Məhkəmə qərarları › İş №2(008)-2144/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2144/2023

24.05.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2144/2023 24.05.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh 4 saylı Bakı Cavabdehotariat Ofisinə qarşı "mirasın qəbul edilməsi müddətinin uzadılması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh 4 saylı Bakı Cavabdehotariat Ofisinə qarşı "mirasın qəbul edilməsi müddətinin uzadılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X5 vəfat etməsi ilə əlaqədar olaraq onun vərəsəsi İddiaçı mirasın qəbul edilməsi üçün müəyyən edilmiş müddəti gecikdirməsi üzrlü sayılması və müddət uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, anası X9 xx.xx.2007-ci il tarixində vəfat etmişdir. Onun iki vərəsəsi qalmışdır: o, iddiçı İddiaçı və X2dur. X2 xx.xx.2020-ci il tarixində vəfat etmişdir. Anasının vəfat etməsi ilə bağlı ondan aşağıdakı əmlak: Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 0,25 ha, 249 nömrəli bağ sahəsi miras qalmışdır. X1 vəfat etməsindən sonra qardaşı tərəfindən müvafiq sənədlər toplanılaraq 4 saylı Bakı Cavabdehotariat Ofisinə təqdim edilmiş və orada V-687/2019 saylı vərəslik işi açılmışıdır. 2022-ci ilin fevral ayında tərəfindən notariat ofısnə müraciət edilərək qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi xahiş edilmiş, cavabdeh 4 saylı Bakı Cavabdehotariat Ofisi özünün 19 fevral 2022-ci il tarixli 296 saylı məktubu ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə istinad edərək bildirmişdir ki, vərəsə vərəsəliyə çağrıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə gecikdirilmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Yuxarıda göstərilənlərə əsasən, notariat ofisi mirasın qəbul müddətinin uzadılması ilə bağlı məhkəməyə müraciət edilməsini tövsiyə etmişdir. Mirasın qəbul edilməsi müddətinin gecikdirilməsi onunla bağlı olmuşdur ki, qardaşı müvafiq sənədləri toplayaraq notariat ofisinə vermiş, lakin o, xx.xx.2020-ci il tarixində vəfat etdiyindən, bu işi başa çatdıra bilməmişdir. Qardaşı vəfat edəndən sonra isə bir müddət “Covid-19” xəstəliyi ilə bağlı məhdudiyyətlər üzündən bu müddət ötürülmüşdür. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş edərək bildirir ki, iddiaçının anasının vəfatından sonra miras əmlak kimi Ləhişdə yerləşən bağ sahəsi qalmışdır, həmin bağ sahəsində o özü yaşayır. Qardaşı Cavid anasının ölümündən sonra miras əmlakının qəbul edilməsi üçün müəyyən hərəkətlər etsədə 2020-ci il tarixdə Cavid vəfat etdiyindən, anasından qalmış miras əmlakının qəbul edilməsi üçün sənədləşdirmə işləri onun üzərinə düşmüşdür. Cavabdeh 4 saylı Bakı Cavabdehotariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbələri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə 4 saylı Bakı Cavabdehotariat Ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarındakı sənədlərə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2008-ci il tarixli ölüm haqqında şəhadətnaməsinin surətindən görünür ki, X9 xx.xx.2007-ci il tarixdə Bakı şəhərində ölmüşdür. -Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2020-ci il tarixli ölüm haqqında şəhadətnaməsinin surətindən görünür ki, X10 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində ölmüşdür. - 4 saylı Bakı “ASAN Xidmət” X4 İddiaçı ünvanlamış olduğu xx.xx.2022-ci il tarixli, 296 nömrəli imtina məktubdan görünür ki, X5 adına V-687/2019 saylı vərəsəlik işi açılmışdır, miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna qol verilmədiyindən, mirasın qəbulu müddətinin uzadılması üçün məhkəməyə müarciət edilməsi tövsiyə edilmişdir. - 4 saylı Bakı Cavabdehotariat Ofisinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlamış olduğu xx.xx.2019-cu il tarixli, 2291 nömrəli məktubundan görünür ki, X6 müraciəti əsasında xx.xx.2007-ci il tarixdə ölmüş X1 asına vərəsəlik işi açılmışdır. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi ünvanında yerləşən 0.25 ha torpaq sahəsinə dair “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarış” verilməsi barədə müraciət edilmişdir. - Bakı şəhər İcra Hakimiyyəti Başçısı X3 İnkişafı və X8 ərazisindəki 249 nömrəli bağın istifadəyə verilməsi haqqında 14808 saylı Müqavilənin surətindən görünür ki, X9 Bakı şəhəri Sabunçu rayonu, Ləhiş ərazisindəki 0.25 ha torpaq sahəsi 249 müqavilədə göstərilən tikililər qurğular istifadəçiyə istifadəyə verilmişdir. - Azərbaycan Respublikası Əlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli, **********39 nömrəli bildirişindən görünür ki, İdarənin arxivində olan eyni bağ nömrəsi digər şəxsə verilmiş müqavilədə təkrarlanır və verilmiş ilkin müqavilədə bağın nömrəsi “250” kimi qeyd olunmuşdur. Bu səbədən də X6 ərizəsinin icrası mümkün olmamışdır. - İş materiallarına əlavə edilmiş qəbzin surətindən görünür ki, 100 manat dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1146-ci maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Mulki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən 1-ci növbədə – Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243.1, 1243.2 və 1243.3-cu maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir; Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfındən qəbul edilmiş sayılır; Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1252-cı maddəsinə əsasən Əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. Həmin Məcəllənin 1322-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. Həmin Məcəllənin 1322-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli qərarında göstərilmişdir ki, Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etməsi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu isə vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Miras əmlakın hansı üsulla qəbul edilməsindən və vərəsəlik şəhadətnaməsinin olub-olmamasından asılı olmayaraq vərəsə tərəfindən miras əmlakın saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin bariz şəkildə nümayiş etdirilməsi onun miras aktivini və miras passivini qəbul etməsinə dəlalət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli qərarında eyni zamanda göstərilmişdir ki, Mülki Məcəllənin 1272-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barədə mübahisənin açılması ilə bağlı olan müddət iddia müddəti deyil, kəsici müddətdir. Qanunvericiliyin bu normasının məqsədi miras qoyanın ölümündən sonra onun əmlakına dair hüquqi münasibətlərin müqəddəratının mümkün qədər qeyri-müəyyənlikdə qalmamasını, bununla da mülki dövriyyədə hüquqi etimad və davamlılığı etibarlı bir şəkildə təmin etməkdir. Buna görə də maraqlı şəxs mirasın qəbul və imtina edilməsi ilə bağlı hüquqi mübahisəyə əsas verən halları bildiyi gündən iki ay ərzində bununla bağlı mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanuna əsasən qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Beləliklə işin mübasəsiz halı ondan ibarətdir ki, X9 xx.xx.2007-ci il tarixində vəfat etmişdir. Onun vəfatından sonra Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 0.25 ha, 249 nömrəli bağ sahəsi miras əmlak qalmışdır. İddiaçı anasının ölümündən 16 il keçdikdən sonra onun miras əmalkının qəbul edilməsi üçün ötürülmüş müddətin uzadılmasını xahiş etsədə, iddiaçı müddətin hansı üzürlü səbəblərdən ötürülməsini məhkəmədə təsdiq edə bilmədiyindən iddia tələbi təmin edilə bilməz. Məhkəmə eyni zamanda iddiaçının diqqətinə çatdıraraq qeyd edir ki, iddiaçı izahat verərəkən sözügedən miras əmlakda hazırda onun yaşamış olduğunu bildirsədə bu halıda təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Beləliklə yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh 4 saylı Bakı «ASAN Xidmət» Mərkəzində Notariat Ofisinə qarşı “mirasın qəbul edilməsi müddətinin uzadılması” tələbinə dair iddia ərizəsi üzrə iddia tələb təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli, və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddiaçı cavabdeh 4 saylı Bakı «ASAN Xidmət» Mərkəzi Notariat Ofisinə qarşı “mirasın qəbul edilməsi müddətinin uzadılması” tələbinə dair iddia ərizəsi üzrə tələb təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar