Məhkəmə qərarları › İş №2(008)-2412/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2412/2024

26.07.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2412/2024 26.07.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 Əqil oğlunun iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında “MERCEDES BENZ ML350” markalı, **- TP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair xx.xx.2020-ci il tarixdə bağlanmış alqı-satqı müqaviləsinin etibarsız sayılması barədə qətnamə qəbul edlməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-609/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə aralarında 04 oktyabr 1990-ci il tarixdə Naxçıvan şəhər Nikah evində 269 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması qət edilmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, onun cavabdehlə ailə münasibəti 2020-ci ilin mart ayında pozulmuş, o həmin vaxtdan Naxçıvana getmişdir. Onun Naxçıvanda olmağından istifadə edən cavabdeh birgə nikah dövründə əldə etdiyi “MERCEDES BENZ ML350” markalı, **-TP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini xx.xx.2020-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında öz adından qeydiyyatdan çıxararaq digər oğlu Cavabdeh2 adına rəsmiləşdirilmişdir. Bu faktı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinin xx.xx.2024-cü il tarixli 2-4498/2024 saylı cavab məktubunun məzmunu təsdiq edir. Azərbaycan Respublikası DİN Baş X5 İdarəsi Qeydiyyat-İmtahan idarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən Cavabdeh1 adına xx.xx.2014-cü il tarixdə “MERCEDES BENZ ML350” markalı, **-TP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qeydiyyata alınmış, xx.xx.2020-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında onun adından qeydiyyatdan çıxarılaraq Cavabdeh2 adına rəsmiləşdirilmişdir. Cavabdeh1 birgə nikah dövründə əldə etdiyi qeyd edilən avtomobili ona pay düşməməsi üçün qəsdən öz adından çıxararaq oğlunun adına rəsmiləşdirmişdir. Avtomobil oğlunun adına sənədləşdirilərkən onların nikah qüvvədə olsa da, artıq ailə münasibətləri pozulmuş, birgə təsərrüfat aparmır və onun bu sənədləşdirmədən xəbəri, məlumatı, eləcə də razılığı olmamışdır. Bu barədə yuxarıda qeyd edilən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş X5 İdarəsinin xx.xx.2024-cü il tarixli 2- 4498/2024 saylı cavab məktubunu əldə edəndən sonra bilmiş və buna görə də hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Cavabdeh1 “MERCEDES BENZ ML350” markalı, **-TP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini xx.xx.2020-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında öz adından qeydiyyatdan çıxararaq digər oğlu Cavabdeh2 adına rəsmiləşdirdikdən sonra avtomobil yenə də onun istifadəsində qalmışdır. Sözügedən məktuba qeyd edilən avtomobilə dair əlavə edilmiş kompüter çıxarışından görünür ki, avtomobili xx.xx.2020-ci il tarixdən sonra Cavabdeh2 adına rəsmiləşdiriləndən sonra Cavabdeh1 həmin tarixdən xx.xx.2021-ci il tarixə, daha sonra isə xx.xx.2021-ci il tarixdən isə xx.xx.2031-ciil tarixə kimi nəqliyyat vasitəsindən istifadə hüququna dair etibarnamə vermişdir. Sözügedən məktubdan daha sonra görünür ki, DİN Baş X5 İdarəsi Qeydiyyat-İmtahan idarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən Cavabdeh1 adında xx.xx.2014-cü il tarixdən “MERCEDES ML350” markalı **-TK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qeydiyyatdadır. Bu avtomobilə dair əlavə edilmiş kompüter çıxarışından da görünür ki, Cavabdeh1 həmin avtomaşını idarə etmək üçün Cavabdeh2 adına xx.xx.2022-ci il tarixdən xx.xx.2025-ci il tarixə kimi nəqliyyat vasitəsindən istifadə hüququna dair etibarnamə vermişdir. Cavabdeh1 ilə Cavabdeh2 arasındakı xx.xx.2020-ci il tarixli müqavilə formal olaraq görüntü üçün bağlanmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini, alqı-satqı müqaviləsindən Bakı Apellyasiya Məhkəməsində keçirilmiş məhkəmə iclasında məlumatları olduğunu, bundan sonra sorğu verərək avtomobilin alqı-satqı vasitəs ilə cavabdehin oğlu Cavabdeh2 satıldığını, lakin hal-hazırda da Cavabdeh1 etibarnamə ilə istifadəsində olduğunu bildirmişdir. Qeyd edilən avtomobilin satılmasından məlumatı olmadığını, cavabdeh avtomobilin satılması ilə bağlı sənədi 2022-ci il tarixində məhkəməyə vermiş olduğunu bildirsədə, həmin sənədin məhkəmənin mülki iş matriallarına verilməsindən məlumatı olmadığını, həmin sənəd ümumiyyətlə məhkəmə qətnaməsində göstərilmədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etməyərək rədd edilməsini məhkəmədən xahiş etmiş, 2020-ci ilin mart ayında faktiki münasibətləri bitdiyini, 2020-ci ilin sentyabr ayında alqı-satqı müqaviləsi bağlayaraq avtomobilini oğluna satdığını, oğlu isə avtomobilə görə ona pul ödəmiş olduğunu bildirdi. Avtomobili satarkən onun iddiaçı ilə artıq faktiki münasibətlərinin pozulduğunu, buna görədə iddiaçıya heç bir məlumat vermədiyini, avtomobilin satışından əldə edilmiş pul vəsiatinin özü üçün xərcləmiş olduğunu, həmin avtomobil əvvəldən oğlu üçün alınmış olduğunu, həmin avtomobili adətən oğlu istifadə etdiyini, avtomobili oğluna satan zaman avtomobilə dair etibarnamə aldığını bildirmişdir. Eyni zmanda iddiaçının həmin avtomobilin satışından məlumatı olduğunu, beləki avtomobili satmasına dair sənədi 2022-ci il tarixdə Nizami Rayon Məhkəməsində olan digər avtomobillərin bölgüsünə dair mülki iş matraiallarına əlavə etmiş olduğunu və iddiaçınında bu haldan məlumatı olduğunu bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmış Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-609/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməyə əsasən Cavabdeh1 ilə Quliyeva (Seyidova) Səidə Əqil qızı arasında 04 oktyabr 1990-cı il tarixdə Naxçıvan şəhər Nikah evində bağlanmış 269 nömrəli akt qeydli nikah pozulmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin Cavabdeh1 ünvanladığı xx.xx.2022-ci il tarixli, 016-92774-/222 nömrəli məktubun surətindən görünür ki, “Skoda Fabia” minik markalı, ** SJ *** dövlət nömrə nişanlı avtomobil xx.xx.2019-cu il tarixdə X1 adına qeydiyyata alınmış, xx.xx.2019-cu il tarixdə alqı-satqı müqaviləsi əsasında onun adından qeydiyyatdan çıxarılaraq özgəninkiləşdirilməsi, həmçinin “Mercedes Benz ML 350” markalı, **-TP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2014-cü il tarixdə Cavabdeh1 adına qeydiyyata alınmış, xx.xx.2020-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında onun adından qeydiyyatdan çıxarılaraq özgəninkiləşdirilməsi barədə Cavabdeh1 məlumat vermişdir. Nəqliyyat vasitəsinin xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 Cavabdeh2 ** TP *** markalı, “Mercedes Benz ML 350” minik markalı avtomobilini 20.000 manata satmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin Bakı şəhər Sabunçu rayon Məhkəməsinə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-13-16/2-60464/2024 nömrəli məktubna əlavə edilmiş elektron çıxarışdan görünür ki, Mercedes Benz ML 350” markalı, **-TP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh1 adına xx.xx.2014-cü il tarixdə alqı-satqı müqaviləsi əsasında keçmişdir, Cavabdeh1 xx.xx.2015-ci il tarixdənxx.xx.2025-ci il tarixədək nəqliyyət vaistəsini istifadə etmə hüququna dair Cavabdeh2 adına etibarnamə verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin Bakı şəhər Sabunçu rayon Məhkəməsinə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-13-16/2-60464/2024 nömrəli məktubna əlavə edilmiş elektron çıxarışdan görünür ki, “Mercedes Benz ML 350” markalı, **-TP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi Cavabdeh2 xx.xx.2020-ci il tarixdən-xx.xx.2021-ci il tarixədək və xx.xx.2021-ci il tarixdən xx.xx.2031-ci il tarixədək nəqliyyət vaistəsini istifadə etmə hüququna dair Cavabdeh1 adına etibarnamə verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-555/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməyə əsasən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə Cavabdeh1 və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə İddiaçı tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(007)-88/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-555/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(007)-88/2023 saylı qətnaməsi ilə ilk iddianın təmin edilməsi, “Kristal-5” firmasına Cavabdeh1 ½ hissədə, paylarının müəyyən olunması, ödənilmiş dövət rüsumunun Cavabdeh1 aid edilməsi, qarşılıqlı iddia qismən təmin edilməsi, “Mercedes ML 350 “ minik markalı, buraxılış ili 2011-ci il olan, ağ rəngli ** TK *** dövlət qeydiyyat nişanlı avtomobilin dəyəri olan 19725 manat vəsaitin ½ hissədə (9.862.50 manat) İddiaçı, ½ hissədə (9862.50 manat) Cavabdeh1 paylarının müəyyən olunması, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi, İddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərcinin 25 manatının X2, 25 manatının İddiaçı, 240 manat dövlət rüsumunun 120 manatının Cavabdeh1, 120 manatının İddiaçı aid edilməsi qət edilmişdir. İş materiallarına olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-555/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin Cavabdeh1 ünvanladığı xx.xx.2022-ci il tarixli, 016-92774-/222 nömrəli məktubunda göstərilmiş “Skoda Fabia” minik markalı, ** SJ *** dövlət nömrə nişanlı avtomobil barədə məlumat verilmişdir. e-2(008)-2412/2024 nömrəli mülki işin elektron çıxarışından görünür ki, İddiaçı Cavabdeh1 qarşı “nikahın pozulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə xx.xx.2020ci il tarixdə müraciət etmişdir. Elektron Məhkəmə İnformasiya sistemdən əldə edilmiş məlumatlardan görünür ki, İddiaçı Cavabdeh1 qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” tələbinə dair mülki iş Bakı şəhər Sabunçu rayon Məhkəməsinin 2(008)-3000/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia müddəti tətbiq edilməklə rədd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.3-cü maddəsinə Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 340.1-ci maddəsinə əsasən Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Beləliklə mülki işin matriallarına əlavə edilmiş sənədlərdən məlum olur ki, iddiaçı ilə cavabdeh xx.xx.1990-cı il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Onlar birgə nikahda olduğu dövürdə “MERCEDES BENZ ML350” markalı, **-TP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini alqı-satqı müqaviləsi əsasında əldə etmişdir. İşin mübahisə olanmayan halı ondan ibarətdir ki, tərəflər arasında faktiki nikah münasibətləri 2020-ci ilin mart ayından pozulmuş, iddiaçı xx.xx.2020-ci il tarixdə nikahın pozulması üçün məhkəməyə iddia ərizəsi vermişdir. Məhz bundan sonra Cavabdeh1 mülkiyyətində olan avtomobilin alqı-satqı müqaviləsi ilə öz adından çıxardaraq oğlu mülki iş üzrə digər Cavabdeh2 adına özgənləşdirmişdir. Lakin məhkəmə iclasında Cavabdeh1 vermiş olduğu izahatından da görünür ki, mübahisə predmenti olan avtomobil faktiki olaraq əvvəl gündən digər Cavabdeh2 istifadəsində olmuşdur. Beləliklə məhkəmə hesab edir ki, mübahisə predmenti olan avtomobil tərəflərin birgə nikah dövründə əldə edilmiş olduğundan, iddiaçı ilə cavabdehin arasında faktiki nikah münasibətləri pozulduğdan sonra cavabdeh birgə nikah dövründə əldə edilmiş avtomobilin bölgüsündən boyun qaçırmağ üçün sözügedən avtomobili hüquqi nəticə yaratmaq niyyəti olmadan, yalnız görünüş üçün oğlunun adına keçirmək məqsədi ilə uydurma əqd bağlanmışdır. Qanunvericiliyin mənasından da görünür ki, uydurma əqd bağlandığı anadn əhəmiyyətsiz olduğundan etibarsız hesab edilməlidir Bundan başqa cavabdeh məhkəmədə izahat verərkən hazırki mülki iş üzrə əqdin etibarsız hesab edilməsi üçün nəzərdə tutulmuş müddətin ötmüş olduğunu bildirərək iddia tələbinin rədd edilməsini xahiş etməsi tələbinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsində nəzərdə tutulmuş müddət iddia müddəti olduğundan və cavabdeh tərəflərin iddia müddətinin tətbiqinə dair ərizəsi müvcud olmadığından iddia tələbi müddət tətbiq edilməklə rədd edilməsi qavunvericiliyin tələblərinə uyğun deyildir. Məhkəmə onuda qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh1 xx.xx.2024-cü il tarixdə Elektron Məhkəmə İnformasiya sisteminə iddia müddətinin tətbiqə dair ərizə yükləmiş olsada, qeyd edilən ərizənin məzmunundan da məlum olur ki, sözügedən ərizə hazırki işlə əlaqədar deyildə məhkəmənin icraatında olmuş İddiaçı Cavabdeh1 qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” tələbinə dair mülki iş ilə bağlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hər hansı bir mülki mübahisənin qanuni həlli baxımından iddia müddətlərinin axımının başlanğıcının müəyyənləşdirilməsi ilə yanaşı mübahisəyə aid bütün digər hallar da nəzərə alınmalıdır. İddia müddətinin tətbiqi qaydalarına riayət edilməsi üçün ilk növbədə nəzərə alınmalıdır ki, iddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. İddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. Eyni zamanda qanun məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilməsi barədə son dərəcə vacib qaydanı nəzərdə tutur (MM 375.2-ci maddəsi). Bu o deməkdir ki, cavabdeh iddia müddətinin keçməsindən istifadə etmək istəmirsə və məsələ ilə bağlı ərizə vermirsə məhkəmə işə mahiyyəti üzrə baxmalı və hər hansı müddətin keçməsinə baxmayaraq iddiaçı və cavabdeh arasında olan maddi-hüquqi mübahisə üzrə qərar qəbul etməlidir. İddia müddətinin tətbiqi ilə bağlı iddiaçı və ya cavabdeh tərəfinin ərizəsi yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianın rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir. Belə ki, Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iddia tələbi təmin edilməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 223, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında “Mercedes Benz ML 350” minik markalı **-TP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vaistəsinə dair bağlanmış xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilsin. İş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar