1-ci tərəf Ərizəçi 2-ci tərəf “Maraqlı şəxs” 1-ci bənddə qeyd edilən öhdəlikləri icra etməsi ilə bütün tələblərinin təmin edildiyini təsdiq edir, və 1-ci tərəf Ərizəçi qarşı əmək münasibətlərindən irəli gələn bütün digər tələblərindən imtina edir.

4. Eyni zamanda tərəflər bir-biri ilə razılığa gəlirlər ki, bu məsələ ilə bağlı gələcəkdə bir-birilərinə qarşı heç bir iddia qaldırmayacaqlarını öz öhdəliklərinə götürürlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-24. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.1. Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.2. Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında əmək mübahisəsi üzrə xx.xx.2024-cü il tarixdə Bakı 16 saylı Mediasiya Təşkilatında barışıq sazişi bağlanmışdır. Lakin maraqlı şəxs qanunvericiliklə müəyyən edilmiş müddət ərzində barışıq sazişini könüllü icra etməmişdir. Bu səbəbdən Ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə, barışıq sazişini, qanunvericiliyin tələblərini nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilərək, Ərizəçi və Maraqlı şəxs arasında Bakı 16 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2024-cü il tarixli MŞB/16-00755 №-li barışıq sazişi aşağıdakı kimi təsdiq edilməlidir:

1. 2-ci tərəfə “Maraqlı şəxs” 1-ci tərəfə Ərizəçi əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi barədə 378-K nömrəli xx.xx.2024-cü il tarixli əmrini ləğv edir, 1-ci tərəf Ərizəçi müqaviləsinə barışıq sazişinin 1.3-cü bəndində müəyyən edilmiş əsasla və qaydada xitam verir və bu barədə zəruri rəsmiləşdirmələri yerinə yetirir.

2. 1-ci tərəf Ərizəçi əmək müqaviləsinə xitam verilməsinə dair tələbi ilə və onun bu barışıq sazişinin təsdiq edildiyi gündən etibarən əmək müqaviləsinə xitam verilməsi barədə 378-K nömrəli xx.xx.2024-cü il tarixli ilkin əmrin ləğv edilməsindən sonra Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilir. 1-ci tərəf Ərizəçi əmək müqaviləsinin onun təşəbbüsü ilə ləğvini tələb etdiyindən sonra Maraqlı şəxs 1-ci tərəf Ərizəçi əmək müqaviləsinə bu bənddə qeyd edilən ərizə təqdim edilmədən də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verə bilər.

3. 1-ci tərəf Ərizəçi 2-ci tərəf “Maraqlı şəxs” 1-ci bənddə qeyd edilən öhdəlikləri icra etməsi ilə bütün tələblərinin təmin edildiyini təsdiq edir, və 1-ci tərəf Ərizəçi qarşı əmək münasibətlərindən irəli gələn bütün digər tələblərindən imtina edir.

4. Eyni zamanda tərəflər bir-biri ilə razılığa gəlirlər ki, bu məsələ ilə bağlı gələcəkdə bir-birilərinə qarşı heç bir iddia qaldırmayacaqlarını öz öhdəliklərinə götürürlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri ərizəçiyə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə,

QƏT ETDİ:

Ərizə təmin edilsin. Ərizəçi və Maraqlı şəxs arasında Bakı 16 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2024-cü il tarixli MŞB/16-00755 №-li barışıq sazişi aşağıdakı kimi təsdiq edilsin:

1. 2-ci tərəfə “Maraqlı şəxs” 1-ci tərəfə Ərizəçi əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi barədə 378-K nömrəli xx.xx.2024-cü il tarixli əmrini ləğv edir, 1-ci tərəf Ərizəçi müqaviləsinə barışıq sazişinin 1.3-cü bəndində müəyyən edilmiş əsasla və qaydada xitam verir və bu barədə zəruri rəsmiləşdirmələri yerinə yetirir.

2. 1-ci tərəf Ərizəçi əmək müqaviləsinə xitam verilməsinə dair tələbi ilə və onun bu barışıq sazişinin təsdiq edildiyi gündən etibarən əmək müqaviləsinə xitam verilməsi barədə 378-K nömrəli xx.xx.2024-cü il tarixli ilkin əmrin ləğv edilməsindən sonra Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verilir. 1-ci tərəf Ərizəçi əmək müqaviləsinin onun təşəbbüsü ilə ləğvini tələb etdiyindən sonra Maraqlı şəxs 1-ci tərəf Ərizəçi əmək müqaviləsinə bu bənddə qeyd edilən ərizə təqdim edilmədən də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən xitam verə bilər.

3. 1-ci tərəf Ərizəçi 2-ci tərəf “Maraqlı şəxs” 1-ci bənddə qeyd edilən öhdəlikləri icra etməsi ilə bütün tələblərinin təmin edildiyini təsdiq edir, və 1-ci tərəf Ərizəçi qarşı əmək münasibətlərindən irəli gələn bütün digər tələblərindən imtina edir.

4. Eyni zamanda tərəflər bir-biri ilə razılığa gəlirlər ki, bu məsələ ilə bağlı gələcəkdə bir-birilərinə qarşı heç bir iddia qaldırmayacaqlarını öz öhdəliklərinə götürürlər. Məhkəmə xərcləri ərizəçiyə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar