Məhkəmə qərarları › İş №2(008)-248/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-248/2024

14.02.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-248/2024 14.02.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, Məhkəmə iclasının katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin «Qaz İxrac» İdarəsinin nümayəndəsi X2 Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin «Qaz İxrac» İdarəsinin Cavabdeh qarşı "özbaşına tikilinin sökülməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin «Neft Kəmərləri» İdarəsi Cavabdeh qarşı "özbaşına tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti "Qaz İxrac” İdarəsinin Abşeron Magistral X4 balans və istismarında olan 530 mm diametrli "Böyük-Şor yol qovşağı-Modul ES-30-cu sahə” yüksək təzyiqli (12 atmosfer) yeraltı magistral qaz kəmərinin Nizami rayonu, Əli Vəliyev küçəsindən keçən hissəsində, qaz kəmərinin mühafizə zonasında 39 T 408697: 4475404, 39 T 408705: ******* saylı koordinat üzrə Cavabdeh tərəfindən qeyri-qanuni inşa edilmiş daş hasarın və fərdi yaşayış evinin onun hesabına sökülməsi, tikinti mal-materiallarının qaz kəmərinin mühafizə zonasından çıxarılması və ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçı "Qaz İxrac” İdarəsinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh- Cavabdeh tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş "Qaz təchizatının mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın tələbləri pozularaq "Qaz İxrac” İdarəsinin Abşeron Magistral X4 Balans və istismarında olan 530 mm diametrli "Böyük-Şor yol qovşağı-Modul ES-30-cu sahə” Yüksək təzyiqli (12 atmosfer) yeraltı magistral qaz kəmərinin Nizami rayonu, Əli Vəliyev küçəsindən keçən hissəsində, Qazpaylayıcısı Stansiyanın yaxınlığından keçən hissəsində, qaz kəmərinin mühafizə zonasında, 39 T 408697: 4475404, 39 T 408705: ******* saylı koordinatları üzrə daha dəqiqliklə qaz kəmərinin "1” metr məsafədə qanunsuz olaraq daş hasar və fərdi yaşayış evi inşa edilmişdir. Tikintinin qarşısının alınması və mühafizə zonasında yerləşən tikilinin sökülərək ləğv edilməsi istiqamətində müvafiq tədbirlər görülməsi üçün tərəflərindən xx.xx.2022-ci il tarixli, MV-01/156 saylı məktubla Nizami Rayon İcra Hakimiyyətinin başçısına və xx.xx.2022-ci il tarixli, MV- 01/155 saylı məktubla Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə "yüksək təzyiqli magistral qaz kəmərinin mühafizə zonasında yaranmış təhlükəli vəziyyət barədə” rəsmi məlumat verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli, **********82 saylı cavab məktubundan bildirilir ki, qeyd olunan məsələ zamanı vətəndaş Cavabdeh tərəfindən magistral qaz kəmərinin mühafizə zonasında yerləşən, dövlət mülkiyyətinə aid torpaq sahəsində hasarlanma işlərinin aparılması faktı müyyən edilmişdir. xx.xx.2022-ci il tarixində Nizami rayonu, Əli Vəliyev küçəsində keçən 530 mm diametrli "Böyük-Şor Yol qovşağı-Modul ES-30-cu” yüksək təzyiqli magistral qaz kəmərinin mühafizə zonasında Cavabdeh tərəfindən qaz kəmərindən 50 metr məsafədə kənarlaşdırılması barədə xəbərdarlıq məktubu təqdim edilsə də, o xəbərdarlıq məktubunu qəbul etməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı Qərarı ilə təsdiq edilmiş "Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”na əsasən, magistral qaz kəmərlərinin mühafizə zonlarında hər hansı bir tikinti quraşdırma işlərinin aparılması qəti qadağandır. Məhkəmə iclasında iclasında iştirak edən iddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin «Qaz İxrac» İdarəsinin etibarnamə üzrə nümayəndəsi X3 iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli aktdan görünür ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti "Qaz İxrac” İdarəsinin Abşeron Magistral X4 balans və istismarında olan 530 mm diametrli Nizami rayonu, Əli Vəliyev küçəsi yüksək təzyiqli (12 atmosfer) yerüstü magistral qaz kəmərinin Böyük-Şor-Modul 30-cu sahə yaxınlığından keçən hissəsində, Cavabdeh tərəfindən qeyri-qanuni inşa edilmiş daş hasarın və fərdi yaşayış evi və hasar yeri aşkar edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ekspertiza Mərkəzinin 3-16-16/2- 10/6060 saylı xx.xx.2023-cü il tarixli rəyinin surətindən görünür ki, iş üzrə iddiaçı tərəfin nümayəndələri tərəfindən təqdim edilən ünvanda yerləşən yüksək təzyiqli (12 atmosfer) yerüstü magistral qaz kəmərindən daş hasara və daş hasara bitişik eni 5,2 metr, uzunluğu 10,2 metr olan bir mərtəbəli tikiliyə qədər 7,0 metr; iki mərtəbəli fərdi yaşayış evi və eni 1,9 metr, uzunluğu 6,8 metr olan tikiliyə qədər isə 25,7 metr məsafənin müəyyən edildiyini nəzərə alsaq, həmin daş hasarın və daş hasara bitişik eni 5,2 metr, uzunluğu, 10,1 metr ola birmərtəbəli tikinin: iki mərtəbəli fərdi yaşayış evi, və eni 1,9 metr, uzunluğu 6,8 metr olan tikilinin yüksək təzyiqli (12 atmosfer) yerüstü magistral qaz kəmərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2.7 bəndində göstərilən 50.0.m-lik mühafizə zonasına düşdüyü müəyyən edilir. İş materillarında olan qəbzin surətindən görünür ki, 100 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinin 1-ci hissəsinə əsasən Dövlət mülkiyyətində olan torpaqlara dövlət hakimiyyət orqanlarının yerləşdiyi torpaqlar; dövlət obyektlərinin - dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; yay və qış otlaqlarının, mal-qara düşərgələrinin və köç yollarının torpaqları; meşə fondu torpaqları (dövlət kənd təsərrüfatı müəssisələrinin meşələri də daxil olmaqla); Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin su fondu torpaqları; Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqlar; təbiəti mühafizə, təbii-qoruq, sağlamlaşdırma, turizm və rekreasiya, tarixmədəniyyət təyinatlı torpaqlar, habelə üzərində təsərrüfat fəaliyyəti qadağan edilmiş qanunla qorunan digər ərazilərin torpaqları; dövlət elmi-tədqiqat və tədris müəssisələrinin, onların təcrübə bazalarının, maşın-sınaq stansiyalarının, dövlət sort-sınaq xidmətinin, toxumçuluq və damazlıq təsərrüfatlarının torpaqları; dövlət müəssisə, idarə və təşkilatlarının daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar; dövlət ehtiyat fondu torpaqları daxildir. Həmin Məcəllənin 46-cı maddəsinin 2-ci hissəsinə əsasən göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, həmin torpaqlar bu məcəllədə və digər normativ- hüquqi aktlarda müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. Həmin Məcəllənin 84-cü maddəsinin 1-ci hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 84-cü maddəsinin 3-cü hissəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Həmin Məcəllənin 111 -ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1 -ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Məhkəmə tədqiq edilmiş sübutlara əsaslanaraq və qanunvericiliyin yuxarıda göstərilən normalarını rəhbər tutaraq iddia tələbi üzrə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti "Qaz İxrac” İdarəsinin Abşeron Magistral X4 balans və istismarında olan 530 mm diamter “ Böyük-Şor-Modul 30-cu sahə ” yüksək təzyiqli (12 atmosfer) yerüstü magistral qaz kəmərinin Nizami rayonu, Əli Vəliyev küçəsindən keçən hissəsində, qaz kəmərinin mühafizə zonasında 39 T 408697: 4475404, 39 T 408705: ******* saylı koordinat üzrə Cavabdeh tərəfindən qeyri-qanuni inşa edilmiş daş hasarın və fərdi yaşayış evinin onun hesabına sökülməli və tikinti materialları qaz kəmərinin mühafizə zonasından çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 -ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcələsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir.Həmin Məcəllənin 119.1 -ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddia qaldırılması üçün iddiaçı Azərbayjan Respublikası Dövlət Neft Şirkətinin «Neft Kəmərləri» İdarəsinin Azərbaycan Respublikasındakı filialı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin ekspertiza xərcinin cavabdehdən tutulmasına dair hissəsi də təmin edilməlidir. Belə ki, ekspertizanın keçirilməsi üçün aparılmış təfqiqatın qiymətinin 50 manat olması da ekspertiza xərclərinə dair bildirişdə öz əksini tapmışdır. Yəni iddia tələbi təmin olduğu halda ekspertiza xərci olan 50 manat pul məbləği cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ : İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti "Qaz İxrac” İdarəsinin Abşeron Magistral X4 balans və istismarında olan 530 mm diametrli "Böyük-Şor yol qovşağı-Modul ES-30-cu sahə” yüksək təzyiqli (12 atmosfer) yeraltı magistral qaz kəmərinin Nizami rayonu, Əli Vəliyev küçəsindən keçən hissəsində, qaz kəmərinin mühafizə zonasında 39 T 408697: 4475404, 39 T 408705: ******* saylı koordinat üzrə Cavabdeh tərəfindən qeyriqanuni inşa edilmiş daş hasar və fərdi yaşayış evi Cavabdeh hesabına sökülsün və tikinti materialları qaz kəmərinin mühafizə zonasından çıxarılsın. İş üzrə ekspertiza xərci 50 (əlli) manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin və 100 (bir yüz) manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Adilə Paşayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar