Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-238/2023 30.03.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Anayeva Sevinc Vahid qızının katibliyi, İddiaçılar İddiaçı1 oğunun və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh və vəkili Vəkil3 iştirakı ilə, İddiaçılar İddiaçı3, İddiaçı1 oğunun və İddiaçı2 Cavabdeh qarşı daşınmaz əmlakdan istifadəyə maneənin aradan qaldırılması, evlərin və torpaq sahəsinin qaytarılması tələbinə dair iddiaları üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçılar İddiaçı3, İddiaçı1 oğu və İddiaçı2 Cavabdeh qarşı daşınmaz əmlakdan istifadəyə maneənin aradan qaldırılması, evlərin və torpaq sahəsinin qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İstirahət evinin cənub-şərq hissəsində yerləşən, Bakı şəhəri, Bilgəh qəsəbəsi, Zaqulba şossesi, 9 saylı evə münasibətdə Cavabdeh tərəfindən şəxsi evdən istifadəyə yaranmış maneənin aradan qaldırılmasına – polis naryadının götürülməsinə, Cavabdeh və Bilgəh qəsəbəsi üzrə icra nümayəndəliyinə saxlanca verilmiş, onlara və ailə üzvlərinə vərəsəlik üzrə şəxsi mülkiyyət hüququ ilə məxsus olan evin və torpaq sahəsinin qaytarılmasına, evə və torpaq sahəsinə giriş-çıxışa maneçilik törədilməməsinə, evdən və torpaq sahəsindən istifadə hüququnun verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra İddiaçı3 nümayəndəsi və vəkili Vəkil1, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, məhkəməyə iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edərək, eyni zamanda, Bakı şəhəri, Bilgəh qəsəbəsi, Zaqulba şossesi ünvanında yerləşən 9 saylı evlə bərabər, ünvan 1vanında yerləşən 3820 kv.m torpaq sahəsi və həmin sahədə yerləşən 38 kv.m fərdi yaşayış evinə münasibətdə istifadəyə yaradılmış maneələrin aradan qaldırılması – polis naryadının götürülməsi və sözügedən daşınmaz əmlak obyektlərinin iddiaçıya qaytarılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra İddiaçı1 oğu və İddiaçı2 məhkəməyə iddia ərizəsinə əlavə ilə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İstirahət evinin cənub-şərq hissəsində yerləşən, Bakı şəhəri, Bilgəh qəsəbəsi, Zaqulba şossesi 9 ünvanında yerləşən daşınmaz əmlaka, ünvan 3nda yerləşən, üzərində birmərtəbəli yaşayış evi inşa olunmuş 3330 kv.m ölçüdə torpaq sahəsinə, ünvan 4 ünvanında yerləşən, üzərində birmərtəbəli yaşayış evi inşa olunmuş 3000 kv.m ölçüdə torpaq sahəsinə münasibətdə Cavabdeh tərəfindən yaradılmış maneənin aradan qaldırılmasına – polis naryadının götürülməsinə, onlara məxsus həmin əmlakların özlərinə qaytarılmasına, torpaq sahəsinin qaytarılmasına və həmin əmlaklara giriş-çıxışlarına maneçilik törədilməməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. İddiaçılar iddia tələblərini onunla əsaslandırmışlar ki, Abşeron rayon X6 və Mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş Qeydiyyat vəsiqəsinə əsasən, Bakı şəhəri, Bilgəh qəsəbəsi, Zaqulba şossesi ünvanında yerləşən 9 saylı ev anaları X2 məxsusdur. Cavabdeh bir neçə dəfə onların və ailə üzvlərinin evdə olmamalarından istifadə edərək, sözügedən evə - vərəsəlik hüququ ilə onlara məxsus daşınmaz əmlaka basqın etmiş, evlərini əllərindən almış və evə giriş-çıxışları qadağan edilmişdir. Belə ki, evin qapısına cavabdeh tərəfindən polis naryadı cəlb edilmiş və naryad üçün müqavilənin cavabdehlə bağlanıldığı bildirilmişdir. Cavabdeh tərəfindən qanunsuz hərəkətlərə yol verilərək, iddiaçılar və ailə üzvlərinin əmlak hüquqları pozulmuş, şəxsi mülkiyyət hüququ ilə onlara məxsus evdən və ərazidən qanunsuz olaraq çıxarılmışlar. Sabunçu Rayon İcra Şöbəsinin əməkdaşları tərəfindən icra hərəkətlərinin keçirilməsi barədə xəbər aldıqları üçün onlar da həmin əraziyə getmiş, lakin icra hərəkətlərində iştirak üçün oraya buraxılmamış, onların hərəkətlərini uzaq məsafədən müşahidə etməli olmuşlar. Bir müddət sonra icra hərəkətlərinin başa çatdığı bildirilmiş, dörd nəfər polis əməkdaşı posta qoyulmuş, əraziyə və şəxsi evlərinə girişləri qadağan edilmişdir. Rəsul Quliyevin yaxın qohumu – Gələcək Azərbaycan Partiyasının sədri, iş üzrə Cavabdeh (Şakiroğlu) onları öz evlərinə buraxmır, mühafizə polisi vasitəsilə maneçilik törədir. Bu səbəbdən də, hazırkı tələblərlə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1 oğunun və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini müdafiə edərək, iddia ərizəsi və ona əlavədə göstərilənlərə uyğun izahat verib, həmçinin bildirdi ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində İddiaçı2 ünvan 5 ünvanında yerləşən, üzərində birmərtəbəli yaşayış evi inşa olunmuş 3330 kv.m ölçüdə olan torpaq sahəsindən, İddiaçı1 isə ünvan 6 ünvanında yerləşən, üzərində birmərtəbəli yaşayış evi inşa olunmuş 3000 kv.m ölçüdə olan torpaq sahəsindən məhrum edilmiş, həmin ərazilərə gediş-gəlişləri qadağan edilmişdir. Göstərilənlərə əsasən, nümayəndə iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, iddiaçıların qohumu Qalib Salahzadə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-879/2010 saylı, xx.xx.2010-cu il tarixli icra sənədinin icrası zamanı Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1995, xx.xx.1995 və xx.xx.1995-ci il tarixli sərəncamları ilə X7, X29, X25, X18, X22, Bağırova (Quliyeva) Xanım Rəsul qızına məxsus olan, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən bağ sahələrindən çıxarılmış və həmin bağ sahələri mülkiyyətçilərə təhvil verilmişdir. Qeyd olunan mülki iş üzrə guya iddiaçıların həmin torpaq sahələri yuxarıda adları çəkilən bağ sahələrinin üzərinə düşür. Yəni iddiaçılar tərəfindən iddia olunan bağ sahələri Bakı şəhər İcra Hakimiyyəti başçısının qeyd olunan sərəncamları ilə faktiki mülkiyyətçilərin mülkiyyətinə verilmiş, hazırda da həmin bağ sahələri onların mülkiyyətində, istifadəsində və sərəncamındadır. İddiaçılar tərəfindən təqdim olunan Sabunçu rayonu Bilgəh bələdiyyəsinin Qərarları isə 2007-ci ildə verilmişdir. Digər tərəfdən, Sabunçu rayonu Bilgəh bələdiyyəsi tərəfindən verilmiş həmin sənədlərdə mülkiyyət hüquqları ərazi aidiyyatı üzrə Abşeron rayon X6, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən deyil, məhz Bakı ərazi idarəsi tərəfindən tanınmalı idi. Belə ki, Bilgəh qəsəbəsi ərazi aidiyyatı üzrə Bakı şəhərinin inzibati ərazisinə daxildir. Buradan belə nəticəyə gəlmək olar ki, iddiaçılar tərəfindən verilmiş sənədlərdə uyğunsuzluq mövcuddur. Bundan başqa, iddiaçıların iddia etdikləri əmlaklara dair onun mülkiyyət hüququ deyil, yuxarıda adlarını qeyd etdiyi şəxslərin mülkiyyət hüquqları tanınmışdır. Başqa sözlə, hüquq subyekti olmadığı halda, onun hazırkı işdə cavabdeh qismində cəlb olunması absurddur. Cavabdeh qeyd olunanların nəzərə alınaraq, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil3, iddia tələbinə etiraz edərək, cavabdehin izahatında göstərdiyi xüsusatları təsdiq edib, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İddiaçı3 (nümayəndəsi və vəkili) məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Bununla belə, əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı3 nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Zaqulba şossesi, 9 saylı fərdi yaşayış evi Abşeron rayon X6, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən verilmiş Qeydiyyat vəsiqəsinə əsasən iddiaçıların anası X2 məxsus olmuşdur. Kübra Camalovanın vəfatından sonra ev və torpaq sahəsi vərəsəlik hüququ ilə iddiaçılara məxsusdur. Cavabdeh bir neçə şəxslə əraziyə gəlmiş, iddiaçıların və ailə üzvlərinin evdə olmamalarından istifadə edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İstirahət evinin cənub-şərq hissəsində yerləşən, Bakı şəhəri, Bilgəh qəsəbəsi, Zaqulba şossesi 9 ünvanında yerləşən daşınmaz əmlaka- vərəsəlik hüququ ilə iddiaçılara məxsus yaşayış evinə basqın edilmiş, onların öz evləri əllərindən alınmış, evə gediş-gəlişləri qadağan edilmişdir. Belə ki, şəxsi evlərinin qapılarına polis naryadı cəlb edilmiş və naryad üçün müqavilənin Cavabdehla bağlanıldığı bildirilmişdir. Göründüyü kimi, Cavabdeh tərəfindən qanunsuz hərəkətlərə yol verilmiş, iddiaçıların və ailə üzvlərinin əmlak hüquqları pozulmuş, şəxsi mülkiyyət hüququ ilə onlara məxsus evdən və ərazidən qanunsuz olaraq çıxarılmışlar. Sabunçu Rayon İcra Şöbəsinin əməkdaşları tərəfindən icra hərəkətlərinin keçirildiyi barədə xəbər almaları səbəbindən, həmin əraziyə getsələr də, icra hərəkətlərində iştirakları üçün əraziyə buraxılmadıqlarndan, onların hərəkətlərini uzaq məsafədən müşahidə etməli olmuşlar. Bir müddət sonra onlara icra hərəkətlərinin başa çatdırıldığı bildirilmiş, dörd nəfər polis əməkdaşı posta qoyulmaqla, onların əraziyə, şəxsi evlərinə girişləri qadağan edilmişdir. Göstərilənlərə əsasən, nümayəndə iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 184.2-ci maddəsinin mahiyyətinə əsasən, hakim işə əlavə edilmiş sübutlar və işdə olan mövcud materiallar əsasında işə baxmağa haqlıdır. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının xx.xx.2010-cu il tarixli, 2(102)-2308/2010 saylı qərarından məlum olur ki, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx.xx.2010-cu il tarixli, 2(103)-879/2010 saylı qətnaməsinə əsasən, iddiaçılar X31-qulu qızının, X8, X13, Bağırova (Quliyeva) Xanım Rəsul qızının və X23 cavabdeh X14 qarşı bağ sahəsindən çıxarılma, qanuni icarədarların istifadə hüquqlarının bərpa edilməsi və dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair iddialarının rədd edilməsinə dair Sabunçu Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2(008)-883/2009 saylı qətnaməsindən iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, həmin qətnamə ləğv edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən, icra hakimiyyəti başçısının sərəncamına əsasən İdarə tərəfindən müvafiq orderlərlə ayrı-ayrılıqda onlara ayırılmış 1926, 1927, 1928, 1929 və 1931 nömrəli bağ sahələrindən cavabdeh Q.Salahzadənin çıxarılması, həmin bağ sahələri üzərində iddiaçıların icarə və istifadə hüquqlarının bərpa edilməsi, həmin bağ sahələrinin iddiaçılara verilməsi qət edimişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin sözügedən qərarı ilə apellyasiya instansiyası məhkəməsi tərəfindən çıxarılmış həmin qətnamə dəyişdirilmədən saxlanılmışdır. - MA ******* seriya nömrəli çıxarışa əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən, sahəsi 0,12 ha olan 1926 saylı bağ sahəsinin üzərində X8, MA ******* seriya nömrəli çıxarışa əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən, sahəsi 0,12 ha olan 1927 saylı bağ sahəsinin üzərində X15, MA ******* seriya nömrəli çıxarışa əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən, sahəsi 0,12 ha olan 1928 saylı bağ sahəsinin üzərində X13, MA ******* seriya nömrəli çıxarışa əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən, sahəsi 0,12 ha olan 1929 saylı bağ sahəsinin üzərində X3, MA ******* seriya nömrəli çıxarışa əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən, sahəsi 0,12 ha olan 1931 saylı bağ sahəsinin üzərində X23 xüsusi mülkiyyət hüquqları xx.xx.2011-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. - Abşeron rayon X6 və Mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş Qeydiyyat vəsiqəsindən görünür ki, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Zaqulba şossesində yerləşən yaşayış sahəsi 64 kv.m, köməkçi sahəsi 33.6 kv.m olan, üç otaqdan ibarət 9 nömrəli fərdi yaşayış evi X1 adına mülkiyyət hüququ əsasında Abşeron rayon 1 saylı DNK-ın xx.xx.2005-ci il tarixli, 4ə/2450 saylı alqı-satqı müqaviləsinə əsasən qeydə alınmışdır. - Bakı şəhəri Sabunçu rayonu Bilgəh Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 075 nömrəli qərarına əsasən, Bilgəh qəsəbəsi ərazisində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İstirahət evinin cənub-şərq hissəsində Zaqulba şossesi, ev 1a ünvanında yerləşən 3820 m2 torpaq sahəsinin əvəzi ödənilməklə İddiaçı3 mülkiyyətinə verilməsi qərara alınmış və topağın alqı-satqısına dair xx.xx.2007-ci il tarixli akt tərtib edilmişdir. - Bakı şəhəri Sabunçu rayonu Bilgəh Bələdiyyəsi və İddiaçı1 oğu arasında xx.xx.2007-ci il tarixdə tərtib edilmiş akta əsasən, Bilgəh qəsəbəsi ərazisində 3000 m2 torpaq sahəsinin sonuncuya satılması barədə xx.xx.2007-ci il tarixli, 091 saylı qərar qəbul edilmişdir. - Bakı şəhəri Sabunçu rayonu Bilgəh Bələdiyyəsi və İddiaçı2 oğu arasında xx.xx.2007-ci il tarixdə tərtib edilmiş akta əsasən, Bilgəh qəsəbəsi ərazisində 3330 m2 torpaq sahəsinin sonuncuya satılması barədə xx.xx.2007-ci il tarixli, 082 saylı qərar qəbul edilmişdir. - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(008)- 5953/2021 saylı qətnaməsinə əsasən, iddiaçı X11 Cavabdeh qarşı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İstirahət evinin cənub-şərq hissəsində yerləşən, Bakı şəhəri, Bilgəh qəsəbəsi, Zaqulba şossesi, 2, 3 və 9 ünvanlarına münasibətdə cavabdeh tərəfindən pozulmuş əmlak hüquqlarının bərpa olunması, şəxsi evlərdən istifadəyə maneənin aradan qaldırılmasına dair iddiası təmin edilməmişdir. - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(008)- 1571/2022 saylı qətnaməsinə əsasən, iddiaçılar X11, X4 və X5 Cavabdeh qarşı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İstirahət evinin cənub-şərq hissəsində yerləşən, Bakı şəhəri, Bilgəh qəsəbəsi, Zaqulba şossesi, 1, 2 və 3 ünvanlarına münasibətdə cavabdeh tərəfindən şəxsi evlərdən istifadəyə yaradılmış maneənin aradan qaldırılması, şəxsi evlərin və torpaq sahəsinin özlərinə qaytarılması barədə iddiası təmin edilməmişdir. - Həmin məhkəmə qətnamələrindən və xx.xx.2021-ci il tarixli aktdan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2010-cu il tarixli icra sənədi üzrə borclu X24 xx.xx.2021-ci il tarixdə mübahisəli bağ sahəsinin açarlarını şöbəyə göndərmiş, mobil telefon əlaqəsi saxlayaraq bağ sahəsini könüllü təhvil verdiyini bildirmişdir, icra sənədinin icrasını təmin etmək məqsədilə bağ sahəsinə gedilmiş, borclunun təqdim etdiyi açarlarla bağ sahəsinə daxil olunmuşdur. Bağ sahəsində yerləşən fərdi yaşayış evinə baxış keçirilmiş, evin tam boşaldılmadığı müəyyən edildikdən sonra borclu Qalib Salahzadə ilə əlaqə saxlanılmış, o, boşaldılmamış əmlakın uzun müddət istifadə olunmadığını və bəzilərinin yararsız olduğunu bildirmişdir. Bakı Apellyasiya Məhkəməsinin qeyd olunan qətnaməsi icra olunmuş, icra prosesində Sabunçu rayon İcra Şöbəsinin icra məmurları, Sabunçu rayon İcra Hakimiyyəti başçısının müavini, Bilgəh qəsəbəsi üzrə ərazi dairə nümayəndəsi, hal şahidləri iştirak etmiş və xx.xx.2021-ci il tarixli aktla rəsmiləşdirilmişdir. - Həmin aktdan görünür ki, bağ sahəsi borclu X24 tərəfindən icra məmurlarına xx.xx.2021-ci il tarixdə könüllü təhvil verilmiş, eyni tarixli aktla Sabunçu rayon mühafizə idarəsinə təhvil verilmiş, tələbkarların etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X26 bağ sahələrini və bağ sahələrində yerləşən evləri qəbul etməyə hazır olduğunu bildirmiş, həmin bağ sahələri, üzərlərində yerləşən biri üçmərtəbəli, biri ikimərtəbəli evlər, həmin evlərdə olan əmlaklar siyahıya alınaraq saxlanc üçün X19 təhvil verilmiş, bağ sahələrinin girişində yerləşən, xüsusi mülkiyyətdə olmayan, təqribi ölçüsü 0,80 ha olan torpaq sahəsi Bilgəh qəsəbəsi üzrə ərazi nümayəndəsi X27 təhvil verilmiş və beləliklə, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnaməsi tamamilə icra olunmuşdur. - Məhkəmənin xx.xx.2023-cü il tarixli yerli baxış protokolundan görünür ki, mübahisəli ərazi Bilgəh qəsəbəsində Azərbaycan Daxili İşlər Nazirliyinin İstirahət evinin yaxınlığında yerləşir. Dəmir darvazadan içəri daxil olduqda daş hasarın içərisində həyətin sol tərəfində qaraj və gözətçi postu inşa edilmişdir. Digər tərəfdə isə ağaclar əkilmiş həyətyanı sahə və beton örtüklə örtülmüş həyətyanı sahə vardır. Ağaclar əkilmiş torpaq sahəsinin orta hissəsindən mübahisəli tikililər olan əraziyə daxil olmaq üçün beton örtüklə örtülmüş yol vardır. Beton örtüklə örtülmüş həyətyanı sahədən keçdikdən sonra dəmir darvaza və daş hasara alınmış ərazi yerləşir. Həmin darvazadan içəri daxil olduqdan sonra həyətin sol tərəfində daşla tikilmiş, fasadı qırmızı rəngli üzlüklə üzlənmiş üçmərtəbəli ev, bir mərətəbə tikili olan qapalı hovuz yerləşir. Həyətin sağ tərəfində isə daşla tikilmiş, fasadı qırmızı rəngli üzlüklə üzlənmiş ikimərtəbəli ev yerləşir. Həmin evlərin qarşı tərəfində isə, dəmir barmaqlıqlarla hasarlanmış həyətin aşağı hissəsinə eniş üçün sağ və sol tərəfdən pilləkən yerləşir. Həyətin aşağı hissəsindən pilləkənlərin sağ və sol tərəflərində dörd ədəd ayrı-ayrılıqda zirzəmi tipli yarımtikililər yerləşir. Həmin yarımtikililərin qarşısındakı həyətyanı sahə daş hasarla hasarlanmışdır. Beləliklə, işin məhkəmə iclasında araşdırılan hallarından görünür ki, İddiaçı3 Bakı şəhəri, ünvan 9 ünvanda yerləşən 1 saylı evin 3820 m2 torpaq sahəsi və həmin sahədə yerləşən 38 m2 fərdi yaşayış evinə, İddiaçı2 Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Zaqulba şossesi ünvanında yerləşən 9 saylı evə və ünvan 10 ünvanında yerləşən, üzərində evin inşa edildiyi iddia olunan 3330 m2 torpaq sahəsinə, İddiaçı1 isə Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Zaqulba şossesi ünvanında yerləşən 9 saylı evə, habelə ünvan 11 ünvanında yerləşən, üzərində evin inşa edildiyi iddia olunan 3000 m2 torpaq sahəsinə mülkiyyət hüquqlarının bərpa edilməsini məhkəmədən xahiş edirlər. Tələbin bir neçə hissədən ibarət olduğunu nəzərə alaraq, məhkəmə, iddiaya əvvəlcə, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Zaqulba şossesi ünvanında yerləşən 9 saylı evə münasibətdə hüquqi qiymət verməyi zəruri hesab edir. Məhkəmə, bununla bağlı qeyd edir ki, iş materiallarında Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Zaqulba şossesində yerləşən 9 nömrəli ev üzərində X1 mülkiyyət hüququnun Abşeron rayon 1 saylı DNK-ın xx.xx.2005-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən qeydə alınmasına dair Abşeron rayon X6 və Mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş Qeydiyyat vəsiqəsi olsa da, iddiaçıların iddia etdikləri kimi, X1 övladları olmaları, habelə onun vərəsələri olmaları, eləcə də, həmin evə dair hüquq müəyyənedici sənədlərinin olması barədə hər hansı sübut iş materiallarında mövcud deyildir, eyni zamanda məhkəmə iclaslarında təqdim edilməmişdir. Həmçinin sözügedən qeydiyyat vəqisəsinin 2005-ci ildə verildiyini nəzərə alaraq, həmin tarixdən sonra evin mülkiyyətçisinin dəyişib-dəyişməməsi məhkəməyə aydın olmamış və evin mövcud hüquqi vəziyyətinə dair təsdiqedici sənəd məhkəməyə təqdim olunmamışdır. Belə olan halda, məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə iddiaçıların sözügedən - Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Zaqulba şossesində yerləşən 9 nömrəli ev üzərində mülkiyyətçi kimi hüquqları yaranmamış və onlar mövcud olmayan hüququn pozulması barədə iddia qaldırmaqda haqlı olmamışlar. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1243.1 və 1243.2-ci maddələrinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. «G.Q şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 18 iyul 2014-cü il tarixli Qərarında qeyd etmişdir ki, “Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun”. Məhkəmə, eyni zamanda, Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda göstərilən Qərarını nəzərə alaraq, hesab edir ki, mirasın faktiki qəbulu əmlaka faktiki sahiblikdən savayı, əmlakı faktiki idarə etməyə yönələn hərəkətlərlə də müəyyən edilir. Lakin nə iddia tələbində, nə də verilmiş izahatlarda Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Zaqulba şossesi ünvanında yerləşən 9 saylı evin iddiaçılar tərəfindən faktiki qəbul edilməsinə, habelə əmlakı faktiki idarə etməyə yönələn hərəkətlərlə də qəbul etmələrinə istinad olunmamış və bunu təsdiq edən sübut, yaxud həmin evə dair iddiaçıların vərəsəlik hüququ haqqında şəhadətnamələr təqdim edilməmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Məhkəmə, eyni zamanda, qeyd etməyi zəruri hesab edir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(008)-5953/2021 saylı qətnaməsindən görünür ki, Bakı şəhəri, Bilgəh qəsəbəsi, Zaqulba şossesində yerləşən 9 saylı ev həmin məhkəmə baxışının da predmeti olmuş, qeyd olunan qətnaməyə əsasən, iddiaçı X11 Cavabdeh qarşı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İstirahət evinin cənubşərq hissəsində yerləşən, Bakı şəhəri, Bilgəh qəsəbəsi, Zaqulba şossesi, 2, 3 və 9 ünvanlarına münasibətdə cavabdeh tərəfindən pozulmuş əmlak hüquqlarının bərpa olunması, şəxsi evlərdən istifadəyə maneənin aradan qaldırılmasına dair iddiası təmin edilməmişdir. Sözügedən qətnamədən apellyasiya şikayəti verilməmiş, qətnamə qanuni qüvvəsini almışdır. Bundan sonra iddiaçılar İddiaçı3, İddiaçı1 oğunun və İddiaçı2 eyni cavabdehə qarşı eyni evə münasibətdə eyni iddianı qaldırmaları özü-özlüyündə hazırkı iddianın əsassızlığına dəlalət edir. İddia tələbinin digər hissəsinə - Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Zaqulba şossesi ünvanında yerləşən 1 saylı evin 3820 m2 torpaq sahəsi və həmin sahədə yerləşdiyi idda olunan 38 m2 fərdi yaşayış evinə, ünvan 10 ünvanında yerləşən, üzərində evin inşa edildiyi iddia olunan 3330 m2 torpaq sahəsinə, habelə ünvan 11 ünvanında yerləşən, üzərində evin inşa edildiyi iddia olunan 3000 m2 torpaq sahəsinə münasibətdə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. İlk növbədə, bununla bağlı nəzərə alınmalıdır ki, iş materiallarında olan MA ******* seriya nömrəli çıxarışa əsasən, sahəsi 0,12 ha olan 1926 saylı bağ sahəsinin üzərində X8, MA ******* seriya nömrəli çıxarışa əsasən, sahəsi 0,12 ha olan 1927 saylı bağ sahəsinin üzərində X15, MA ******* seriya nömrəli çıxarışa əsasən, sahəsi 0,12 ha olan 1928 saylı bağ sahəsinin üzərində X13, MA ******* seriya nömrəli çıxarışa əsasən, sahəsi 0,12 ha olan 1929 saylı bağ sahəsinin üzərində X3, MA ******* seriya nömrəli çıxarışa əsasən sahəsi 0,12 ha olan 1931 saylı bağ sahəsinin üzərində X23 xüsusi mülkiyyət hüquqları xx.xx.2011-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Lakin iddiaçılar iddia predmeti olan daşınmaz əmlaklara dair mülkiyyət hüquqlarının pozulduğunu iddia etsələr də, həmin əmlakara dair öz adlarına olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışları təqdim edə bilməmiş, yalnız bələdiyyə aktlarına və qərarlarına istinad etmişlər. Halbuki, Mülki Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Lakin məhkəmə araşdırması zamanı Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Zaqulba şossesi ünvanında yerləşən 1 saylı evin 3820 m2 torpaq sahəsi və həmin sahədə yerləşdiyi iddia olunan 38 m2 fərdi yaşayış evinə X9, ünvan 10 ünvanında yerləşən, üzərində evin inşa edildiyi iddia olunan 3330 m2 torpaq sahəsinə İddiaçı2, ünvan 11 ünvanında yerləşən, üzərində evin inşa edildiyi iddia olunan 3000 m2 torpaq sahəsinə İddiaçı1 mülkiyyət hüquqlarının olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 152.4-cü maddələrinin tələblərinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur, sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır, istifadə hüququəmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır, sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Bu səbəbdən də, məhkəmə belə qənaətə gəlir ki, həmin daşınmaz əmlaklara münasibətdə iddiaçıların mülkiyyət hüquqları mövcud olmadığından, onların hazırkı iddianı qaldırmağa subyektiv hüquqları müəyyən edilmir. Belə ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçıların müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdehlər tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdehlər tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında da oxşar hüquqi mövqe nümayiş etdirilməklə aşağıdakılar qeyd edilmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”. Məhkəmə nəzərə alır ki, Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir və həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. Beləliklə, məhkəmə işin hallarını hərtərəfli tədqiq edib, qanunvericiliyin tələblərini nəzərə alaraq, belə nəticəyə gəlir ki, qeyd olunan hallara əsasən, iddiaçılar İddiaçı3, İddiaçı1 oğunun və İddiaçı2 Cavabdeh qarşı daşınmaz əmlakdan istifadəyə maneənin aradan qaldırılması, evlərin və torpaq sahəsinin qaytarılması tələbinə dair iddiaları təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. İddia tələbi rədd edildiyindən, ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçılar İddiaçı3, İddiaçı1 oğunun və İddiaçı2 Cavabdeh qarşı daşınmaz əmlakdan istifadəyə maneənin aradan qaldırılması, evlərin və torpaq sahəsinin qaytarılması tələbinə dair iddiaları təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən, onun rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №2(008)-238/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-238/2023
30.03.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver