Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-246/2023 05.05.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Nəsibova Əfsanə Elçin qızının katibliyi, İddiaçı SOCAR-ın İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı SOCAR-ın İddiaçı Cavabdeh qarşı “neft kəmərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı SOCAR-ın İddiaçı Cavabdeh qarşı “neft kəmərinin mühafizə zonasında inşa edilmiş qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, SOCAR-ın İddiaçı istismarında olan Sabunçu-Böyükşor Dş-200 mm-lik yerüstü magistral neft kəmərinin 1.8-ci km-də, 1-ci sırada, kəmərə paralel, kəmərdən 15 metr aralı məsafədə ünvan 1 ünvanında (39 T 0408920; ******* saylı koordinat üzrə) Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evinin, hasar və həyətdə yeni yarımtikilinin cavabdehin hesabına sökülərək ərazidən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, SOCAR-ın İddiaçı istismarında olan Sabunçu-Böyükşor Dş-200 mm-lik yerüstü magistral neft kəmərinin 1.8-ci km-də, 1-ci sırada, kəmərə paralel, kəmərdən 15 metr aralı məsafədə ünvan 1 ünvanında (39 T 0408920; ******* saylı koordinat üzrə) Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evi, hasar və həyətdə yeni yarımtikili aşkar olunmuşdur. Neft boru kəmərləri strateji əhəmiyyətli dövlət obyekti və yüksək təhlükə mənbəyi olduğundan, həmçinin mühafizə zonası boyunca neft-qaz ayrılmaları olduğundan burada hər an yanğın-partlayış və digər fövqəladə halların baş verməsi labüddür və bu hallar əhalinin sağlamlığına xələl gətirər və ölkə iqtisadiyyatına ciddi təhdid yarada bilər. Məhkəmə iclasında iddiaçı SOCAR-ın İddiaçı nümayəndəsi X3 iddia tələbini müdafiə etdi, iddia ərizəsi ilə eyniməzmunlu izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli aktın surətindən görünür ki, ünvan 1 ünvanında Sabunçu-Böyükşor Dş-200 mm-lik yerüstü magistral neft kəmərinin 1.8-ci km-də, 1-ci sırada, kəmərə paralel, kəmərdən 15 metr aralı məsafədə (39 T 0408920; ******* saylı koordinat üzrə) Cavabdeh aid olduğu iddia edilən, köhnədən inşa edilmiş, hasarlanmış və içərisində yaşayış olan evin qarşısında 1.2 metr enində və 7 metr uzunluğunda yeni hörgü işlərinin aparılması və üzərinə dam örtüyünün vurulması (mətbəx) aşkar edilmişdir. Mühafizə zonası daxilində aparılan tikinti-quraşdırma işlərinin qanunazidd olduğu ev sahibi Cavabdeh izah edilərək görülən işlərə, həmçinin əlavə işlərin görülməməsi üçün yazılı şəkildə xəbərdarlıq təqdim edilmişdir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 10 (on) manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 may 2022-ci il tarixli 10/2342 nömrəli ekspert rəyindən görünür ki, Bakı şəhəri ünvan 1ndə (39 T 0408920, ******* saylı koordinatlarda) yerləşən fərdi yaşayış evinin hasarının neft kəmərindən 0.7 metr məsafədə yerləşdiyini nəzərə alaraq, həmin tikilinin “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nın 6.3-cü bəndinə əsasən neft kəmərinin mühafizə zonasına düşdüyü müəyyən edilir. Fərdi yaşayış evinin qapısı bağlı olduğundan evin həyətində yerləşən tikililərlə neft kəməri arasında olan məsafəni, bununla da həmin tikililərin neft kəmərinin mühafizə zonasına düşüb-düşməməsini müəyyən etmək mümkün olmadı. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31 mart 2023-cü il tarixli 10/8497 nömrəli ekspert rəyindən görünür ki, iş üzrə iddiaçı tərəf olan Dövlət Neft Şirkətinin Neft Kəmərləri İdarəsinin nümayəndəsi tərəfindən təqdim edilən mübahisə predmeti olan yaşayış evi ilə Sabunçu-Böyükşor DŞ-200 mm-lik magistral yerüstü neft kəməri arasındakı məsafənin 8.8 metr, həmin neft kəmərindən mübahisə predmeti olan, metal lövhələrdən ibarət hasar tikilisinə qədər olan məsafənin isə 4.6 metr təşkil etdiyi müəyyən olunur. İş üzrə cavabdeh şəxsin baxışda iştirak etməməsi səbəbindən qərardadın 1-ci sualında qeyd olunan yarımtikili ilə Sabunçu-Böyükşor DŞ-200 mm-lik magistral yerüstü neft kəməri arasındakı məsafənin müəyyən edilməsi mümkün olmamışdır. İş üzrə iddiaçı tərəf olan Dövlət Neft Şirkətinin Neft Kəmərləri İdarəsinin nümayəndəsi tərəfindən təqdim edilən, Sabunçu rayonu Sabunçu qəsəbəsi E.Mehdiyev küçəsində yerləşən mübahisə predmetini təşkil edən fərdi yaşayış evinin və metal lövhələrdən ibarət hasar tikilisinin SOCAR-ın İddiaçı istismarında olan Sabunçu-Böyükşor Dş-200 mm-lik magistral yerüstü neft kəmərinin mühafizə zonasının hüdudları daxilində yerləşdiyi müəyyən olunur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. 66-cı maddəsinə əsasən övlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. 67-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 155.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasına mülkiyyət hüququ ilə mənsub olan əmlak dövlət mülkiyyətidir. 155.2-ci maddəsinə əsasən fiziki, hüquqi şəxslərin və ya bələdiyyələrin mülkiyyətində olmayan torpaq və digər təbii ehtiyatlar dövlət mülkiyyətidir. 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. “Magistral neft kəmərlərinin istismarında texniki təhlükəsizlik Qaydaları”nın 6.7-ci bəndinə əsasən boru kəmərlərinin mühafizə zonasında onu istismar edən hüquqi və fiziki şəxslər Magistral boru kəmərləri idarəsi və onun yerli orqanlarının yazılı razılığı olmadan aşağıda göstərilən işlərin aparılması qadağandır: a) hər hansı tikinti və quraşdırma işləri; b) bütün növ kol və ağacların basdırılması, yem məhsullarının, gübrə və materialların yığılması, ot və samanların tayaya vurulması, heyvan saxlamaq, balıq yetişdirmək üçün yerlərin ayrılması, balıq və su heyvanlarının tutmaq, bitkiləri yığmaq, buz sındırılması və yığılması; c) boru kəmərlərinin üstündən və yanından keçidlərin düzəldilməsi, avtomobil və digər nəqliyyat vasitələri, traktor və mexanizmlər üçün dayanacaqların təşkili, kollektiv bağ və bostan salınması; ç) torpaq meliorasiya işlərinin aparılması, suvarma və qurutma sistemlərinin quraşdırılması; d) hər növ dağ, quraşdırma, partlayış və torpaq səthinin düzləndirmə işləri; e) quyuların quraşdırılması, şurf açılması və yerin təkindən nümunə götürülməsi məqsədi ilə geolociseysmik, geodeziya və başqa axtarış işləri. Boru kəmərlərinin mühafizə zonasında iş aparılmasına, yazılı şəkildə icazə almış hüquqi və fiziki şəxslər, boru kəmərinin mühafizəsini təmin edən şərtlərə əməl etməyə borcludurlar. Boru kəmərlərinin mühafizə zonasında iş aparılması şərtləri magistral boru kəmərlərini istismar edən təşkilatın yerli orqanları tərəfindən təyin edilir və müvafiq yerli icra hakimiyyəti və Dövdağtexnəzarət Komitəsi orqanları ilə razılaşdırıldıqdan sonra həyata keçirilir. Boru kəmərlərinin mühafizə zonalarında partlayış işlərinin aparılmasına yazılı icazə, ancaq Dövdağtexnəzarət Komitəsi tərəfindən təsdiq edilmiş partlayış işlərinin təhlükəsiz aparılmasının vahid qaydalarına uyğun olaraq həmin işləri aparan müəssisə (təşkilat) tərəfindən tələb olunan materiallar təqdim edildikdən sonra verilməlidir. İşin faktiki halları ilə müəyyən olundu ki, Sabunçu-Böyükşor Dş-200 mm-lik yerüstü magistral neft kəmərinin 1.8-ci km-də, 1-ci sırada, kəmərə paralel, kəmərdən 4.6 metr və 8.8 metr aralı məsafədə ünvan 1 ünvanında (39 T 0408920; ******* saylı koordinat üzrə) neft kəmərinin mühafizə zonasında Cavabdeh tərəfindən qanunsuz tikililər inşa olunmuşdur. xx.xx.2021-ci il tarixdə əraziyə baxış keçirilərkən müəyyən edilmişdir ki, Cavabdeh məxsus tikililər ünvan 1 ünvanında Sabunçu-Böyükşor Dş-200 mm-lik yerüstü magistral neft kəmərinin 1.8-ci km-də, 1-ci sırada, kəmərə paralel, kəmərdən 15 metr aralı məsafədə (39 T 0408920; ******* saylı koordinat üzrə) neft kəmərinin mühafizə zonasında inşa edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməli, SOCAR-ın İddiaçı istismarında olan Sabunçu-Böyükşor Dş- 200 mm-lik yerüstü magistral neft kəmərinin 1.8-ci km-də, 1-ci sırada, kəmərə paralel, kəmərdən 4.6 metr və 8.8 metr aralı məsafədə ünvan 1 ünvanında (39 T 0408920; ******* saylı koordinat üzrə) Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evi, hasar və həyətdə yeni yarımtikili cavabdehin hesabına sökülərək ərazidən çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, Cavabdeh ekspertiza tədqiqatlarının dəyəri cəmi 150 (bir yüz əlli) manat pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. SOCAR-ın İddiaçı istismarında olan Sabunçu-Böyükşor Dş-200 mm-lik yerüstü magistral neft kəmərinin 1.8-ci km-də, 1-ci sırada, kəmərə paralel, kəmərdən 4.6 metr və 8.8 metr aralı məsafədə ünvan 1 ünvanında (39 T 0408920; ******* saylı koordinat üzrə) Cavabdeh tərəfindən inşa edilmiş fərdi yaşayış evi, hasar və həyətdə yeni yarımtikili cavabdehin hesabına sökülərək ərazidən çıxarılsın. Ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 150 (bir yüz əlli) manat pul Cavabdeh tutulsun və VÖEN **********, AZ34CTRE**********0002088501, X2, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №2(008)-246/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-246/2023
05.05.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver