Məhkəmə qərarları › İş №2(008)-2448/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2448/2023

13.06.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2448/2023 13.06.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, məhkəmə iclasının katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, İddiaçı1 və onun vəkili və nümayəndəsi Vəkil2, İddiaçı2 nümayəndəsi Nümayəndə2, İddiaçı3 nümayəndəsi X2, Cavabdeh1, Cavabdeh2 nümayəndəsi Nümayəndə1, həmçinin vəkili və nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçılar Məlı̇ kova Solmaz Sahı̇ b qızının, Məlı̇ kov Nazı̇ m Sahı̇ b oğlunun, Məlı̇ kov İ̇lyas Sahı̇ b oğlunun cavabdeh Məlı̇ kov Mütəllı̇ m Sahı̇ b oğluna, Əlı̇ yeva Təranə Sahı̇ b qızına, Bakı şəhərı̇ 14 sayli notarı̇ at ofı̇ sinə q̇arşı vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi, mirasın qəbul edilməsi və miras əmlakın bərabər paylara bölünməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə içlasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçılar Məlı̇ kova Solmaz Sahı̇ b qızının, Məlı̇ kov Nazı̇ m Sahı̇ b oğlunun, Məlı̇ kov ̇İlyas Sahı̇ b oğlunun cavabdeh Məlı̇ kov Mütəllı̇ m Sahı̇ b oğluna, Əlı̇ yeva Təranə Sahı̇ b qızına, Bakı şəhərı̇ 14 sayli notarı̇ at ofı̇ sinə q̇arşı vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi, mirasın qəbul edilməsi və miras əmlakın bərabər paylara bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Bakı şəhəri, 14 saylı notariat ofisinin xüsusi notariusu X8 tərəfindən Cavabdeh2 və Cavabdeh1 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrinin və həmin şəhadətnamə əsasında Bakı şəhəri, ünvan 1 ünvanına ½ hissəsinə dair xx.xx.2022-ci il tarixdə Cavabdeh2 və xx.xx.2022-ci il tarixində ½ hissədə Cavabdeh1 adına verilmiş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın ləğv edilmələri, Bakı şəhəri, ünvan 1 X3 miras qalmış İddiaçı1, Cavabdeh1, Cavabdeh2 Sahin qızının, İddiaçı2, İddiaçı3 tərəfindən qəbul edilməsi, bərabər paylarla qanun vərəsəlik hüququnun tanınması, bərabər paylara bölünməsi, vərəsəlik hüququ üzrə mülkiyyətlərinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, ünvan 1 vəfat etmiş X7 məxsus olmuşdur. Bakı şəhəri, ünvan 1 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrinə əsasən ½ hissədə Cavabdeh2 və ½ hissədə Cavabdeh1 Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri publiki hüquqi şəxsi tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış verilmişdir. X9 xx.xx.2022-ci il tarixdə tarixində vəfat edib. X3 miras qalmış Bakı şəhəri, ünvan 1 İddiaçı1, Cavabdeh1, Cavabdeh2 Sahin qızının, İddiaçı2, İddiaçı3 tərəfindən faktiki olaraq qəbul edilməsinə baxmayaraq Bakı şəhəri, 14 saylı notariat ofisinin xüsusi notariusu X8 tərəfindən buna əhəmiyyət verməmişdir, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrinə əsasən ½ hissədə Cavabdeh2 və ½ hissədə Cavabdeh1 verilmişdir, bu da qanunun pozulmasına gətirib çıxartmışdır. Halbuki, notarius tərəfindən Bakı şəhəri, ünvan 1 İddiaçı1, Cavabdeh1, Cavabdeh2 Sahin qızının, İddiaçı2, İddiaçı3 miras əmlakın qəbul edilməsi bərabər paylarla qanun vərəsəlik hüququnun tanınması və bərabər paylara bölünməli idi, vərəsəlik hüququ üzrə mülkiyyətə verilməli idi. Bu səbəbdən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr və həmin şəhadətnamələr əsasında göstərilən mənzilin 1/2 hissəsinə dair Cavabdeh2 Sahin qızının və 1/2 hissəsinə dair Cavabdeh1 adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilməlidir. Qeyd edilməlidir ki, vərəsələr İddiaçı1, Cavabdeh1, Cavabdeh2 Sahin qızının, İddiaçı2, İddiaçı3 miras əmlakda yaşamışlar, bacılarının vəfatından sonra miras qalmış həmin evdə yaşamışlar,miras əmlakı faktiki qəbul edib idarə etmişlər və mirasa vərəsədirlər. xx.xx.2023-cü il tarixdə Cavabdeh2 vəkili Vəkil1 tərəfindən məhkəməyə etiraz ünvanlanmışdır. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçılar Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri 14 saylı notariat ofisinin xüsusi notariusu X8 tərəfindən Cavabdeh2 və Cavabdeh1 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin və həmin şəhadətnamə əsasında Bakı şəhəri, ünvan 3 ünvanına ½ hissəsinə dair xx.xx.2022-ci il tarixdə Cavabdeh2 və xx.xx.2022-ci il tarixində ½ hissədə Cavabdeh1 adına verilmiş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın ləğv edilmələri, Bakı şəhəri, ünvan 1 bacıları X4 miras qalmış İddiaçı1, Cavabdeh1, Cavabdeh2, İddiaçı2, İddiaçı3 tərəfindən qəbul edilməsi, bərabər paylarla qanun üzrə vərəsəlik hüququnun tanınması, bərabər paylara bölünməsi, vərəsəlik hüququ üzrə mülkiyyətlərinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İş üzrə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia ərizəsinin dəlillərində göstərmişlər ki, bacıları X9 xx.xx.2022-ci il tarixində vəfat etmişdir. Ondan miras qalmış Bakı şəhəri, ünvan 1 İddiaçı1, Cavabdeh1, Cavabdeh2, İddiaçı2, İddiaçı3 tərəfindən faktiki olaraq qəbul edilməsinə baxmayaraq, Bakı şəhəri 14 saylı notariat ofisinin xüsusi notariusu X8 tərəfindən buna əhəmiyyət verilməmişdir, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrinə əsasən ½ hissədə Cavabdeh2 və ½ hissədə Cavabdeh1 verilmişdir, bu da qanunun pozulmasına gətirib çıxarmışdır. Vərəsələr İddiaçı1, Cavabdeh1, Cavabdeh2, İddiaçı2, İddiaçı3 miras əmlakda yaşamışlar, bacılarının vəfatından sonra miras qalmış həmin evdə yaşamışlar, miras əmlakı faktiki olaraq qəbul edib idarə etmişlər və mirasa vərəsədirlər. İddiaçılar tərəfindən irəli sürülən həmin dəlillər tamamilə əsassız olmaqla, heç bir sübutu olmayan iddiaçıların şəxsi mülahizələridir. Mülki Məcəllənin 1159.2-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı ikinci növbədə - ölənin bacıları və qardaşları bərabər pay hüquqlu vərəsələr sayılırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 oktyabr 2020-ci il tarixli Qərarında göstərilmişdir ki, əsasən miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarı). İddiaçılar miras əmlak olan mənzili faktiki olaraq qəbul edib idarə etməmişlər. Onların gətirdiyi dəlillər heç bir sübutu olmayan şəxsi mülahizələridir. Mərhum bacıları X9 vəfat edənədək həmin mənzildə tək yaşamış, nə onunla birgə nə də ki, onun vəfatından sonra qardaş və bacıları həmin mənzildə yaşamamışlar. Yalnız Cavabdeh2 sağlığında ona ara sıra baş çəkmişdir. X13 yoldaşından boşanmış və birgə nikah dövründə onların övladları olmamışdır. Onun vəfatından sonra mənzilin açarı qanun üzrə vərəsələrdən biri, həmçinin notariat ofisinə müraciət etməklə vərəsəliyi qəbul etmiş Cavabdeh1 olmuşdur. İddiaçılar isə mirasın qəbulu üçün heç bir cəhd göstərməmiş, nə də ki, mirası faktiki idarə etməmiş, orada yaşamamış və bununla da onlar mirasın qəbulu üçün qanunverciliklə nəzərdə tutulmuş müddəti buraxmışlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Analoji iş olaraq Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1842/2022 saylı işi üzrə xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin "mirasın qəbulu faktının müəyyən edilməsi və miras əmlakdan vərəsəlik paylarının müəyyən edilməsi tələbinə dair” müvafiq işlə bağlı qətnaməsini ləğv edərək yeni baxışa qaytararkən məhkəmənin mövqeyi belə olmuşdur ki, mirasın qəbulu və qəbulundan imtina vərəsənin subyektiv mülki hüququdur. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Mirası qəbul etmək hüququ ya bilavasitə iradə ifadəsi, məsələn: notariat orqanına mirasın qəbulu barədə ərizə verməsi ilə, ya da ki, müəyyən hərəkətlər vasitəsi ilə edilə bilər. Həmin hərəkətlərin məzmunundan vərəsənin əmlaka sahiblik etməsi və ya əmlakı idarə etməyə faktik başlaması və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirməsi bəlli olmalıdır. Bu hallar, adətən mirası qoyanın sağlığında onun vərəsə ilə birgə sahiblik və istifadə etdiyi əşyalarla əlaqədar yaranır. Vərəsə əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda vərəsənin əmlaka sahibliyə və onu idarə etməyə başlaması faktiki olmalı və heç bir şübhə yaratmamalıdır. Əmlaka sahiblik etməyə və onu idarə etməyə faktiki başlamağa sübut kimi məsələn: vərəsənin miras qoyanla birgə yaşaması haqqında mənzil istismar sahəsinin arayışı, əmlak üçün vergilərin, kommunal xidmətlər üçün haqların vərəsəlik açıldıqdan sonra vərəsə tərəfindən ödənilməsinə dair aidiyyəti qurumlar tərəfindən verilmiş arayışlar və ya bu ödənişlər barədə qəbzlər və digər ödəmə sənədləri ola bilər. Göstərilən hallardan biri mövcud olarsa, vərəsə mirası qəbul etmiş sayılır. Eyni zamanda, vərəsə mirasın yalnız bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab olunur ki, o, mirası tamamilə qəbul etmişdir. Bu halda mirasın nədə ifadə edilməsinin və harada olmasının əhəmiyyəti yoxdur (Mülki Məcəllənin 1145, 1159.1.1, 1243.1-1243.3-cü maddələri). İş materiallarından da görünür ki, iddiaçılar miras əmlaka nə sahiblik etməyə nə də ki, əmlakı idarə etməyə faktik başlamamış, eyni zamanda notariat ofisinə mirasın qəbulu ilə bağlı müraciət etməmişlər. Bu səbəbdən də həm qanunun tələbi baxımından, həm də müvafiq işlər üzrə məhkəmə təcrübəsinə əsaslanaraq, miras əmlak yalnız cavabdehlər tərəfindən qəbul edildiyindən iddiaçıların tələbləri təmin edilməməli, onların miras əmlak üzərində vərəsəlik hüquqları müəyyən edilməməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçılar və onların nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdilər. İddiaçı1 izahatında bildirmişdir ki, 20 gün müddətində anasını və bacısını itirmişdir. Bacısı öldükdən sonra gözündə mal mülk yox idi, çünki depressiyada idi. Notariusa müraciət üçün çıxarış lazım idi, sənədləri tapa bilmədiyinə görə notariusa müraciət edə bilməmişdir. Bacısı Dilarənin vəfatından sonra o, Türkiyədə yaşayıb. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi Nümayəndə1 və vəkili və nümayəndəsi Vəkil1, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. O, izahatında bildirdi ki, iddiaçılarla öz aralarında razılığa gəlmişdilər ki, miras əmlakı Mütəllim özü qəbul edəcək, adına çıxarış aldıqdan sonra isə aralarında böləcəklər. Amma Cavabdeh2 də ½ pay düşməsini gözləmirdilər və hazırki bölgünü ədalətsiz hesab edir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh 14 saylı Notariat Ofisi xəbərdar olunmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə АR MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, mülki işə cavabdeh 14 saylı Notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Bayramova Nailə ifadəsində bildirdi ki, mərhum ilə 20 il rəfiqə və qonşu olub. Dilarə xəstə olan zaman ona Dilarənin qardaşı oğlu və o, baxırdı.Təranəni tanıyır, Dilarə xəstə olanda gəlmişdi, qardaşı Mütəllimi isə həmin ünvanda lap tez-tez görürdü. Qeyd olunan ünvanda hazırda yaşayış yoxdur, öldükdən sonra Təranəni görməyib, yalnız arada Solmazı və Mütəllimi görüb. Həmçinin bildirdi ki, mərhumun ölümündən sonra evin açarı da dəyişdirilib. İş materiallarında olan Qaradağ Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş, 13 aprel 2022-ci il tarixli, AZ-İİ 257291 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. - xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2022-ci il tarixində vəfat etmiş X5 vərəsəsi Cavabdeh2dır və o, miras əmlakdan ½ hissədə pay almalıdır. - xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2022-ci il tarixində vəfat etmiş X5 vərəsəsi Cavabdeh1dur və o, miras əmlakdan ½ hissədə pay almalıdır. - Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət kadastrı və reyestri publik hüquqi şəxs tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Ə.Məhəmmədov küçəsi, ev 5, 60 saylı mənzil ½ hissəsi Cavabdeh1 adına xx.xx.2022-ci il tarixdə, ½ hisəssi Cavabdeh2 adına xx.xx.2022ci il tarixdə rəsmiləşdirilmişdir. - Qaradağ Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X1 ilə X9 arasındakı nikahın pozulması haqqında Qaradağ Rayon Qeydiyyat Şöbəsinin arxivində xx.xx.1993 cü il tarixli 37 nömrəli akt qeydi mövcuddur. Nikah pozulduqdan sonra ərə Məmmədov arvada Məlikova soyadı verilmişdir. Məhkəmə araşdırması ilə müəyyən olunur ki, Məlikova Dilarə vəfat etdikdən sonra ona məxsus miras əmlakın qəbulu üçün yalnız iki vərəsə: qardaşı Cavabdeh1 və bacısı Cavabdeh2 notariusa müraciət edərək mirası ½ pay almaqla qəbul ediblər. Digər vərəsələr isə qanunvericiliklə mirasın qəbulu üçün nəzərdə tutulan müddətdə mirasın qəbulu üçün müraciət etməmişlər. İddiaçılar mübahisəli əmlakı faktiki istifadə etdiklərinə istinad edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1246-ci maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılır. Həmin Məcəllənin 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 18 iyul 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Lakin mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər (Mülki Məcəllənin 1248-ci maddəsi). Bu maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Məhkəmə işi araşdıraraq belə nəticəyə gəlir ki, iddiaçılar mirasın açıldığı vaxtdan mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməmişlər. Həmçinin onlar həmin əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqlarını bildirsələr də, buna dair məhkəməyə mənzil istismar sahəsinin arayışı, əmlak üçün vergilərin, kommunal xidmətlər üçün haqların və sair kimi ödənişlər formasında heç bir sübut təqdim etməmişlər. Məhkəmədə dindirilməsini xahiş etdikləri şahid isə ifadəsində bildirmişdir ki, nə Məlı̇ kova Solmaz Sahı̇ b qızı, Məlı̇ kov Nazı̇ m Sahı̇ b oğlu, Məlı̇ kov İ̇lyas Sahı̇ b oğlu mübahisəli ünvanda yaşamayıblar. Məhkəmə iddiaçıların əmlaka faktiki istifadə etmələri barədə dəlilini inandırıcı hesab etmir. Belə ki, iddiaçılardan İddiaçı1 izahat verərkən əvvəlcə miras-əmlakda, mal mülkdə gözünün olmadığını bildirmiş, sonra qanunu bilməməsinə istinad etmiş, daha sonra isə mirasın Cavabdeh1 adına rəsmiləşdirilməsinə özlərinin razlığı olduğunu bildirərək məhkəmə araşdırmasını qəlizləşdirmişdir. Miras əmlak iddiaçılar tərəfindən faktiki istifadə olunmamışdırsa, onların 6 ay müddətində notariusa müraciət etməmələri mirasdan imtina etmələrinə dəlalət edirdi. Belə ki, Mülki Məcəllənin 1262-ci maddəsinə əsasən əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. Maddə 1273-1-ci maddəsinə əsasən vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. Məhkəmə hesab edir ki, yuxarıda göstərilən maddələr vərəsənin qanunvericiliklə müəyyən edilmiş müddətdə mirası qəbul edilməmə məsələsini tam tənzimləyir və vərəsənin susması onun miras əmlakdan imtinasına bərabər tutulur. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçılar mirasa sahiblik etməmiş, qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu həyata keçirməmiş və həmin hüquqlarını itirmişdir. Mülki Prosesual Məcəlləsinin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : İddiaçılar Məlı̇ kova Solmaz Sahı̇ b qızının, Məlı̇ kov Nazı̇ m Sahı̇ b oğlunun, Məlı̇ kov İ̇lyas Sahı̇ b oğlunun cavabdeh Məlı̇ kov Mütəllı̇ m Sahı̇ b oğluna, Əlı̇ yeva Təranə Sahı̇ b qızına, Bakı şəhərı̇ 14 sayli notarı̇ at ofı̇ sinə q̇arşı vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi, mirasın qəbul edilməsi və miras əmlakın bərabər paylara bölünməsi tələbinə dair iddia ərizəsi təmin olunmasın. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhərinin Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Adilə Paşayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar