Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2240/2025 01.04.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1, Cavabdeh2 nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə İddiaçı Cavabdehlər Cavabdeh2 və Bakı şəhəri 24 saylı notariat ofisinə qarşı müqavilənin etibarsız hesab edilməsi və icra qeydinin ləğv edilməsi barədə iddia tələbi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Bakı şəhəri 24 saylı notariat ofisinə qarşı məhkəmədə iddia qaldıraraq cavabdeh Saruyev Cavabdeh2ç arasında xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 24 saylı Bakı “Asan Xidmət” Mərkəzində Notariat Ofisində bağlanmış kredit (borc) müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında 8i - 2867 reyestr nömrəli, xx.xx.2020-ci il tarixli borc məbləğinin tutulması barədə icra qeydinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 ona kredit yolu ilə pulunu ödəmək şərtilə maşın satdı və aralarında xx.xx.2020-ci il tarixdə kredit müqaviləsi bağlandı. Lakin cavabdeh ona maşını verən gündən etibarən bir neçə gündən bir müxtəlif məbləğlərdə ondan pul istədi. Bu minvalla 2 il müddətinə o, kredit ödədi. Lakin cavabdehin davamlı olaraq vaxtsız pul tələbləri onu maşını qaytarmağa məcbur etdi. Lakin kredit müqaviləsini ləğv elətdirmədi. Elə bildi ki, cavabdeh gedib kredit müqaviləsini ləğv elətdirib. Bir neçə vaxtdan sonra ona məlum oldu ki, cavabdeh kredit müqaviləsi əsasında icra qeydi çıxararaq sənədləri Suraxanı rayon icra şöbəsinə verilmişdir. xx.xx.2020-ci tarixdə Bakı şəhəri 24 saylı Notariat ofisində kredit müqaviləsi bağlanmış və guya ona 7000 ABŞ dolları məbləğində borc pul verimişdir. Halbuki, cavabdeh tərəfindən ona pul vəsaiti verilməmişdir. O, cavabdehlə real olaraq yox, görünüş üçün həmin müqaviləni bağlamışdır. Əgər notariat ofisinin həmin tarixli müşahidə kameralarına baxış keçirlərsə, onun həqiqətən cavabdehdən borc pul almadığım aydın olar. Bü günkü günə qədər onun cavabdehə deyil, cavabdehin ona borcu vardır. Həmin müqavilə əsasında Bakı şəhəri 24 saylı Notariat ofisində 8i-2867 reyestr nömrəli, xx.xx.2020ci il tarixli borc məbləğinin tutulması bardə icra qeydi aparılmışdır. O, etibarsız olan əqd üzrə verimiş icra qeydinin ləğv edilməsi üçün cavabdehlərə məhkəmədən kənar pretenziya qaydasında müraciət etmişdir. Lakin nə notariusdan, nə də cavabdehdən hazıradək cavab ala bilmədi. Sözügedən borc müqviısinin bağlanmasında cavabdehin əsl niyyəti - iradə ifadəsiona borc verməsinə yönəlmədiyindən və həmin müqviə görünüş üçün bağlandığından uydurma (əhəmiyyətsiz) əqd olmaqla özlüyündə etibarsızdır. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.7-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışına gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə, iddia ərizəsi baxılmamış saxlanır. Cavabdeh2 nümayəndəsi (vəkili) Vəkil ərizə verərək iddia ərizəsinə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Odur ki, məhkəmə iddia ərizəsinə iddiaçının iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi (vəkili) Vəkil izahat verərək iddianın rədd edilməsini, eyni zamanda iddia ərizəsindəki səhvləri texniki səhv kimi qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən tərəfin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia rədd edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır. İddiaç ıilə cavabdehin arasında xx.xx.2017-ci il tarixdə kredit müqaviləsi bağlanmış, həmin müqavilə Bakı şəhəri 24 saylı Notariat ofisində təsdiq edilmiş, reyestrə 3M-90 № ilə qeyd edilib informasiya sisteminə daxil edilmişdir. Həmin müqavilənin: 1-ci bəndinə əsasən cavabdeh iddiaçıya 7000 ABŞ dolları məbləğində borc verməyi; 1-ci bəndində iddiaçı borcu məbləğinin xx.xx.2020-ci il tarixədək qaytarmağı barədə öhdəlik götürmüş; 7-ci bəndində ödəniş müddətinin keçirilməsi haqqında notarius vasitəsilə kreditorun borcluya yazılı bildiriş göndərməsindən 30 gün sonra borcun notarius tərəfindən aparılan icra qeydi əsasında mübahisəsiz qaydada alınması nəzərdə tutulmuşdur. Həmin müqavilə əsasında Bakı şəhəri 24 saylı Notariat ofisində 8i-2867 reyestr nömrəli, xx.xx.2020-ci il tarixli borc məbləğinin tutulması bardə icra qeydi aparılmışdır. İddiaçı tərəfindən Cavabdeh2 ünvanlanmış pretenziya iddia ərizəsinə əlavə edilmiş, lakin həmin pretenziyanın məzmunundan X2 xeyrinə verilmiş icra qeydinin ləğv edilməsi barədə müraciət edilmişdir. Hazırda iddiaçı arasında xx.xx.2020-ci il tarixdə bağlanmış kredit (borc) müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında 8i - 2867 reyestr nömrəli, xx.xx.2020-ci il tarixli borc məbləğinin tutulması barədə icra qeydinin ləğv edilməsini istəyir. Məhkəmə mübahisə predmeti olan kredit (borc) müqaviləsinin tarixinin «xx.xx.2020-ci il” qeyd edilməsini texniki səhv kimi qəbul edir. Belə ki, digər mübahisə predmeti olan «8i - 2867 reyestr nömrəli, xx.xx.2020-ci il tarixli icra qeydi» xx.xx.2017-ci il tarixdə kredit müqaviləsi əsasında verilmişdir. İddiaçı heç bir məhkəmə prosesində iştirak etmədiyindən məhkəmə ondan tələbin dəqiqləşdirilməsini tələb edə bilməmiş, cavabdeh isə mahiyyəti üzrə baxılmasını xahiş etdiyindən, məhkəmə həmin yanlışlığı texniki səhv kimi qəbul etməyi zəruri hesab edir və «xx.xx.2017-ci il tarixli kredit müqaviləsi»nin etibarsızlığı barədə iddia tələbinə baxır. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə hesab edir ki, İddiaçı iddiası rədd edilməlidir. İddiaçı iddia tələbinin hüquqi əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.1-ci maddədənin dispozisiyası ilə əlaqələndirmişdir. Həmin maddəyə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir, uydurma əqd əhəmiyyətsizdir. İddiaçı bağlanmış əqdin uydurma əqd olmasına dair məhkəməyə sübutlar təqdim etməmişdir. Beləliklə, məhkəmə müəyyən etmişdir ki, tərəflərin arasındakı alqı-satqı müqaviləsi qanunvericiliyin tələblərinə riayət edilməklə bağlanmışdır və onun etbarsızlığı ilə əlaqədar əsaslar mövcud deyil. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ƏT E T D İ: İddiaçı iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-2240/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2240/2025
01.04.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver