Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2396/2025 16.04.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X8 qızının katibliyi, İddiaçı nümayəndəsi Xəlilov Zeynal Kamıran oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sabunçu rayonu Ramanı südşülük sovxozu ünvanında yerləşən ona məxsus 0.03 ha torpaq sahəsi üzərində tikilmiş evin və digər tiklilərin Cavabdeh hesabına sökülərək, sökülmüş materialların ərazidən çıxardılaraq torpaq əvvəlki vəziyyətə gətirilərək təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, 2012-ci il tarixdə alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri Sabunçu rayonu X6 ünvanında yerləşən 0.03 ha torpaq sahəsinin icarə hüququ əsasında almış, bu hüquq Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışla təsdiq edilmişdir. Həmin torpaq sahəsi onun istifadəsində olsa da, bir qədər əvvəl cavabdeh sözügedən əraziyə qanunsuz daxil olaraq orada qanunsuz tikinti işləri aparmağa başlamış və bu günədək də onun qanunsuz hərəkətləri davam edir. Cavabdeh qanunsuz hərəkətləri barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edilmiş və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 dekabr 2022-ci il tarixli məktubuna əsasən, qeyd olunan məsələ Xidmətin Bakı ərazi şöbəsinin işçiləri tərəfindən onun iştirakı ilə yerində araşdırılan zaman icarəsində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsində Ramil adlı şəxs tərəfindən fərdi yaşayış evinin inşa edilməsi faktı təsdiqini tapmışdır. O, cavabdehə mülkiyyətində olan torpaq sahəsindən çıxmağı tələb etməsinə baxmayaraq, həmin ərazini boşaltmaqdan və onun istifadəsinə qaytarmaqdan imtina edir. Bununla bağlı Sabunçu Rayon Məhkəməsinə zəbt olunmuş torpaq sahəsinin boşaldılması, qanunsuz tikilmiş evin və tikililərin sökülməsi və manelərin aradan qaldırılması tələbinə dair iddia ilə müraciət etmişdir. Sabunçu Rayon Məhkəməsinin 2(008)-2137/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh ailə üzvləri ilə birlikdə Bakı şəhəri Sabunçu rayonu Ramanı südşülük sovxozu ünvanında yerləşən iddiaçıya məxsus 0.03 ha torpaq sahəsindən çıxarılmaları, torpaq sahəsi boşaldılaraq İddiaçı təhvil verilməsi və cavabdeh tərəfindən yaradılmış maneələr aradan qaldırılması qət edilmişdir. İddiaçı nümayəndəsi X3 xx.xx.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət ederək, Sabunçu rayonu, X6 ünvanında yerləşən İddiaçı məxus 0.03 ha torpaq sahəsi üzərində tikilmiş evin və digər tikililərin Cavabdeh hesabına sökülərək, torpaq sahəsi boşaldılaraq İddiaçı təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Rüspublikası Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış sübutları nəzərdən keçirdərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: RX seriyalı ******* nömrəli çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Abşeron rayonu X6 ərazisində yerləşən 0.03 ha torpaq sahəsinə dair icarə hüququ xx.xx.2010-cu il tarixli 093 nömrəli icarə müqaviləsi və xx.xx.2012-ci il tarixli 3M-02-554 nömrəli icarə hüququnun alqı-satqı müqaviləsinə əsasən xx.xx.2010-cu ildən başlayaraq 99 il müddətinə İddiaçı xeyrinə yüklü edilmişdir. xx.xx.2012-ci il tarixli torpaq sahəsinin icarə hüququnun satılmasına dair alqı-satqı müqaviləsindən görünür ki, X1 rayonu X6 ərazisində yerləşən 0.03 ha torpaq sahəsinə dair icarə hüquqlarını 3000 manata İddiaçı satmışdır. xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. AA seriyalı 041916 nömrəli torpaq sahəsinin planı və ölçüsünün surətindən görünür ki, Abşeron rayonu X6 ərazisində yerləşən 0.03 ha torpaq sahəsinə dair İddiaçı adına torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin iddiaçıya ünvanladığı 16 dekabr 2022-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri Sabunçu rayonu X6 ərazisində qanunsuz tikinti işlərinin aparılması barədə iddiaçının müraciəti Xidmətin Bakı ərazi şöbəsinin işçiləri tərəfindən iddiaçının iştirakı ilə yerində araşdırılan zaman vətəndaş İddiaçı icarəsində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsində Ramil adlı şəxs tərəfindən fərdi yaşayış evinin inşa edilməsi faktı təsdiqini tapmışdır. Bununla bağlı səlahiyyətləri daxilində müvafiq tədbirlərin görülməsi məqsədilə Xidmət tərəfindən Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə və Bakı Şəhər icra Flakimiyyətinə məktub ünvanlanmışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 103-cü maddəsinin 4-cü bəndinə əsasən rayonların (şəhərlərin) daxilində torpaq üzərində mülkiyyət, torpaqdan istifadə məsələləri üzrə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin mübahisələrinə müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə və məhkəmə tərəfindən baxıldığını nəzərə alaraq aidiyyəti üzrə müraciət etmək hüququ iddiaçıya izah edilmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 16 yanvar 2023-cü il tarixli qərardan görünür ki, X2 şikayəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, tərəflərə aralarında yaranmış məsələ mülki xarakterli olduğundan Sabunçu Rayon Məhkəməsinə müraciət etməli olduqları izah edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli torpaq sahəsinə dair məlumat verilməsi barədə məktubundan görünür ki. elektron kadastr məlumat bazasına əsasən keçmiş X6nun ərazisində yerləşən 0.03 ha torpaq sahəsi Abşeron rayonunun istifadəsində olmaqla. Bakı şəhəri Sabunçu rayonu inzibati ərazisinin hüdudları daxilində yerləşir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2137/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən iddia tələbi təmin edilərək, Cavabdeh ailə üzvləri ilə birlikdə Bakı şəhəri Sabunçu rayonu X6 ünvanında yerləşən iddiaçıya məxsus 0.03 ha torpaq sahəsindən çıxarılmaları, torpaq sahəsi boşaldılaraq İddiaçı təhvil verilməsi və cavabdeh tərəfindən yaradılmış maneələr aradan qaldırılması qət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Torpaq Məcəlləsi: 66-cı maddəsinin 1-ci bəndinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. 93-cü maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən torpaq sahəsinə dair əqdlər yazılı formada, əqdləri bağlayan tərəflər və ya onların müvəkkilləri tərəfindən imzalanan sənədlərin tərtib edilməsi yolu ilə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müddəalarına uyğun olaraq həyata keçirilir. Torpaq sahəsinə və ya onun üzərindəki daşınmaz əmlaka dair bağlanan əqd müqavilə ilə rəsmiləşdirilir. 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 111.3-cü maddəsinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. İşdən göründüyü kimi iddiaçı mülkiyyət hüququ əsasında ona məxsus olan 0,03 ha torpaq sahəsində cavabdeh tərəfindən qanunsuz olaraq tikilmiş tikililərin sökülməsini, torpaq sahəsinin boşaldılmasını xahiş etmişdir. İşdə olan qanuni qüvvəyə minmiş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 2137/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri Sabunçu rayonu X6 ünvanında yerləşən 0.03 ha torpaq sahəsi xx.xx.2012-ci il tarixli torpaq sahəsinin icarə hüququnun satılmasına dair alqı-satqı müqaviləsinə əsasən İddiaçı icarəyə verilmiş, torpaq sahəsi həmin vaxtdan etibarən sonuncunun qanuni istifadəsində olmuş, lakin Cavabdeh həmin torpaq sahəsini zəbt etməsi səbəbindən İddiaçı qanuni əsaslarla ona icarəyə verilmiş torpaq sahəsindən istifadə etmək imkanından məhrum olmuşdur. Cavabdeh ailə üzvləri ilə birlikdə Bakı şəhəri Sabunçu rayonu X6 ünvanında yerləşən iddiaçıya məxsus 0.03 ha torpaq sahəsindən çıxarılmaları, torpaq sahəsi boşaldılaraq İddiaçı təhvil verilməsi və cavabdeh tərəfindən yaradılmış maneələr aradan qaldırılması qət etmişdir. Beləliklə məhkəmə hesab edir ki, mübahisə mülkiyyətin müdafiəsinə yönəldilmiş tələb olduğundan iddia təmin edilrərək, Sabunçu rayonu X6 ünvanında yerləşən İddiaçı məxus 0.03 ha torpaq sahəsi üzərində tikilmiş evin və digər tikililərin Cavabdeh hesabına sökülərək, torpaq boşaldılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəfin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəfin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onun aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia tələbi təmin edilsin. Sabunçu rayonu X6 ünvanında yerləşən İddiaçı məxsus 0.03 ha torpaq sahəsi üzərində tikilmiş evin və digər tikililərin Cavabdeh hesabına sökülərək, torpaq boşaldılsın. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehdən tutularaq, iddiaçıya qaytarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №2(008)-2396/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2396/2025
16.04.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver