Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-2213/2020 22.09.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayonu 169 nömrəli tam orta məktəbinə qarşı işdən azad olunma barədə əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının və dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı cavabdeh Sabunçu rayonu 169 nömrəli tam orta məktəbinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Bakı şəhəri, 169 nömrəli tam orta məktəbin direktorunun xx.xx.2019-cu il tarixli əmrinin ləğv edilməsi, məcburi iş buraxma müddətinə görə əvvəlki işinə bərpa olunan günədək əmək haqqının hesablanmaqla birdəfəlik şəkildə ödənilməsi və qanunsuz işdən çıxarılmağı nəticəsində ona vurulmuş mənəvi zərərin əvəzi olaraq cavabdehdən 10 000 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar, lakin tərəflər məhkəməyə gəlməmişlər. İddiaçı xx.xx.2020-ci il tarixə təyin olunmuş məhkəmə iclasında iştirk edə bilməyəcəyi, məhkəmə iclasının başqa vaxta təxirə salınması barədə teleqramma göndərmiş və bunu Bərdə şəhərində olması ilə əsaslandırmışdır. İddiaçı ünvan 1 ünvanında qeydiyyatda olmasına baxmayaraq Bərdə şəhərində olduğundan məhkəmə iclası təxirə salınmışdır. İddiaçı xx.xx.2020-ci il tarixə təyin olunmuş məhkəmə iclasının təxirə salınması barədə məhkəməyə teleqramma göndərmiş və bunu səhhətində yaranmış problemlə bağlı məhkəmədə iştirk edə bilməyəcəyi ilə əsaslandırmışdır. Lakin, iddiaçı səhhəti ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Bu əsasdan da məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin: 259.0.6-cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə iddia ərizəsi baxılmamış saxlanır; 263.2-ci maddəsinə əsasən məhkəmə iş üzrə icraatı dayandırdıqda, icraata xitam verdikdə, iddianı baxılmamış saxladıqda, habelə bu Məcəllə ilə nəzərdə tutulmuş digər hallarda qərardad çıxarır. 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Sabunçu rayonu 169 nömrəli tam orta məktəbinə qarşı işdən azad olunma barədə əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmaya görə əmək haqqının və dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində Sabunçu rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-2213/2020
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-2213/2020
22.09.2020 · Əmək mübahisələri - İşə bərpa - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver